sanitariya sözü azərbaycan dilində

sanitariya

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • sanitariya • 89.2257%
  • Sanitariya • 10.7743%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Su hövzələrinin sanitariya mühafizəsi
Su hövzələrinin sanitariya mühafizəsi – içməli su mənbələrinin çirklənmədən qoruyan qanunverici, təşkilatı və sanitar-texniki tədbirlər sistemi. Su hövzələrinin sanitariya mühafizəsi barədə ilk dövlət qanunu 19-cu əsrin 70-ci illərində B.Britaniyada, 90-cı illərdə isə Fransada həyata keçirilmişdir. SHSM-də ciddi rejimli və məhdudlaşdırılmış sanitariya mühafizəsi zonası müəyyənləşdirilmişdir. Birinci zonaya su götürülən yer və su kəmərinin baş qurğuları aiddir; bura hasara alınır, sahəsi yaşıllaşdırılır, qorunur və tikinti işləri qadağan edilir. İkinci zonaya su təchizatı mənbəyinə təsir göstərə bilən sahə aiddir. Çayın sahili 150-200 m enində yaşıllaşdırılır və sanitariya rejimi gözlənilir. Su hövzələrinin sanitariya mühafizəsində sanitariya-epidemioloji stansiyalar nəzarət edir. Parçalanan ölü maddələrlə çirklənməsi. Su hövzəsinin özü-özünə çirklənməsi yosunların kütləvi parçalanması (əsasən göy-yaşıl yosunların) nəticəsində baş verir. Su mühiti bu zaman nəinki ölü üzvi maddələrlə zənginləşir, həm də mürəkkəb molekulyar strukturlu zəhərli maddələrin ayrılması nəticəsində zəhərlənir, heyvan və insanlar üçün təhlükəli olur.
Çində su təchizatı və sanitariya
Çində su təchizatı və sanitariya — Çin Xalq Respublikasının su ehtiyatlarının idarə olunması. Çində su çatışmazlığı və çirklənmə böyük çətinliklər yaradır. Çinin çay axarlarının ümumi ehtiyatları il ərzində 2800 km3 təşkil edir. Bu ölçüyə görə, Çin Braziliya, Rusiya, Kanada və ABŞ-dən sonra dünya üzrə beşinci yeri tutur. Lakin adambaşına cəmi ildə 2200 m3 düşür ki, bu da orta dünya göstəricinin cəmi 1/4 hissəsini təşkil edir. Bu səbəbdən də Çin 149 ölkə arasında 109-cu yerdə qərarlaşmışdır. Ehtimal edilir ki, 2030-cu ilə Çinin əhalisi 1,6 milyard nəfərə çatarsa adambaşına su təminatı ilə 1760 km3 qədər azalacaq. Müxtəlif rayonlarda yerüstü və yeraltı axınların paylanması arasında çox böyük qeyri-bərabərlik vardır ki, bu da vəziyyəti daha da mürəkkəbləşdirir. Çünki bərpa olunan su ehtiyatlarının Çinin regionları üzrə paylanması heç də bərabər göstəricilərə malik deyildir. Xuanxe, Xuayxe və Xayxe çayları hövzələrinin, eləcə də becərilən kənd təsərrüfatı torpaqlarının 45%-nin yerləşdiyi və Çin əhalisinin 36%-inin yaşadığı ölkə ərazisinin yarısını tutan axarı olmayan şimal-qərb vilayətlərinin payına su resurslarının cəmi 12 %-inin düşməsi faktı da su ehtiyatlarının paylanmasında disproporsiyanı əks etdirir.

sanitariya sözünün leksik mənası və izahı

  • 1 [lat. sanitars – sağlamlıq və ars – sənət] Əhalinin sağlamlığını mühafizə etməyə və təmizliyi gözləməyə yönəldilmiş, gigiyenanın elmi tələblərinə əsaslanan tədbirlər sistemi. Sanitariya qaydalarına əməl etmək.

    Azərbaycan dilinin izahlı lüğəti / sanitariya

sanitariya sözünün rus dilinə tərcüməsi

  • 1 I сущ. санитария (охрана и поддержание общественной чистоты и здоровья населения) II прил. санитарный. Sanitariya maarifi санитарное просвещение, sanitariya nəzarəti санитарный надзор, sanitariya texnikası санитарная техника, sanitariya cihazları санитарные приборы

    Azərbaycanca-rusca lüğət / sanitariya

sanitariya sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [lat. sanitars-sağlamlıq və ars-sənət] санитария (гигиенадин, сагъламвилин ва михьивилерин тӀалабар кьиле тухудай, илимдалди бинеламишнавай серенжемрин система).

    Azərbaycanca-ləzgicə lüğəti / sanitariya

"sanitariya" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sanitariya nədir? #sanitariya sözünün mənası #sanitariya nə deməkdir? #sanitariya sözünün izahı #sanitariya sözünün yazılışı #sanitariya necə yazılır? #sanitariya sözünün düzgün yazılışı #sanitariya leksik mənası #sanitariya sözünün sinonimi #sanitariya sözünün yaxın mənalı sözlər #sanitariya sözünün əks mənası #sanitariya sözünün etimologiyası #sanitariya sözünün orfoqrafiyası #sanitariya rusca #sanitariya inglisça #sanitariya fransızca #sanitariya sözünün istifadəsi #sözlük