sirkə-badımcan sözü azərbaycan dilində

sirkə-badımcan

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • sirkə-badımcan • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Sirkə
Sirkə – üzümdən, almadan, baldan və s.-dən hazırlanan turş maye. Sirkə üzüm, xurma, əncir, bal və s.-dən çəkilir. Ən çox üzüm sirkəsi işlənir. Sirkə soyuqluq və quruluq verir, bədənə tez sorulur, dərmanların təsirini sürətləndirir. Susuzluğu yatırır, həzmə kömək edir, iştahı artırır, bəlğəmi əridir və onun xaric olmasını asanlaşdırır, mədə iltihabı üçün münasibdir. Acqarına bir müddət sirkə işlətmək bağırsaq qurdunu öldürür. Onu isidib içərək özünü qusdurmaqla mədəni təmizləyirlər. Sirkə ilə qarqara etmək boğaz, qırtlaq və diş ağrısı üçün xeyirlidir. Ona duz qataraq ağızı qarqara etmək diş dibinin qanamasını kəsir. Yaralı yerlərin kənarlarına sirkə sürtmək yaranın ətraflara yayılmasının qarşısını alır.
Badımcan
Badımcan (lat. Solanum melongena) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü. Tərkibində karotin, A vitamini, B qrupu vitaminlər, C vitamini, şəkər [3,2 %] olmaqla yanaşı, xeyli miqdarda kalium, fosfor, kalsium və dəmir duzları da vardır. Badımcan istisevən birillik bitkidir. Əsasən Moldaviyada, Orta Asiya və Zaqafqaziya respublikalarında becərilir. Badımcan quruluşuna görə iri meyvə olub, qabıqla örtülmüşdür. Daxilində qalın ətli hissəsi və çoxlu toxumu vardır. Badımcanın tərkibində 4,2% şəkər, 1,3% sellüloza, 0,2% üzvi turşu, 0,5% kül, 0,6% zülal, 0,5–0,7% pektin maddəsi, 0,0044–0,093%-ə qədər solanin qlükozidi vardır. Yetişib ötmüş badımcanın tərkibində solanin qlükozidi nisbətən çoxdur. Kal badımcanın tərkibində 0,8–3,7% nişasta olur.
Sirkə anhidridi
Sirkə anhidridi (CH3CO)2O – rəngsiz sərt iyə malik mayedir. Benzolda, dietil efirində və başqa üzvü həlledicilərdə həll olur. Sənayedə sirkə anhidridi asetaldehidin katalitik oksidləşməsi nəticəsində kobalt və mis asetatlarının iştiraki ilə alınır. Sirkə turşusundan su ayıran maddələrin vasitəsi ilə: 2CH3COOH→(CH3CO)2+H2O Natrium asetatın xloranhidridlə dəyişmə reaksiyası nəticəsində: 2CH3COONa+ClCOCH3→(CH3CO)2O+NaCl Spirtlərlə mürəkkəb efirlər əmələ gətirir: (CH3CO)2O+2HOC2H5→2CH3COOC2H5+H2O Aminlərlə reaksiya zamanı amidlər alınır: (CH3CO2O+2C2H5NH2→CH3CONHC2H5+CH3COOH· C2H5NH2 Sirkə anhidridini su ilə qızdırdığda sirkə turşusu alınır: (CH3CO)2O+H2O→2CH3COOH Sirkə anhidridi ətirli maddələrin, dərman preparatlarının, süni liflərin və foto və kinoplyonkaların istehsalında istifadə olunur. Большая Советская Энциклопедия Химическая энциклопедия.М:Большая Российская энциклопедия,1992. Т. 5.
Sirkə içənlər
Sirkə içənlər ((三酸圖, üç sərxoş; 嘗醋翁, sirkə içən üç yaşlı kişi; 嘗醋圖, 尝醋图)) — Çində yaranmış dini mövzulu rəsm əsərləri. Sirkə içənlər adlı rəsmlər əsasən Konfutsiçilik, Buddizm və Daosizm kimi dinlərin ədəbiyyatlarında təsvir olunmuşdur. Hopfe, Lewis M; revised by Woodward, Mark R. "Religions of the World". Pearson Prentice Hall. 2007. p 176. ISBN 0-13-224045-9 Ji, Sang. Religions and Religious Life in China. China Intercontinental Press, 2004. Smith, Huston.
Sirkə kasası
Sirkə kasası çuxuru və ya sadəcə Sirkə kasası (lat. acetabulum) çanağın qalça sümüyünün bayır səthində bud-çanaq oynağına məxsus oynaq çuxuru. Sirkə kasasına bənzədiyi üçün bu çuxur təbabətdə, xüsusilə anatomiyada belə adlandırılır Sirkə kasası çuxuru çanağın üç: qalça (lat. os ilium), oturaq (lat. os ischii) və qasıq (lat. os pubis sümüklərinin birləşməsindən yaranmışdır. Sirkə kasası çuxuru aypara formalı qığırdaq oynaq səthinə (lat. Facies semilunata) malikdir. Bu qığırdaq oynaq səthinin uzunluğu təxminən 2 sm, qalınlığı isə 0,3 sm-dir. Kasanın ətrafı qığırdaqla örtülərək oynaq kasası dodağını (lat.
Sirkə turşusu
Asetat turşusu və ya sirkə turşusu (CH3COOH, sistematik adı: etan turşusu) — doymuş birəsaslı karbon turşusudur. Sirkə haqqında məlumatlar insanlara çox qədimdən məlumdur. Ümumiyyətlə, sirkə şərabın fermentasiya məhsuludur. Sirkə turşusu haqqında ilk məlumatlar e.ə. III əsrdə yaranmışdır. İlk dəfə Sirkə turşusunun metallara təsirini yunan alimi Teofrast izah etmişdir. Sirkə turşusunu ilk dəfə distillə üsulu ilə ərəb alimi Cabir ibn Həyyan sintez etmişdir. 1847-ci ildə isə Alman alimi Adolf Kolbe Sirkə turşusunu qeyri-üzvi birləşmələrdən almışdır. XIX əsrin sonu XX əsrin əvvəlində Sirkə turşusunun əsas istehsalçısı Almaniya ölkəsi idi. Sirkə turşusu üzvi turşudur.
Badımcan dolması
Badımcan dolması — Azərbaycanın milli mətbəxinə aid olan xörəkdir. == Lazım olan ərzaqlar == qoyun əti – 163 q, badımcan – 300 q, baş soğan – 20 q, ərinmiş yağ – 20 q, pomidor – 50 q, göyərti (reyhan, keşniş) – 15 q, darçın – 0,2 q, qatıq – 50 q, istiot −0,1 q, duz. == Hazırlanma qaydası == Badımcanın saplağı ilə birlikdə ucu kəsilir, soyuq duzlu suya salınıb qaynayana kimi qızdırılır. 1–2 dəq. pörtülür. Uzununa kəsilib tumdan təmizlənir. Qoyun ətindən soğanla birlikdə qiymə hazırlanır, duz, istiot vurulur, arasıkəsilmədən qarışdırılaraq qızardılır. Qiyməyə doğranmış göyərti və darçın qatılıb qarışdırılır və badımcanlara doldurulur. Qiymə ilə doldurulmuş badımcanlar dayaz qazana yağılıb ətrafına pomidor dilimləri düzülür, az miqdar bulyon tökülüb öz buğunda bişirilir. Süfrəyə verildikdə üstünə öz sousundan tökülür.
Badımcan mürəbbəsi
Badımcan mürəbbəsi — çeşidlənmiş və doğranmış badımcanın şəkərlə qaynadılması ilə hazırlanan, gürcü mətbəxinə məxsus ekzotik şirniyyatdır. Badımcan mürəbbəsindən çay süfrəsində istifadə olunur. Tərkibi badımcan, şərbət, çay sodası, zəy, limon turşusundan ibarətdir. == Həmçinin bax == Mürəbbə == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, "Gənclik", 2010.
Badımcan qəlyanaltısı
Badımcan qəlyanaltısı — badımcandan hazırlanmış salat, kürü, çığırtma və s. üçün ümumiləşdirici addır. Dünyada əsas tərkib hissəsi badımcan olan bir çox oxşar xörək növləri var. Badımcan salatları və badımcan kürüsünün mühüm fərqi yalnız onların tərkibinin müxtəlif olması ilə deyil, əsasən onların hazırlanma üsulu — texnologiyası ilə izah olunur. Badımcan sobada, qrildə bişirilə bilər, suda qaynadıla bilər, pörtlədilə və ya qızardıla bilər. Badımcanın doğranmasından da çox şey asılıdır — bəzi qəlyanaltılar üçün badımcan ətçəkən maşından keçirilir, bəzi qəlyanaltılar üçün üzun dilimlərə bölünür, bəziləri üçün isə xırda-xırda doğranır. == Badımcandan xörək növləri == Badımcan cığırtması, badımcan dolması, badımcan kababı, badımcan salatı və s. == Qalereya == == Həmçinin bax == Yunan qabağı (кабачок) kürüsü Salatların siyahısı == Xarici keçid == https://yemek.com/tarif/karniyarik/ == İstinadlar == Vikianbarda Badımcan xörəkləri ilə əlaqəli mediafayllar var.
Badımcan rəngi
Badımcan rəngi — Avropa badımcanlarının xarici qabığının rənginə bənzəyən qaranlıq bir bənövşəyi və ya qəhvəyi-bənövşəyi rəngdir. Badımcan rənginin digər adı aubergine-dir. İngilis dilində badımcanın bir rəng adı kimi ilk qeydə alınması 1915-ci ildə olmuşdur. 1998-ci ildə Crayola tərəfindən badımcan rəngi rəng qutusunda çəhrayı-bənövşəyi rəng kimi təqdim edilmişdir. Badımcanın müxtəlif növləri indiqodan ağa qədər dəyişə bilər. Çin badımcanları Avropa badımcanları ilə eyni şəklindədir, lakin rəngləri daha bənövşəyidir. Tay badımcanları kiçik, dəyirmi və rəngli meşə yaşıllıqlarıdır.
Badımcan turşusu
Badımcan çığırtması
Qızardılmış badımcan
Sirkə (film, 2003)
Sirkə — Cəlil Məmmədquluzadənin eyniadlı hekayəsi əsasında çəkilmiş film. Filmdə üç dost bir yerə yığışıb balıq yeyirlər. Balıq süfrəyə gələndə mənasız bir mübahisə başlayır. "Balık", "balığ", yoxsa, "balıq" ifadələrinin hansının düzgün olduğunu dəqiqləşdirməyə səy göstərirlər...
Sirkə kasası çuxuru
Sirkə kasası çuxuru və ya sadəcə Sirkə kasası (lat. acetabulum) çanağın qalça sümüyünün bayır səthində bud-çanaq oynağına məxsus oynaq çuxuru. Sirkə kasasına bənzədiyi üçün bu çuxur təbabətdə, xüsusilə anatomiyada belə adlandırılır Sirkə kasası çuxuru çanağın üç: qalça (lat. os ilium), oturaq (lat. os ischii) və qasıq (lat. os pubis sümüklərinin birləşməsindən yaranmışdır. Sirkə kasası çuxuru aypara formalı qığırdaq oynaq səthinə (lat. Facies semilunata) malikdir. Bu qığırdaq oynaq səthinin uzunluğu təxminən 2 sm, qalınlığı isə 0,3 sm-dir. Kasanın ətrafı qığırdaqla örtülərək oynaq kasası dodağını (lat.

Oxşar sözlər

#sirkə-badımcan nədir? #sirkə-badımcan sözünün mənası #sirkə-badımcan nə deməkdir? #sirkə-badımcan sözünün izahı #sirkə-badımcan sözünün yazılışı #sirkə-badımcan necə yazılır? #sirkə-badımcan sözünün düzgün yazılışı #sirkə-badımcan leksik mənası #sirkə-badımcan sözünün sinonimi #sirkə-badımcan sözünün yaxın mənalı sözlər #sirkə-badımcan sözünün əks mənası #sirkə-badımcan sözünün etimologiyası #sirkə-badımcan sözünün orfoqrafiyası #sirkə-badımcan rusca #sirkə-badımcan inglisça #sirkə-badımcan fransızca #sirkə-badımcan sözünün istifadəsi #sözlük