sovxozu sözü azərbaycan dilində

sovxozu

Yazılış

  • sovxozu • 83.6957%
  • Sovxozu • 16.3043%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qarşərabtrestin 2 nömrəli sovxozu yanında qəsəbə
Qarşərabtrestin 2 nömrəli sovxozu yanında qəsəbə — Azərbaycan Respublikasının Xocalı rayonununun Xocalı şəhər inzibati ərazi dairəsinin ərazisində keçmişdə mövcud olmuş qəsəbə. Azərbaycan müstəqillik bərpa edəndən sonra ölkədə sovxozlar ləğv edilmişdi. Hal hazırda Xocalı şəhər inzibati ərazi dairəsində və ümumiyyətlə Xocalı rayonunda təsvir olunan yaşayış məntəqəsi qeyd olunmur. Qəsəbə Sovet vaxtı Azərbaycan SSR-nın inzibati-ərazi bölgüsünün 1961-ci, 1964-cü, 1968-ci, 1979-cu illərin nəşrlərinə əsasən Stepanakert rayonunun Xocalı kənd Sovetinin nəzdində idi. Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin 15 may 1978-ci il tarixli Fərmanı ilə Stepanakert rayonu mərkəzinin Stepanakert (indiki Xankəndi) şəhərindən Əsgəran fəhlə qəsəbəsinə keçirilməsi və Stepanakert rayonunun Əsgəran rayonu adlandırılması haqqında Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin qərarı təsdiq edilmişdi. 21 aprel 1990-cı il tarixində Azərbaycan SSR-nın Ali Sovetinin Rəyasət Heyətinin Fərman № 1783-XI ilə Əsgəran rayonunun Xocalı kəndinə rayon tabeli şəhərlər kateqoriyasına aid edilməsi, Xocalı şəhər Sovetinin yaradılması və Xocalı kənd Sovetinin ləğvinə dair qərar verildi. Həmçnin, 26 noyabr 1991-ci il tarixində Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında Azərbaycan Respublikasının Qanunu № 279-XII ilə Azərbaycan Respublikasının Ali Soveti Stepanakert şəhərinin tarixi adını qaytarılmaqla Xankəndi şəhəri adlandırılmasını, Əsgəran rayonunun ləğvini, Xocalı şəhəri mərkəz olmaqla Xocalı rayonu yaradılmasını, ləğv edilmiş Əsgəran rayonunun ərazisi Xocalı rayonunun tərkibinə verilməsini qərara aldı. Bununla, yaşayış məntəqəsi hal hazırda Xocalı rayonunun Xocalı şəhər inzibati ərazi dairəsinin ərazisində yerləşmiş olur. Azərbaycan müstəqillik qazanandan sonra ölkədə sovxozlar ləğv edilmişdi. Ərazi 1990-cı illərin əvvəllərindən qondarma Dağlıq Qarabağ Respublikası tərəfindən nəzarət olunurdu və işğal vaxtı ərzində 1998-ci ildə Xankəndi çaxır zavodunun və 16 yeni tikilmiş yaşayış evinin əsasında orada "Berkadzor" adında kənd qurulub və bura ermənilər köçürülüb.

"sovxozu" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sovxozu nədir? #sovxozu sözünün mənası #sovxozu nə deməkdir? #sovxozu sözünün izahı #sovxozu sözünün yazılışı #sovxozu necə yazılır? #sovxozu sözünün düzgün yazılışı #sovxozu leksik mənası #sovxozu sözünün sinonimi #sovxozu sözünün yaxın mənalı sözlər #sovxozu sözünün əks mənası #sovxozu sözünün etimologiyası #sovxozu sözünün orfoqrafiyası #sovxozu rusca #sovxozu inglisça #sovxozu fransızca #sovxozu sözünün istifadəsi #sözlük