spirt sözü azərbaycan dilində

spirt

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • spirt • 94.7444%
  • Spirt • 4.9676%
  • SPİRT • 0.2880%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İrkutskda kütləvi spirt zəhərlənməsi (2016)
İrkutskda kütləvi spirt zəhərlənməsi (rus. Массовое отравление метиловым спиртом в Иркутске) - Rusiya Federasiyasının İrkutsk vilayətinin eyni adlı şəhərində 2016-cı ilin 17 dekabr tarixində baş vermiş kütləvi spirt zəhərlənməsi. Hadisə nəticəsində 62 nəfər dünyasını dəyişib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə bağlı zəhərlənməyə səbəb olmuş spirtli içkilərin satış nöqtələrinə çatdırılması ilə məşğul olan 5 nəfəri saxlayıb. Xeyli miqdarda məhsul qanunsuz dövriyyədən çıxarılıb. İrkutskda fövqəladə vəziyyət elan olunub. Spirt məhsullarının məişət və gigiyenik məqsədli istifadəsi qadağan edilib. Kütləvi zəhərlənmənin əsas səbəbi kimi tərkibində Boyarışnik losyonu olan müxtəlif spirtli içkilər göstərilir. Boyarışnik losyonundan əsasən sabun və şampun ləvazimatlarının hazırlanmasında istifadə olunur.
ABŞ-da spirtli içki qadağası
ABŞ-də spirtli içki qadağası (ing. Prohibition in the United States) — Amerika Birləşmiş Ştatlarında 1920–1933-cü illər ərzində spirtli içkilərin istehsalı, daşınması və satışının qadağan edildiyi dövr.
Allil spirti
Allil spirti (propen-2-ol-1) – doymamış spirtlər sinfinə daxil olan oksigenli üzvü maddədir. == Fiziki xassələri == Spirt iyli, rəngsiz mayedir. Bir çox üzvi həlledicilərdə həll olur, bütün nisbətlərdə su ilə qarışaraq azeotrop qarışıq (28,3% Н2О; qayn.t. 89,0 °C) əmələ gətirir. == Kimyəvi xassələri == Allil spirti allil birləşmələri və spirtlərin daxil olduğu reaksiyalara daxil olur. Halogenləri, hidrogenhalogenidləri, HClO-nu özünə birləşdirir. 100°С temperaturda üzvi hidrogenperoksidlərlə (katalizatorlar – Mo və W-ın birləşmələri) qarşılıqlı təsirdə olduqda qlisidola çevrilir. Allil spirtini 1000C-də ZnCl2-in iştirakı ilə və ya 200C–də CuCl2-in iştirakı ilə qatı HCl ilə işlədikdə allilxloridə çevrilir, 200-3000C-də Al2O3 üzərindən keçirtdikdə isə diallilefiri alınır. Allil spirtindən asanlıqla sadə və mürəkkəb efirlər alınır.[3] == Aınması == Allilxloridin hidrolizindən Propilen oksidin izomerləşməsindən Propanol-1-in dehidrogenləşməsindən Qliserinin qarışqa turşusu ilə reaksiyasından[4] Propilenin allilasetata oksoasilləşməsindən == Tətbiqi == Qliserinin, akroleinin, qlisidolun və sadə və polimerləşən mürəkkəb allil efirlərinin, xüsusilə, diallilftalatın sintezində tətbiq edilir. Toksikliyi və təhlükəsizliyi Çox zəhərlidir, gözləri qözyaşına qədər qıcıqlandırır, mərkəzi sinir sisteminə təsir edir, qara çiyəri zədələyir, iş sahəsində buraxıla bilən qatılığı (BBQ) 2 mq/m3-dir.
Amil spirti
Amil spirti C5H11OH və onun izomerləri doymuş biratomlu spirtlərdir [1]. Amil spirtinin 8 izomeri məlumdur. Amil spirtləri müxtəlif yağlar, qatranlar və mumlar üçün həlledici kimi istifadə olunur. Uran və niobiyumun duzları üçün ekstrakt kimi də istifadə olunur. == Izomerləri == === Amil spirtinin izomerləri === == Xassələri == === Fiziki xassələri === Amil spirtləri xoşagəlməz iyə malik rəngsiz mayedir. 1-pentanol, 3-metil-1-butanol, 2-pentanol və 2-metil-2-butanol suda asanlıqla həll olur. Amil spirtinin digər izomerləri suda pis həll olur. === Kimyəvi xassələri === Amil spirtləri spirtlərə aid olan bütün xüsusiyyətlərə malikdir: qələvi metallarla alkoqalyatlar əmələ gətiri qeyri -üzvi və üzvi turşularla efirlər əmələ gətiri 1 -pentanol pentanala, sonra valerian turşusuna oksidləşir, ikili amil spirtləri — müvafiq ketonlara, üçlü amil spirtləri — C -C rabitəsinin qırılması nəticəsində sulfat turşusu ilə alkenlərə və ya sadə efirlərə qədər dehidratlaşır və s. == Alınması == Sivuş yağlarından və neftin krekinq qazlarından distillə edilməklə alınır. == İzoamil spirti == Amil spirtinin izomerlərindən ən əhəmiyyətlisi izoamil spirtidir — (CH3)2CHCH2CH2OH .
Etil spirti
Etanol və ya Alkoqol – rəngsiz, kəskin iyə malik maye olub, el arasında alkoqol kimi tanınmışdır. Köhnə mənbələrdə onun adı Äthanol, Äthylalkohol və ya Ethylalkohol kimi hallanır. Çox vaxt ona "spirt" də deyilir. Elmi dildə etanol EtOH kimi qısaldılmış şəkildə işlədilir. Alkoqol kefləndirici maddədir. Onun istifadəsinə dünyanın çox ölkələrində icazə verilir. Ancaq avtomobil, velosiped, qatar, gəmi və təyyarələrin alkoqol içkisinin təsiri altında idarəsi qanunla cəzalandırılır. == Tərkibi == Alkoqol C2H5OH düsturu ilə n-Alkanollar qrupuna aiddir. O Ethan (C2H6) doymuş karbohidrogendə bir hidrogen atomunun hidroksil (OH) qrupla əvəz olunması sayəsində əldə edilir. Ona görə də, ethan-ın sonuna -ol şəkilçisi əlavə edilir.
Metil spirti
Metanol(metil spirti, karbinol, oduncaq spirti)- CH3OH - sadə biratomlu spirt, rəngsiz zəhərli mayedir. Havayla 6,98-35,5 % qatılıqda partlayıcı qarışıq yaradır. Metanol su və üzvü birləşmələrlə istənilən nisbətdə qarışır. Metanolu ilk dəfə 1661 ildə Boyl tərəfindən təzə mişarlanmış bərk növ oduncağın quru distilləsindən almışlar. Metanol ilk dəfə olaraq R.Boyl tərəfindən 1661-ci ildə oduncağın quru distilləsi məhsullarında müşahidə olunmuşdur (buradan da metanolun adı yaranmışdır - ağac spirti). Təmiz halda metanol 1834-cü ildə Y.Dyuma və E. Peliqo tərəfindən ayrılmışdır və onlar metanolun kimyəvi formulunu müəyyən etmişlər. Metanolun alınmasının bir neçə üsulu mövcuddur: qarışqa turşusunun duzlarının termiki parçalanması, metanın natamam oksidləşməsi və sintez- qazdan alınması və.s. Müasir sənayedə metanolu dəm qazı ilə hidrogen qarışığını 250 0C-də 150-200 atm. təzyiqdə CuO və ya ZnO katalizatorların iştiraki ilə alırlar. Bu zaman aşağıdakı tənlik üzrə reaksiya gedir və metil spirti alınır.
Polivinil spirti
Poli (vinil spirti) (PVOH, PVA, və ya PVAl) — suda həll olunan sintetik polimer. İdeallaşdırılmış [CH2CH(OH)]n formulaya malikdir. Kağız istehsalında, toxuculuq çubuqlarının ölçüsünün təyin olunmasında, polivinil asetat (PVAc) yapışdırıcı formulalarında qatılaşdırıcı və emulsiya stabilizatoru kimi, müxtəlif örtüklərdə və 3D çapda istifadə olunur. Rəngsiz (ağ) və qoxusuzdur. Adətən muncuqlar və ya suda məhlullar şəklində təqdim olunur. Xaricdən əlavə edilmiş çarpaz bağlayıcı agent olmadan, PVA məhlulu təkrar dondurma-ərimə yolu ilə jelə çevrilə bilər, damar stentləri, qığırdaq, kontakt linzalar və s. kimi müxtəlif tətbiqlərdə istifadə olunan yüksək güclü, ultra təmiz, biouyğun hidrojellər istehsal edir.
Spirtli içki
Alkoqollu içkilər (spirtli içkilər) — tərkibində etanol (etil spirti, sadə dildə — alkoqol) olan içki. Araq Pivə Viski Rom Şərab Brendi Likör Vermut və s.
Spirtli içki qadağası
Spirtli içki qadağası — spirtli içkilərin istehsalı və satışının qadağan edilməsi.
Spirtli içkilər
Alkoqollu içkilər (spirtli içkilər) — tərkibində etanol (etil spirti, sadə dildə — alkoqol) olan içki. Araq Pivə Viski Rom Şərab Brendi Likör Vermut və s.
Spirtlər
Spirtlər — karbon atomuna birbaşa -OH qrupunun bağlı olduğu üzvi maddələrə verilən ümumi ad. Ümumi formulları CnH2n+1OH olan monospirtlər, spirtlərin önəmli bir sinfidir. Bunlardan etanol (C2H5OH), alkoqollu içkilərdə mövcud olan növdür. Ümumiyyətlə spirtli içkilərdəki alkoqol sözü ilə etanol nəzərdə tutulur, hansı ki yeni istehsal olunmuş pivədə etanolun faiz nisbəti %3 — %5 arasında, şərabda isə %12 — %15 arasında olur. Spirtlər bir neçə üsulla adlandırırlar. Məsələn, radikalın adından sonra "spirt" sözünü artırırlar. məsələn, metil spirti, izopropil spirti. ikinci adverməyə görə (UPAC beynəlxalq nomenklaturaya görə) ilkin karbohidrogenin strukturuna "ol" şəkilçisini əlavə edirlər. Məs., metanol, 2-metil-1-butanol. Çox vaxt trivial advermədən də istifadə edirlər.
İzopropil spirti
İzopropil spirti – (propanol-2, vtor-propanol, izopropanol, dimetilkarbinol, İPS) – üzvi birləşmə olub, alifatik sıranın sadə ikili biratomlu spirtidir. Izopropanolun izomeri – propanol-1 mövcuddur. İzopropil spirti normal şəraitdə şəffaf, rəngsiz, kəskin iyli və yüngül acı dada malik mayedir[2]. İzopropil spirti kosmetika, parfümeriya, məişət kimyasında, avtomobil mayelərinin, tibbi məqsədlər üçün, şüşə təmizləyici vasitələrin, orqtexnikada və sənayedə üzvi maddələrin həlledicisi kimi etil spirtinin əvəzinə istifadə olunur. Inkişaf etmiş ölkələrdə izopraponol az zərərli olduğuna görə şəxsi gigiyena məhsullarında və tibbdə geniş istifadə olunur. Dimetilkarbinolun 75%-li sulu məhlulu əllərin dezinfeksiyaedici vasitəsi kimi istifadə edilir. Su dimetilkarbinolun bakteriyaların membran qəfəslərinə nüfuz etməsinə imkan yaradır, beləliklə daha effektiv zərərsizləşdirir. İzopropil spirti həmçinin tibbdə xarici otit üçün proflaktik vasitənin köməkçi komponenti kimi də işlədilir. Dermatitin müalicəsində dərinin zərərçəkmiş hissəsini silməklə effektiv nəticə verir, bu zaman dəriyə zərərli təsiri cüzi olur. İzopropil spirti bütün uçucu spirtlər kimi oddan təhlükəlidir.
ABŞ-də spirtli içki qadağası
ABŞ-də spirtli içki qadağası (ing. Prohibition in the United States) — Amerika Birləşmiş Ştatlarında 1920–1933-cü illər ərzində spirtli içkilərin istehsalı, daşınması və satışının qadağan edildiyi dövr.

spirt sözünün leksik mənası və izahı

  • 1 is. [lat. spiritus] 1. Tərkibində çoxlu kraxmal və şəkər olan (buğda, kartof və s.) məhsullardan distillə yolu ilə alınan alışqan maye. Naznaz pambığı spirtə batırdı, Qaraşın barmağını silib təmizləməyə başladı. M.İbrahimov. 2. kim. Öz tərkibində hidrogen atomu ilə oksigen atomu birləşmələri olan bir sıra üzvi birləşmələrin adı. Kamfor spirti.

    Azərbaycan dilinin izahlı lüğəti / spirt

spirt sözünün sinonimləri (yaxın mənalı sözlər)

spirt sözünün rus dilinə tərcüməsi

  • 1 1. спирт; 2. спиртовый;

    Azərbaycanca-rusca lüğət / spirt
  • 2 I сущ. спирт: 1. горючая, богатая алкоголем жидкость, добываемая перегонкой из продуктов, содержащих крахмал и сахар. Spirtə su qatmaq разбавить спирт водой, spirt çəkmək гнать спирт 2. хим. органическое соединение, в котором атом водорода замещён водным остатком. Kamfora spirti камфорный спирт II прил. 1. спиртной: 1) относящийся к спирту, свойственный спирту. Spirt iyi спиртной запах 2) насыщенный спиртом, с запахом спирта (о воздухе) 2. спиртовой: 1) спиртной 1) 2) приготовленный со спиртом, на спирту. Spirt kompresi спиртовой компресс 3) относящийся к производству спирта. Spirt zavodu спиртовой завод; spirt lampası спиртовая лампа (небольшой нагревательный или осветительный прибор, в котором как горючее используется спирт), спиртовка; etil spirti этиловый спирт, çaxır spirti винный спирт (бесцветная жидкость, добываемая при брожении углеводов); naşatır spirti нашатырный спирт (прозрачная, бесцветная жидкость с острым запахом; используется в медицине); spirtə qoymaq спиртовать, заспиртовать, проспиртовать

    Azərbaycanca-rusca lüğət / spirt

spirt sözünün inglis dilinə tərcüməsi

spirt sözünün fransız dilinə tərcüməsi

spirt sözünün ləzgi dilinə tərcüməsi

spirt sözünün türk dilinə tərcüməsi

"spirt" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#spirt nədir? #spirt sözünün mənası #spirt nə deməkdir? #spirt sözünün izahı #spirt sözünün yazılışı #spirt necə yazılır? #spirt sözünün düzgün yazılışı #spirt leksik mənası #spirt sözünün sinonimi #spirt sözünün yaxın mənalı sözlər #spirt sözünün əks mənası #spirt sözünün etimologiyası #spirt sözünün orfoqrafiyası #spirt rusca #spirt inglisça #spirt fransızca #spirt sözünün istifadəsi #sözlük