Sehrlənmiş küpə (film, 1979)
== Məzmun ==
Filmin qəhrəmanı kiçik yaşlı uşaqdır. Burada sehrbaz qara qarğanın bu uşağı küpəyə çevirməsindən, oğlanın övladsız bir ailəyə düşməsindən söhbət gedir.
Kinolentdə əməksevərlik, böyüklərə hörmət, xeyirxahlıq kimi insani keyfiyyətlər tərənnüm olunur.
== Film haqqında ==
Applikasiya filmidir.
Film kiçik yaşlı uşaqlar üçün nəzərdə tutulmuşdur.
== Səhvlər ==
Titrlər: Filmin adı "Sehirlənmiş Küpə" yazılmışdır. Doğrusu "Sehrlənmiş Küpə" olmalıdır.
== Filmin heyəti ==
=== Film üzərində işləyənlər ===
Ssenari müəllifi: Ələviyyə Babayeva
Rejissor: Nazim Məmmədov
Quruluşçu rəssam: Nazim Məmmədov
Operator: Ramiz Ağayev
Bəstəkar: Oqtay Rəcəbov(Oktay Rəcəbov kimi)
Səs operatoru: Kamal Seyidov
Fon rəssamı: Faiq Məmmədov
Rəssam: Zəkiyyə Mikayılova, Tınnis Saxkay, Sahibə İbadova
Rejissor assistenti: Fəridə Həşimova
Operator assistenti: Ziya Xəqani
Montaj edən: Nisə Hacıyeva (Nisəxanım Hacıyeva kimi)
Redaktor: Ədhəm Qulubəyov
Filmin direktoru: Eldar Şirinov
=== Filmi səsləndirənlər ===
Məhluqə Sadıqova — qarğa (titrlərdə yoxdur)
Mirvari Novruzova — nənə (titrlərdə yoxdur)
Yusif Vəliyev — baba (titrlərdə yoxdur)
== Sitatlar ==
Qarğa: Mən üç yüz ildir ki, bu dağlarda, bu çöllərdə gəzib dolaşıram. İnsanlardan heç bir yaxşılıq görməmişəm.
Küpə: Bəs sən özün necə onlara kömək eləmisənmi?