Simona sözü azərbaycan dilində

Simona

Yazılış

  • Simona • 98.8571%
  • simona • 1.1429%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Simona Abbate
Simona Abbate (22 avqust 1983) — İtaliyanı təmsil edən su poloçusu. Simona Abbate, İtaliya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Birləşmiş Krallıq yığmasını 11:8 hesabı ilə məğlub edən İtaliya yığması, London Olimpiadasını yeddinci pillədə başa vurdu.
Simona Baylz
Simona Baylz (d. 14 mart 1997; Kolumbus, Ohayo, Birləşmiş Ştatlar) — Birləşmiş Ştatları təmsil edən Afroameriкan əsilli idman gimnastı. Baylz 2016 Olimpiya Oyunlarında komanda, çoxnövçülük, dayaqla tullanma və döşəmə yarışlarında qızıl medal qazanıb. O, həmdə dirək ilə hərəkətlərdə bürünc medal qazanıb.
Simona Hankin
Simona Hankin (d. 28 fevral 1973) — Avstraliyanı təmsil edən su poloçusu. Simona Hankin, Avstraliya yığmasının heyətində 2000-ci ildə baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatılıb və qızıl medal qazanıb. Simona Hankin, 2000-ci ildə Avstraliya yığması ilə birgə XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Birləşmiş Ştatlar yığmasını 4:3 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVII Yay Olimpiya Oyunlarının çempionu oldu.
Simona Kut
Simona Kut (12 noyabr 1980, Utrext, Utrext) — Niderlandı təmsil edən su poloçusu. Simona Kut, Niderland yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasını 11:10 hesabı ilə məğlub edən Niderland yığması, XXIX Yay Olimpiya Oyunlarının qızıl medalına sahib oldu.
Simona de Bovuar
Simona de Bovuar kimi tanınan Simona-Ernestin-Lüsi Mari Bertrand de Bovuar (fr. Simone Lucie Ernestine Marie Bertrand de Beauvoir; 9 yanvar 1908, VI arondisman (Paris) – 14 aprel 1986, XIV arondisman (Paris) və ya Paris) — fransız yazıçı, intellektual, ekzistensialist filosof, siyasi fəal, feminist və sosial nəzəriyyəçi. O, özünü filosof hesab etməsə də, onun həm feminist eksistensializminə, həm də feminist nəzəriyyəsinə mühüm təsiri olub. Bovuar fəlsəfə, siyasət və sosial məsələlərə dair romanlar, esselər, bioqrafiyalar, avtobioqrafiyalar, monoqrafiyalar müəllifidir. O, 1949-cu ildə yazdığı, qadın əsarəti və müasir feminizmin əsas elmi şərhinin ətrafli analizini verdiyi "İkinci Cins" elmi əsəri ilə yanaşı "O Qalmağa gəldi" və "Mandarinlər" romanı da daxil olmaqla ən çox öz romanları ilə məşhurlaşmışdı. Simona De Bovuar Parisdə, bir vaxtlar aktyorluğa can atan hüquq müdafiəçisi Corc Bertrand Bovuarın və atası varlı bankir və hörmətli katolik olan Fransuaz ne Brasörün ailəsində dünyaya gəlib. Simonanın bacısı Helen ondan iki il sonra doğulub. I Dünya Müharibəsindən sonra qısa müddət ərzində öz var-dövlətlərinin böyük bir hissəsini itirdiyindən, ailə öz burjua statuslarını qoruyub saxlamaq üçün mübarizə aparırdı, və Fransuaz hər iki qızının nüfuzlu qadın monastır məktəbinə göndərilməsini təkid edirdi. Bovuar özü bir uşaq kimi həddən artıq dindar idi. Bir ara rahibə də olmaq istəyirdi, amma 14 yaşında bütün inamı alt-üst oldu ki, bunun nəticəsində də ömrünün qalanını bir ateist kimi yaşadı.

Oxşar sözlər

#simona nədir? #simona sözünün mənası #simona nə deməkdir? #simona sözünün izahı #simona sözünün yazılışı #simona necə yazılır? #simona sözünün düzgün yazılışı #simona leksik mənası #simona sözünün sinonimi #simona sözünün yaxın mənalı sözlər #simona sözünün əks mənası #simona sözünün etimologiyası #simona sözünün orfoqrafiyası #simona rusca #simona inglisça #simona fransızca #simona sözünün istifadəsi #sözlük