seçkiliyi sözü azərbaycan dilində

seçkiliyi

Yazılış

  • seçkiliyi • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya
Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya — BMT-nin Baş Assambleyasının 34 /180 saylı 18 dekabr 1979-cu il tarixli qətnaməsi ilə qəbul edilmiş qadın hüquqlarının müdafiəsi üzrə əsas beynəlxalq sənəd. Konvensiyanın özünəməxsusluğu ondan ibarətdir ki, digər beynəlxalq müqavilələrdə ümumi şəkildə insan üçün təmin olunan hüquqlar burada məhz qadın üçün nəzərdə tutulmuşdur. Digər müqavilələrdən fərqli olaraq Konvensiyanın əsasında digər beynəlxalq müqavilələrdə təmin edilən “bərabərlik” deyil, “ayrı-seçkiliyin ləğv olunması” durur. == Tarixi == Keçən əsrin 70-80-ci illərində qadın hüquqları uğrunda hərəkatın daha da genişlənməsi, BMT-nin təşəbbüsü ilə 1975-ci ildə Beynəlxalq qadın ilinin, daha sonra 1975-1985-ci illərdə Qadın onilliyinin keçirilməsi qadın hüquqlarının tənzimlənməsinə dair xüsusi beynəlxalq hüquqi aktın qəbul edilməsi zərurətini meydana çıxartdı və BMT-nin Baş Assambleyası 18 dekabr 1979-cu il tarixdə “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyanı qəbul etdi. Konvensiya 3 sentyabr 1981-ci il tarixində qüvvəyə minmişdir. Bu gün Konvensiya Uşaq Hüquqları Konvensiyasından sonra dünyada ən çox ratifikasiya olunmuş beynəlxalq müqavilədir. Azərbaycan Respublikası 1995-ci il 10 iyul tarixində Konvensiyanı ratifikasiya etmişdir. == Maddələri == Konvensiya preambula, 30 maddə və 6 hissədən ibarətdir. Konvensiyanın preambulasında qadınlara münasibətdə ayrı-seçkiliyin ləğv edilməsi, qadınlar və kişilər arasında bərabərliyin təmin edilməsi BMT-nin əsas prinsiplərindən biri kimi qeyd olunur və qadınların vəziyyətinin yaxşılaşdırılması problemi müasir dövrün ən qlobal problemləri sırasına aid edilir. I hissə (Maddə 1-6) Konvensiyanın 1-ci maddəsi qadına qarşı ayrı-seçkiliyin tərifini müəyyən edir: “Bu Konvensiyaya görə, “qadınlara qarşı ayrı-seçkilik” qadınların ailə vəziyyətindən asılı olmayaraq kişi və qadınların hüquq bərabərliyi əsasında və siyasi, iqtisadi, sosial, mədəni, mülki və ya hər hansı digər sahədə insan hüquqlarının və əsas azadlıqlarının tanınmasının, istifadə edilməsinin və ya həyata keçirilməsinin əngəllənməsinə və ya heçə endirilməsinə səbəb olan və ya bu məqsədi daşıyan, cinsi əlamətə görə hər hansı fərqləndirmə, istisna, yaxud məhdudiyyət deməkdir.” Konvensiyanın 2-ci maddəsində qeyd olunur ki, iştirakçı dövlətlər qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarını qınayır və bütün mümkün yollarla bu ayrı-seçkiliyin aradan qaldırılması siyasətini “təxirə salınmadan” həyata keçirirlər.
İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğvi haqqında Beynəlxalq Konvensiya
İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğvi haqqında Beynəlxalq Konvensiya (ICERD) — 21 dekabr 1965-ci ildə Baş Məclis tərəfindən qəbul edilmiş və 4 yanvar 1969-cu ildə qüvvəyə minən BMT konvensiyası. 2020-ci ilin dekabr ayından etibarən 182 ölkə Konvensiyanın iştirakçısıdır, daha 3 ölkə Konvensiyanı imzalamış, lakin təsdiqləməmişdir . Konvensiyaya uyğunluğa 18 mütəxəssisdən ibarət olan İrqi Ayrı-seçkiliyin ləğvi Komitəsi nəzarət edir. Konvensiyanın hər hansı bir üzv dövlət tərəfindən pozulmasına dair dövlətlərarası şikayətlərə və müvafiq bəyannamə vermiş 54 ölkəyə münasibətdə Konvensiyanın pozulmasına dair fərdi şikayətlərə baxıla bilər. 2014-cü il tarixinə komitə 30 şikayətin mahiyyəti üzrə qərarlar qəbul etdi və 15 işdə konvensiya pozuntuları aşkar etdi. Komitə daha 18 şikayəti mahiyyəti üzrə baxılmadan qəbuledilməz hesab etdi, 1 şikayətə baxılması başqa bir səbəbə görə xitam verildi və daha 6 işə baxılma mərhələsində idi . İlk üç dövlətlərarası şikayət - Qətər - Səudiyyə Ərəbistanı, Qətər - BƏƏ və Fələstin - İsrail - 2018-ci ilin baharında girdi. == Konvensiyanın strukturu == Preambula Hissə I (Maddə 1-7) - İştirakçı ölkələrin öhdəlikləri: M. 1 - irqi ayrıseçkiliyin tərifi. M. 2 - ümumi öhdəliklər. M. 3 - irqi ayrı-seçkilik və aparteidin xüsusi qınanması.
İrqi ayrı-seçkiliyin ləğv edilməsi uğrunda beynəlxalq mübarizə günü
İrqi ayrı-seçkiliyin (diskriminasiya) ləğv edilməsi uğrunda beynəlxalq mübarizə günü — (International Day for the Elimination of Racial Discrimination) BMT-nin Baş Assambleyasının 1966-cı il 26 oktyabr tarixində keçirilən XXI sessiyasının qərara alınıb və hər il martın 21-i rəsmən bütün dövlətlərdə qeyd edilir. BMT-nin Baş Assambleyası bu günü elan edərək beynəlxalq birliyi, irqi ayrı-seçkiliyin bütün formalarının ləğv olunması üçün səylərini birləşdirməyə çağırıb.

"seçkiliyi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#seçkiliyi nədir? #seçkiliyi sözünün mənası #seçkiliyi nə deməkdir? #seçkiliyi sözünün izahı #seçkiliyi sözünün yazılışı #seçkiliyi necə yazılır? #seçkiliyi sözünün düzgün yazılışı #seçkiliyi leksik mənası #seçkiliyi sözünün sinonimi #seçkiliyi sözünün yaxın mənalı sözlər #seçkiliyi sözünün əks mənası #seçkiliyi sözünün etimologiyası #seçkiliyi sözünün orfoqrafiyası #seçkiliyi rusca #seçkiliyi inglisça #seçkiliyi fransızca #seçkiliyi sözünün istifadəsi #sözlük