sincabı sözü azərbaycan dilində

sincabı

Yazılış

  • sincabı • 75.0000%
  • Sincabı • 25.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Mirns sincabı
Mirns sincabı (lat. Tamiasciurus mearnsi) — Gəmiricilər ailəsinin sincablar dəstəsinə aid növdür. Amerika zooloqu Edqar Aleksander Mirnsin (1856–1916) şərəfinə adlandırılmışdır. == Arealı == Meksikanın endemik heyvanıdır. Aşağı Kaliforniya ştatında geniş yayılmışdır. Dəniz səviyyəsindən 2100–2400 m hündürlükdə yerləşən şam və küknar meşələrində yaşayır. == Həyat tərzi == Bir qayda olaraq ağacların oyuqlarında, ağacdələnlər tərk edilmiş boşluqlarda yaşayırlar. Bu sincablar isti aylarda meyvələri və fındıqları yığır, qışda isə onlardan istifadə edirlər. Daha çox iynəyarpaqlı ağaclarda yaşayırlar. Yazın başlanğıcında çoxalırlar.
Qafqaz sincabı
İran sincabı və ya Qafqaz sincabı (lat. Sciurus anomalus) — Gəmiricilər dəstəsinin sincab cinsinə aid heyvan növüdür. == Xarici görünüşü == Bədənin uzunluğu 215 – 255 mm, quyruğun uzunluğu 130 – 180 mm, pəncənin uzunluğu 50 – 60 mm, qulağın hündürlüyü isə 23 – 31 mm-dir. Xarici görünüşünə görə İran sincabı adidən fərqlənir. Bədənin üst tərəfinin ümumi rəngi qonur-boz, qaramtıl-qonur çilli, alt tərəfi isə paslı sarımtıl-qəhvəyidir. Quyruğu tünd şabalıdıdır. Qulaqları nisbətən gödək olub, uclarında adi sincablarda olduğu kimi fırçaları yoxdur. Pəncələrində 5 döyənək olur. Adi sincabların arxa ətrafları adətən ön ətraflardan 2 dəfə uzun olur. İran növündə isə bu fərq bir qədər azdır.
Sincabı balıq
Sincabı balıq (lat. Sargocentron spiniferum) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin holosentrkimilər dəstəsinin holosentrlər fəsiləsinin sargocentron cinsinə aid heyvan növü.
Yapon sincabı
Yapon sincabı (lat. Sciurus lis) — Gəmiricilər dəstəsinin Sincablar fəsiləsinə aid növ. Yaponiyanın endemik canlısı. Yapon sincabları əsasən elədə yüksək olmayan dağ meşələrində yayılırlar. Yaponiyanın Honşu və Şikoku adalarında sayları daha çoxdur. Üstəlik Kyuşu adasındada onlara sart gəlmək olar. Bu növün nümayəndələri il ərzində üç bala verir. Tumlar, yarpaqlar və cücülərlə qidalanır. Payızda torpaqda yuva qazır və bütün qışı orada yaşayır. == İstinadlar == == Ədəbiyyat == Baillie, J. 1996.
Zaqafqaziya sincabı
Zaqafqaziya sincabı - lat. S.anomalus Gəmiricikimilər (Rodentia) dəstəsinin növüdür. Guld (4 Ədəd Müqəvva,1 Skelet) Zaqatala rayonu, 2 ədəd müqəvva və 1 ədəd skelet sentyabr 1968 İsmayıllı rayonu, 2 ədəd müqəvva may-iyun 1970 == Xarici quruluşu == Bədənin üst tərəfinin ümumi rəngi qonur – boz noxudu, qaramtıl – qonur çilli, alt tərəfi isə paslı – sarımtıl qəhvəyidir. Quyruğu intensiv şabalıdı – paslıdır. Alçaq və sərt tük örtüyü müxtəlif mövsümlərdə rəngini dəyişmir. Qulaqları nisbətən gödək olub zirvəsində adi sincablar üçün çox səciyyəvi olan fırçaları yoxdur. Zaqafqaziya sincabının kəsici dişləri bir qədər qısa və zəif olub üst çənəsində cəmi 1 yalançı kök dişi olur. Zaqafqaziya sincabında 10 əmzik olur. == Həyat tərzi == Ağaclarda yaşamağa uyğunlaşmış bu heyvanlar respublikada bir – birindən ayrı iki regionda rast gəlinir: Böyük Qafqazın cənub yamaclarındakı dağ meşələrində və Alazan – Əyriçay vadisinin aran meşələrində və Kiçik Qafqazın dağ meşələrində . Həyat tərzinə görə sincab gündüz heyvanlarına aiddir.
İran sincabı
İran sincabı və ya Qafqaz sincabı (lat. Sciurus anomalus) — Gəmiricilər dəstəsinin sincab cinsinə aid heyvan növüdür. == Xarici görünüşü == Bədənin uzunluğu 215 – 255 mm, quyruğun uzunluğu 130 – 180 mm, pəncənin uzunluğu 50 – 60 mm, qulağın hündürlüyü isə 23 – 31 mm-dir. Xarici görünüşünə görə İran sincabı adidən fərqlənir. Bədənin üst tərəfinin ümumi rəngi qonur-boz, qaramtıl-qonur çilli, alt tərəfi isə paslı sarımtıl-qəhvəyidir. Quyruğu tünd şabalıdıdır. Qulaqları nisbətən gödək olub, uclarında adi sincablarda olduğu kimi fırçaları yoxdur. Pəncələrində 5 döyənək olur. Adi sincabların arxa ətrafları adətən ön ətraflardan 2 dəfə uzun olur. İran növündə isə bu fərq bir qədər azdır.
Yukatan sincabı
Yukatan sincabı ― Yukatan dələsi (/ˌjuːkəˈtæn/ Sciurus yucatanensis), əvvəlcə Yukatan boz dələsi, həm də vaxtilə Campeche dələsi adlandırılan, Yukatan yarımadasında və ona bitişik ərazilərdə tapılan Sciurus cinsinə aid bir ağac dələsidir. Onun vətəni Belizin şimalı, şimal-şərqi Qvatemala və cənub-şərqi Meksikadır. == Biologiyası == Yukatan dələsi quru yarpaqlı və həmişəyaşıl meşələrdə, yarımquraq şam-palıd meşələrində və əvvəllər ağac kəsilmiş ərazilərdə böyüyən ikinci dərəcəli meşələrdə yaşayır. Onlara 750 metr (2,460 fut) hündürlükdən aşağı düzənliklərdə rast gəlinir. Gündüzlər aktivdirlər, gecələr isə istirahət edirlər, vaxtlarının çoxunu ağaclarda keçirirlər. Ağacların hündür budaqlarında tapılan qurudulmuş yuvalardan , yarpaqlardan və budaqlardan yuvalar tikirlər.Onların qidası yumşaq meyvələr, qoz-fındıq və toxumlardan ibarətdir, halbuki Reid 2009-cu ildə onların əsas qidasının çiçəklər, qönçələr və tumurcuqlardan ibarət olduğu qənaətinə gəlib. Dişilər aprel-avqust aylarında iki və ya üç bala doğur. === Xarici görünüşü === Yukatan dələsi 450–500 millimetr (18–20 düym) uzunluğundadır, ölçüsünə görə Şərqi boz dələdən (Sciurus carolinensis) daha böyükdür. Nisbətən uzun yetkin quyruğu 240 mm (9,4 düym) uzunluğundadır. Bədənin aşağı hissəsi tünd ağ, sarı-boz və qara rəngdədir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2012 •••••••••••••••••••• 0.09

"sincabı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sincabı nədir? #sincabı sözünün mənası #sincabı nə deməkdir? #sincabı sözünün izahı #sincabı sözünün yazılışı #sincabı necə yazılır? #sincabı sözünün düzgün yazılışı #sincabı leksik mənası #sincabı sözünün sinonimi #sincabı sözünün yaxın mənalı sözlər #sincabı sözünün əks mənası #sincabı sözünün etimologiyası #sincabı sözünün orfoqrafiyası #sincabı rusca #sincabı inglisça #sincabı fransızca #sincabı sözünün istifadəsi #sözlük