sağanaq sözü azərbaycan dilində

sağanaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • sağanaq • 82.3529%
  • Sağanaq • 11.7647%
  • SAĞANAQ • 5.8824%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

sağanaq sözünün leksik mənası və izahı

  • 1 is. 1. Qaval, ələk, xəlbir və bu kimi dəyirmi şeylərə keçirilən çənbər; qasnaq. Dəf sağanağı. Xəlbir sağanağı. Təkər sağanağı. – [Vəzir:] Qəflətən [xəlbirin] sağanağının bir tərəfini basdıqda, o biri tərəfi qalxıb dizimə elə toxunubdur ki, indi ağrıdan qıçımı qaldıra bilmirəm. M.F.Axundzadə. [Mirzə Cəmil:] Zağarası getmiş papaq, sağanağı cırılmış ələk mənə qalmayıb ki! Ə.Vəliyev. 2. Ümumiyyətlə, çənbər şəklində olan hər cür şey. Zülfüqar katibin yanından əl çəkmir, şüşəsiz sağanaqdan gözünü bərəldirdi. B.Bayramov.

    Azərbaycan dilinin izahlı lüğəti / sağanaq

sağanaq sözünün etimologiyası

  • 1 1. Bu əşyaya çəmbər (alınma sözdür) də deyilir. Koma (alaçıq) çubuq­la­rının başını əyərək bir-birinə bağlanmasını bu sözlə əks etdiriblər. Sağanaq hərfi mənada “əyib bağlamaq” deməkdir. Ələkdə, xəlbirdə və s-də də olur. Bütöv ol­duqda (təkərdə şin, dəhrədə halqa..) qurşaq adlanır. Sığamaq, sırımaq, sıxmaq sözləri ilə bağlıdır, “ətrafına dolamaq” deməkdir. Deməli, ələyin sağanağı ifadə­sində sağanaq sözü heç də saxlamaq kəlməsi ilə bağlı deyil. 2. “Qasnağ”ın (əyri, qatlanmış, çənbər) dəyişilmiş formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / sağanaq

sağanaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

sağanaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. ободок; 2. оправа (очков);

    Azərbaycanca-rusca lüğət / sağanaq
  • 2 сущ. 1. обод, ободок (часть какого-л. предмета, устройства и т.п. в форме кольца, овала, круглая или дугообразная скрепа). Ələyin sağanağı ободок сита, sağanağa çəkmək взять в ободок 2. оправа. Eynəyin sağanağı оправа очков

    Azərbaycanca-rusca lüğət / sağanaq

sağanaq sözünün inglis dilinə tərcüməsi

sağanaq sözünün fransız dilinə tərcüməsi

sağanaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. ккар (сафунин, тафтунин ва мс. ченбер); 2. ченбер хьтин (ченбердиз ухшар) гьар са затӀ.

    Azərbaycanca-ləzgicə lüğəti / sağanaq

"sağanaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sağanaq nədir? #sağanaq sözünün mənası #sağanaq nə deməkdir? #sağanaq sözünün izahı #sağanaq sözünün yazılışı #sağanaq necə yazılır? #sağanaq sözünün düzgün yazılışı #sağanaq leksik mənası #sağanaq sözünün sinonimi #sağanaq sözünün yaxın mənalı sözlər #sağanaq sözünün əks mənası #sağanaq sözünün etimologiyası #sağanaq sözünün orfoqrafiyası #sağanaq rusca #sağanaq inglisça #sağanaq fransızca #sağanaq sözünün istifadəsi #sözlük