Sultanlığı sözü azərbaycan dilində

Sultanlığı

Yazılış

  • Sultanlığı • 63.5294%
  • sultanlığı • 36.4706%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kalpi sultanlığı
Kalpi sultanlığı — 1400–1443-ci illərdə Hindistanda hökm sürən səltənət. == Tarixi == Caunpur sultanlığının hökmdarı Seyid Mübarək şah Caunpuru Dehlidən gələn təhlükələrə qarşı qorudu. 1401-cü ildə xanədanın başına Şərqi Sultanlığının ən önəmli hökmdarlarından İbrahim şah keçdi. Hakimiyətinin ilk illərində Mallu İqbal xan və Sultan Mahmud Nasirəddin şahın hücumlarına məruz qaldı. Kannevci zəbt edən Mahmud şah qarşısında onunla anlaşmağı lazım bildi (1405). Tirhut bölgəsi Şərqi Sultanlığına tabe olmağa davam etdi. İbrahim şah 1406-cı ildə Kannevci, 1414-cü ildə Kalpilərə aid bəzi şəhərləri ələ keçirdi. Cəmaziyələvvəl 831-ci ildə (Mart, 1428) Dehli sultanı Seyid Mübarək şah ilə apardığı savaşda iki ordu da itkilər verdi və mütləq bir nəticə alınmadı. İbrahim şah bu dönəmdə Kalpi sultanlığındaki iqtidar mübarizələrinə doğrudan müdaxilə etdi. 1436–1437-ci illərdə Dehliyə hücum edən İbrahim şah ona qarşı dirənəməyən Sultan Seyid Məhəmmədlə anlaşma bağladı.
Kutkaşen sultanlığı
Qutqaşen sultanlığı və ya anaxronistik olaraq Qəbələ sultanlığı — XVIII əsrin ortalarında yaranmış kiçik feodal hökmdarlıqlarından biri. Şəki xanlığının tabeliyində olan Qutqaşen nahiyəsində yerləşmişdi. Nadir şahın ölümündən (1747) sonra müstəqil sultanlıq elan olunmuşdu, lakin kiçik bir ərazidə yerləşən Qutqaşen sultanlığının müstəqilliyi çox çəkmədi. Qutqaşenin yeni hakimi Kalbalı Sultan bir müddət Şəki və Ərəş feodallarının çəkişmələrindən istifadə edərək hakimiyyət başında qala bildi. Lakin feodal ara müharibələrindən birində həlak oldu. Bundan sonra Qutqaşen sultanlığı mahal kimi Şəki xanlığının tərkibinə daxil oldu. Mahalı Şəki xanları tərəfindən təyin olunan və yerli Qutqaşen sultanlarından olan naiblər idarə edirdi. XVIII əsrin axırında qutqaşınlı Məhəmməd Şəfi sultan malikəsinin bir hissəsini şəkili Məhəmmədhəsən xana (1784-1796) satdı. Məhəmmədhəsən xan bu torpağa şəxsi kəndi olan Çaykənddən kəndlilər köçürdü. Hacı Səfi Sultan Kalbalı Sultan — 1779 Hacı Nəsrulla == Məşğuliyyəti == Qutqaşen sultanlığında əhali əsasən maldarlıq və kənd təsərrüfatı ilə məşğul idi.
Kəşmir sultanlığı
Kəşmir sultanlığı — 1339–1540 və 1551–1589-ci illərdə Kəşmir vilayətində iqtidarda olan müsəlman sultanlığı. 1587–1589-cu illərdə Böyük Moğol İmperiyasına birləşdirilmişdir. == Tarixi == Sultan Şəmsəddin adlı bir şəxs dərviş libasında Kəşmirə gəlir. O dövrdə buranı bir qadın idarə edirdi. Amma Kəşmirin hər mahalında bir hakim vardı. Sultan Şəmsəddin bu xanıma xidmət etməyi gərəkli bildi. Bir neçə vaxtdan sonra xanım ona ərə getməyi təklif etdi.
Maduray sultanlığı
Maduray sultanlığı — 1334–1378-ci illərdə Hindistanda hökm sürən səltənət. == Tarixi == 1334-cü ildə Dehli sultanlığının tərkibindən çıxan Maduray öz sultanlığını elan etdi. Tuğlaqilərin görkəmli nümayəndəsi Qiyasəddin Tuğlaqi (1325–1351) əlindən çıxan torpaqları sultanlığa qaytardı. 1326-cı ildə isə paytaxtı Dehlidən ölkənin mərkəzində yerləşən Deoqir şəhərinə köçürdü. Dehli şəhəri bundan sonra tənəzzül edərək, əvvəlki əhəmiyyətini itirdi. Mərkəzin yarımadanın içərilərinə köçürülməsi şimalda sultanın mövqeyinin zəiflməsinə səbəb oldu. Bundan monqol xanları və Dehli feodalları istifadə etdilər. Ölkənin şimalını bürümüş qiyamların qarşısını almaq məqsədilə Qiyasəddin böyük bir ordu yarada bildi. Bu məqsədlə əhali üzərinə yeni vergilər qoyuldu. Qiyasəddin Tuğlaqi 1329-cu ildə vəziyyətdən çıxış kimi qoşuna gümüş pula verilməli olan məvacibi mis pullarla ödəmək haqqında fərman verdi.
Maku sultanlığı
Maku xanlığı — Nadir şahın ölümündən sonra Cənubi Azərbaycanda yaranan xanlıqlardan biri. Mərkəzi Maku şəhəri idi. Xoy, Qaradağ, Naxçıvan, İrəvan xanlıqları və Osmanlı imperiyası ilə hüdudlanırdı. == Tarixi == Maku əyaləti Səfəvi hökmranlığı dövründə Çuxursəd bəylərbəyliyinə daxil olan yarımmüstəqil sultanlıqdan ibarət idi. Onu bayat tayfasından olan nəsli hakimlər idarə edirdi. Maku xanlığı öz ətrafında 30 kəndi birləşdirirdi. Xanlığın banisi Bayat tayfasındanƏhməd Sultan idi. Vaxtilə Nadir Şahın Xorasandakı sərkərdələrindən biri idi. Nadir şahın öldürülməsindən sonra onun arvadlarından biri ilə Təbrizə oradan da Makuya gəlir. Əhməd Sultan atası İbrahimin yerinə xanlıq taxtına oturur.
Malakka sultanlığı
Malakka sultanlığı — 1414–1511-ci illərdə mövcud olmuş, əsası islamı qəbul etmiş yavalı şahzadə Parameşvara İsgəndər şah tərəfindən qoyulmuş dövlət. == Tarixi == Malakka körfəzindən keçən ticarət yollarının yaxınlığı zəminində yeni eranın başlanğıcında Malakka yarımadasının cənub hissəsində iri liman şəhərləri yarandı. İlk dövrlərdə Malayyada Hindistandan gəlmə tacirlər və buddist rahiblər mühüm rol oynayırdılar. Hind mədəniyyətinin Malayyanın sosial-siyasi və dini həyatına təsiri uzun əsrlər boyu davam etdi. Malayyanın şəhər-dövlətləri və vilayətləri uzun müddət ərzində Cənubi Hindistan, Hind-Çin, Sumatra və Yavada yerləşən qonşu dövlətlərdən asılı idilər. Bu dövlətlər Malakka körfəzindəki gəmiçiliyi nəzarətə almaq uğrunda bir-biri ilə rəqabət aparırdılar. 1414-cü ildə islamı qəbul etmiş yavalı şahzadə Parameşvara İsgəndər şah adı altında Malakka sultanlığının əsasını qoydu. Onun tərkibinə, demək olar ki, bütün Malayya, Sumatranın bir hissəsi və yaxınlıqdakı bir neçə ada daxil idi. XV əsr ərzində islam dini Malayyada buddizm və hinduizmin mövqelərini xeyli zəiflətdi: müsəlman tacirlər beynəlxalq ticarətdə üstün mövqe qazanmağa başladılar, malay yazısı üçün hind qrafikası yerinə ərəb qrafikası istifadə olunmağa başladı. XVI əsrin əvvəllərinə doğru Malakka sultanlığı Cənub-Şərqi Asiyanın nüfuzlu şəhər-dövlətinə çevrildi və öz hakimiyyətini Sumatranın şərq hissəsinə qədər genişləndirdi.
Malva sultanlığı
Mataram sultanlığı
Mataram sultanlığı — 1575-ci ildə qurulan və 1755-ci ilədək həyat sürən Yava adasındakı müstəqil bir müsəlman dövləti. == Tarixi == İslama bağlılıq, Hindu mədəniyyətini mənimsəmiş olan Macapahit hakimlərinə qarşı bir qorunma vasitəsi olaraq ortaya çıxınca İslami çevrə bir anda genişlədi. Şimal sahilləri xalqı da İslamiyəti qəbul etdi və silaha sarılaraq Macapahitlərə qarşı savaşdı. 1520-ci illərdə y Demak sultanı Raden Patah son Macapahit hakiminə qarşı zəfər əldə edərək Hindu hakimiyyətinə son verdi. İslamiyətin müstəqilliyə çatmaqda önəmli bir ünsür təşkil etdiyinin anlaşılması üzərinə öncəki dönəmdə hakim sinfi təşkil edənlər durumlarını qorumaq üçün İslamiyəti qəbul etmək məcburiyyətində qaldılar. Beləcə yeni düzəndə özlərinə bir yer edərək sosial həyatdakı köhnə durumlarını qismən də olsa qoruya bildilər. XVI əsrin sonlarına doğru Orta Yava bölgəsində Mataram sultanlığı adıyla geniş bir siyasi güc ortaya çıxdı (1575). Bu yeni dövlət Yava şimal sahili İslam dövlətləri kimi tamamilə İslami bir dövlət görüntüsü vermədi. Mataram hakimləri müsəlman olmaqla birlikdə onların hakimiyyətində qədim Hindu Macapahit krallığı dönəmindən qalma bir sıra siyasi ünsürlərin izlərini görmək mümkündür. Mataram sultanlığı hakimiyyətində qədim dönəmə aid Macapahit hakim və aristokratları fəaliyətlərini sürdürdülər.
Moqadişo sultanlığı
Moqadişo sultanlığı (somali. Saldanadda Muqdisho, ərəb. سلطنة مقديشو‎) — mərkəzi Moqadişo şəhərində olan, müasir Somalidə XII–XVII əsrlərdə mövcud olmuş orta əsr Afrika dövləti. == Tarixi == Sultanlıq XII–XIV əsrlərdə Afrika buynuzundakı əhəmiyyətli güclərdən biri kimi Moqadişo şəhəri ətrafında böyümüş, daha sonra böyüyən Ajuran imperiyasının bir hissəsi olmuşdur. Moqadişo sultanlığı ərəb ölkələri və Hindistan ilə geniş ticarət şəbəkəsini qoruyub saxlayır, regional qızıl ticarətində üstünlük təşkil edir, öz valyutasını zərb edir və indiki Somalinin cənubunda geniş memarlıq irsi buraxırdı. Moqadişudan olan Somali tacirləri Sofaladakı mədənlərdən qızıl çıxarmaq üçün indiki Mozambik ərazisində müstəmləkə qurmuşdular. Afrika buynuzunun daxili bölgələri ilə karvan ticarəti aparılırdı. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Могадишо // Меотская археологическая культура — Монголо-татарское нашествие. — М. : Большая российская энциклопедия, 2012. — С. 564.
Oman Sultanlığı
Oman və ya Ümman, rəsmi adı Oman Sultanlığı (ərəb. سلطنة عمان‎) — Asiyada dövlət. Oman Ərəbistan yarımadasının cənub-şərqində yerləşir. Cənub-qərbdə Yəmən, qərbdə Səudiyyə Ərəbistanı Krallığı, şimal-qərbdə isə Birləşmiş Ərəb Əmirlikləri ilə həmsərhəddir. Şimalda Oman Körfəzi, şərqdə və cənubda isə Ərəb dənizi ilə əhatə olunur. Sahəsi- 309,500 min km2 , əhalisi təxminən- 4,441,448 nəfərdir (2016-cı il). Paytaxtı — Məsqət şəhəridir. 7 oktyabr 1971-ci ildən BMT-nin, 1972-ci ildən isə İKT-nin üzvüdür. Oman Sultanlığı BMT, İKT, ƏDL və Bloklara Qoşulmayan ölkələr, Ümumdünya Ticarət Təşkilatı kimi təşkilatların üzvüdür. Məsqətdə 50-dən artıq xarici səfirlik və konsulluq fəaliyyət göstərir.
Pəmbək sultanlığı
Pəmbək sultanlığı — Məhəmməd xan öz hərəkətinə bəraət qazandırmaq və rus qoşununun Pəmbəkə girməsinin qarşısını almaq üçün ilk növbədə yaxın adamı Abbas xanı İ.P.Lazarevin yanına göndərdi. Söhbət zamanı elçi bildirir ki, Pəmbək sultanlığı İrəvan xanlığına məxsusdur və bunun üçün Ağa Məhəmməd şahdan fərmanı vardır. Daha sonra elçi xanın ruslara qarşı heç bir qərəzli niyyəti olmadığını, əksinə Rusiya himayəsinə keçmək fikrində olduğunu bildirərək, İ.P.Lazarevdən rus qoşunlarının Pəmbək ərazisinə girməməsini xahiş etdi (339,600; 145,219-220). Lakin Məhəmməd xanın İ.P.Lazarevlə danışıqları heç bir nəticə vermədi. General elçiyə bildirir ki, Gürcüstan əhalisinin təhlükəsizliyi üçün cavabdehdir və bu səbəbdən Pəmbəkə doğru hərəkət edir. O, xana xəbər göndərərək İrəvana köçən əhalinin geri qaytarılmasını tələb etdi. Rus qoşunu ilə açıq münaqişəyə girməkdən ehtiyat edən Məhəmməd xan Pəmbək qaçqınlarının geri qayıtmasına icazə verdi. İlk növbədə beş kəndin əhalisi geri qaytarıldı. Qalan əhalini geri qaytarmaq üçün knyaz Solomon Tarxanov xanın yanına göndərildi. S.Tarxanovla söhbətdə xan öz hərəkətinə haqq qazandıraraq, Pəmbəkin ona məxsus olmasını bir daha bildirmişdi.
Qarabağlar sultanlığı
Qarabağlar sultanlığı — Naxçıvan ərazisində sultanlıq. Azərbaycan bəylərbəyliyi dövründə Naxçıvan ölkəsinin tərkibində 12 nahiyə və bir sultanlıq var idi. Bu dövrdə Naxçıvan ölkəsinin tərkibində Naxçıvan, Şərur, Dərələyəz, Bazarçayı, Məvaziyi-Xatın, Mülki-Arslan, Dərəşahbuz, Əlincə, Sisəcan, Azadciran, Şorlut, Dərəşam nahiyələri olmuşdur. Qarabağlar ərazisi isə Naxçıvan ölkəsi tərkibində sultanlıq idi. Birinci Osmanlı idarəçiliyi dövründə (1590) Qarabağlar sultanlığı Naxçıvan sancağının bir nahiyəsinə çevrilmişdir.
Qazax sultanlığı
Qazax sultanlığı — XV əsrin sonlarında Qazax sultanlığı yaradılmışdır. Səfəvilər imperiyası dövründə Qazax sultanlığı Qarabağ bəylərbəyliyinə daxil idi. I Şah Abbasın fərmanı ilə 1605-ci ildə Şəmsəddin sultana xan rütbəsi verilmişdir. Qazax sultanlığının hakimləri sultan titulu daşıyırdılar və irsi hakimiyyətə malik idilər. Qazax sultanlığına 3 nəsil rəhbərlik etmişdir. 1-ci nəslə "Qazaxlı" və ya "Alqazaxlı" deyilən Şıxlinskilər aiddir. Qazax sultanlığının hakimləri sultan titulu və irsi hakimiyyətə malik idilər. XVI əsrin 80-ci illərində osmanlı və gürcü ordusunun təzyiqi ilə Səfəvilər Azərbaycanı tərk etdikdə Bayat, Qaçaq, Qaramanlı və başqa tayfalardan fərli olaraq Qazaxlar öz ərazilərini tərk edib İrana getmədilər. Sultanlığın başçısı Nəzər xan türklərin hakimiyyətini qəbul etmiş və bununla da mahalın müstəqilliyini əldə saxlamışdır. İkinci dəfə Azərbaycan, o cümlədən Qazax mahalı yenidən səfəvilərin hakimiyyəti altına keçəndən sonra da Nəzər xan öz hakimiyyətində qalmışdır.
Qucarat sultanlığı
Qucarat sultanlığı — Hindistanın qərbindəki Qucaratda XV-XVI əsrlər arasında hökm sürən müsəlman dövlət. == Tarixi == 1298-ci ildə Əlaəddin Xələcin ələ keçirdiyi Qucarat bu tarixdən sonra Dehli sultanlarının təyin etdiyi valilərin idarəsinə daxil oldu. 1391-ci ildə III Məhəmməd tərəfindən Qucarat valiliyinə təyin olunan Zəfər xan, Tuğluqoğulları sülaləsinin çöküşündən yararlanaraq 1407-ci ildə Müzəffər şah (I Müzəffər) adıyla müstəqilliyini elan etdi. Nəvəsi I Əhməd (hökmdarlığı 1411-1442) sultanlığın gücünü ve nüfuzunu artırarak Qucarattaki Hindu racələrinin yanı sıra Malva, Xandeş və Dekkanın müsəlman sultanlarıyla savaşlar apardı. Paytaxtı, Anahilvaradan 1411-ci ildə qurdurduğu Əhmədabada daşıdı. Dövlətin ən uzun səltənət sürən hökmdarı Mahmud Begra (hökmdarlığı 1458-1511), Hindulara qarşı hazırladığı səfərlərlə Çampaneri alaraq buranı Məhəmmədabad adıyla paytaxt etdi. Mahmud Begranın hökmdarlığının sonuna doğru, Qərb və Cənubi Hindistanda Portuqallar yeni bir güc olaraq ortaya çıxdı. Portuqalların Hind ticaretini neredeyse tümüyle ələ keçirmələri, Misirli və Qucaratlı tüccarları çətin durumda bıraxdı. Mahmud Begra, Portekizlilere qarşı 1508-ci ildə Memlük sultanı Kansu Qavri ilə ittifaq qurduysa da, ardından Portuqallarla sülh bağlamaq məcburiyyətində qaldı. 1535-ci ildə Malvanı ələ keçirən Bahadır şahın (hökmdarlığı 1526-1537) Portuqallar tərəfindən öldürülməsindən sonra Qucarat sultanlığı parçalanmağa başladı.
Quri Sultanlığı
Qurilər — 1148-1206-cı illərdə Əfqanıstanın Qur əyalətində hökmranlıq etmiş sülalə. Bunlar müxtəlif zamanlarda Əfqanıstan, İran, Hindistanın müəyyən hissələrini özlərinə tabe etmişdilər. Həmin sülalədən olan hökmdarlar bunlardır: Qiyasəddin Məhəmməd (1162-1203) Şəhabəddin (Müizəddin və ya Məhəmməd Quri) (1203-1206) Qurilər Xarəzmşahlarla mübarizədə hakimiyyətdən məhrum oldular .
Qutqaşen sultanlığı
Qutqaşen sultanlığı və ya anaxronistik olaraq Qəbələ sultanlığı — XVIII əsrin ortalarında yaranmış kiçik feodal hökmdarlıqlarından biri. Şəki xanlığının tabeliyində olan Qutqaşen nahiyəsində yerləşmişdi. Nadir şahın ölümündən (1747) sonra müstəqil sultanlıq elan olunmuşdu, lakin kiçik bir ərazidə yerləşən Qutqaşen sultanlığının müstəqilliyi çox çəkmədi. Qutqaşenin yeni hakimi Kalbalı Sultan bir müddət Şəki və Ərəş feodallarının çəkişmələrindən istifadə edərək hakimiyyət başında qala bildi. Lakin feodal ara müharibələrindən birində həlak oldu. Bundan sonra Qutqaşen sultanlığı mahal kimi Şəki xanlığının tərkibinə daxil oldu. Mahalı Şəki xanları tərəfindən təyin olunan və yerli Qutqaşen sultanlarından olan naiblər idarə edirdi. XVIII əsrin axırında qutqaşınlı Məhəmməd Şəfi sultan malikəsinin bir hissəsini şəkili Məhəmmədhəsən xana (1784-1796) satdı. Məhəmmədhəsən xan bu torpağa şəxsi kəndi olan Çaykənddən kəndlilər köçürdü. Hacı Səfi Sultan Kalbalı Sultan — 1779 Hacı Nəsrulla == Məşğuliyyəti == Qutqaşen sultanlığında əhali əsasən maldarlıq və kənd təsərrüfatı ilə məşğul idi.
Qücərat sultanlığı
Qucarat sultanlığı — Hindistanın qərbindəki Qucaratda XV-XVI əsrlər arasında hökm sürən müsəlman dövlət. == Tarixi == 1298-ci ildə Əlaəddin Xələcin ələ keçirdiyi Qucarat bu tarixdən sonra Dehli sultanlarının təyin etdiyi valilərin idarəsinə daxil oldu. 1391-ci ildə III Məhəmməd tərəfindən Qucarat valiliyinə təyin olunan Zəfər xan, Tuğluqoğulları sülaləsinin çöküşündən yararlanaraq 1407-ci ildə Müzəffər şah (I Müzəffər) adıyla müstəqilliyini elan etdi. Nəvəsi I Əhməd (hökmdarlığı 1411-1442) sultanlığın gücünü ve nüfuzunu artırarak Qucarattaki Hindu racələrinin yanı sıra Malva, Xandeş və Dekkanın müsəlman sultanlarıyla savaşlar apardı. Paytaxtı, Anahilvaradan 1411-ci ildə qurdurduğu Əhmədabada daşıdı. Dövlətin ən uzun səltənət sürən hökmdarı Mahmud Begra (hökmdarlığı 1458-1511), Hindulara qarşı hazırladığı səfərlərlə Çampaneri alaraq buranı Məhəmmədabad adıyla paytaxt etdi. Mahmud Begranın hökmdarlığının sonuna doğru, Qərb və Cənubi Hindistanda Portuqallar yeni bir güc olaraq ortaya çıxdı. Portuqalların Hind ticaretini neredeyse tümüyle ələ keçirmələri, Misirli və Qucaratlı tüccarları çətin durumda bıraxdı. Mahmud Begra, Portekizlilere qarşı 1508-ci ildə Memlük sultanı Kansu Qavri ilə ittifaq qurduysa da, ardından Portuqallarla sülh bağlamaq məcburiyyətində qaldı. 1535-ci ildə Malvanı ələ keçirən Bahadır şahın (hökmdarlığı 1526-1537) Portuqallar tərəfindən öldürülməsindən sonra Qucarat sultanlığı parçalanmağa başladı.
Qəbələ sultanlığı
Qutqaşen sultanlığı və ya anaxronistik olaraq Qəbələ sultanlığı — XVIII əsrin ortalarında yaranmış kiçik feodal hökmdarlıqlarından biri. Şəki xanlığının tabeliyində olan Qutqaşen nahiyəsində yerləşmişdi. Nadir şahın ölümündən (1747) sonra müstəqil sultanlıq elan olunmuşdu, lakin kiçik bir ərazidə yerləşən Qutqaşen sultanlığının müstəqilliyi çox çəkmədi. Qutqaşenin yeni hakimi Kalbalı Sultan bir müddət Şəki və Ərəş feodallarının çəkişmələrindən istifadə edərək hakimiyyət başında qala bildi. Lakin feodal ara müharibələrindən birində həlak oldu. Bundan sonra Qutqaşen sultanlığı mahal kimi Şəki xanlığının tərkibinə daxil oldu. Mahalı Şəki xanları tərəfindən təyin olunan və yerli Qutqaşen sultanlarından olan naiblər idarə edirdi. XVIII əsrin axırında qutqaşınlı Məhəmməd Şəfi sultan malikəsinin bir hissəsini şəkili Məhəmmədhəsən xana (1784-1796) satdı. Məhəmmədhəsən xan bu torpağa şəxsi kəndi olan Çaykənddən kəndlilər köçürdü. Hacı Səfi Sultan Kalbalı Sultan — 1779 Hacı Nəsrulla == Məşğuliyyəti == Qutqaşen sultanlığında əhali əsasən maldarlıq və kənd təsərrüfatı ilə məşğul idi.
Rum Sultanlığı
Rum sultanlığı və ya Anadolu Səlcuqlu Dövləti — Səlcuqluların Anadoluda qurduğu dövlət. Qurucusu Qutalmışın oğlu Süleyman şahdır. == Tarixi == Türklərin Anadoluya yerləşməsi 1071-ci ildəki Malazgirt müharibəsindən sonra sürətlənmişdir. 1073-cü ildə Süleyman şah Sultan-ı Rum (yəni Anadolu (Türkiyə) Səlcuqlu hökmdarı) olaraq Anadoluya getmiş və Rum sultanlığını qurmuşdur. O, 1075-ci ildə İznik və İzmiti fəth etmiş, İzniki paytaxt elan edərək 1078-ci ildə Çanaqqala boğazına qədər irəliləmiş, 1084-cü ildə Çukurova Tarsus bölgəsini və Hatayı ələ keçirmişdir. 1086-cı ildə Hələbi mühasirəyə almış, amma ələ keçirmədən vəfat etmişdir. == Bayrağı == Anadolu Səlcuqlu Dövləti bayrağı Böyük Səlcuqlu bayrağının əsasında düzəlsə də, ona çox bənzəsə də, müəyyən cəhətlərdən "original"-dan fərqlənir. Belə ki, bu bayraqda yay və ox ikibaşlı qartalın üstündə deyil, qartala "geydirilmiş" vəziyyətdədir. == Mənbə == Fazlı Konuş, Selçuklular Bibliyografyası (Temel kaynakların Açıklaması ile Beraber), Konya 2006.
Salyan sultanlığı
Salyan sultanlığı — bir çox Azərbaycan xanlıqları kimi Əfşarlar imperiyasının şahı Nadir şah Əfşarın ölümündən sonra yaranmışdır. Sultanlıq şimaldan Şirvan, cənubdan Talış, qərbdən Cavad xanlıqları, şərqdən isə Xəzər dənizi ilə həmsərhəd idi. == Tarixi == Salyan xanlığı 1747-ci ildə yaradılmışdır. Mərkəzi Salyan şəhəri idi. 1747-ci ildə Nadir şahın ölümündən sonrakı dövrlərdə Azərbaycanda xaotik formada yaranmağa başlayan yeni xanlıqlar və sultanlıqlar dövründə Quba xanı 1-ci Hüseynin uzaq qohumu olan İbrahim Rüdbari Salyanda öz hakimiyətini bərpa edərək Quba xanlığından ayrıldığını və özünün müstəqil xan olduğunu elan edir. Amma çox keçmir ki, Rüdbarilərin hakimiyyətindən narazı qalan Salyanın əhalisi Quba xanlığından yardım istəyir. O zamanlarda hələ Quba xanlığının taxtına oturmamış vəliəhd Fətəli xan 1757-ci ildə başçılıq etdiyi döyüşçü dəstələri ilə salyanlıların köməyinə gəlir. İbrahim Rüdbarini Salyandan qovur. Beləliklə, İbrahim Rüdbarinin 8 illik hakimiyyətinə son qoyulur və Salyan sultanlığı yenidən Quba xanlığının tərkibinə keçir. 1757-ci ildən 1768-ci ilə qədər Salyanın hakimi Kəlbəli sultan olur.
Sulu sultanlığı
Sulu sultanlığı—1457-ci ildən 1917-ci ilədək Filippində iqtidarda olmuş islam dövləti. == Tarixi == Filippinin İslamiyətlə ilk təması, IX və X əsrlərdə Qırmızı dənizdən Çin dənizinə qədər uzanan və əsas etibariylə müsəlmanların istifadəsində olan millətlərarası dəniz ticarətinə qatılmasıyla başlayır. Bu dönəmdə Ərəb əsilli müsəlman tacirlər inci, ədviyyat kimi malları almaq və Borneodan (Kalimantan) Çinə etdikləri yolçuluq sırasında dincəlmək üçün bəzi Filipin adalarına uğruyurdular. "Tərsila" və ya "silsilə" adı verilən Sulu şəcərə qaynaqları, Tuan Məşaika adında bir Ərəb tacirinin Jolo (Colo) adasına gəldiyini və burada hakim sinifə mənsub bir ailənin qızıyla evlənərək bütlərə pərəstiş edən yerli əhalinin İslamiyəti qəbul etmələrinə səbəb olduğunu bildirməkdə, ancaq bu mövzuda hər hansı bir tarix vermir. İslamiyətin Suluya girişiylə ilgili ilk tarixi bəlgə, Jolo adasındakı Jolo şəhərinin bir neçə mil uzağında, qədimdən Sulu sultanlarının tac geydikləri Bud Datoda olan və Tuan Makbalu adında yabançı bir müsəlmana aid olduğu sanılan 1310-cu il tarixli bir məzar daşıdır. Yenə tərsilalar, Tuan Şərif Övliya da deyilən Kərim əl-Məhdum adında sufi bir Ərəb dəvətçisinin 1380-ci ildə Buansaya (bugünkü Jolo) gələrək məhəlli hakimlərin izniylə digər Sulu adalarını gəzib İslamiyəti yaydığını və Simunul adasındakı Tubig-Indangan şəhərində bir məscid tikdirdiyini bildirir. XV əsrin əvvəllərində Raca Baguinda Əli adında Sumatrali müsəlman bir şahzadə kiçik donanmasıyla Joloya gəlmiş və yerli bir şahzadəylə evlənərək buranı və çevrəsindəki digər adaları idarə etməyə başlamışdır. Onun ölümündən sonra kürəkəni Ərəb dəvətçilərindən Sərif Əbu Bəkir əl-Haşim hakimiyyəti ələ almış və paytaxtı Jolo olan Sulu sultanlığını qurmuşdur (1457). Beləcə siyasi bir güc qazanan İslamiyət qısa müddətdə Sulu arxipelağının digər adalarına da yayılmışdır. Tərsilalar, Mindanao adasının İslamlaşmasını da bir Ərəb ata ilə Johorlu bir Malay şahzadəsinin oğlu olan Şərif Məhəmməd Kabungsuvan adındakı bir dəvətçiyə bağlayırlar.
Sədərək sultanlığı
Sədərək sultanlığı — Sədərək XVI əsr mənbələrində sultanlıq kimi göstərilir. Fransız səyyahı J.Şarden də təsdiqləyir ki, bu dövrdə Sədərək ayrıca bir hakimlik – sultanlıq olmuş, Qars, İğdır və Sədərək əraziləri bir sultanlıqda birləşmişdir. Şarden yazır: “Çox düzən və barlı-bəhərli bir ölkə ilə beş lyö getdik. O, dağlarla əhatə olunmuşdu. Sağdakı dağları Nuh dağı adlandırırlar. Biz Qaynar adlı kiçik bir şəhərdə mənzil saldıq. Biz həmin yolla gedib səkkiz lyö qət etdik. Yolun yarısında, sol tərəfdə Sədərək adlı şəhərciyin yanından ötüb keçdik. Mahalın sultanı da bu şəhərcikdə yaşayır”.Qeyd edək ki, Səfəvilər dövründə daha kiçik inzibati vahidlərin hakimləri sultan titulunu daşıyır və onlar yerli hakimiyyət orqanlarını müstəqil surətdə yaradırdılar. Sultanlar müvafiq vilayətin qolbəyilərinə və bəzən birbaşa bəylərbəyisinə tabe idilər.
Ternate sultanlığı
Ternate sultanlığı (ind. Kesultanan Ternate) — İndoneziya ərazisində mövcud olmuş dövlət. İlk əvvəllər Qapi (ind. Kesultanan Gapi) adlandırılırdı sonradan isə ölkənin paytaxtının adı ilə Ternate adlandırılmışdır. İndoneziyada mövcud olmuş qədim islam ölkələrindən biri olmuşdur. Sultanlıq Baab Mashur Malamo (ind. Baab Mashur Malamo) tərəfindən 1257-ci ildə müstəqilliyi elan edilmişdir. Baabullahın (ind. Baabullah) (1570—1583) dönəmində sultanlıq öz hakimiyyətini İndoneziyanın şərqinə və Filippinin cənubuna yaya bilmişdilər. Ada XV-XVII əsrdə dünyada mixək istehsalına görə dünyada mühüm yer tuturdu.
Çors sultanlığı
Çors sultanlığı — Cənubi Azərbaycanda yerləşirdi. == Tarixi == XVIII əsrin əvvələrində Çors sultanlığının hakimi Şərəf xan idi. Əhməd xan Bayatın hakimiyyəti dövründə bu sultanlıq Maku xanlığına birləşdi.
İli sultanlığı
İli sultanlığı, Tarançı sultanlığı və ya Qulca sultanlığı (1864-1881) – tarixi Şərqi Türkistan bölgəsinin İli diyarında, müasir Çinin Sincan-Uyğur muxtar rayonunun İli-Qazax muxtar dairəsinin ərazisində, Tzin imperiyası dönəmində Dunqan üsyanı zamanı mövcud olmuş və mərkəzi Qulca şəhəri olmuş dövlət. Sultanlığın ərazisi 1871-ci ildən 1881-ci ilə qədər Rusiya İmperiyası tərəfindən işğal altında saxlanılmışdır. == Tarixi == 1755-ci ildə Sin imperiyası İli diyarını Cemireç ərazisinə birləşdirilir. Bölgədə xanların sayının azlığı və buddizmin bölgədə tədricən azalmasından yaralanan urğurlar 1864-cü ildə uyğur-dunqan üsyanı baş verir. Üsyan gecə saatlarında iyunun 6-dan 7 keçən geçə baş verir. Üsyan Kuça şəhərində başlayır. Qısa müddət ərzində üsyan digər rayonlara yayılır. 1864-cü ilin sentyabrında Uyğurlar və Dunqanlar İli diyarında üsyan qaldırırlar. Uyğurlara rəhbərlik hakim İli Abbdurasul-Bəy, Sadır Palvan və Alaxan Sultan dunqanlardan isə Açji Axun rəhbərlik edirdi. İlk əvvəllər hər iki tərəf müstəqil fəsliyyət göstərirdi.
Osmanlı sultanlığının ləğvi
Osmanlı sultanlığının ləğvi — Türkiyə Böyük Millət Məclisinin 1 noyabr 1922-ci ildə qəbul etdiyi 308 saylı "Türkiyə Böyük Millət Məclisinin hüquqi hakimiyyət və hökmranlığının müməssili həqiqisi olduğuna dair" adlı qərarı qəbul etməsinə verilən ad. Monarxiyanın və ya səltənətin ləğvi ilə Osmanlı imperiyası rəsmən süqut etmişdir. == Proses == Səltənətin ləğv edilməsinə yol açan hadisə İstiqlaliyyət müharibəsinin uğurla nəticələnməsindən sonra toplanması düşünülən konfransa Ankara və İstanbul hökumətlərinin birlikdə dəvət edilmələridir. 1922 17 oktyabr tarixli teleqrafda sərdəzəm Tevfiq paşa sülh konfransında ortaq mövqe nümayiş etdirmək üçün Mustafa Kamala müraciət etmişdir. 20 oktyabr tarixli TBMM rəhbərliyinə ünvanlanmış ikinci teleqrafda Tevfiq paşa Babiali ilə TBMM arasında məqsəd baxımından tam birlik olduğunu, Sevr müqaviləsini ləğv etdirmək və işğalın nəticələrini ortadan qaldırmaq üçün bərabər şəkildə mübarizə aparıldığını bildirərək milli birliyin önəmini vurğulamış, vətən uğruna şəxsi ambisiyalardan əl çəkilməsinin lazım olduğunu bildirmişdir. 28 oktyabrda İsveçrənin Lozanna şəhərində keçiriləcək olan konfransa İstanbul və Ankara hökumətləri rəsmən dəvət edilmişdir. Bundan iki gün sonra toplanan TBMM İstanbul hökumətinin ləğvinə dair 82 imzalı qərarı müzakirə etmiş, lakin bir nəticəyə gələ bilməmişdir. 1 noyabrda Mustafa Kamalın müdaxilə etməsindən sonra səltənətin ləğvi barədə qərar qəbul edilmişdir. Eyni gündə alınan bir başqa qərarlarla 1 və 2 noyabr günləri milli bayram elan edilmişdir. Mustafa Kamalın yazdıqlarına görə millət vəkillərinin bir çoxu səltənətin ləğvinə qarşı çıxmışdılar.
Xorasan Səlcuq sultanlığı
Xorasan Səlcuqiləri (türk. Horasan Selçuklu Devleti; 1092-1118) - Səlcuqluların Xorasanda qurduğu dövlət (sultanlıq). Ərazisi Xorasanı, Türkmənistanı, Məvarünnəhri və Xarəzmi əhatə etmişdi. == Hökmdarlar (Məliklər və Sultanlar) == === Məliklər === Davud Çağrı bəy Alparslan Arslan şah İlyas ibn Davud Süleyman ibn Davud Məsud ibn Ərtaş Yabqu Maudud ibn Ərtaş Yabqu Arslan Arqun ibn Məhəmməd Böri Bars ibn Məhəmməd Təkiş ibn Məhəmməd Toğan ibn Alparslan === Sultanlar === Arslan Arqun ibn Məhəmməd Əhməd Səncər ibn Məlikşah == Xorasan Səlcuqlu Sultanlığının bayrağı və gerbi == === Bayraq === Səlcuqlu dövlətinin bayrağında bir ikibaşlı qartal və üzərində bir yay ilə ox təsvir edilmişdir. İkibaşlı qartal Səlcuqların həm Şərqə, həm də Qərbə hakim olduğununun simvoludur. Ox və yay isə Türklərin savaş ruhunu təmsil etməkdə idi. Böyük Səlcuqlu parçalanmağa başlayandan sonra yaranmış digər kiçik Səlcuqlu dövlətləri öz bayraqlarını Böyük Səlcuqluların bayrağının əsasında düzəldiblər. Məsələn, Rum Səlcuqlularının bayrağı kimi. Və ehtimal ki, Xorasan Səlcuqluları da öz bayraqlarını bu bayraq əsasında düzəldiblər. === Gerb === Səlcuqluların gerbi ikibaşlı qartaldır.

"sultanlığı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sultanlığı nədir? #sultanlığı sözünün mənası #sultanlığı nə deməkdir? #sultanlığı sözünün izahı #sultanlığı sözünün yazılışı #sultanlığı necə yazılır? #sultanlığı sözünün düzgün yazılışı #sultanlığı leksik mənası #sultanlığı sözünün sinonimi #sultanlığı sözünün yaxın mənalı sözlər #sultanlığı sözünün əks mənası #sultanlığı sözünün etimologiyası #sultanlığı sözünün orfoqrafiyası #sultanlığı rusca #sultanlığı inglisça #sultanlığı fransızca #sultanlığı sözünün istifadəsi #sözlük