seçkiləri sözü azərbaycan dilində

seçkiləri

Yazılış

  • seçkiləri • 95.3188%
  • Seçkiləri • 4.4899%
  • SEÇKİLƏRİ • 0.1912%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
2013 Azərbaycan Prezident seçkiləri
2013-cü il Azərbaycan Respublikası prezidenti seçkiləri — Azərbaycan Respublikası Prezidenti postuna keçirilən VII rəsmi ümumilli seçkilər. Seçkilər 2013-cü ilin oktyabr ayının 9-da keçirilib. 10 namizəd seçkidə iştirak edib. Seçici fəallığı 72,31 % olub. İlham Əliyev 3-cü dəfə seçkilərin qalibi olub. == Seçki qaydaları == Mərkəzi Seçki Komissiyası oktyabrın 9-da keçiriləcək prezident seçkisinin təqvim planını təsdiqləyib. Təqvimə görə, seçkiqabağı təşviqat sentyabrın 16-da başlanacaq və oktyabrın 8-dək davam edəcək. Prezidentliyə namizədlərin qeydiyyatı üçün zəruri sənədlərin təqdim olunması avqustun 20-dən başlanır və sentyabrın 9-da başa çatır. Seçkilərin monitorinqinin aparılması ilə bağlı vətəndaşlardan, namizədin nümayəndələrindən, QHT-lərdən, beynəlxalq müşahidəçilərdən (qanunda nəzərdə tutulmuş qaydada dəvətlə gələn və MSK-da qeydiyyatdan keçən) müraciətlər sentyabrın 29-dək qəbul olunur. Exit-poll-un keçirilməsi ilə bağlı müraciətlər sentyabrın 19-dan qəbul olunur və sentyabrın 29-dək baxılır.
2014 Türkiyə prezident seçkiləri
2014 Türkiyə Prezident Seçkisi (türk. 2014 Türkiye cumhurbaşkanlığı seçimi) — Görevdeki prezidenti Abdullah Gülün səlahiyyət müddətinin 28 avqust 2014-cü sona çatması və yerinə gələcək 12. prezidentini müəyyən etmək üçün ediləcək olan seçki. Seçki tarixi, Türkiyə Yüksək Seçim Kurulu tərəfindən ilk turu 10 avqust 2014 Bazar günü, seçkinin ikinci tura qalması vəziyyətində isə ikinci səsvermə 24 avqust 2014 Bazar günü olaraq təyin olundu. Yurd xaricində yaşayan Türklər üçün olduqları ölkədə səs istifadə etmə tarixləri ilk tur üçün 31 İyul - 3 Avqust 2014, ikinci dövr seçimi isə 17-20 Avqust 2014 olaraq açıqlandı. == Namizədlər == Ədalət və İnkişaf Partiyasının ən real, yeganə namizədi və Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğandır.
2020 Azərbaycan parlament seçkiləri
Azərbaycanda Parlament seçkiləri (2020) — Fevralın 9-da baş tutan Milli Məclisə VI çağırış seçkiləridir. Bundan əlavə, müstəqillik tarixindəki ilk növbədənkənar parlament seçkiləridir. Majoritar seçki sistemi ilə keçirilən seçkilərdə Azərbaycan Respublkasının Milli Məclisinin 125 deputatının seçilməsi nəzərdə tutulur. == Seçki sistemi == Azərbaycan Respublikasının Milli Məclisinin 125 deputatı 5 il müddətinə təkmandatlı seçki dairələrindən sadə səs çoxluqlu majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilir. Azərbaycan Respublikasının seçkilərdə iştirak etmək hüququna malik olan hər bir vətəndaşı qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilə bilər. 18 yaşına çatmamış və məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslər bu hüquqdan məhrumdur. Həmçinin, hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, din xadimlərinin, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin, konstitusiyada və qanunda nəzərdə tutulan digər şəxslərin seçilmək hüququ qanunla məhdudlaşdırıla bilər. == Hazırlıq işləri == 2019-cu il may ayının 14-də Yeni Azərbaycan Partiyasının (YAP) Baş Katibi Əli Əhmədov Azərbaycanda Parlament seçkilərinin təyin olunduğu ildə, yəni 2020-ci ildə baş tutacağını bildirdi. 2019-cu il noyabrın 28-i saat 11:00-da Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının təcili iclasının baş tutacağı açıqlandı. Azərbaycanın Baş naziri Əli Əsədovun da qatıldığı və bir saat davam edən iclasın nəticəsində, V çağırış Milli Məclisin buraxılması ilə bağlı Prezidentə müraciət edilməsinə dair qərar qəbul olunduğu açıqlandı.
ABŞ Prezident seçkiləri (1792)
1792 ABŞ Prezident Seçkisi (ing. United States presidential election, 1792) - Amerika Birləşmiş Ştatlarında keçirilmiş ikinci prezident seçkisi. Seçkidə Corc Vaşinqton tək namizəd kimi qatılmış və qələbə qazanmışdır. Corc Vaşinqtonun 1788 - 1789 ABŞ Prezident seçkiləri zamanı vitse prezidenti olmuş Con Adams 1792-ci ildə keçirilmiş seçkilər zamanıda vitse prezident vəzifəsini tutmuşdur.
ABŞ Prezident seçkiləri (1796)
1796 ABŞ Prezident Seçkisi (ing. United States presidential election, 1796) — Amerika Birləşmiş Ştatlarında keçirilmiş sayca III prezident seçkisi. Seçkidə Con Adams və Tomas Cefferson əsas namizədlər kimi yarışmış və Con Adams seçiçilərin 53.4% alaraq II ABŞ prezidenti seçilmişdir. Con Adamsın vitse prezidenti isə seçkidə ona əsas rəqib olmuş Tomas Cefferson olmuşdur.
ABŞ Prezident seçkiləri (2012)
ABŞ Prezident seçkisi (2012) (ing. United States presidential election of 2012) — 6 noyabr 2012-ci il tarixində ABŞ-də keçirilmiş, sayca 57-ci prezident seçkisi. ABŞ Demokrat Partiyası 2012-ci il üçün ilkin seçkilər keçirməmiş, ABŞ Prezidenti Barak Obamaın namizədliyini irəli sürmüşdür. ABŞ-də hər 10 ildən bir keçirilən əhalinin siyahıya alınması, sonuncu dəfə 2010-cu ildə keçirilmişdir. Belə siyahıya alınmaya əsasən hansı ştatın nə qədər nümayəndə vermək hüququ olduğu müəyyən edilir. ABŞ Prezident Seçkilərinin ən önəmli cəhəti hər bir ştatdan əldə olunan nəticənin, ümumi nəticədən üstün tutulmasıdır. Buna misal olaraq, 2000-ci ildə keçirilən seçkiləri göstərmək olar. Həmin seçkilərdə Corc Uoker Buş 50.456.002 onun rəqibi Albert Qor isə 50.999.897 seçinin səsini toplamışdır. Ümumi seçkini Albert Qor qazansa da, 30 ştatda üstünlük əldə etmiş Corc Uoker Buş prezident seçilmişdir. Bu baxımdan ümumi say çoxluğundan daha çox, ayrı-ayrı ştatlarda üstünlük qazanmaq, namizədlər üçün daha önəmlidir.
ABŞ Prezident seçkiləri (2016)
2016 ABŞ prezident seçkiləri — 8 noyabr 2016 tarixində keçiriləcəkdir. Bu seçkilər 58-ci ABŞ prezident seçkiləri olacaq. ABŞ-nin indiki başçısı Barak Obama bu vəzifəyə iki dəfə seçilmiş olduğu üçün üçüncü bir dəfə namizəd olması mümkün deyil. Partiyaların namizədləri ön seçkilərdə müəyyən edilir.
ABŞ Prezident seçkiləri (2020)
2020-ci il ABŞ Prezident seçkiləri — 2020-ci il 3 noyabrda ABŞ-də keçiriləcək prezident seçkiləridir. Bu seçkilərin nəticəsi Amerikanın 46-cı prezidentini bəlli edəcək (əgər Donald Tramp 2-ci dəfə prezident seçilməsə). Praymeriz nəticəsinə uyğun olaraq seçkilərə iki namizəd qatıldı. Respublikaçılar Partiyasını təmsil edən Donald Tramp və ona qarşı Demokratlar Partiyasından olan namizəd Co Bayden. == Qaydalar == ABŞ-də mövcud seçki sisteminə görə dövlət başçısı 538 nəfərdən ibarət Seçkiçilər Kollegiyası tərəfindən seçilir. Hər bir ştatı təmsil edən seçkiçilərin sayı Konqresdə həmin ştatın nümayəndələrinin sayına bərabərdir. Seçkiçilər seçkilərdə əvvəlcə onların ştatında qalib gəlmiş namizədə səs verməlidirlər, lakin bunu bir vəzifə kimi tələb edən qanun yoxdur. Beləliklə, namizəd öz opponenti ilə müqayisədə daha çox amerikalının səsini topladığı halda, seçkiçilərin həmin namizədə daha az səs verməsi nəticəsində uduza bilər. == Nəticələr == Noyabrın 4-nə olan nəticələrə əsasən Co Bayden 70.106.680 seçici səsi, Donald Tramp isə 67.356.298 səs qazanıb. 94 faiz bülletenlərin sayılmasından sonra Bayden səslərin 49,3%, Donald Tramp isə 49,1 faizini toplayıb.
Azərbaycanda Bələdiyyə seçkiləri (2009)
Azərbaycanda bələdiyyə seçkiləri (2009) — Azərbaycanda yerli və seçkili idarəetmə orqanları olan bələdiyyələrə keçirilən seçkilər. Bu Azərbaycanda bələdiyyələr üçün keçirilmiş sayca 3-cü ümumrespublika seçkisidir. Seçkilər majoritar qaydada keçirilmiş və seçicilər tərəfindən seçkilərdə yalnızca bələdiyyə üzvləri seçilmişdir. Qüvvədə olan qanunlara əsasən bələdiyyə sədrləri seçkilər nəticəsində formalaşmış bələdiyyələrin ilk iclasında seçilmiş bələdiyyə üzvləri tərəfindən seçilir. == Zəmin == Seçkilərdə öncə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 14 aprel 2009-cu il tarixli sərəncamına əsasən ölkə ərazisində fəaliyyət göstərən bələdiyyələrin bir çoxu birləşdirilərək yenidən təşkil olunmuşdur. Müvafiq sərəncamdan sonra bələdiyyələrin sayı 2757-dən 1718-ədək azaldılmışdır. Bu seçkilərdə, həmçinin, 6 oktyabr 2006-cı il tarixində Azərbaycanda keçirilmiş təkrar, əlavə və yəni bələdiyyə seçkilərində seçilmiş, səlahiyyətləri 2011-ci ildə bitməli olan 81 bələdiyyə də seçki qərarı alaraq Mərkəzi Seçki Komissiyasına müraciət etmiş və bu bələdiyyələrdə də seçkilər keçirilmişdir.Naxçıvan Muxtar Respublikası üzrə isə 215 bələdiyyə birləşdirilərək 171-ə endirilmişdir.Seçkilərə 1 ay qalmış, 29 noyabr 2009-cu il tarixində Mərkəzi Seçki Komissiyasının sədr müavini Svetlana Qasımova ölmüşdür. == Seçki sistemi == Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əsasən Azərbaycan Respublikasında yerli özünüidarəni həyata keçirən bələdiyyələrin üzvləri nisbi çoxluq sistemi əsasında çoxmandatlı seçki dairələri üzrə seçilir. Əhalisi 500-dən az olan ərazilərdə 5, 500-dən 999-dək olan ərazilərdə 7, 1000-dən 4.999-dək olan ərazilərdə 9, 5000-dən 9999-dək olan ərazilərdə 11, 10000-dən 19999-dək olan ərazilərdə 13, 20000-dən 49999-dək olan ərazilərdə 15, 50000-dən 99999-dək olan ərazilərdə 17, 100000-dən 299999-dək olan ərazilərdə 19 bələdiyyə üzvü seçilir.Bələdiyyələrin səlahiyyət müddəti 5 ildir. Seçkilərdə iştirak etmək hüququna malik olan və müvafiq seçki dairəsində daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları bələdiyyələrə üzv seçilə bilərlər.
Azərbaycanda Parlament seçkiləri (1995)
1995-ci il Azərbaycan parlament seçkilər — Azərbaycan Respublikasının Milli Məclisi 1-ci çağırış seçkiləri. == Zəmin == Seçkilərdən öncə proporsional seçki üzrə vahid deputat siyahılarında adı olan bir sıra Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvü müxtəlif cinayət işləri üzrə həbs olunmuşdur. İqtidar cinahı bu həbslərin hüquqi səbəbdən olduğunu iddia etsə də, Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyası rəhbərliyi bu həbslərin siyasi motivlər əsasında olduğunu iddia etmişdir. 19 sentyabr 1995-ci il tarixində sabiq xarici işlər naziri, istiqlalçı deputat, fizik, Müsavat Partiyasının proporsional seçki üzrə deputatlığa vahid namizədlər siyahısında 2-ci sırada olan Tofiq Qasımov həbs olunmuşdur. O, vətənə xəyanətdə və 1995-ci mart hadisələrində dövlət əleyhinə fəaliyyətdə günahlandırılırdı. Həmçinin sabiq millət vəkili, Azərbaycan Xalq Cəbhəsi Partiyasının deputatlığa vahid namizədlər siyahısında 4-cü yerdə olan Fərəc Quliyev və hərbçi, Azərbaycan Xalq Cəbhəsi Partiyasının deputatlığa vahid namizədlər siyahısında 6-cı yerdə olan Arif Paşayev də həbsdə idilər. Fərəc Quliyev dövrün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevi qeyri-qanuni yolla hakimiyyətdən uzaqlaşdırma, Arif Paşayev isə xüsusi xidmət orqanı həbsxanasından qaçma üzrə həbs olunmuşdur. Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyası xaricində siyasi fəallardan rəsmi dövlət qeydiyyatında olmayan Azərbaycan İşçi Partiyası sədri Sabutay Hacıyev vətənə xəyanətdə və dövlət əleyhinə silahlı qiyamda günahlandırılaraq həbs edilmişdi. Onun rəhbərlik etdiyi partiya cəmiyyətdə sabiq prezident Ayaz Mütəllibov ilə əlaqələndirilirdi. == Haqqında == 1995-il noyabrın 12-də Azərbaycan Respublikası Milli Məclisinə deputat seçkiləri keçirilmişdir.
Azərbaycanda Parlament seçkiləri (2000)
2000-ci il Azərbaycan parlament seçkiləri — Milli Məclisə II çağırış seçkiləri. == Zəmin == II çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər 2000-ci il noyabrın 5-nə təyin olunmuşdu. İyulun 18-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə ölkədə əsas siyasi qüvvələri təmsil edən 17 nəfərdən ibarət Mərkəzi Seçki Komissiyası təşkil olundu. Tərkibinin 1/3 prinsipi ilə formalaşdırılması nəzərdə tutulan Komissiyanın 6 üzvü vahid çoxmandatlı seçki dairəsi üzrə seçilmiş deputatları Milli Məclisdə çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyanı (Yeni Azərbaycan Partiyasını), 6 üzvü vahid çoxmandatlı seçki dairəsi üzrə seçilmiş deputatları Milli Məclisdə azlıq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyaları, qalan 5 nəfəri isə heç bir siyasi partiyaya mənsub olmayan və onların namizədliklərini təqdim edən deputatları təmsil edirdi. "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında" Qanunun 12-ci maddəsinin 5-ci bəndinə uyğun olaraq seçkilərə 110 gün qalmış, yəni 2000-ci il iyulun 18-dən gec olmayaraq birmandatlı seçki dairələrinin yaradılması sxemi və qrafik təsviri Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq olunmalı idi, lakin seçkilərə hazırlığın başlanğıc mərhələsində yaranmış müəmmalı vəziyyət MSK-nın yeni tərkibdə fəaliyyətə başlamasına imkan vermirdi. Mərkəzi Seçki Komissiyasının Azərbaycan Milli İstiqlal və Azərbaycan Xalq Cəbhəsi partiyalarını təmsil edən 6 üzvü dönə-dönə edilən xəbərdarlığa rəğmən, iclasa gəlmir və yetərsay olmadığına görə Komissiya öz səlahiyyətlərini icra edə bilmirdi. İyulun 19-da Mərkəzi Seçki Komissiyasının təkrarən iclası çağırılmış və təyin edilmiş bütün üzvlərin hər biri bu barədə məlumatlandırılmışdı. Komissiyanın yuxarıda göstərilən 6 üzvü bu dəfə də iclasa gəlməmiş və MSK-nın formalaşması baş tutmamışdı. Yaranmış gərgin vəziyyətdən çıxmaq üçün Komissiyanın qalan üzvləri ölkə Prezidentinə xahişlə müraciət etdilər. Azərbaycan Respublikası Milli Məclisinin sədrinə və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun rəhbərinə də belə müraciətlər olundu.
Azərbaycanda Parlament seçkiləri (2005)
2005-ci il Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər — Milli Məclisə 3-çağırış seçkilər 2005-ci il 6 noyabrda keçirilmişdir. == Tarixçə == Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikasının 27 may 2003-cü il tarixli Qanununun 3.5-ci və 3.6-cı maddələrinə uyğun olaraq, 2005-ci il noyabrın 6-da Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərlə əlaqədar özünün qərarları ilə 2005-ci ildə: Demokratik Azərbaycan Dünyası Partiyası, Azərbaycan Azad Respublikaçılar Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası və Azərbaycan Respublikaçılar Partiyası tərəfindən 21 iyulda yaradılmış "İslahat" ; Müsavat Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası və Azərbaycan Demokrat Partiyası tərəfindən 21 iyulda yaradılmış "Azadlıq"; Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası və Azərbaycan Milli Hərəkat Partiyası tərəfindən 21 iyulda yaradılmış "Yeni Siyasət-yeS"; Vəhdət və Birlik partiyaları tərəfindən 24 iyulda yaradılmış "Azərbaycançı Qüvvələr"; Ədalət Partiyası, Vahid Azərbaycan Milli Birlik Partiyası və Vətəndaş Həmrəyliyi Partiyası tərəfindən 24 iyulda yaradılmış "Demokratik Azərbaycan"; Azərbaycan Xalq Demokratik Partiyası və Vahid Azərbaycan Partiyası tərəfindən 24 iyulda yaradılmış "Azərbaycan Naminə Seçki Bloku"; Qorqud Partiyası, Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası tərəfindən 27 iyulda yaradılmış "Azərbaycan Tərəqqi Alyansı"; Azərbaycan Mübarizlər Partiyası və Azərbaycan Milli Dövlətçilik Partiyası tərəfindən 15 avqustda yaradılmış "Birlik" siyasi partiyalar bloklarını qeydə aldı. == Seçkilər == Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq 2005-ci il sentyabrın 7-dən etibarən ölkədə seçkiqabağı təşviqat başlanmış və seçkilərə 24 saat qalmış, yəni noyabrın 5-i saat 8.00-a kimi davam etdirilmişdir. MSK-nın iclasında ödənişsiz efir vaxtının adları çəkilən seçki subyektləri arasında bölgüsü məqsədilə püşkatma keçirildi və seçkiqabağı təşviqat dövründə onlara ayrılan ödənişsiz efir vaxtı bölgüsünün nəticələrini əks etdirən cədvəllər təsdiq olundu. Seçki günündə – 2005-ci il noyabrın 6-da ölkənin 125 seçki dairəsində səsvermə keçirildi. Dairə seçki komissiyalarının qərarları ilə 37 seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız sayılmışdı. Əvvəlkilərdən fərqli olaraq Azərbaycan Respublikası Milli Məclisinin deputatları yalnız majoritar seçki sistemi üzrə seçilirdi. İlk dəfə idi ki, Azərbaycanın Dağlıq Qarabağ ərazisi üzrə yaradılmış 122 saylı Xankəndi seçki dairəsində də səsvermə təşkil olunmuşdu. 2005-ci il noyabrın 23-də Mərkəzi Seçki Komissiyası noyabrın 6-da Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsinə baxılması üçün səsvermənin ümumi yekunları haqqında MSK-nın protokolunu, eləcə də dairə seçki komissiyalarının protokollarını onlara əlavə edilən sənədlərlə birlikdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim etdi. Məcəllənin tələblərinə cavab vermədiyindən 6 dairə seçki komissiyasının protokolları təsdiq edilmədi.
Azərbaycanda Parlament seçkiləri (2010)
Azərbaycanda parlament seçkiləri (2010) — 7 noyabr 2010-cu il tarixində Azərbaycan Respublikasının Milli Məclisinin IV çağırışı üçün keçirilmiş parlament seçkilər. Seçkilərdə 33 siyasi partiya və 5 seçki bloku iştirak etmişdir. Seçkilər 125 tək mandatlı seçki dairə üzrə keçirilmişdir. Hər seçki dairəsi üzrə ən çox səs almış şəxs deputat seçilmişdir. Bu səbəbdən seçkiləri səs sayına görə 2-ci sırada bitirmiş Müsavat Partiyası (2.01%) mandat qazana bilməmişdir. Eyni zamanda Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası və Vətəndaş Həmrəyliyi Partiyasının daxil olduğu Demokratiya Seçki Bloku 3,27% səs alaraq 4 mandat, Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyasından ibarət AXCP-Müsavat Seçki Bloku isə 3,14% səs alaraq 0 mandat qazanmışdır. == Seçkilər == Milli Məclisin 4-cü çağırışının seçkiləri 7 noyabr tarixində keçirildi. Seçkilərdən əvvəl Milli Məclisin 3-cü çağırışının 25 deputatı yeni seçkilərdə iştirak etməyəcəklərini bildirmişdilər. Seçkilər xarici nəzarətçilər tərəfindən nəzarət edilirdi. Seçkilərin nəticələrinə əsasən Yeni Azərbaycan Partiyası səsvermədə üstünlük qazanaraq 125 mandatdan 72-sini qazandı.
Azərbaycanda Parlament seçkiləri (2015)
Azərbaycan Respublikasının Milli Məclisinə V çağırış seçkiləri — 1 noyabr 2015-ci ildə Azərbaycanın 125 Seçki dairəsi üzrə keçirilmiş parlament seçkiləridir. Seçkidə seçicilərin 55,7%-i (2,897,188 nəfər) iştirak edib. Seçkilərin nəticələrinə əsasən İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyası əksər seçki dairələrində qalib gələrək seçkilərdə qələbə qazandı . == Sonuncu seçkilər == 2010-cu ildə Milli Məclisə keçirilmiş son seçkilərdə Yeni Azərbaycan Partiyası 72 dairədə daha çox səs toplayaraq qalib gəlmişdir. 41 dairədə bitərəf namizədlər, 12 seçki dairəsində isə digər partiya nümayəndələri qalib olmuşdur. 2013-cü il prezident seçkilərində İlham Əliyev qələbə qazanmışdır. == Seçki Öncəsi == Azərbaycan Xalq Partiyası, Azadlıq Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Aydınlar Partiyası, Azad Demokratlar Partiyası, Böyük Azərbaycan Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası tərəfindən Azadlıq-2015 Seçki Bloku təsis olundu. == Seçki günü == Saat 08:00-da başlayan seçkilər saat 19:00-da başa çatıb. Seçkilərdə 15 siyasi partiya və daha 7 partiyadan ibarət olan bir seçki bloku iştirak edib. Ümumilikdə 125 mandat üzrə 767 namizəd mübarizə aparıb.
Azərbaycanda Parlament seçkiləri (2020)
Azərbaycanda Parlament seçkiləri (2020) — Fevralın 9-da baş tutan Milli Məclisə VI çağırış seçkiləridir. Bundan əlavə, müstəqillik tarixindəki ilk növbədənkənar parlament seçkiləridir. Majoritar seçki sistemi ilə keçirilən seçkilərdə Azərbaycan Respublkasının Milli Məclisinin 125 deputatının seçilməsi nəzərdə tutulur. == Seçki sistemi == Azərbaycan Respublikasının Milli Məclisinin 125 deputatı 5 il müddətinə təkmandatlı seçki dairələrindən sadə səs çoxluqlu majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilir. Azərbaycan Respublikasının seçkilərdə iştirak etmək hüququna malik olan hər bir vətəndaşı qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilə bilər. 18 yaşına çatmamış və məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslər bu hüquqdan məhrumdur. Həmçinin, hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, din xadimlərinin, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin, konstitusiyada və qanunda nəzərdə tutulan digər şəxslərin seçilmək hüququ qanunla məhdudlaşdırıla bilər. == Hazırlıq işləri == 2019-cu il may ayının 14-də Yeni Azərbaycan Partiyasının (YAP) Baş Katibi Əli Əhmədov Azərbaycanda Parlament seçkilərinin təyin olunduğu ildə, yəni 2020-ci ildə baş tutacağını bildirdi. 2019-cu il noyabrın 28-i saat 11:00-da Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının təcili iclasının baş tutacağı açıqlandı. Azərbaycanın Baş naziri Əli Əsədovun da qatıldığı və bir saat davam edən iclasın nəticəsində, V çağırış Milli Məclisin buraxılması ilə bağlı Prezidentə müraciət edilməsinə dair qərar qəbul olunduğu açıqlandı.
Azərbaycanda Prezident seçkiləri (1991)
Azərbaycanda Prezident seçkiləri — 1991-ci il sentyabrın 8-də Azərbaycan ərazisində baş tutdu. Həmin seçkilər Azərbaycanda baş tutan birinci Prezident seçkiləri oldu. Prezident seçkiləri "Azərbaycanın dövlət müstəqilliyi haqqında" Konstitusiya Bəyannaməsinin qəbul edilməsindən 10 gün sonra baş tutdu. seçkilərdə bir namizəd mübarizə apardı: Kommunist Partiyasının namizədi Ayaz Mütəllibov. O, səslərin 98,50 % topladı və Azərbaycan Prezidenti seçildi. == Zəmin == 1991-ci il avqustun 30-da Azərbaycan SSR Ali Sovetinin sessiyasında Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Bəyannaməsi qəbul edildi. Daha sonra Azərbaycan SSR Ali Soveti tərəfindən 1991-ci il sentyabrın 8-də Azərbaycanda prezident seçkilərinin baş tutması barədə qərar qəbul edildi. == Namizədlər == === Qeydə alınan namizədlər === == Nəticələri == Seçici fəallığının 85,70 % olduğu seçkidə, Ayaz Mütəllibov səslərin 98,50 % topladı və Azərbaycan Prezidenti seçildi. Azərbaycan Konstitusiyası hələ qəbul olunmadığı üçün o, qeyri müəyyən müddətə Prezident seçildi.
Azərbaycanda Prezident seçkiləri (1992)
Azərbaycanda Prezident seçimləri — 1992-ci il iyunun 7-də Azərbaycan ərazisində baş tutdu. Seçimlərdə beş namizəd mübarizə apardı. Əbülfəz Elçibəy, səslərin 60.90 % topladı və Azərbaycan Prezidenti seçildi. == Seçkidən əvvəl == 29 aprel 1992-ci ildə Azərbaycan Xalq Cəbhəsinin qərargahında Azərbaycan Xalq Cəbhəsinin Azərbaycan prezidentliyinə seçkilər üzrə Mərkəzi Seçki Qərargahı mətbuat konfransı keçirmişdir. == Nəticələri == 1992-ci il iyunun 7-də keçirilmiş seçkilərdə Əliyev Əbülfəz Elçibəy Qədirqulu oğlu Prezident seçilmişdir. Seçici siyahılarına daxil edilmiş seçicilərin ümumi sayınm 76,3 faizi səsvermədə iştirak etmişdir.Lehinə seçicilərin 59,4 faizi səs vermişdir. Əlehinə səs vermişdir 38,0 faiz. Azərbaycan Konstitusiyası hələ qəbul olunmadığı üçün o, qeyri müəyyən müddətə Prezident seçildi. == Seçimdən sonra == Müxtəlif dövrlərdə, sözügedən seçkilər ərəfəsində və sonrasında Azərbaycan Xalq Cəbhəsi funksionerləri tərəfindən verilən bəyənatların fonunda, Azərbaycan Xalq Cəbhəsi lehinə seçki saxtakarlığına yol verildiyinə dair iddialar səsləndirilmişdir.
Azərbaycanda Prezident seçkiləri (1993)
Azərbaycanda Prezident seçimləri — 1993-cü ildə Azərbaycan ərazisində baş tutdu. Seçimlərdə üç namizəd mübarizə apardı. Heydər Əliyev, səslərin 98.80 % topladı və Azərbaycan Prezidenti seçildi. == Seçimdən əvvəl == == Nəticələri == Seçici fəallığının 97.60 % olduğu seçimdə, Heydər Əliyev səslərin 98.80 % topladı və 5 il müddətinə Azərbaycan Prezidenti seçildi.
Azərbaycanda Prezident seçkiləri (1998)
1998-ci il Azərbaycan Respublikası prezidenti seçkiləri — Azərbaycan Respublikası Prezidenti postuna keçirilən 4-cü rəsmi seçkilərdir. Seçkilər 11 oktyabr 1998-ci ildə keçirilib. Seçkilərdə 3,358,465 seçici iştirak edib. == Haqqında == 1998-ci il oktyabrın 11-də Azərbaycan Respublikasmda dördüncü dəfə keçirilən Prezident seçkiləri günü səsvermədə 3.358.465 seçici iştirak etmişdi ki, bu da seçici siyahılarında seçicilərin ümumi sayının 79, 18 faizini təşkil edirdi (Prezident seçkiləri haqqında Qanunun 53-cü maddəsinə görə, seçici siyahılarına daxil edilmiş seçicilçrin azı 25 faizi seçkilərdə iştirak etdikdə seçki baş tutmuş sayılır). Seçkilərdə iştirak etmiş seçicilərin 2.556.059 nəfəri və ya 76,11 faizi ölkə Prezidentliyinə altı namizəddən biri olan Əliyev Heydər Əlirza oğluna səs verilmişdir. Beləliklə Azərbaycan Respublikası Konstitusiyasının 101-ci məddəsinin ikinci hissəsinə uyğun olaraq H.Ə.ƏIiyev səsvermədə iştirak etmiş seçicilərin üçdə iki hissəsinini səs çoxluğu ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 1998-ci il oktyabrın 15-də Azərbaycan Respublikasmın Mərkəzi Seçki Komissiyası Prezident seçkllərinə yekun vurdu. Qanunvericiliyə əsasən seçkilərin yekun sənədləri Mərkəzi Seçki Komissiyası tərəflndən Azərbaycan Resaublikasının Konstitusiya Məhkəməsinə təqdim olundu və 1998-ci il oktyabrın 16-da Konstitusiya Məhkəməsi Prezident seçkilərinin yekunları haqqında məlumatı rəsmən elan etdi. Oktyabrın 18-də Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi günü Prezidentin andiçmə mərasimi keçirildi == Nəticələr == == Etirazlar == Azərbaycan müxalifəti, AXCP sədri Əbülfəz Elçibəy, Müsavat Partiyası başqanı İsa Qəmbər, ALP lideri Lalə Şövkət və prezidentliyə namizəd Etibar Məmmədov 9 noyabr 1998-ci ildə protokol imzalayaraq seçki nəticələrinin tanımadıqlarını elan etmişdir. Bundan sonra ardıcıl olaraq bir neçə dəfə mitinq və yürüyüş keçirilmişdir.
Azərbaycanda Prezident seçkiləri (2003)
2003-cü il Azərbaycanda Prezident seçkiləri — Azərbaycan ərazisində baş tutan növbəti (beşinci) Prezident seçkiləri. Prezident seçkiləri oktyabrın ayının üçüncü çərşənbə gününə, yəni oktyabrın 15-nə təyin edildi. Prezident seçkilərində 11 nəfərin namizədliyi qeydə alındı — Azərbaycan Naminə Alyans Partiyasının (ANAP) namizədi Abutalıb Səmədov, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) namizədi Etibar Məmmədov, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) namizədi Əli Kərimli, Müasir Müsavat Partiyasının (MMP) namizədi Hafiz Hacıyev, Yeni Azərbaycan Partiyasının (YAP) namizədi İlham Əliyev, Ədalət Partiyasının "ƏDALƏT" namizədi İlyas İsmayılov, Milli Vəhdət Partiyasının (MVP) namizədi Yunus Oğuz, Müsavat Partiyasının "MÜSAVAT" namizədi İsa Qəmbər, Azərbaycan Liberal Partiyasının (ALP) namizədi Lalə Hacıyeva, bitərəf namizəd Qüdrət Həsənquliyev, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) namizədi Sabir Rüstəmxanlı. Prezident seçkilərindən əvvəl AXCP namizədi Əli Kərimli AMİP namizədi Etibar Məmmədovun xeyrinə, ANAP namizədi Abutalıb Səmədov və MVP namizədi Yunis Oğuz isə YAP namizədi İlham Əliyevin xeyrinə namizədliyini geri götürdü. Eyni zamanda AMİP namizədi Etibar Məmmədovun namizədliyi Azərbaycan Liberal Demokrat Partiyası tərəfindən də dəstklənmişdir. Azərbaycan Prezidenti Heydər Əliyevin səhhətində olan problemlərə görə Prezident seçkilərində mübarizə aparmağdan imtina etdi və namizədliyini oğlu — Milli Məclisin deputatı, avqustun 4-dən isə Azərbaycanın Baş naziri olan İlham Əliyevin xeyrinə geri götürdü. Prezident seçkilərinin rəsmi nəticələrinə əsasən İlham Əliyev 76,84 % səslə Prezident seçildi. Onun əsas rəqibi hesab olunan İsa Qəmbər isə 13,97 % səs topladı, amma sıralarında İsa Qəmbərin sədri olduğu Müsavat Partiyası, digər müxalif siyasi partiyalar və bitərəf seçicilərindən olduğu insanlar Prezident seçkilərinin rəsmi nəticələrindən razı deyildilər. Prezident seçkilərinin rəsmi nəticələrinin elan edilməsindən sonra insanlar Müsavat Partiyasının Qərargahının qarşısına toplaşdı, bir gün sonra isə yüz minlərlərlə insan "Azadlıq" meydanına toplaşdı. Oktyabrın 16-da "Azadlıq" meydanının insanlardan "təmizlənməsi" üçün başlanılan və Daxili İşlər Nazirliyinin, Daxili Qoşunların cəlb olunduğu proses, polis qəddarlığı ilə yadda qaldı.
Azərbaycanda Prezident seçkiləri (2008)
2008-ci il Azərbaycan Respublikası prezidenti seçkiləri — Azərbaycan Respublikası Prezidenti postuna keçirilən 6-cı rəsmi seçkilərdir. Seçkilər 15 oktyabr 2008-ci ildə keçirilib. Seçkilərdə səsvermə hüququna malik olan vətəndaşların 75,64%-i (3,700,634 vətəndaş) iştirak edib. Seçkilərdə prezident İlham Əliyev ikinci dəfə qalib gələrək ikinci müddətə prezident səlahiyyətlərinin icrasına başlayıb. == Maliyyələşmə == Bu prezident seçkiləri üçün dövlət büdcəsindən 21,7 milyon manat ayrılmışdır. == Nəticələr == == Mənbə == Səsvermənin nəticələri haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokolu. msk.gov.az (az.) Seçkilər, Prezidnet, 15 oktyabr 2008.
Azərbaycanda Prezident seçkiləri (2013)
2013-cü il Azərbaycan Respublikası prezidenti seçkiləri — Azərbaycan Respublikası Prezidenti postuna keçirilən VII rəsmi ümumilli seçkilər. Seçkilər 2013-cü ilin oktyabr ayının 9-da keçirilib. 10 namizəd seçkidə iştirak edib. Seçici fəallığı 72,31 % olub. İlham Əliyev 3-cü dəfə seçkilərin qalibi olub. == Seçki qaydaları == Mərkəzi Seçki Komissiyası oktyabrın 9-da keçiriləcək prezident seçkisinin təqvim planını təsdiqləyib. Təqvimə görə, seçkiqabağı təşviqat sentyabrın 16-da başlanacaq və oktyabrın 8-dək davam edəcək. Prezidentliyə namizədlərin qeydiyyatı üçün zəruri sənədlərin təqdim olunması avqustun 20-dən başlanır və sentyabrın 9-da başa çatır. Seçkilərin monitorinqinin aparılması ilə bağlı vətəndaşlardan, namizədin nümayəndələrindən, QHT-lərdən, beynəlxalq müşahidəçilərdən (qanunda nəzərdə tutulmuş qaydada dəvətlə gələn və MSK-da qeydiyyatdan keçən) müraciətlər sentyabrın 29-dək qəbul olunur. Exit-poll-un keçirilməsi ilə bağlı müraciətlər sentyabrın 19-dan qəbul olunur və sentyabrın 29-dək baxılır.
Azərbaycanda Prezident seçkiləri (2018)
== Tarixi == Azərbaycan Konstitusiyasına əsasən 2018-ci ildə Azərbaycan ərazisində növbəti Prezident seçkiləri baş tutmalı idi. Prezident seçkiləri Qanuna əsasən oktyabrın ayının ikinci çərşənbə gününə, yəni oktyabrın 10-na təyin edilməli idi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 fevral 2018-ci il tarixli Sərəncamına əsasən 2018-ci il aprelin 11-də Azərbaycana növbədənkənar Prezident seçkilərinin elan edilməsi qərara alındı. Azərbaycan tarixində birinci dəfə növbədənkənar Prezident seçkiləri təyin edilirdi. == Müxalifətin qatılmaması == Azərbaycan Prezidenti İlham Əliyevin 5 fevral 2018-ci il tarixli Sərəncamı ilə 2018-ci il aprelin 11-də Azərbaycanda növbədənkənar Prezident seçkilərinin elan edilməsindən sonra bir sıra müxalif siyasi partiyalar seçkilərdə mübarizə aparmayacağını bildirdi. Fevralın 10-da Müsavat Partiyası və Ümid Partiyası Prezident seçkilərində mübarizə aparmayacağını bildirdi. Müsavat Partiyasının Məclis üzvü Nailə Yaqublu BBC Azərbaycana verdiyi müsahibəsində, Azərbaycanda ədalətli seçki baş tutmasına münbit şəraitin olmadığını bildirib və Müsavat Partiyası olaraq Prezident seçkilərini boykot etməyi qərara alıblar. Ümid Partiyasının Ali Məclisinin həmin gün baş tutan iclasında, partiyanın Prezident seçkilərində mübarizə aparmaması qərara alındı. Ümid Partiyasının nizamnaməsinə əsasən Ümid Partiyasının namizədini yalnızca Qurultay müəyyən edir. Partiyanın Qurultayı isə mayın 28-də baş tutmalı idi, aprelin 11-nə qədər isə növbədənkənar Qurultayın baş tutması isə qeyri realdır.
Azərbaycanda prezident seçkiləri (2025)
Azərbaycanda növbəti prezident seçkiləri — Azərbaycanda 2025-ci ildə keçirilməsi gözlənilən prezident seçkiləri. == Zəmin == 2016-cı ildə keçirilmiş Azərbaycanda konstitusiya referendumundan sonra qəbul olunan dəyişikliklərə əsasən Azərbaycan Prezidenti 7 il müddətinə seçilir. Referendumdan sonra prezidentlik müddətinin 2018-ci ilin oktyabr ayında bitməsinə baxmayaraq İlham Əliyev növbədənkənar seçki qərarı almışdır. Beləliklə, 11 aprel 2018-ci il tarixində növbədənkənar seçkilər keçirilmiş və prezident İlham Əliyev 3 394 898 (86.02%) səs toplayaraq seçkiləri 1-ci sırada başa vurmuş, 4-cü dəfə və 7 illiyinə Azərbaycan Respublikasının prezidenti seçilmişdir. Son seçkidən 7 il sonra, yəni 2025-ci ildə növbəti prezident seçkilərinin keçirilməsi gözlənilir. == Namizədlər == Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının Prezidenti seçilə bilər.
Belarusda Prezident seçkiləri (1994)
1994-cü il Belarusda Prezident seçkiləri — Belarus ərazisində baş tutan birinci Prezident seçkiləri. Prezident seçkilərinin Belarus Milli Məclisinin Nümayəndələr Palatasının 30.03.1994-cü il tarixli Qərarına əsasən 1994-cü il iyunun 22-də baş tutması qərara alındı. 22 iyun 1994-cü ildə baş tutan seçkilərdə altı namizəd mübarizə apardı — Belarus Aqrar Partiyasından namizəd Aleksandr Dubko, Belarus Kommunist Partiyasından namizəd Vasili Novikov, Belarus Xalq Cəbhəsi Partiyasından namizəd Zenon Poznyak, hebelə bitərəf namizədlər Aleksandr Lukaşenko, Stanislav Şuşkeviç və Vyaçeslav Kebiç. Nəticələrə əsasən 1-ci turda Aleksandr Lukaşenko 44.80 %, Vyaçeslav Kebiç isə 17.33 % səs topladı. Heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün iyulun 10-da 2-ci tur baş tutdu. 2-ci turun nəticələrinə əsasən isə Aleksandr Lukaşenko 80.60 %, Vyaçeslav Kebiç isə 14.20 % səs topladı. Bu minvallada Aleksandr Lukaşenko Belarus Prezidenti seçildi.
1992-ci il Azərbaycan Respublikası prezidenti seçkiləri
Azərbaycanda Prezident seçimləri — 1992-ci il iyunun 7-də Azərbaycan ərazisində baş tutdu. Seçimlərdə beş namizəd mübarizə apardı. Əbülfəz Elçibəy, səslərin 60.90 % topladı və Azərbaycan Prezidenti seçildi. == Seçkidən əvvəl == 29 aprel 1992-ci ildə Azərbaycan Xalq Cəbhəsinin qərargahında Azərbaycan Xalq Cəbhəsinin Azərbaycan prezidentliyinə seçkilər üzrə Mərkəzi Seçki Qərargahı mətbuat konfransı keçirmişdir. == Nəticələri == 1992-ci il iyunun 7-də keçirilmiş seçkilərdə Əliyev Əbülfəz Elçibəy Qədirqulu oğlu Prezident seçilmişdir. Seçici siyahılarına daxil edilmiş seçicilərin ümumi sayınm 76,3 faizi səsvermədə iştirak etmişdir.Lehinə seçicilərin 59,4 faizi səs vermişdir. Əlehinə səs vermişdir 38,0 faiz. Azərbaycan Konstitusiyası hələ qəbul olunmadığı üçün o, qeyri müəyyən müddətə Prezident seçildi. == Seçimdən sonra == Müxtəlif dövrlərdə, sözügedən seçkilər ərəfəsində və sonrasında Azərbaycan Xalq Cəbhəsi funksionerləri tərəfindən verilən bəyənatların fonunda, Azərbaycan Xalq Cəbhəsi lehinə seçki saxtakarlığına yol verildiyinə dair iddialar səsləndirilmişdir.
1993-cü il Azərbaycan Respublikası prezidenti seçkiləri
Azərbaycanda Prezident seçimləri — 1993-cü ildə Azərbaycan ərazisində baş tutdu. Seçimlərdə üç namizəd mübarizə apardı. Heydər Əliyev, səslərin 98.80 % topladı və Azərbaycan Prezidenti seçildi. == Seçimdən əvvəl == == Nəticələri == Seçici fəallığının 97.60 % olduğu seçimdə, Heydər Əliyev səslərin 98.80 % topladı və 5 il müddətinə Azərbaycan Prezidenti seçildi.
2003-cü il Azərbaycan Respublikası prezidenti seçkiləri
2003-cü il Azərbaycanda Prezident seçkiləri — Azərbaycan ərazisində baş tutan növbəti (beşinci) Prezident seçkiləri. Prezident seçkiləri oktyabrın ayının üçüncü çərşənbə gününə, yəni oktyabrın 15-nə təyin edildi. Prezident seçkilərində 11 nəfərin namizədliyi qeydə alındı — Azərbaycan Naminə Alyans Partiyasının (ANAP) namizədi Abutalıb Səmədov, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) namizədi Etibar Məmmədov, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) namizədi Əli Kərimli, Müasir Müsavat Partiyasının (MMP) namizədi Hafiz Hacıyev, Yeni Azərbaycan Partiyasının (YAP) namizədi İlham Əliyev, Ədalət Partiyasının "ƏDALƏT" namizədi İlyas İsmayılov, Milli Vəhdət Partiyasının (MVP) namizədi Yunus Oğuz, Müsavat Partiyasının "MÜSAVAT" namizədi İsa Qəmbər, Azərbaycan Liberal Partiyasının (ALP) namizədi Lalə Hacıyeva, bitərəf namizəd Qüdrət Həsənquliyev, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) namizədi Sabir Rüstəmxanlı. Prezident seçkilərindən əvvəl AXCP namizədi Əli Kərimli AMİP namizədi Etibar Məmmədovun xeyrinə, ANAP namizədi Abutalıb Səmədov və MVP namizədi Yunis Oğuz isə YAP namizədi İlham Əliyevin xeyrinə namizədliyini geri götürdü. Eyni zamanda AMİP namizədi Etibar Məmmədovun namizədliyi Azərbaycan Liberal Demokrat Partiyası tərəfindən də dəstklənmişdir. Azərbaycan Prezidenti Heydər Əliyevin səhhətində olan problemlərə görə Prezident seçkilərində mübarizə aparmağdan imtina etdi və namizədliyini oğlu — Milli Məclisin deputatı, avqustun 4-dən isə Azərbaycanın Baş naziri olan İlham Əliyevin xeyrinə geri götürdü. Prezident seçkilərinin rəsmi nəticələrinə əsasən İlham Əliyev 76,84 % səslə Prezident seçildi. Onun əsas rəqibi hesab olunan İsa Qəmbər isə 13,97 % səs topladı, amma sıralarında İsa Qəmbərin sədri olduğu Müsavat Partiyası, digər müxalif siyasi partiyalar və bitərəf seçicilərindən olduğu insanlar Prezident seçkilərinin rəsmi nəticələrindən razı deyildilər. Prezident seçkilərinin rəsmi nəticələrinin elan edilməsindən sonra insanlar Müsavat Partiyasının Qərargahının qarşısına toplaşdı, bir gün sonra isə yüz minlərlərlə insan "Azadlıq" meydanına toplaşdı. Oktyabrın 16-da "Azadlıq" meydanının insanlardan "təmizlənməsi" üçün başlanılan və Daxili İşlər Nazirliyinin, Daxili Qoşunların cəlb olunduğu proses, polis qəddarlığı ilə yadda qaldı.
2008-ci il Azərbaycan Respublikası prezidenti seçkiləri
2008-ci il Azərbaycan Respublikası prezidenti seçkiləri — Azərbaycan Respublikası Prezidenti postuna keçirilən 6-cı rəsmi seçkilərdir. Seçkilər 15 oktyabr 2008-ci ildə keçirilib. Seçkilərdə səsvermə hüququna malik olan vətəndaşların 75,64%-i (3,700,634 vətəndaş) iştirak edib. Seçkilərdə prezident İlham Əliyev ikinci dəfə qalib gələrək ikinci müddətə prezident səlahiyyətlərinin icrasına başlayıb. == Maliyyələşmə == Bu prezident seçkiləri üçün dövlət büdcəsindən 21,7 milyon manat ayrılmışdır. == Nəticələr == == Mənbə == Səsvermənin nəticələri haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokolu. msk.gov.az (az.) Seçkilər, Prezidnet, 15 oktyabr 2008.
2013-cü il Azərbaycan Respublikası prezidenti seçkiləri
2013-cü il Azərbaycan Respublikası prezidenti seçkiləri — Azərbaycan Respublikası Prezidenti postuna keçirilən VII rəsmi ümumilli seçkilər. Seçkilər 2013-cü ilin oktyabr ayının 9-da keçirilib. 10 namizəd seçkidə iştirak edib. Seçici fəallığı 72,31 % olub. İlham Əliyev 3-cü dəfə seçkilərin qalibi olub. == Seçki qaydaları == Mərkəzi Seçki Komissiyası oktyabrın 9-da keçiriləcək prezident seçkisinin təqvim planını təsdiqləyib. Təqvimə görə, seçkiqabağı təşviqat sentyabrın 16-da başlanacaq və oktyabrın 8-dək davam edəcək. Prezidentliyə namizədlərin qeydiyyatı üçün zəruri sənədlərin təqdim olunması avqustun 20-dən başlanır və sentyabrın 9-da başa çatır. Seçkilərin monitorinqinin aparılması ilə bağlı vətəndaşlardan, namizədin nümayəndələrindən, QHT-lərdən, beynəlxalq müşahidəçilərdən (qanunda nəzərdə tutulmuş qaydada dəvətlə gələn və MSK-da qeydiyyatdan keçən) müraciətlər sentyabrın 29-dək qəbul olunur. Exit-poll-un keçirilməsi ilə bağlı müraciətlər sentyabrın 19-dan qəbul olunur və sentyabrın 29-dək baxılır.
2018-ci il seçkilərinin siyahısı
Aşağıdakı seçkilər 2018-ci ildə baş tutacaq.
ABŞ Prezident seçkiləri (1788-1789)
ABŞ Prezident Seçkiləri (1788 - 1789) (ing. United States presidential election, 1788–1789) — Amerika Birləşmiş Ştatlarında keçirilmiş ilk prezident seçkisi. Seçkidə Corc Vaşinqton tək namizəd kimi qatılmış və qələbə qazanmışdır. Corc Vaşinqtonun vitse prezidenti olan Con Adams isə səkkiz namizədin arasından seçilmişdir.
Azərbaycan Respublikası Prezident seçkiləri, 1991
Azərbaycanda Prezident seçkiləri — 1991-ci il sentyabrın 8-də Azərbaycan ərazisində baş tutdu. Həmin seçkilər Azərbaycanda baş tutan birinci Prezident seçkiləri oldu. Prezident seçkiləri "Azərbaycanın dövlət müstəqilliyi haqqında" Konstitusiya Bəyannaməsinin qəbul edilməsindən 10 gün sonra baş tutdu. seçkilərdə bir namizəd mübarizə apardı: Kommunist Partiyasının namizədi Ayaz Mütəllibov. O, səslərin 98,50 % topladı və Azərbaycan Prezidenti seçildi. == Zəmin == 1991-ci il avqustun 30-da Azərbaycan SSR Ali Sovetinin sessiyasında Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Bəyannaməsi qəbul edildi. Daha sonra Azərbaycan SSR Ali Soveti tərəfindən 1991-ci il sentyabrın 8-də Azərbaycanda prezident seçkilərinin baş tutması barədə qərar qəbul edildi. == Namizədlər == === Qeydə alınan namizədlər === == Nəticələri == Seçici fəallığının 85,70 % olduğu seçkidə, Ayaz Mütəllibov səslərin 98,50 % topladı və Azərbaycan Prezidenti seçildi. Azərbaycan Konstitusiyası hələ qəbul olunmadığı üçün o, qeyri müəyyən müddətə Prezident seçildi.
Azərbaycan Respublikası Prezident seçkiləri, 1992
Azərbaycanda Prezident seçimləri — 1992-ci il iyunun 7-də Azərbaycan ərazisində baş tutdu. Seçimlərdə beş namizəd mübarizə apardı. Əbülfəz Elçibəy, səslərin 60.90 % topladı və Azərbaycan Prezidenti seçildi. == Seçkidən əvvəl == 29 aprel 1992-ci ildə Azərbaycan Xalq Cəbhəsinin qərargahında Azərbaycan Xalq Cəbhəsinin Azərbaycan prezidentliyinə seçkilər üzrə Mərkəzi Seçki Qərargahı mətbuat konfransı keçirmişdir. == Nəticələri == 1992-ci il iyunun 7-də keçirilmiş seçkilərdə Əliyev Əbülfəz Elçibəy Qədirqulu oğlu Prezident seçilmişdir. Seçici siyahılarına daxil edilmiş seçicilərin ümumi sayınm 76,3 faizi səsvermədə iştirak etmişdir.Lehinə seçicilərin 59,4 faizi səs vermişdir. Əlehinə səs vermişdir 38,0 faiz. Azərbaycan Konstitusiyası hələ qəbul olunmadığı üçün o, qeyri müəyyən müddətə Prezident seçildi. == Seçimdən sonra == Müxtəlif dövrlərdə, sözügedən seçkilər ərəfəsində və sonrasında Azərbaycan Xalq Cəbhəsi funksionerləri tərəfindən verilən bəyənatların fonunda, Azərbaycan Xalq Cəbhəsi lehinə seçki saxtakarlığına yol verildiyinə dair iddialar səsləndirilmişdir.
Azərbaycan Respublikası Prezident seçkiləri, 1993
Azərbaycanda Prezident seçimləri — 1993-cü ildə Azərbaycan ərazisində baş tutdu. Seçimlərdə üç namizəd mübarizə apardı. Heydər Əliyev, səslərin 98.80 % topladı və Azərbaycan Prezidenti seçildi. == Seçimdən əvvəl == == Nəticələri == Seçici fəallığının 97.60 % olduğu seçimdə, Heydər Əliyev səslərin 98.80 % topladı və 5 il müddətinə Azərbaycan Prezidenti seçildi.
Azərbaycan Respublikası Prezident seçkiləri, 1998
1998-ci il Azərbaycan Respublikası prezidenti seçkiləri — Azərbaycan Respublikası Prezidenti postuna keçirilən 4-cü rəsmi seçkilərdir. Seçkilər 11 oktyabr 1998-ci ildə keçirilib. Seçkilərdə 3,358,465 seçici iştirak edib. == Haqqında == 1998-ci il oktyabrın 11-də Azərbaycan Respublikasmda dördüncü dəfə keçirilən Prezident seçkiləri günü səsvermədə 3.358.465 seçici iştirak etmişdi ki, bu da seçici siyahılarında seçicilərin ümumi sayının 79, 18 faizini təşkil edirdi (Prezident seçkiləri haqqında Qanunun 53-cü maddəsinə görə, seçici siyahılarına daxil edilmiş seçicilçrin azı 25 faizi seçkilərdə iştirak etdikdə seçki baş tutmuş sayılır). Seçkilərdə iştirak etmiş seçicilərin 2.556.059 nəfəri və ya 76,11 faizi ölkə Prezidentliyinə altı namizəddən biri olan Əliyev Heydər Əlirza oğluna səs verilmişdir. Beləliklə Azərbaycan Respublikası Konstitusiyasının 101-ci məddəsinin ikinci hissəsinə uyğun olaraq H.Ə.ƏIiyev səsvermədə iştirak etmiş seçicilərin üçdə iki hissəsinini səs çoxluğu ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 1998-ci il oktyabrın 15-də Azərbaycan Respublikasmın Mərkəzi Seçki Komissiyası Prezident seçkllərinə yekun vurdu. Qanunvericiliyə əsasən seçkilərin yekun sənədləri Mərkəzi Seçki Komissiyası tərəflndən Azərbaycan Resaublikasının Konstitusiya Məhkəməsinə təqdim olundu və 1998-ci il oktyabrın 16-da Konstitusiya Məhkəməsi Prezident seçkilərinin yekunları haqqında məlumatı rəsmən elan etdi. Oktyabrın 18-də Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi günü Prezidentin andiçmə mərasimi keçirildi == Nəticələr == == Etirazlar == Azərbaycan müxalifəti, AXCP sədri Əbülfəz Elçibəy, Müsavat Partiyası başqanı İsa Qəmbər, ALP lideri Lalə Şövkət və prezidentliyə namizəd Etibar Məmmədov 9 noyabr 1998-ci ildə protokol imzalayaraq seçki nəticələrinin tanımadıqlarını elan etmişdir. Bundan sonra ardıcıl olaraq bir neçə dəfə mitinq və yürüyüş keçirilmişdir.
Azərbaycan Respublikası Prezident seçkiləri, 2003
2003-cü il Azərbaycanda Prezident seçkiləri — Azərbaycan ərazisində baş tutan növbəti (beşinci) Prezident seçkiləri. Prezident seçkiləri oktyabrın ayının üçüncü çərşənbə gününə, yəni oktyabrın 15-nə təyin edildi. Prezident seçkilərində 11 nəfərin namizədliyi qeydə alındı — Azərbaycan Naminə Alyans Partiyasının (ANAP) namizədi Abutalıb Səmədov, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) namizədi Etibar Məmmədov, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) namizədi Əli Kərimli, Müasir Müsavat Partiyasının (MMP) namizədi Hafiz Hacıyev, Yeni Azərbaycan Partiyasının (YAP) namizədi İlham Əliyev, Ədalət Partiyasının "ƏDALƏT" namizədi İlyas İsmayılov, Milli Vəhdət Partiyasının (MVP) namizədi Yunus Oğuz, Müsavat Partiyasının "MÜSAVAT" namizədi İsa Qəmbər, Azərbaycan Liberal Partiyasının (ALP) namizədi Lalə Hacıyeva, bitərəf namizəd Qüdrət Həsənquliyev, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) namizədi Sabir Rüstəmxanlı. Prezident seçkilərindən əvvəl AXCP namizədi Əli Kərimli AMİP namizədi Etibar Məmmədovun xeyrinə, ANAP namizədi Abutalıb Səmədov və MVP namizədi Yunis Oğuz isə YAP namizədi İlham Əliyevin xeyrinə namizədliyini geri götürdü. Eyni zamanda AMİP namizədi Etibar Məmmədovun namizədliyi Azərbaycan Liberal Demokrat Partiyası tərəfindən də dəstklənmişdir. Azərbaycan Prezidenti Heydər Əliyevin səhhətində olan problemlərə görə Prezident seçkilərində mübarizə aparmağdan imtina etdi və namizədliyini oğlu — Milli Məclisin deputatı, avqustun 4-dən isə Azərbaycanın Baş naziri olan İlham Əliyevin xeyrinə geri götürdü. Prezident seçkilərinin rəsmi nəticələrinə əsasən İlham Əliyev 76,84 % səslə Prezident seçildi. Onun əsas rəqibi hesab olunan İsa Qəmbər isə 13,97 % səs topladı, amma sıralarında İsa Qəmbərin sədri olduğu Müsavat Partiyası, digər müxalif siyasi partiyalar və bitərəf seçicilərindən olduğu insanlar Prezident seçkilərinin rəsmi nəticələrindən razı deyildilər. Prezident seçkilərinin rəsmi nəticələrinin elan edilməsindən sonra insanlar Müsavat Partiyasının Qərargahının qarşısına toplaşdı, bir gün sonra isə yüz minlərlərlə insan "Azadlıq" meydanına toplaşdı. Oktyabrın 16-da "Azadlıq" meydanının insanlardan "təmizlənməsi" üçün başlanılan və Daxili İşlər Nazirliyinin, Daxili Qoşunların cəlb olunduğu proses, polis qəddarlığı ilə yadda qaldı.
Azərbaycan Respublikasının Milli Məclisinə seçkiləri, 1995
1995-ci il Azərbaycan parlament seçkilər — Azərbaycan Respublikasının Milli Məclisi 1-ci çağırış seçkiləri. == Zəmin == Seçkilərdən öncə proporsional seçki üzrə vahid deputat siyahılarında adı olan bir sıra Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyası üzvü müxtəlif cinayət işləri üzrə həbs olunmuşdur. İqtidar cinahı bu həbslərin hüquqi səbəbdən olduğunu iddia etsə də, Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyası rəhbərliyi bu həbslərin siyasi motivlər əsasında olduğunu iddia etmişdir. 19 sentyabr 1995-ci il tarixində sabiq xarici işlər naziri, istiqlalçı deputat, fizik, Müsavat Partiyasının proporsional seçki üzrə deputatlığa vahid namizədlər siyahısında 2-ci sırada olan Tofiq Qasımov həbs olunmuşdur. O, vətənə xəyanətdə və 1995-ci mart hadisələrində dövlət əleyhinə fəaliyyətdə günahlandırılırdı. Həmçinin sabiq millət vəkili, Azərbaycan Xalq Cəbhəsi Partiyasının deputatlığa vahid namizədlər siyahısında 4-cü yerdə olan Fərəc Quliyev və hərbçi, Azərbaycan Xalq Cəbhəsi Partiyasının deputatlığa vahid namizədlər siyahısında 6-cı yerdə olan Arif Paşayev də həbsdə idilər. Fərəc Quliyev dövrün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevi qeyri-qanuni yolla hakimiyyətdən uzaqlaşdırma, Arif Paşayev isə xüsusi xidmət orqanı həbsxanasından qaçma üzrə həbs olunmuşdur. Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyası xaricində siyasi fəallardan rəsmi dövlət qeydiyyatında olmayan Azərbaycan İşçi Partiyası sədri Sabutay Hacıyev vətənə xəyanətdə və dövlət əleyhinə silahlı qiyamda günahlandırılaraq həbs edilmişdi. Onun rəhbərlik etdiyi partiya cəmiyyətdə sabiq prezident Ayaz Mütəllibov ilə əlaqələndirilirdi. == Haqqında == 1995-il noyabrın 12-də Azərbaycan Respublikası Milli Məclisinə deputat seçkiləri keçirilmişdir.
Azərbaycan Respublikasının Milli Məclisinə seçkiləri, 2000
2000-ci il Azərbaycan parlament seçkiləri — Milli Məclisə II çağırış seçkiləri. == Zəmin == II çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər 2000-ci il noyabrın 5-nə təyin olunmuşdu. İyulun 18-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə ölkədə əsas siyasi qüvvələri təmsil edən 17 nəfərdən ibarət Mərkəzi Seçki Komissiyası təşkil olundu. Tərkibinin 1/3 prinsipi ilə formalaşdırılması nəzərdə tutulan Komissiyanın 6 üzvü vahid çoxmandatlı seçki dairəsi üzrə seçilmiş deputatları Milli Məclisdə çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyanı (Yeni Azərbaycan Partiyasını), 6 üzvü vahid çoxmandatlı seçki dairəsi üzrə seçilmiş deputatları Milli Məclisdə azlıq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyaları, qalan 5 nəfəri isə heç bir siyasi partiyaya mənsub olmayan və onların namizədliklərini təqdim edən deputatları təmsil edirdi. "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında" Qanunun 12-ci maddəsinin 5-ci bəndinə uyğun olaraq seçkilərə 110 gün qalmış, yəni 2000-ci il iyulun 18-dən gec olmayaraq birmandatlı seçki dairələrinin yaradılması sxemi və qrafik təsviri Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq olunmalı idi, lakin seçkilərə hazırlığın başlanğıc mərhələsində yaranmış müəmmalı vəziyyət MSK-nın yeni tərkibdə fəaliyyətə başlamasına imkan vermirdi. Mərkəzi Seçki Komissiyasının Azərbaycan Milli İstiqlal və Azərbaycan Xalq Cəbhəsi partiyalarını təmsil edən 6 üzvü dönə-dönə edilən xəbərdarlığa rəğmən, iclasa gəlmir və yetərsay olmadığına görə Komissiya öz səlahiyyətlərini icra edə bilmirdi. İyulun 19-da Mərkəzi Seçki Komissiyasının təkrarən iclası çağırılmış və təyin edilmiş bütün üzvlərin hər biri bu barədə məlumatlandırılmışdı. Komissiyanın yuxarıda göstərilən 6 üzvü bu dəfə də iclasa gəlməmiş və MSK-nın formalaşması baş tutmamışdı. Yaranmış gərgin vəziyyətdən çıxmaq üçün Komissiyanın qalan üzvləri ölkə Prezidentinə xahişlə müraciət etdilər. Azərbaycan Respublikası Milli Məclisinin sədrinə və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun rəhbərinə də belə müraciətlər olundu.
Azərbaycan Respublikasının Milli Məclisinə seçkiləri, 2005
2005-ci il Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər — Milli Məclisə 3-çağırış seçkilər 2005-ci il 6 noyabrda keçirilmişdir. == Tarixçə == Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikasının 27 may 2003-cü il tarixli Qanununun 3.5-ci və 3.6-cı maddələrinə uyğun olaraq, 2005-ci il noyabrın 6-da Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərlə əlaqədar özünün qərarları ilə 2005-ci ildə: Demokratik Azərbaycan Dünyası Partiyası, Azərbaycan Azad Respublikaçılar Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası və Azərbaycan Respublikaçılar Partiyası tərəfindən 21 iyulda yaradılmış "İslahat" ; Müsavat Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası və Azərbaycan Demokrat Partiyası tərəfindən 21 iyulda yaradılmış "Azadlıq"; Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası və Azərbaycan Milli Hərəkat Partiyası tərəfindən 21 iyulda yaradılmış "Yeni Siyasət-yeS"; Vəhdət və Birlik partiyaları tərəfindən 24 iyulda yaradılmış "Azərbaycançı Qüvvələr"; Ədalət Partiyası, Vahid Azərbaycan Milli Birlik Partiyası və Vətəndaş Həmrəyliyi Partiyası tərəfindən 24 iyulda yaradılmış "Demokratik Azərbaycan"; Azərbaycan Xalq Demokratik Partiyası və Vahid Azərbaycan Partiyası tərəfindən 24 iyulda yaradılmış "Azərbaycan Naminə Seçki Bloku"; Qorqud Partiyası, Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası tərəfindən 27 iyulda yaradılmış "Azərbaycan Tərəqqi Alyansı"; Azərbaycan Mübarizlər Partiyası və Azərbaycan Milli Dövlətçilik Partiyası tərəfindən 15 avqustda yaradılmış "Birlik" siyasi partiyalar bloklarını qeydə aldı. == Seçkilər == Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq 2005-ci il sentyabrın 7-dən etibarən ölkədə seçkiqabağı təşviqat başlanmış və seçkilərə 24 saat qalmış, yəni noyabrın 5-i saat 8.00-a kimi davam etdirilmişdir. MSK-nın iclasında ödənişsiz efir vaxtının adları çəkilən seçki subyektləri arasında bölgüsü məqsədilə püşkatma keçirildi və seçkiqabağı təşviqat dövründə onlara ayrılan ödənişsiz efir vaxtı bölgüsünün nəticələrini əks etdirən cədvəllər təsdiq olundu. Seçki günündə – 2005-ci il noyabrın 6-da ölkənin 125 seçki dairəsində səsvermə keçirildi. Dairə seçki komissiyalarının qərarları ilə 37 seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız sayılmışdı. Əvvəlkilərdən fərqli olaraq Azərbaycan Respublikası Milli Məclisinin deputatları yalnız majoritar seçki sistemi üzrə seçilirdi. İlk dəfə idi ki, Azərbaycanın Dağlıq Qarabağ ərazisi üzrə yaradılmış 122 saylı Xankəndi seçki dairəsində də səsvermə təşkil olunmuşdu. 2005-ci il noyabrın 23-də Mərkəzi Seçki Komissiyası noyabrın 6-da Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsinə baxılması üçün səsvermənin ümumi yekunları haqqında MSK-nın protokolunu, eləcə də dairə seçki komissiyalarının protokollarını onlara əlavə edilən sənədlərlə birlikdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim etdi. Məcəllənin tələblərinə cavab vermədiyindən 6 dairə seçki komissiyasının protokolları təsdiq edilmədi.
Azərbaycan Respublikasının Milli Məclisinə seçkiləri, 2010
Azərbaycanda parlament seçkiləri (2010) — 7 noyabr 2010-cu il tarixində Azərbaycan Respublikasının Milli Məclisinin IV çağırışı üçün keçirilmiş parlament seçkilər. Seçkilərdə 33 siyasi partiya və 5 seçki bloku iştirak etmişdir. Seçkilər 125 tək mandatlı seçki dairə üzrə keçirilmişdir. Hər seçki dairəsi üzrə ən çox səs almış şəxs deputat seçilmişdir. Bu səbəbdən seçkiləri səs sayına görə 2-ci sırada bitirmiş Müsavat Partiyası (2.01%) mandat qazana bilməmişdir. Eyni zamanda Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası və Vətəndaş Həmrəyliyi Partiyasının daxil olduğu Demokratiya Seçki Bloku 3,27% səs alaraq 4 mandat, Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyasından ibarət AXCP-Müsavat Seçki Bloku isə 3,14% səs alaraq 0 mandat qazanmışdır. == Seçkilər == Milli Məclisin 4-cü çağırışının seçkiləri 7 noyabr tarixində keçirildi. Seçkilərdən əvvəl Milli Məclisin 3-cü çağırışının 25 deputatı yeni seçkilərdə iştirak etməyəcəklərini bildirmişdilər. Seçkilər xarici nəzarətçilər tərəfindən nəzarət edilirdi. Seçkilərin nəticələrinə əsasən Yeni Azərbaycan Partiyası səsvermədə üstünlük qazanaraq 125 mandatdan 72-sini qazandı.
Azərbaycan Respublikasının Milli Məclisinə seçkiləri, 2015
Azərbaycan Respublikasının Milli Məclisinə V çağırış seçkiləri — 1 noyabr 2015-ci ildə Azərbaycanın 125 Seçki dairəsi üzrə keçirilmiş parlament seçkiləridir. Seçkidə seçicilərin 55,7%-i (2,897,188 nəfər) iştirak edib. Seçkilərin nəticələrinə əsasən İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyası əksər seçki dairələrində qalib gələrək seçkilərdə qələbə qazandı . == Sonuncu seçkilər == 2010-cu ildə Milli Məclisə keçirilmiş son seçkilərdə Yeni Azərbaycan Partiyası 72 dairədə daha çox səs toplayaraq qalib gəlmişdir. 41 dairədə bitərəf namizədlər, 12 seçki dairəsində isə digər partiya nümayəndələri qalib olmuşdur. 2013-cü il prezident seçkilərində İlham Əliyev qələbə qazanmışdır. == Seçki Öncəsi == Azərbaycan Xalq Partiyası, Azadlıq Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Aydınlar Partiyası, Azad Demokratlar Partiyası, Böyük Azərbaycan Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası tərəfindən Azadlıq-2015 Seçki Bloku təsis olundu. == Seçki günü == Saat 08:00-da başlayan seçkilər saat 19:00-da başa çatıb. Seçkilərdə 15 siyasi partiya və daha 7 partiyadan ibarət olan bir seçki bloku iştirak edib. Ümumilikdə 125 mandat üzrə 767 namizəd mübarizə aparıb.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 83.23 dəfə / 1 mln.
2002 ••••• 82.23
2003 •••••••••••••••••••• 382.66
2004 ••••• 76.81
2005 ••••••••••••••••••• 346.17
2006 •••• 61.26
2007 •••• 64.06
2008 •••••••• 142.52
2009 ••••• 77.75
2010 ••••• 81.24
2011 •• 30.37
2012 ••• 47.33
2013 •••••• 98.46
2014 •••• 64.01
2015 •••••• 108.71
2016 •• 22.39
2017 •• 23.74
2018 ••••••••• 153.72
2019 •••• 72.60
2020 ••••• 94.42

"seçkiləri" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#seçkiləri nədir? #seçkiləri sözünün mənası #seçkiləri nə deməkdir? #seçkiləri sözünün izahı #seçkiləri sözünün yazılışı #seçkiləri necə yazılır? #seçkiləri sözünün düzgün yazılışı #seçkiləri leksik mənası #seçkiləri sözünün sinonimi #seçkiləri sözünün yaxın mənalı sözlər #seçkiləri sözünün əks mənası #seçkiləri sözünün etimologiyası #seçkiləri sözünün orfoqrafiyası #seçkiləri rusca #seçkiləri inglisça #seçkiləri fransızca #seçkiləri sözünün istifadəsi #sözlük