sanitariya-gigiyena sözü azərbaycan dilində

sanitariya-gigiyena

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • sanitariya-gigiyena • 99.0466%
  • Sanitariya-gigiyena • 0.9534%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Gigiyena
Gigiyena (q.yun. ὑγιεινόν — "sağlam") — tibbin həyat şəraitinin, insan əməyinin insana təsirini və müxtəlif xəstəliklərin profilaktikasını öyrənən sahəsidir. İnsan sağlamlığını qorumağı əmək və istirahətin düzgün təşkilini öyrənir. Bu sağlamlığı qorumağa və ömrü uzatmağa kömək edir. Gigiyena sözü Qədim Yunan mifologiyasından götürülmüşdür. Qədim Yunanların təbabət tanrısı Asklepinin (yun. Ἀσκληπιός, Asklepios) beş qızından biri olan Higieya (q.yun. Ὑγιεία) təmizlik ilahəsi idi. == Şəxsi gigiyena == Şəxsi gigiyena – sağlamlığı qorumağa və möhkəmləndirməyə kömək edən gigiyena qaydaları toplusu. Bu qaydalar orqanizmə təsir edən aşağıdakı təsirləri neytrallaşdırır: Bioloji — mikroorqanizmlər, parazitlər, həşəratlar, antibiotiklər və sairə biosubstratlar.
Su hövzələrinin sanitariya mühafizəsi
Su hövzələrinin sanitariya mühafizəsi – içməli su mənbələrinin çirklənmədən qoruyan qanunverici, təşkilatı və sanitar-texniki tədbirlər sistemi. Su hövzələrinin sanitariya mühafizəsi barədə ilk dövlət qanunu 19-cu əsrin 70-ci illərində B.Britaniyada, 90-cı illərdə isə Fransada həyata keçirilmişdir. SHSM-də ciddi rejimli və məhdudlaşdırılmış sanitariya mühafizəsi zonası müəyyənləşdirilmişdir. Birinci zonaya su götürülən yer və su kəmərinin baş qurğuları aiddir; bura hasara alınır, sahəsi yaşıllaşdırılır, qorunur və tikinti işləri qadağan edilir. İkinci zonaya su təchizatı mənbəyinə təsir göstərə bilən sahə aiddir. Çayın sahili 150-200 m enində yaşıllaşdırılır və sanitariya rejimi gözlənilir. Su hövzələrinin sanitariya mühafizəsində sanitariya-epidemioloji stansiyalar nəzarət edir. == Su hövzəsinin özü-özünə çirklənməsi == Parçalanan ölü maddələrlə çirklənməsi. Su hövzəsinin özü-özünə çirklənməsi yosunların kütləvi parçalanması (əsasən göy-yaşıl yosunların) nəticəsində baş verir. Su mühiti bu zaman nəinki ölü üzvi maddələrlə zənginləşir, həm də mürəkkəb molekulyar strukturlu zəhərli maddələrin ayrılması nəticəsində zəhərlənir, heyvan və insanlar üçün təhlükəli olur.
Sosial gigiyena və səhiyyənin təşkili
Sosial gigiyena və səhiyyənin təşkili və ya ictimai səhiyyə – cəmiyyətin, təşkilatların, icmaların və fərdlərin mütəşəkkil səyləri və şüurlu formada seçimləri yolu ilə ömrü uzadan və həyat keyfiyyətini yaxşılaşdıran "xəstəliklərin qarşısının alınması elmi və sənəti" olaraq müəyyən edilmişdir. Daha geniş bir formada deyiliş ilə təşkil edilən ictimai fəaliyyətlərin nəticəsində, ətraf mühitin və səhiyyə şəraitinin yaxşılaşdırılması, insanlara səhiyyə haqqında düzgün məlumatlarının verilməsi, yoluxucu xəstəliklərin qarşısının əvvəlcədən alınması, xəstəliklərin əvvəlcədən diaqnostikası və müalicəsini həyata keçirəcək sağlamlıq təşkilatlarının yaradılması, ictimai fəaliyyətlər nəticəsində cəmiyyətin hər bir üzvünün sağlamlığını təmin edə biləcək bir yaşayış səviyyəsinin təmin edilməsi, insan ömrünün uzadılması, insanların fiziki sağlamlıqlarının artırılması hesabına iş qüvvələrinin yüksəldilməsini hədəfləyən bir elmdir.
Çində su təchizatı və sanitariya
Çində su təchizatı və sanitariya — Çin Xalq Respublikasının su ehtiyatlarının idarə olunması. Çində su çatışmazlığı və çirklənmə böyük çətinliklər yaradır. == Su ehtiyatları == Çinin çay axarlarının ümumi ehtiyatları il ərzində 2800 km3 təşkil edir. Bu ölçüyə görə, Çin Braziliya, Rusiya, Kanada və ABŞ-dən sonra dünya üzrə beşinci yeri tutur. Lakin adambaşına cəmi ildə 2200 m3 düşür ki, bu da orta dünya göstəricinin cəmi 1/4 hissəsini təşkil edir. Bu səbəbdən də Çin 149 ölkə arasında 109-cu yerdə qərarlaşmışdır. Ehtimal edilir ki, 2030-cu ilə Çinin əhalisi 1,6 milyard nəfərə çatarsa adambaşına su təminatı ilə 1760 km3 qədər azalacaq. Müxtəlif rayonlarda yerüstü və yeraltı axınların paylanması arasında çox böyük qeyri-bərabərlik vardır ki, bu da vəziyyəti daha da mürəkkəbləşdirir. Çünki bərpa olunan su ehtiyatlarının Çinin regionları üzrə paylanması heç də bərabər göstəricilərə malik deyildir. Xuanxe, Xuayxe və Xayxe çayları hövzələrinin, eləcə də becərilən kənd təsərrüfatı torpaqlarının 45%-nin yerləşdiyi və Çin əhalisinin 36%-inin yaşadığı ölkə ərazisinin yarısını tutan axarı olmayan şimal-qərb vilayətlərinin payına su resurslarının cəmi 12 %-inin düşməsi faktı da su ehtiyatlarının paylanmasında disproporsiyanı əks etdirir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.40 dəfə / 1 mln.
2011 •• 0.60
2012 •••••••••••••••••••• 8.60
2013 ••• 1.02
2014 •••• 1.54
2015 •••• 1.36
2016 0.35
2020 •••••••• 3.32

sanitariya-gigiyena sözünün rus dilinə tərcüməsi

Oxşar sözlər

#sanitariya-gigiyena nədir? #sanitariya-gigiyena sözünün mənası #sanitariya-gigiyena nə deməkdir? #sanitariya-gigiyena sözünün izahı #sanitariya-gigiyena sözünün yazılışı #sanitariya-gigiyena necə yazılır? #sanitariya-gigiyena sözünün düzgün yazılışı #sanitariya-gigiyena leksik mənası #sanitariya-gigiyena sözünün sinonimi #sanitariya-gigiyena sözünün yaxın mənalı sözlər #sanitariya-gigiyena sözünün əks mənası #sanitariya-gigiyena sözünün etimologiyası #sanitariya-gigiyena sözünün orfoqrafiyası #sanitariya-gigiyena rusca #sanitariya-gigiyena inglisça #sanitariya-gigiyena fransızca #sanitariya-gigiyena sözünün istifadəsi #sözlük