Sehrbazın qardaşı oğlu
Sehrbazın qardaşı oğlu (ing. The Magician's Nephew) – Klayv Steyplz Lyuis tərəfindən yazılan və Bodley Head tərəfindən 1955-ci ildə yazılmış epik fentezi roman. "Narniya xronikaları"nın nəşr olunmuş 6-cı kitabdır. Hekayə xronologiyası baxımından isə xronikaların 1-ci kitabıdır. Son nəşrlərində xronikaların 1-ci kitabı kimi göstərilir. Digər kitablar kimi bu kitabın da illüstrasiyalarını Paulina Bayns çəkmişdir. Kitabın nəşrçisi The Bodley Head Cefri Blesdən sonra xronikaların yeni nəşrçisi olmuşdur.
"Sehrbazın qardaşı oğlu" seriyanın prikvelidir. Kitabın üçüncü hissəsində Aslanın təsadüfi müşahidəçilər tərəfindən 1900-cü ilin Londonundan gətirdikləri lampa dirəyində mərkəzləşmiş Narniyanı yaratması təsvir olunur. Müşahidəçilər daha sonra Narniya tarixinin başlanğıcında iştirak edirlər.