sovxoz sözü azərbaycan dilində

sovxoz

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • sovxoz • 60.5714%
  • Sovxoz • 39.4286%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qabaqcıl Sovxozda (1955)
Qabaqcıl sovxozda (film, 1955)
Qarşərabtrestin 2 nömrəli sovxozu yanında qəsəbə
Qarşərabtrestin 2 nömrəli sovxozu yanında qəsəbə — Azərbaycan Respublikasının Xocalı rayonununun Xocalı şəhər inzibati ərazi dairəsinin ərazisində keçmişdə mövcud olmuş qəsəbə. Azərbaycan müstəqillik bərpa edəndən sonra ölkədə sovxozlar ləğv edilmişdi. Hal hazırda Xocalı şəhər inzibati ərazi dairəsində və ümumiyyətlə Xocalı rayonunda təsvir olunan yaşayış məntəqəsi qeyd olunmur. Qəsəbə Sovet vaxtı Azərbaycan SSR-nın inzibati-ərazi bölgüsünün 1961-ci, 1964-cü, 1968-ci, 1979-cu illərin nəşrlərinə əsasən Stepanakert rayonunun Xocalı kənd Sovetinin nəzdində idi. Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin 15 may 1978-ci il tarixli Fərmanı ilə Stepanakert rayonu mərkəzinin Stepanakert (indiki Xankəndi) şəhərindən Əsgəran fəhlə qəsəbəsinə keçirilməsi və Stepanakert rayonunun Əsgəran rayonu adlandırılması haqqında Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin qərarı təsdiq edilmişdi. 21 aprel 1990-cı il tarixində Azərbaycan SSR-nın Ali Sovetinin Rəyasət Heyətinin Fərman № 1783-XI ilə Əsgəran rayonunun Xocalı kəndinə rayon tabeli şəhərlər kateqoriyasına aid edilməsi, Xocalı şəhər Sovetinin yaradılması və Xocalı kənd Sovetinin ləğvinə dair qərar verildi. Həmçnin, 26 noyabr 1991-ci il tarixində Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında Azərbaycan Respublikasının Qanunu № 279-XII ilə Azərbaycan Respublikasının Ali Soveti Stepanakert şəhərinin tarixi adını qaytarılmaqla Xankəndi şəhəri adlandırılmasını, Əsgəran rayonunun ləğvini, Xocalı şəhəri mərkəz olmaqla Xocalı rayonu yaradılmasını, ləğv edilmiş Əsgəran rayonunun ərazisi Xocalı rayonunun tərkibinə verilməsini qərara aldı. Bununla, yaşayış məntəqəsi hal hazırda Xocalı rayonunun Xocalı şəhər inzibati ərazi dairəsinin ərazisində yerləşmiş olur. Azərbaycan müstəqillik qazanandan sonra ölkədə sovxozlar ləğv edilmişdi. Ərazi 1990-cı illərin əvvəllərindən qondarma Dağlıq Qarabağ Respublikası tərəfindən nəzarət olunurdu və işğal vaxtı ərzində 1998-ci ildə Xankəndi çaxır zavodunun və 16 yeni tikilmiş yaşayış evinin əsasında orada "Berkadzor" adında kənd qurulub və bura ermənilər köçürülüb.

sovxoz sözünün leksik mənası və izahı

  • 1 [rus. “советское хозяйство” söz. ixtisarı] Dövlətə tabe olan kollektiv kənd təsərrüfatı; təsərrüfat birliyi. Qoyunçuluq sovxozu. Taxılçılıq sovxozu. Sovxoz direktoru. Sovxoz təsərrüfatı. – Sovxoz fəhlələri əllərində böyük zənbillər plantasiyalara yayılmışdılar. H.Seyidbəyli. Sov.İKP – Sovet İttifaqı Kommunist Partiyası.

    Azərbaycan dilinin izahlı lüğəti / sovxoz

sovxoz sözünün rus dilinə tərcüməsi

  • 1 истор. I сущ. совхоз (крупное государственное сельскохозяйственное предприятие в бывшем Советском Союзе). Qoyunçuluq sovxozu овцеводческий совхоз, taxılçılıq sovxozu зерноводческий совхоз, sovxoz direktoru директор совхоза II прил. совхозный. Sovxoz tarlaları совхозные поля, sovxoz əmlakı совхозное имущество

    Azərbaycanca-rusca lüğət / sovxoz

sovxoz sözünün inglis dilinə tərcüməsi

sovxoz sözünün ləzgi dilinə tərcüməsi

"sovxoz" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sovxoz nədir? #sovxoz sözünün mənası #sovxoz nə deməkdir? #sovxoz sözünün izahı #sovxoz sözünün yazılışı #sovxoz necə yazılır? #sovxoz sözünün düzgün yazılışı #sovxoz leksik mənası #sovxoz sözünün sinonimi #sovxoz sözünün yaxın mənalı sözlər #sovxoz sözünün əks mənası #sovxoz sözünün etimologiyası #sovxoz sözünün orfoqrafiyası #sovxoz rusca #sovxoz inglisça #sovxoz fransızca #sovxoz sözünün istifadəsi #sözlük