* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər. sehr və fars. …baz] Sehrbazlıqla məşğul olan adam; ovsunçu, gözbağlayıcı. Bu sehrbaza zirək, sağlam, gənc bir köməkçi lazımdı. S.Vəliyev.
Azərbaycan dilinin izahlı lüğəti / sehrbaz2 ə. və f. bax sehrkar.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / sehrbaz2 SEHRBAZ Sehrbaz Obçina meydanında oyun gösterdiyi zaman yığılan pulları həmişə onunla yarı bölürdü (S.Vəliyev); CADUGƏR Padşah aləmin doğrudan da cadugər olduğunu düşünüb qorxusundan bir söz demədi, vəzirin isə qorxusundan ürəyi partladı (M.İbrahimov); CADUKÜN (köhn.) [Məstəli şah:] Ondan ötrü ki, onlar minbərə çıxıb aşkara xalqa vəz edirmişlər ki, cadukünə və sairə inanmayın (M.F.Axundzadə); CİNDAR Bu kənddənə məscid, nə cindar vardı; Ayrı etiqadla şənlik yaşardı (M.Dilbazi); OVSUNÇU Ovsunçuyam, ovsun sallam hi mara; Bənna olsan, tərki axtar, him ara (Aşıq Ələsgər); SAHİR (arx.) Oqtay: Sən də ey böyük sahir, söndür bu günəşləri, ay, ulduzları (C.Cabbarlı); SEHRKAR Vahid: Sən sehrkarsan, cadugərsən, kibernetik maşınsan (M.İbrahimov); TİLSİMÇİ (nağıllarda) Tilsimçi qoca üzüyü özü üçün götürüb (Nağıl); CADUÇU.
Azərbaycan dilinin sinonimlər lüğəti / sehrbaz1 i. sorcerer; (qadın) sorceress; magician; wizard; ~ olmaq to be* a sorcerer / (qadın) sorceress / wizard; O, pianonu sehrbaz kimi çalır He / She is a wizard at playing the piano
Azərbaycanca-ingiliscə lüğət / sehrbaz