Sultanlı sözü azərbaycan dilində

Sultanlı

Yazılış

  • Sultanlı • 98.1982%
  • sultanlı • 0.9009%
  • SULTANLI • 0.9009%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Elşən Sultanlı
Elşən Sultanlı Nazim oğlu (15 fevral 2001, Teşkan, Yardımlı rayonu – 17 oktyabr 2020, Suqovuşan, Tərtər rayonu) — İkinci Qarabağ müharibəsişəhidi. == Həyatı == Elşən Yardımlının ən ucqar kiçik bir kəndində - Teşkanda anadan olmuşdu. O, Böyük İkinci Qarabağ müharibəsindən əlil kimi qayıdan atasının babası Məşədi Bəhmənin müharibənin dəhşətlərindən bəhs edən söhbətlərini babası Təzəxandan eşitmişdi. Ağlı kəsəndən həmişə, "mən Bəhmənin nəvəsiyəm, böyuyəndə torpaqlarımızı azad edəcəyəm" deyirdi. İlk sinif müəllimi Muxtar müəllim də Elşəni çox vətənpərvər bir uşaq kimi xatırladığını deyir. Muxtar müəllim sinifdə torpaqlarımızın işğal olunmasından, xüsusilə Xocalı faciəsindən söhbət edəndə onun necə həyəcanlandığından söhbət açır. Hər belə söhbətlərdən sonra o ayağa duraraq, "mən böyüyəndə gedib qisasımızı alacam, torpaqlarımızı ermənilərdən azad edəcəm" deyirmiş. Elşənin uşaq təxəyyülünə görə, kim istəsə, gedib torpaqlarımızı azad edə bilərdi, təki əlində silahı olsun. Elə buna görə də o evdə özünə ağacdan müxtəlif silahlar düzəldirdi. Elşən 2007-ci ildə doğulduğu Teşkan kənd ibtidai məktəbinin 1-ci sinfinə getmiş, ilk müəllimi də Müəllimlər İnstitutunu yenicə qurtarıb doğma kəndlərinə bir il əvvəl təyinat almış və indi həm qürur hissi, həm də kədər içində gözəl xatirələr söyləyən Muxtar Əliyev olmuşdu.
Sultanlı
Sultanlı və ya Soltanlı: Əli Sultanlı — ədəbiyyatşünas, pedaqoq. Vaqif Sultanlı — Azərbaycan alimi.ToponimlərSoltanlı (Cəbrayıl) — Azərbaycanın Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Bala Soltanlı — Azərbaycanın Qubadlı rayonunun inzibati ərazi vahidində kənd.
Qulamhüseyn Sultanlı
Qulamhüseyn İsgəndər oğlu Sultanlı - Görkəmli Azərbaycan elm xadimi, Azərbaycanda arıçılıqla bağlı bir çox elmi kitab və məqalələlərin müəllifidir. Qulamhüseyn Sultanlı 1 iyul 1934-ci ildə Saatli rayonunun Xanlarkənd kəndində anadan olmuşdur. O, 1954-ci ildə Şamaxı Zoobaytarlıq Texnikumun baytarlıq şöbəsini Fərqlənmə diplomu ilə bitirmişdir. 1959-cı ildə isə akademik K. Q. Skryabin adına Moskva Baytarlıq Akademiyasının baytarlıq fakultəsini bitirərək baytar həkim ixtisasına yiyələnmişdir. == Elmi fəaliyyəti == Qulamhüseyn Sultanlı 1972-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun Elmi Şurasında dissertasiya müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. O, 1963 ildən 1993-cü ilə qədər Azərbaycan Elmi-Tətqiqat Baytarlıq İnstitutunda arı xəstəliklərini öyrənən şöbədə məsul vəzifələrdə çalışmışdır. Arıçılıqla bağlı bir çox kitabları dərc olunmuşdur. 2011-ci ildə Tərəqqi medalı ilə təltif edilmişdir == Seçilmiş əsərləri == Arıçılıq haqqında söhbətlər , 1980 il., 120 səh. Arıçının məlumat kitabı , Azərnəşr; 1990 il., 136 səh. Arı xəstəlikləri və onlarla mübarizə , 1999 il., 168 səh.
Vaqif Sultanlı
Vaqif Sultanlı (tam adı: Vaqif Soltan oğlu Verdiyev; 26 mart 1958, Şahsevən, Kürdəmir rayonu) — yazıçı, ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri doktoru (1997), professor (1999). == Həyatı == Vaqif Sultanlı 1958-ci il martın 26-da Kürdəmir rayonunun Şahsevən kəndində anadan olmuşdur.Köhnəbazar kənd orta məktəbini bitirmişdir (1964–1974). Orta məktəbdə oxuduğu illərdə, eyni zamanda, Kürdəmir rayon musiqi məktəbində təhsil almışdır (1970–1975). Bir müddət Kürdəmir rayon elektrik şəbəkəsində fəhlə işləmişdir (1974–1976). Azərbaycan Dövlət Universitetinin fılologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir (1981).Əmək fəaliyyətinə təyinatla göndərildiyi İsmayıllı rayonunun Qalacıq kəndində dil-ədəbiyyat müəllimi kimi başlamışdır. Sonra isə ADU-nun Müasir Azərbaycan ədəbiyyatı kafedrasının aspiranturasında təhsilini davam etdirmişdir."Azərbaycan dramaturgiyasında xarakter problemi (1970–1980)" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1984). BDU-da müəllim, baş müəllim, dosent işləmişdir (1984–1991). Hazırda Universitetin Azərbaycan ədəbiyyatı tarixi kafedrasında professor vəzifəsində çalışır (1999). "Məhəmməd Əmin Rəsulzadənin həyatı və ədəbi fəaliyyəti" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir (1997). İctimai fəaliyyətlə ardıcıl məşğul olmuşdur.
Əli Sultanlı
Sultanlı Əli Abdulla oğlu — ədəbiyyatşünas, pedaqoq, 1939-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1946), professor (1947). == Həyatı == Əli Sultanlı 1906-cı il dekabrın 25-də Naxçıvan şəhərində bənna ailəsində doğulmuşdur. İlk təhsilini Naxçıvanda alan Ə. Sultanlı 1923-cü ildə Naxçıvan Müəllimlər Seminariyasına qəbul olunur və 1928-ci ildə oranı bitirir. O, bir müddət "Şərq qalısı" qəzetində ədəbi işçi vəzifəsində çalışır.Ə. Sultanlı 1929-cu ildə Bakıya gəlib, ADU-nun xarici ölkələr ədəbiyyatı tarixi kafedrasında assistent və ömrünün sonuna kimi respublikanın ali məktəblərində, elmi-tədqiqat institutunda dünya və Azərbaycan ədəbiyyatından dərs deyir və geniş elmi-tədqiqat işi aparır. Ə. Sultanlı 1934–39-cu illərdə xarici ölkələr ədəbiyyatın tarixi kafedrasına rəhbərlik etmiş, 1939–1941-ci illərdə ADU-nun prorektoru vəzifəsində çalışmışdır. O, bir sıra dərsliklər, müntəxəbatlar, tədqiqat əsərləri yaratmışdır. Ə. Sultanlı "Antik ədəbiyyat tarixi", "Roma ədəbiyyatı müntəxəbatı", "Antik ədəbiyyatı müntəxəbatı" kimi dərsliklərin, "Azərbaycana dramaturgiyasının inkişaf yolları", "Nizami və Qərbi Avropa ədəbiyyatı" və s. görkəmli əsərlərin müəllifi kimi şöhrət qazanmışdır. O, Azərbaycan alimləri arasında birinci dəfə 1939-cu ildə xarici ölkələr ədəbiyyatı, sahəsində filologiya elmləri namizədi alimlik dərəcəsi, 1946-cı ildə isə filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır. Partiya və Hökumət Ə. Sultanlının xidmətlərini yüksək qiymətləndirərək onu 1940-cı ildə SSRİ Ali Sovetinin fərmanı ilə, Əmək ikidliyinə görə medalı ilə təltif etmişdir.
Azərbaycan sultanlıqları
== Sultanlıqlar ==
Açe Sultanlığı
Açe və ya Açeh (Aceh; əski adla Atjeh, Acheen) — XII əsrdə Sumatranın şimalında yaranan Müsəlman Sultanlığı. XVI əsrdən başlayaraq Açe Sumatra knyazlıqları arasında aparıcı mövqeyə sahiblənir və portuqal, ingilis və holland müstəmləkəçilərinə qarşı mübarizə aparır. Hollandiya Böyük Britaniya ilə Sumatra traktatı imzalayaraq, 1873-cü ildə Açeyə qarşı müharibəyə başladı. Müharibə 1904-cü ilə qədər davam etdi və Açehin işğalı ilə sona çatdı. Açe əhalisi Hollandiya istilası ilə barışmayaraq, müstəqil İndoneziya Respublikası elan olunana qədər azadlıq mübarizəsi apardı. Hal hazırda Açe İndoneziya Respublikasının tərkibində əyalətdir. == Tarix == VIII əsrdən başlayaraq bölgədə İslam dininin yayılmasının mərkəzinə çevrilmişdir. XVI əsrin əvvəllərinə qədər bölgə Pasay Knyazlığının tərkibinə daxil idi. Portuqaliyalılar və Cohor Sultanlığana qarşı mübarizədə Açe Malakka boğazına nəzarəti ələ keçirdi. Sultanlar İsgəndər Muda (1607-1636) və İsgəndər Tani (1636-1641) bütün Sumatra və Malayanı (Pahanq Sultanlığını da daxil olmaqla) özlərinə tabe etdilər.
Baqirmi sultanlığı
Baqirmi sultanlığı— Orta Afrikada, indiki Çadda 1522-1897-ci illərdə iqtidarda olan İslam sultanlığı. == Tarixi == Baqirmi Çad gölünün cənubi-şərqi və Şari çayının şərqində yerləşir; bölgənin əski tarixi bilinmir. XVI əsrin başlarında Baqirmi bölgəsində yasayan göçəbə bütpərəst Kenka qəbiləsi, Birni Bəsi liderliyində (1522-1536) Çad gölünün 200 km. şərqində qalan Masinyada güclü bir dövlət qurdu. İslamiyətin bölgədə yayılması, XVI əsrin başlarında Fülani qəbilə¬sindən bir şeyxin müridləriylə birlikdə həccə gedərkən Masinya yakınındaki Bidiridə (Biddən) bir zaviyə açmasıyla başladı. Bunun yanında qonşu Bornu dövlətinin də İslamın Baqirmiyə yayılması və kökləşməsində böyük ölçüdə qatkısı olmuşdur. Buradaki fəaliyətlər sonucunda müsəlmanlığı qəbul edən Baqirmi dövlətinin dördüncü hökmdarı Sultan Abdullah Hac (1568-1608) bəzi müəssəsələri İslamiləşdirməyə çalışdıysa da, xalq arasında əski bütpərəst inanclar böyük ölçüdə yaşamağa davam etdi. Mbanq ünvanını alan Sultan Abdulla monarxik bir idarəylə dövlətin gücünü artdırdı. Ancaq bir ara, İdris Alavma olaraq bilinən Bornu sultanı İdris bin Əli (1570-1602) düzənlədiyi çeşidli səfərlər sonunda Bagirmini hakimiyəti altına alaraq vergiyə bağladı. Fəqət bu durum çox uzun sürmədi, Alavmanın ölümündən sonra Baqirmi yenə istiqlalına qovuşdu (1631.
Benqal sultanlığı
Benqal sultanlığı — 1337–1576-cı illər arasında Benqaliya hökm sürmüş imperiya. == Tarixi == Hindistanda Qanq və Brahmaputra çaylarının aşağı məcraları ilə ortaq deltalarını ihtiva ədən Benqal (Benqale) ormanlıq, bataqlıq və nüfusça çox saylı bir bölgə olub 650-ci ildən etibarən Pala və Səna xanədanları tərəfindən idarə edildi. Səna xanədanına mənsup olan Ballal Sən (Vallalə Səna 1108–1119), Qavr (Ləknəvti) şəhərini quraraq buranı bölgənin mərkəzi etdi. Benqal uzun zaman gənəlliklə Dehli sultanları tərəfindən göndərilən valilər və sultanlar tərəfindən idarə edildi. İlk Türk fəthlərindən Baburlu istilasına qədər bölgədə bir çox xanədan hökm sürdü. Benqal, Xələc komandanı Məhəmməd Bəxtiyar tərəfindən 1203–1204-cü illərda Türk hakimiyəti altına alındı və Dehli sultanlığına bağlandı. Muhamməd Bihar fəthindən sonra Dehli sultanı Qütbəddin Aybəgin izniylə Bəngala yürümüş, az bir qüvvəylə son Səna racəsi Lahmaniyəyi məğlbp etmişdi. Nuddəa və Ləknəvtiyi ələ keçirən Muhamməd daha sonra Tibet taraflarına səfər düzənləmişsə də gəri dönüşü sırasında Brahmaputra nəhrini gəçərkən büyük kayıplara uğramıştır. Ondan sonra İzzəddin Muhamməd, Alaəddin Ali b. Mərdan və Hüsaməddin İvaz gibi haləfləri müstakil olarak saltanat sürdülər.
Bentem sultanlığı
Bentem sultanlığı—Yava adasının şimal-qərbində iqtidarda olan qədim bir İslam dövləti. == Tarixi == Öncələri Bentem, Yava adasının iç bölgəsində hökm sürən Hindu-Budist Pajajaran dövlətinə bağlı bir hakim tərəfindən idarə edilirdi. Bu durum, Yavanın şimal sahillərində olan Demak İslam dövlətinə bağlı bir əsgər və hakim olan Sunan Gunung Jatinin (ö. 1552) Qərbi Yavada ticari və strateji bir mərkəz qurmaq üçün hərəkətə keçməsinə qədər davam etdi. Şeyx İbn Mövlanə deyə də tanınan Jati 1522-ci ildə Bentemdən Pajajaran dövlətinin hakimini qovarak bölgəni ələ keçirdi. Onun ölümünə qədər Bentem Demak sultanlığına bağlı qaldı. Ardından taxta keçən oğlu Həssənəddin (1552-1570) Demak sultanlığından ayrılaraq Bentemi müxtəlif bir dövlət halına gətirdi. Həssənəddin zamanında Bentemin sərhəd-sınırları, Cənubi Sumatrada qara bibərin hazırlandığı Lumbang bölgəsinə qədər genişlədi. Bundan dolayı Bentem şəhəri bir qara bibər anbarı halına gəldi və Yava adasının ixracat limanlarından biri oldu. Bentemin ikinci hökmdarı Pangeran Yusuf (1570-1580) Pajajaranı ələ keçirip Yavadakı son Hindu-Budist dövlətini yıxdı və ölkəsinin sərhəd-sınırlarını daha da genişlətdi.
Berar sultanlığı
Berar sultanlığı — 1490–1574-cü illərdə Hindistanda iqtidarda olmuş səltənət. == Tarixi == Qurucusu Fəthullah İmadülmülk bir Vicayanaqarlı brahman idi. Gənc yaşda Bəhmənilərə əsir düşmüş və müsəlman olaraq yetişdirilmişdi. Bərar valisi Əbdülqədir Xancehanın xidmətindən çalışdıqdan sonra eyni yerə vali oldu. 1491-ci ildə müstəqilliyini elan etdi. Ölməzdən önce sərhəd-sınırlarını genişlətdi. 1504-cü ildə yerinə keçen oğlu Əlaəddin zamanında ölke olduqca sarsıntılı dönəmlər keçirdi. Bu dönəmdə Qütbşahilərın qurduğu Qolkonda və şimal qonşusu Qucarat sultanlıqlarıyla savaşıldı. Ölümündən (1529) sonra hökmdar olan Dərya İmad şah da uzun müddət səltənət sürdüyü halda güclü bir hakim ola bilmədi, yalnız Hindilərın Cənubi Hindistanda hegemonluq qurmalarını önlədi. 1560-cı ildə ölən Derya İmad şahdan sonra taxta keçən oğlu Bürhan İmad şah, vəziri Tufal Hal tərəfindən həbs edildi və 1572-ci ilə kimi həbsdə qaldı.
Bicapur sultanlığı
Bicapur sultanlığı — 1490–1686-cı illərdə cənubi Hindistanın Dekan regionunun qərbində Bicapurda mövcud olmuş Bayandur müsəlman dövləti. == Ümumi məlumat == Hindistanda Dekan yaylasının qərb hissəsində mövcud olmuş dövlət (1489–1686). Banisi Adil şah Yusifdir. Bəhməni sultanlığının parçalanması zamanı Bicapur müstəqilliyini elan etmişdi (1489). Adil şah Bicapur da qala tikdirmiş və şəhəri dövlətin paytaxtına çevirmişdi. Onun oğlu İsmayıl Adilşah Qoa limanını işğal edən Portuqaliyaya qarşı mübarizə aparmış (1510), Rayçur vadisi uğrunda Vicana yaqara qarşı baş verən döyüşdə (1521) geri çəkilməyə məcbur olmuş, Bərid şahlar, Nizamşahlar və İmad şahların müttəfiq ordusu ilə vuruşaraq onları məğlubiyyətə uğratmışdır (1525). O, 1514-cü ildə Səfəvi hökmdarı şah I İsmayıl tərəfindən Bidara göndərilən və burada həbs olunan elçinin azadlığa buraxılmasına vasitəçilik etmişdir. 1535-ci ildə hakimiyyətə gələn I İbrahimin türksoylu dövlət xadimlərini hindlilərlə əvəz etməsi ordunun zəifləməsinə və xarici basqınların artmasına gətirib çıxarmışdı. I Əli Adilşah Bicapuru istehkamlarla möhkəmləndirmiş, əhalinin rifah səviyyəsini yüksəltməyə çalışmışdır. Onun hakimiyyəti illərində Bicapur sultanlığı ilə bölgədəki müsəlman dövlətlərinin ittifaqı qurulmuş, Vicanayaqar dövlətinə son qoyulmuşdur (1564).
Bidər sultanlığı
Bidər sultanlığı və yaxud Bəridşahilər — 1492–1619-cu illər arasında Hindistanda Dəkkən bölgəsinin cənubunda hökm sürən Türk-İslam xanədanı. == Tarixi == Xanədanın qurucusu Əmir Qasım Qafqaz (Borçalı) türklərindən olub gənclik illərində Bəhməni şahı III Məhəmmədin (1463–1482) xidmətinə girmiş, onun sarayında bərid-i məmalik mövqeyinə qədər yüksəlmiş və xanədana da bu vəzifəsi dolayısıyla Bəridşahilər deyilmişdir. Əmir Qasım Mahmud şahın səltənəti sırasında (1482–1518) öncə kutval (qalabəyi), Nizamülmülk Məlik Həsənin vəfatından sonra da baş vəzir (əmir-i cümlə) təyin edilmişdir. Bəhmənilərin zəifləməsinə görə ölkə torpaqları parçalanmış, Bicapurda Adilşahilər, Əhmədnagarda Nizamşahilər, Bərarda İmadşahilər, Qolkondada Qütbşahilər və bir müddət sonra Bidərdə Bəridşahilər müstəqilliklərini elan etmişldilər (1492). Əmir Qasımın ölümündən sonra yerinə "Dəkkən tülküsü" deyə şöhrət tapan oğlu Əmir Bərid keçdi (1504–1543). Əmir Bəridin zamanında Bəhmənilərdən III Əhməd, Əlaəddin, Vəliyyullah və Kəlimullah onun vəsayəti altında sadəcə adları hökmdar idilər. Əmir Bərid ədəbiyyat, sənət və memarlığa ilgi duyan bir şəxsiyət idi. Paytaxtda Rəngin Mahalı inşa etdirən də odur. Bəridşahilər Vicayanagar racələri və digər bəzi qonşularıyla sürəkli mübarizə etdilər. Son Bəridşahi sultanı III Əmir Bərid şah (1609–1619) Adilşahilərin hücumuna məruz qaldı.
Borçalı sultanlığı
Borçalı sultanlığı, Loru-Borçalı sultanlığı (gür: g. ბორჩალოს სახანო, l. borçalos saxano) — XVII-XVIII əsrlərdə Səfəvi və Əfşar imperiyalarının, həmçinin Kartli-Kaxetiya krallığının tərkibində mövcud olmuş feodal dövlət qurumu. == Tarixi == 1765-ci ildə İrakli]] Borçalını samouraviyə çevirmişdir. 1801-ci ildə Kartli-Kaxetiya çarlığının Rusiyanın tərkibinə daxil olması ilə Borçalı da rusların hakimiyyətinə keçdi. == Hakimləri == Hüseyn xanın oğlu Musaqulu xan (1752—1755) == İstinadlar == == Mənbə == Материалы для новой истории Кавказа с 1722 по 1803 год. Пётр Григорьевич Бутков. Часть первая. Санкт-Петербург, 1869 год. Высшие классы коренного населения Кавказского края и правительственные мероприятия по определению их сословных прав.
Bruney-Darussalam Sultanlığı
Bruney ya da rəsmi adıyla Bruney Darussalam Dövləti (Malay: Negara Brunei Darussalam və İngilis: Country of Brunei Darussalam) - Asiyada dövlət. Cənub-şərqi Asiya da, Cənubi Çin Dənizi sahillərində yerləşən və yalnız Malayziya ilə quru sərhəddinə malikdir. Ərazisi 5.8 min км². Əhalisi 401 min nəfər (2011). Paytaxtı Bandar Səri Bəgavan. İslami monarxiya ilə idarə olunur. Rəsmi dili malaycadır. Millətlər Birliyi`nə daxildir. Ölkənin gəlir qaynaqlarının əsasını təbii qaz və neft təşkil edir. Qətərdən sonra dünyanın ən varlı ikinci ölkəsi sayılır.
Bəhməni Sultanlığı
Bəhməni sultanlığı — 1347–1527-ci illərdə cənubi Hindistanın Dekan bölgəsində mövcud olmuş müsəlman dövləti. == Bəhməni sultanlığının yaranması == Əslən Orta Asiyadan olan Əlaəddin Həsən Bəhmən Şah Dehli sultanlığına qarşı üsyan qaldıraraq Dekan bölgəsində müstəqil dövlət yaratdı. Dövlətin paytaxtı əvvəlcə Əhsənabad (Gülbarga), sonralar isə Məhəmmədabad (Bidar) şəhəri idi. == Xarici dövlətlərlə münasibət == Bəhməni sultanlığı əsasən cənubdakı hindularla mübarizə aparırdı. Bununla yanaşı Misir Məmlük sultanlığı və Osmanlı imperiyası ilə dost münasibətlər qurulmuşdu. == Dövlətin süqutu == 1527-ci ildə Qasım bəy Bəridül-Məmalik adlı türk bəyi hakimiyyəti ələ keçirərək Bəhməni sülaləsinin hakimiyyətinə son qoydu və Bəridşahlar dövlətinin əsasını qoydu.
Caunpur sultanlığı
Caunpur sultanlığı — 1394-1479-cu illər arasında Hindistanın şimalında mövcud olmuş İslam dövləti.
Coxor sultanlığı
Cohor - (malay dilində: Johor, Cavi əlifbası ilə:جوهور) - İnzibati mərkəzi Cohor Baru, federasiyanın tərkibinə daxil olan Malayziya ştatı, Malayziyada sultanlıq. Senay - beynəlxalq aeroportuna malikdir. == Coğrafiyası == Cohor Malayziya ştatları arasında ərazisinə görə beşinci, əhalisinə görə ikinci yeri tutur. Malakka yarımadasının cənub hissəsində yerləşir. Ştatın ən hündür nöqtəsi Qnunq Ledanq (1276 m) dağıdır. Sahil xətlərinin uzunluğu 400 km.-ə yaxındır. İqlimi - evvatorial, müsson. İllik yağıntının müqdarı orta hesabla 1778 mm., orta illik temperatur 26 — 28 °S.-dir. == Tarixi == Cohorun adı ərəb mənşəli olub "qiymətli daş" deməkdir. Sultanlığın əsası XVI əsrin əvvəllərində Portuqaliya işğalçılarından qaçmağa müvəffəq olan sonuncu Malakka hökmdarı sultan Mahmud Şahın oğlu tərəfindən qoyulmuşdur.
Cəlairilər Sultanlığı
Cəlairilər sultanlığı — 1336-cı ildən 1432-ci ilədək Azərbaycanda, İranda və İraqda iqtidarda olmuş monqol əsilli türk xanədanı. == Tarixi == Cəlairilər el, ulus şəklində monqol yürüşləri dövründə Azərbaycana gəlmişlər. Tərkibinə İraqi Ərəb, İraqi Əcəm, Kürdüstan , Gürcüstan, Ermənistan, Deyləm, Xorasan, Cəzirə, Luristan, Xuzistan və digər ərazilər daxil idi. Paytaxtı Bağdad, sonra isə Təbriz şəhərləri olmuşdur. Şeyx Həsən Cəlairi 1341-ci ildə Bağdadda Cahan Teymuru taxtdan salaraq Cəlairilər dövlətinin əsasını qoydu. Onu əvəz edən Şeyx Üveys 1359-cu ildə Azərbaycanı Cəlairilər dövlətinin tərkibinə qatdı və Təbrizi paytaxt etdi. Sultan Əhməd Cəlairinin dövründə Cəlairilər dövlətinin daxilində hakimiyyət uğrunda mübarizə gücləndi, dövlət tənəzzülə uğradı və sonra Teymurun və Qızıl Orda xanı Toxtamışın hücumlarına məruz qaldı. Teymurun yürüşləri dövründə Əlincəqala Cəlairilərin əsas müdafiə istehkamına çevrildi. 1386-cı ildə Teymurun qoşunu Təbrizi tutduqdan sonra Naxçıvan ərazisində onlara qarşı vuruşan Sultan Əhməd Bağdada, onun əmirlərinin bir hissəsi isə Əlincəqalaya çəkildi. Qalada Cəlairilərin xəzinəsi, Sultan Əhmədin ailəsi, oğlu Sultan Tahir və yaxın adamları, 300-ə yaxın cəngavər var idi.
Dehli sultanlığı
Dehli sultanlığı — 1206–1526-cı illərdə Hindistanda iqtidarda olmuş türk dövləti. == Dehli sultanlığının yaranması == Hindistanda racələr arasında gedən uzunmüddətli ara müharibələri ölkəni xeyli zəiflətmişdi. Hind icmalarında sosial narazılıqların kəskinliyi, kastalar arasındakı düşmənçilik, tayfalararası çəkişmələr Hindistanın türk tayfaları tərəfindən işğalına şərait yaratdı. 1175-ci ildə sərkərdə Səhabəddin Məhəmməd Gurlu Pəncab şəhərini tutaraq, Qəznəvilər sülaləsinin hakimiyyətinə son qoydu. O, 1192-ci ildə hind knyazlarının birləşmiş qoşununu məğlub edərək, bütün Doabın (Hindistanın Camna və Qanq çayları arasında yerləşən, təbii sərvətlərlə zəngin olan vilayət) hakimi oldu. 1199-cu ildə Bihar və Benqaliya vilayətləri də Gurlu sülaləsinin hakimiyyəti altına düşdü. İşğal olunmuş əraziləri Məhəmməd Gurlu türk mənşəli sərkərdələrin idarəsinə verdi. İqta sahiblərinə nəzarət etmək üçün onun varisi Qütbəddin Aybəkin rəhbərliyi altında xüsusi idarə də yaradıldı. Hindistanın feodal dağınıqlığı keçirməsindən istifadə edən Məhəmməd 20 il ərzində bütün Şimali Hindistanı özünə tabe etdi. Onu əvəz edən Qütbəddin Aybək (1206–1210) özünü bütün Şimali Hindistanın hökmdarı elan edərək, 1206-cı ildə Dehli sultanlığın əsasını qoydu.
Dekkan sultanlıqları
Dəkkən sultanlıqları – Orta əsrlərdə Hindistandakı Bijapur, Golkonda, Əhmədnagar, Bidar və Berar İslam dövlətlərinə verilən ümumi ad. Dəkkən sultanlıqları, Krişna çayı ilə Vindhya arasında, Dəkkən yaylasında yerləşir. Bu sultanlıqlar, Bahmani sultanlığının ləğvi əsnasında müstəqillik qazanmışdırlar. 1490-cı ildə Əhmədnaqar müstəqilliyini elan etmiş, sonra isə eyni il ərzində Bicapur və Berarda müstəqilliyini elan etmişdir. Golkonda 1518-ci ildə, Bidar 1528-ci ildə müstəqil olmuşdur.Bu sultanlıqlar ümumiyyətlə rəqib olsalar da, 1565-ci ildə zəifləyən Vicayanaqar imperiyasına qarşı birləşdilər. Vijanayagar imperatorluğana qarşı baş vermiş Talikota döyüşündə Vijanayagar məğlub oldu və tənəzzül dövrünə qədəm qoydu. 1574-cü ildə Berar sultanlığındakı çevrilişdən sonra Əhmədnaqar sultanlığı bu krallığı fəth etdi. 1619-cu ildə Bidar sultanlığı Bijapur tərəfindən özünə birləşdirildi. Əhmədnaqar 1636-cı ildə, Golkonda və Bijapur isə Övrəngzibin 1686-1687-ci illərdəki ekspedisiyaları əsnasında Böyük Moğol İmperiyası tərəfindən fəth edildi.
Demak sultanlığı
Demak sultanlığı — XV əsrin son rübündə qurulan və təxminən bir əsr həyat sürən Yava adasındakı müstəqil ilk müsəlman dövləti. == Tarixi == Öncələri Yavanın şimal sahillərində bir liman şəhəri olan Demak, bu gün zamanla sahilin geniş qumsallarla əhatə olunması üzündən dənizdən bir neçə mil içəridə qalmış kiçik bir yaşayış mərkəzidir. Yava adətinə görə Demak hökmdarlarının soyunun, XV əsrin son rübündə bölgəyə yerləşən Cek Ko-po (Ç. Ko-po əmi) adındakı Çinli zəngin bir müsəlman tacirdən gəldiyi qəbul edilir. Yava vəqayinamələrində ilk Demak hökmdarının, son Macapahit kralı ilə daha sonrakı illərdə saraydan qovulan Çinli bir şahzadədən doğulan Raden Patah (Ərəbcəsi Fəttah) olduğu anladılır. Yenə eyni qaynaqlara görə bu sıralarda zəif düşən Macapahit Hindu Buddist dövləti Demakın hücumlarıyla ortadan qalxmışdır. Demakın ikinci hökmdarı, portuqaliyalıların Rodim deyə adlandırdıqları Bədrəddin (və ya Qəmərəddin) təxminən 1504-cü ildə ölüncə yerinə keçən oğlu (və ya qardaşı) Trenggana Demak dövlətinin ən güclü hökmdarı idi. Daha sonrakı Yava qaynaqlarında onun 1524-cü ildən etibarən "sultan" ünvanını aldığı qeyd edilir. Trenggana, birincisi 1505–1518, ikincisi 1521–1546-cı illər arasında olmaq üzrə iki dönəm hökmdarlıq etdi. Bu iki dönəm arasındakı üç il içində qayını Cepara hakimi Patih Yunus hökm sürmüşdür.Trenggana dövründə Demak zənginlik və əhali sayı baxımından zirvəyə çatdı. Trenggana o bölgənin önəmli limanlarını Demaka bağlamağa çalışdığı kimi hələ müsəlman olmayan Yavanın iç bölgələrinə də basqınlar etdi və XI əsr Çin qaynaqlarının Macapahitlərin önəmli liman şəhəri olaraq göstərdikləri Tubanı fəth etdi (1527).
Dəkkən sultanlıqları
Dəkkən sultanlıqları – Orta əsrlərdə Hindistandakı Bijapur, Golkonda, Əhmədnagar, Bidar və Berar İslam dövlətlərinə verilən ümumi ad. Dəkkən sultanlıqları, Krişna çayı ilə Vindhya arasında, Dəkkən yaylasında yerləşir. Bu sultanlıqlar, Bahmani sultanlığının ləğvi əsnasında müstəqillik qazanmışdırlar. 1490-cı ildə Əhmədnaqar müstəqilliyini elan etmiş, sonra isə eyni il ərzində Bicapur və Berarda müstəqilliyini elan etmişdir. Golkonda 1518-ci ildə, Bidar 1528-ci ildə müstəqil olmuşdur.Bu sultanlıqlar ümumiyyətlə rəqib olsalar da, 1565-ci ildə zəifləyən Vicayanaqar imperiyasına qarşı birləşdilər. Vijanayagar imperatorluğana qarşı baş vermiş Talikota döyüşündə Vijanayagar məğlub oldu və tənəzzül dövrünə qədəm qoydu. 1574-cü ildə Berar sultanlığındakı çevrilişdən sonra Əhmədnaqar sultanlığı bu krallığı fəth etdi. 1619-cu ildə Bidar sultanlığı Bijapur tərəfindən özünə birləşdirildi. Əhmədnaqar 1636-cı ildə, Golkonda və Bijapur isə Övrəngzibin 1686-1687-ci illərdəki ekspedisiyaları əsnasında Böyük Moğol İmperiyası tərəfindən fəth edildi.
Kalpi sultanlığı
Kalpi sultanlığı — 1400-1443-ci illərdə Hindistanda hökm sürən səltənət. == Tarixi == Caunpur sultanlığının hökmdarı Seyid Mübarək şah Caunpuru Dehlidən gələn təhlükələrə qarşı qorudu. 1401-cü ildə xanədanın başına Şərqi Sultanlığının ən önəmli hökmdarlarından İbrahim şah keçdi. Hakimiyətinin ilk illərində Mallu İqbal xan və Sultan Mahmud Nasirəddin şahın hücumlarına məruz qaldı. Kannevci zəbt edən Mahmud şah qarşısında onunla anlaşmağı lazım bildi (1405). Tirhut bölgəsi Şərqi Sultanlığına tabe olmağa davam etdi. İbrahim şah 1406-cı ildə Kannevci, 1414-cü ildə Kalpilərə aid bəzi şəhərləri ələ keçirdi. Cəmaziyələvvəl 831-ci ildə (Mart, 1428) Dehli sultanı Seyid Mübarək şah ilə apardığı savaşda iki ordu da itkilər verdi və mütləq bir nəticə alınmadı. İbrahim şah bu dönəmdə Kalpi sultanlığındaki iqtidar mübarizələrinə doğrudan müdaxilə etdi. 1436-1437-ci illərdə Dehliyə hücum edən İbrahim şah ona qarşı dirənəməyən Sultan Seyid Məhəmmədlə anlaşma bağladı.
Kutkaşen sultanlığı
Qutqaşen sultanlığı — XVIII əsrin ortalarında yaranmış kiçik feodal hökmdarlıqlarından biri. Şəki xanlığının tabeliyində olan Qutqaşen nahiyəsində yerləşmişdi. Nadir şahın ölümündən (1747) sonra müstəqil sultanlıq elan olunmuşdu. Lakin kiçik bir ərazidə yerləşən Qutqaşen sultanlığının müstəqilliyi çox çəkmədi. Qutqaşenin yeni hakimi Kalbalı Sultan bir müddət Şəki və Ərəş feodallarının çəkişmələrindən istifadə edərək hakimiyyət başında qala bildi. Lakin feodal ara müharibələrindən birində həlak oldu. Bundan sonra Qutqaşen sultanlığı mahal kimi Şəki xanlığının tərkibinə daxil oldu. Mahalı Şəki xanları tərəfindən təyin olunan və yerli Qutqaşen sultanlarından olan naiblər idarə edirdi. XVIII əsrin axırında qutqaşınlı Məhəmməd Şəfi sultan malikəsinin bir hissəsini şəkili Məhəmmədhəsən xana (1784-1796) satdı. Məhəmmədhəsən xan bu torpağa şəxsi kəndi olan Çaykənddən kəndlilər köçürdü.
Kəşmir sultanlığı
Kəşmir sultanlığı — 1339–1540 və 1551–1589-ci illərdə Kəşmir vilayətində iqtidarda olan müsəlman sultanlığı. 1587–1589-cu illərdə Böyük Moğol İmperiyasına birləşdirilmişdi. == Tarixi == Sultan Şəmsəddin adlı bir şəxs dərviş libasında Kəşmirə gəlir. O dövrdə buranı bir qadın idarə edirdi. Amma Kəşmirin hər mahalında bir hakim vardı. Sultan Şəmsəddin bu xanıma xidmət etməyi gərəkli bildi. Bir neçə vaxtdan sonra xanım ona ərə getməyi təklif etdi.
Maduray sultanlığı
Maduray sultanlığı— 1334-1378-ci illərdə Hindistanda hökm sürən səltənət. == Tarixi == 1334-cü ildə Dehli sultanlığının tərkibindən çıxan Maduray öz sultanlığını elan etdi. Tuğlaqilərin görkəmli nümayəndəsi Qiyasəddin Tuğlaqi (1325-1351) əlindən çıxan torpaqları sultanlığa qaytardı. 1326-cı ildə isə paytaxtı Dehlidən ölkənin mərkəzində yerləşən Deoqir şəhərinə köçürdü. Dehli şəhəri bundan sonra tənəzzül edərək, əvvəlki əhəmiyyətini itirdi. Mərkəzin yarımadanın içərilərinə köçürülməsi şimalda sultanın mövqeyinin zəiflməsinə səbəb oldu. Bundan monqol xanları və Dehli fe­odalları istifadə etdilər. Ölkənin şimalını bürümüş qiyamların qarşısını almaq məqsədilə Qiyasəddin böyük bir ordu yarada bildi. Bu məqsədlə əhali üzərinə yeni vergilər qoyuldu. Qiyasəddin Tuğlaqi 1329-cu ildə vəziyyətdən çıxış kimi qoşuna gümüş pula verilməli olan məvacibi mis pullarla ödəmək haqqında fərman verdi.
Maku sultanlığı
Maku xanlığı — Nadir şahın ölümündən sonra Cənubi Azərbaycanda yaranan xanlıqlardan biri. Mərkəzi Maku şəhəri idi. Xoy, Qaradağ, Naxçıvan, İrəvan xanlıqları və Osmanlı imperiyası ilə hüdudlanırdı. == Tarixi == Maku əyaləti Səfəvi hökmranlığı dövründə Çuxursəd bəylərbəyliyinə daxil olan yarımmüstəqil sultanlıqdan ibarət idi. Onu bayat tayfasından olan nəsli hakimlər idarə edirdi. Maku xanlığı öz ətrafında 30 kəndi birləşdirirdi. Xanlığın banisi Bayat tayfasındanƏhməd Sultan idi. Vaxtilə Nadir Şahın Xorasandakı sərkərdələrindən biri idi. Nadir şahın öldürülməsindən sonra onun arvadlarından biri ilə Təbrizə oradan da Makuya gəlir. Əhməd Sultan atası İbrahimin yerinə xanlıq taxtına oturur.
Malakka sultanlığı
Malakka sultanlığı — 1414–1511-ci illərdə mövcud olmuş, əsası islamı qəbul etmiş yavalı şahzadə Parameşvara İsgəndər şah tərəfindən qoyulmuş dövlət. == Tarixi == Malakka körfəzindən keçən ticarət yollarının yaxınlığı zəminində yeni eranın başlanğıcında Malakka yarımadasının cənub hissəsində iri liman şəhərləri yarandı. İlk dövrlərdə Malayyada Hindistandan gəlmə tacirlər və buddist rahiblər mühüm rol oynayırdılar. Hind mədəniyyətinin Malayyanın sosial-siyasi və dini həyatına təsiri uzun əsrlər boyu davam etdi. Malayyanın şəhər-dövlətləri və vilayətləri uzun müddət ərzində Cənubi Hindistan, Hind-Çin, Sumatra və Yavada yerləşən qonşu dövlətlərdən asılı idilər. Bu dövlətlər Malakka körfəzindəki gəmiçiliyi nəzarətə almaq uğrunda bir-biri ilə rəqabət aparırdılar. 1414-cü ildə islamı qəbul etmiş yavalı şahzadə Parameşvara İsgəndər şah adı altında Malakka sultanlığının əsasını qoydu. Onun tərkibinə, demək olar ki, bütün Malayya, Sumatranın bir hissəsi və yaxınlıqdakı bir neçə ada daxil idi. XV əsr ərzində islam dini Malayyada buddizm və hinduizmin mövqelərini xeyli zəiflətdi: müsəlman tacirlər beynəlxalq ticarətdə üstün mövqe qazanmağa başladılar, malay yazısı üçün hind qrafikası yerinə ərəb qrafikası istifadə olunmağa başladı. XVI əsrin əvvəllərinə doğru Malakka sultanlığı Cənub-Şərqi Asiyanın nüfuzlu şəhər-dövlətinə çevrildi və öz hakimiyyətini Sumatranın şərq hissəsinə qədər genişləndirdi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.67 dəfə / 1 mln.
2003 ••• 0.39
2007 •••••••• 1.27
2008 ••••• 0.73
2009 •••••• 0.96
2010 ••• 0.45
2011 •••• 0.51
2012 •••• 0.52
2013 0.15
2014 ••• 0.34
2015 •••••• 0.85
2016 •••••••••••••••••••• 3.30
2017 ••• 0.49
2018 ••• 0.45
2019 ••••• 0.70
2020 ••••• 0.66

"sultanlı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sultanlı nədir? #sultanlı sözünün mənası #sultanlı nə deməkdir? #sultanlı sözünün izahı #sultanlı sözünün yazılışı #sultanlı necə yazılır? #sultanlı sözünün düzgün yazılışı #sultanlı leksik mənası #sultanlı sözünün sinonimi #sultanlı sözünün yaxın mənalı sözlər #sultanlı sözünün əks mənası #sultanlı sözünün etimologiyası #sultanlı sözünün orfoqrafiyası #sultanlı rusca #sultanlı inglisça #sultanlı fransızca #sultanlı sözünün istifadəsi #sözlük