* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [rus.] İçi kömürlə doldurulan odluğu olan çay üçün su qaynadılan metal cihaz. Ağ samovar. Armudu samovar. – [Arvad:] Hovuzun başında, kölgədə xalça salaram, samovarı sazlayıb qoyaram hovuzun başına, yaxşı çay dəmlərəm. E.Sultanov. [Gülbacı:] Axşamdır, samovarı qaynat! T.Ş.Simurq.
Azərbaycan dilinin izahlı lüğəti / samovar1 Bizə rus dilindən keçib, özü (сам) və qaynayan (ворить) sözlərindən əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / samovar1 I сущ. самовар (сосуд для кипячения воды с топкой, наполняемой углями). Mis samovar медный самовар, samovar qaynatmaq кипятить самовар, samovar qoymaq поставить самовар II прил. самоварный. Samovar lüləyi самоварный кран, samovar çayı самоварный чай
Azərbaycanca-rusca lüğət / samovar