Fövqəladə hal zamanı bulud sisteminə miqrasiya olunmuş məlumatların qorunması
Fövqəladə hal zamanı bulud sisteminə miqrasiya olunmuş məlumatların qorunması (ing. Recovery as a service, RaaS və ya ing. disaster recovery as a service, DRaaS) — bulud hesablama kateqoriyası. Tətbiqləri və ya verilənləri müxtəlif təhlükələrdən qorumaq üçün istifadə olunur. Bu təhlükələrə təbii fəlakətlər və ya xidmətin dayandırılması daxildir. Belə hadisələr müəyyən bir yerdə baş verir. Qoruma buludda tam bərpa yolu ilə aktivləşdirilir. RaaS bulud əsaslı ehtiyat xidmətlərindən fərqlənir. Bu, verilənləri qoruyur və tələb olunduğunda gözləmə rejimində hesablama qabiliyyəti təklif edir, tətbiqin daha sürətli şəkildə bərpasına nail olur. RaaS bulud hesablama modelində işləyir və bərpa resursları yalnız istifadə edildikdə ödənilir.