sitayiş sözü azərbaycan dilində

sitayiş

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • sitayiş • 97.5962%
  • Sitayiş • 1.6827%
  • sitayiŞ • 0.4808%
  • SİTAYİŞ • 0.2404%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bütlərə sitayiş
Bütlərə sitayiş — sanki tanrı imiş kimi bir kult obrazına və ya "büt"ə ibadət etməkdir. İbrahimi dinlərdə bütlərə sitayiş dedikdə, sanki tanrı imiş kimi İbrahimi tanrıdan başqa bir şeyə və ya kiməsə ibadət etmək nəzərdə tutulur. Bu monoteist dinlərdə bütpərəstlik "saxta tanrılara ibadət" kimi qəbul edilmiş və on qüsurlu hərəkət kimi mətnlərlə qadağan edilmişdir. Bəzi digər monoteist dinlər də oxşar qaydalar tətbiq edilir."Saxta tanrı" ifadəsi İbrahimi olmayan paqan dinlərin kult obrazlarını və ya ilahlarını, eləcə də xüsusi əhəmiyyət kəsb edilən digər oxşar varlıqları və ya obyektləri təsvir etmək üçün İbrahimi dinlərdə istifadə edilən alçaldıcı bir termindir. Öz növbəsində, bəzi animist və politeist dinlərin ardıcılları müxtəlif monoteist dinlərin tanrılarını "saxta tanrılar" kimi qəbul edirlər. Heç bir tanrıya inanmayan ateistlər öz baxış bucaqları bütün tanrıları əhatə etsə də, adətən "saxta tanrı" terminindən istifadə etmirlər. Bu terminin istifadəsi ümumiyyətlə bəzi ilahlara ibadət etməyi, ancaq digərlərinə ibadət etməməyi seçən teistlərlə məhdudlaşır.Dinlərin tarixi bütlərə sitayiş ittihamları və inkarları ilə yadda qalmışdır. Bu ittihamlar heykəlləri və təsvirləri simvolizmdən məhrum hesab edirdi. Alternativ olaraq, bütlərə sitayiş mövzusu bir çox dinlər arasında və ya müxtəlif dinlərin məzhəbləri arasında fikir ayrılıqlarının mənbəyi olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Swagato Ganguly (2017).
Öküzə sitayiş (totemizm)
Öküzə sitayiş - qədim dini dünyagörüşlərdən biri olan totemizmin təzahür forması. == Qədim xalqların dini baxışlarında öküzə sitayiş == Bir çox tədqiqatçıların hesab etdiyi kimi, öküz ayini Şərq xalqlarının hələ ən qədim totemist təsəvvürlərinə gedib çıxır. Öküzə ehtiram Çatalquyukun saxsı qablarından əvvəlki dövrdə, neolitdə öz çiçəklənmə dövrünə çatmışdır. Paleolit dövründən başlayaraq və sonrakı dövrlərdə öküz müxtəlif tayfa və xalqlarda totem hesab edilmişdir. Məsələn, orta əsrlər türk tayfası oğuzların dastanında nəslin banisi Oğuz xaqanı haqqında deyilirdi: «Onun ayaqları öküzün ayaqları kimi, budları canavarın budu kimi, çiyinləri ayının çiyni kimi idi. Onu «öküz» adlandırırdılar». Bir çox tayfalar öz başlanğıcını öküzlə əlaqələndirirdilər. Hunlar, monqollar və buryatlar başlanğıcı öküz nəslindən götürürdülər. Öküzün buynuzlarını isə cəsarət, hünər və güc rəmzi ilə əlaqələndirirdilər. Qazaxıstan petroqliflərində olan öküz təsvirləri haqqında analoji fikirlər söylənilirdi.
İlana sitayiş (totemizm)
İlana sitayiş - qədim dini dünyagörüşlərdən biri olan totemizmin təzahür forması. == Haqqında == === Qədim xalqların dini baxışlarında ilana sitayiş === Dünyanın müxtəlif xalqları arasında qədim dini dünyagörüşlərdən biri olan totemizmin təzahür formalarından biri olan ilana sitayiş geniş yayılmışdır. Bu inam şifahi xalq yaradıcılığında - nağıllarda, əfsanələrdə, əsatirlərdə, toponimlərdə, arxeoloji və tarixi abidələr üzərindəki təsvirlərdə özünü göstərir. Qayaüstü rəsmlər arasında da ilan təsvirləri xüsusi yer tutur. E.ə.II minillikdə I minilliyin başlanğıcında bütün dünyada günəşin ilanlarla mübarizəsi haqqında əsatir yayılmışdır. İlanlarla əhatə olunmuş günəş səhnələrinə Tagil çayında yerləşən ilan dağında qayaüstü təsvirlərdə və Qafqazın Qızıl Qobu mədəniyyətinə aid olan saxsı qırıqlarında rast gəlmək olar. İlan bir çox xalqlarda qorxu hissi yaradırdı. Onların təsəvvürlərinə görə, ilan şamanların köməkçisidir. İlan müqəddəs və toxunulmaz idi. Lakin müqəddəs ilanlara sitayiş təkcə bu zəhərli və təhlükəli heyvan qarşısında qorxu ilə deyil, həm də onların əzəməti qarşısında ehtiramla bağlıdır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.28 dəfə / 1 mln.
2003 •••••••••••• 1.57
2004 ••••••••••••• 1.68
2006 •••••••••• 1.35
2007 •••••••••••••••••••• 2.75
2008 ••••••••••• 1.46
2009 ••••••••••• 1.44
2010 •••••••••• 1.27
2011 •••••••••• 1.37
2012 ••••••••••• 1.38
2013 •••••••••• 1.31
2014 •••••••••••••••••• 2.40
2015 •••••••••• 1.36
2016 •••••• 0.69
2017 •••••• 0.81
2018 ••••• 0.60
2019 ••• 0.28
2020 •••••••••• 1.33

sitayiş sözünün leksik mənası və izahı

  • 1 is. [fars.] Pərəstiş, tapınma; dərin ehtiram, hörmət. □ Sitayiş etmək – 1) ibadət etmək, pərəstiş etmək, tapınmaq, ilahiləşdirmək. Hələ tarixi-miladidən çox-çox əvvəl atəşpərəstlik meydana çıxdığı zaman bizim qədim babalarımız bir sıra atəşgahlar qurub, oda sitayiş edərlərmiş. M.Hüseyn. Deyirlər, Hindistanda indi də öküzə sitayiş edən tayfalar var. M.Rzaquluzadə; 2) bir şəxsi və ya bir şeyi pərəstiş dərəcəsində sevmək, dərin ehtiram əlaməti olaraq qabağında səcdə etmək, pərəstiş etmək, məftun olmaq. Bax, mən səni bu saat başa salım; bax, bu evdə üç qisim kitab var, biz üç qardaş bunlara sitayiş edirik. C.Məmmədquluzadə.

    Azərbaycan dilinin izahlı lüğəti / sitayiş

sitayiş sözünün etimologiyası

  • 1 Farsca setudən (tərifləmək) feili ilə bağlıdır, qrammatik əsası setay sözüdür. Türk dillərində onun yerinə, tapınma kəlməsi işlədilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / sitayiş

sitayiş sözünün sinonimləri (yaxın mənalı sözlər)

sitayiş sözünün rus dilinə tərcüməsi

  • 1 поклонение, обожание, боготворение

    Azərbaycanca-rusca lüğət / sitayiş
  • 2 сущ. поклонение; sitayiş etmək поклоняться: 1. чтить кого-л., что-л., как божество, как высшую силу. Oda sitayiş etmək поклоняться огню, günəşə sitayiş etmək поклоняться солнцу 2. относиться с преданным восхищением, благоговением к кому-л., чему-л. Kitaba sitayiş etmək поклоняться книге, gözəlliyə sitayiş etmək поклоняться красоте

    Azərbaycanca-rusca lüğət / sitayiş

sitayiş sözünün inglis dilinə tərcüməsi

sitayiş sözünün fransız dilinə tərcüməsi

sitayiş sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] сущ. экуьлмиш хьунухь, ибадат авун, сажда авун (мес. цӀуз, гъуцариз, аллагьдиз); дерин игьтирам, гьуьрмет; sitayiş etmək а) ибадат авун, сажда авун, экуьлмиш хьун, аллагьдай кьун, аллагьдин дережадиз хкажун, аллагьдиз хьиз сажда авун; б) дерин гьуьрметдин лишан яз садан вилик сажда авун, сажда ийидай тегьерда рикӀяй кӀан хьун, кьару хьун.

    Azərbaycanca-ləzgicə lüğəti / sitayiş

sitayiş sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

f. 1) tərif, mədh; 2) ehtiram, hörmət, sayğı; 3) səcdə, pərəstiş.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"sitayiş" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sitayiş nədir? #sitayiş sözünün mənası #sitayiş nə deməkdir? #sitayiş sözünün izahı #sitayiş sözünün yazılışı #sitayiş necə yazılır? #sitayiş sözünün düzgün yazılışı #sitayiş leksik mənası #sitayiş sözünün sinonimi #sitayiş sözünün yaxın mənalı sözlər #sitayiş sözünün əks mənası #sitayiş sözünün etimologiyası #sitayiş sözünün orfoqrafiyası #sitayiş rusca #sitayiş inglisça #sitayiş fransızca #sitayiş sözünün istifadəsi #sözlük