* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Bir şeyi hazırlamağı, yerinə yetirməyi və ya gətirməyi tapşırma, ismarlama. Sifarişlər qəbulu. – Hər iki qonağın başı üstündə iki nəfər qız durub sifarişləri qəbul edirdi. M.S.Ordubadi. // Hazırlanması tapşırılan şey, sifariş edilmiş şey. Sifarişi qurtarmaq. Sifarişlərin verilməsi. Sifarişləri vaxtında yerinə yetirmək. – Kosa öz qohumu evində gecələmiş, Əsgərin sifarişini tədarük etmiş, indi də ağ bağlamada aparırdı. S.Rəhimov. □ Sifariş eləmək (etmək) – bir şey hazırlamağı, ya gətirməyi tapşırmaq, ismarlamaq. Bir yana sifariş eləyəndə bir nişanə göndərmək qədim adətlərin biridir. C.Məmmədquluzadə. Kərbəlayı Xəlil bacısına dedi ki, bu gün yağ, yumurta və süd göndərər, əti də qəssaba sifariş edər. T.Ş.Simurq. [Mürsəl kişi Yunusa:] Atana üç dəfə kağız göndərmişəm, sifariş eləmişəm ki, tez səni göndərsin, imtahanlar qurtarıb, bu gün-sabah dərslər başlanacaq. Ə.Məmmədxanlı. 2. Tapşırıq. …Qayadibi camaatı Səfərdən dəhşətli bir sifariş aldı. S.S.Axundov. Bu iki ailənin qudalığı bir-birilə baş tutarsa, qız evi sifariş göndərir ki, filan gündə nişan gətirsinlər. R.Əfəndiyev.
Azərbaycan dilinin izahlı lüğəti / sifariş2 tapşırma; tapşırıq vermə; tapşırılmış iş və ya şey.
Azərbaycan kişi adlarının izahlı lüğəti / sifariş3 f. 1) tapşırma, tapşırıq vermə; 2) tapşırılmış iş, şey və s.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / sifariş4 Avtomobil nəqliyyatı ilə sərnişin və ya yük daşımalarının sifarişçisi ilə daşıyıcı arasında münasibətləri tənzimləyən müqavilə
Terminlər lüğəti / sifariş2 I сущ. 1. заказ: 1) поручение изготовить, исполнить, доставить что-л. связь. Qabaqcadan sifariş предварительный заказ, növbədənkənar sifariş внеочередной заказ, fərdi sifariş индивидуальный заказ, telefonla danışıq sifarişi заказ на разговор по телефону, sifariş blankı бланк заказа, sifariş vərəqəsi карточка заказов, sifarişlərin qeyd dəftəri тетрадь учета заказов, sifarişlərin qəbulu прием заказов, sifarişlərin yerinə yetirilməsi выполнение заказов, sifariş almaq получить заказ, sifariş vermək дать заказ, заказать 2) заказанная вещь. Sifarişlər hazırdır заказы готовы, sifarişinizi ala bilərsiniz можете получить свой заказ 2. заявка (требование на что -л). Biletlərə sifariş заявка на билеты, sifarişlə konsert концерт по заявкам 3. поручение (дело, порученное кому-л.), задание. Müxtəlif sifarişlər разные поручения, xüsusi sifariş особое поручение, yoldaşlarımın sifarişi ilə по поручению моих товарищей, sifarişlə göndərmək послать с поручением II прил. заказной. связь. Sifariş xidməti заказная служба, sifariş kommutatoru заказной коммутатор, sifariş xətti заказная линия, библ. sifariş üzrə nəşr заказное издание
Azərbaycanca-rusca lüğət / sifariş1 i. order; ~ vermək 1) to order (d.); kitab ~ vermək to order a book; 2) (bilet və s.) to book (d.)
Azərbaycanca-ingiliscə lüğət / sifariş1 сущ. 1. заказ; sifariş eləmək (etmək) заказ гун, заказ авун, тапшурмишун; 2. тапшуругъ.
Azərbaycanca-ləzgicə lüğəti / sifariş