Sultanov sözü azərbaycan dilində

Sultanov

Yazılış

  • Sultanov • 99.7960%
  • SULTANOV • 0.1134%
  • sultanov • 0.0907%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hacıbəy Sultanov
Hacıbəy Sultanov (Sultanov Hacıbəy Fərəculla oğlu; 20 sentyabr 1921, Bakı, Şağan – 2008, Bakı) — elmlər doktoru (1967), AEA-nın həqiqi üzvü (1972), Əməkdar elm və texnika xadimi, Şamaxı Astrofizika Rəsədxanasının fəxri direktoru. == Həyatı == Hacıbəy Sultanov 1921-ci il sentyabrın 20-də Bakının Şağan kəndində anadan olmuşdur. 1942-ci ildə BDU-nun Fizika-riyaziyyat fakültəsini Astronomiya, göy mexanikası ixtisası üzrə bitirmişdir. 1951-ci ildə fəlsəfə doktorluğu, 1967-ci ildə elmlər doktorluğu dissertasiyasını müdafiə etmiş, 1972-ci ildə AEA-nın həqiqi üzvü seçilmişdir. Akademik Hacıbəy Sultanov 2008-ci ildə Bakıda vəfat etmişdir. == Əmək fəaliyyəti == 1953-cü ildən Azərbaycan SSR EA Fizika-Riyaziyyat İnstitutunda astrono­miya ekspedisiyasının rəisi (1953-1954), astrofizika şöbəsinin müdiri (1954- 1956), Azərbaycan SSR EA Astrofizika sektorunun rəhbəri (1956-1959), Şama­xı Astrofizika Rəsədxanasının direktoru (1959-1981), Azərbaycan SSR EA vit­se-prezidenti (1976-1981) vəzifələrində çalışmışdır. Beynəlxalq Astronomiya İttifaqının (BAİ), Avropa Astronomiya Cəmiyyətinin üzvü olmuşdur. == Elmi fəaliyyəti == H.Sultanovun elmi fəaliyyəti astrofizika sahəsində müşahidələrin təşkili və təhlili ilə əlaqədardır. Mars və Yupiter planetlərinin orbitləri arasında yerləşən asteroidlərin mənşəyi ilə bağlı riyazi nəzəriyyənin müəlliflərindəndir. Aste- roidlər həlqəsinin Mars və Yupiterin arasında hərəkət edən bir neçə nisbətən böyük ilkin cisimlərin ardıcıl parçalanması nəticəsində əmələ gəldiyini əsaslan­dırmışdır.
Hüseyin Sultanov
Həmid Sultanov
Sultanov Həmid Həsən oğlu (26 may 1889, Şınıx, Qazax qəzası – 21 yanvar 1938, Bakı) — Azərbaycan SSR-nin Daxili İşlər Naziri (28.04.1920 – 01.06.1921), repressiya qurbanı. == Həyatı == Gəncə üsyanını basdırmağa məmur olan baş komissar Həmid Sultanov tərəfindən təsdiq edilmiş hökm ilə Firudin bəy Köçərli güllələnib. Ayna Sultanovanın həyat yoldaşı olub. 1920-ci ildə Sovet Rusiyasına qarşı qaldırılmış Gəncə üsyanını qan içində yatırılmasında fəal iştirak etdiyinə görə Həmid Sultanova orden verilmişdi.
Kamil Sultanov
Kamil Sultanov — Azərbaycan aktyoru. Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (14.09.2012) == Həyatı == Kamil Sultanov 6 sentyabr 1939-cu ildə Bakı şəhərində anadan olmuşdur. Bakı Kitabxanaçılıq texnikumunu bitirmişdir. 1966-cı ildən Opera və Balet teatrında çalışır. 1966–1977-ci illərdə xor artisti vəzifəsində çalışmış, 1977-ci ildən rejissor assistenti vəzifəsində işləyir. Tamaşaları idarə edən rejissordur. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rejissor assistentidir.
Kərim Sultanov
Kərim Xankişi oğlu Sultanov (16 aprel 1913, Traubenfeld, Qazax qəzası – 5 sentyabr 1975, Kirovabad) — Azərbaycan teatr aktyoru, Gəncə Dövlət Dram Teatrının aparıcı səhnə ustası, Azərbaycan SSR əməkdar artisti (1961). == Həyatı == Kərim Sultanov 16 aprel 1913-cü ildə Tovuzda anadan olub. Kiçik yaşlarında ailəsi ilə birlikdə Nuxaya köçərək burada ibtidai təhsil alıb. 1923-cü ildə Səməd Tağızadənin rəhbhərlik etdiyi dram dərnəyinə üzv olub. 1924-cü ildə ailəsi ilə Gəncəyə qayıdıb və şəhərdəki qadınlar klubunun dram dərnəyində müxtəlif rollar oynayıb. 1931-ci ildə Gəncədəki Kənd Təsərrüfatı İnstitutuna daxil olub. Kərim Sultanov Gəncə Dövlət Dram Teatrının direktoru Ələkbər Seyfinin təklifi ilə 1934-cü ildə teatrın aktyor truppasına qəbul olunub. Böyük Vətən müharibəsindən qayıtdıqdan sonra, 1945-ci ilin oktyabr ayında yenidən truppaya dəvət alıb. Sənət dostu Məmməd Bürcəliyevlə birlikdə yazdıqları "Yadigar" dramı 18 yanvar 1948-ci ildə Gəncə teatrında tamaşaya qoyulub. Aktyor 5 sentyabr 1975-ci ildə Kirovabadda vəfat edib və buradakı Səbiskar (Sərdabəli) qəbiristanlığında dəfn olunub.
Lütfəli Sultanov
Lütfəli bəy Mirzə bəy oğlu Sultanov (1895–1937) — Azərbaycan Milli Mərkəzinin üzvü. == Həyatı == Lütfəli Sultanov 1895-ci ildə anadan olub. Lütfəli bəy Mirzə bəy oğlu Sultanov çar və ADR ordusunda zabit olmuşdu. Həbs ediləndə Bakı şəhərinin müvəqqəti komendantı vəzifəsini icra edirdi.
Məmmədağa Sultanov
Məmmədağa Sultanov — azərbaycanlı tərcüməçi, şair, ədəbiyyatşünas, 1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar mədəniyyət işçisi (1967), filologiya elmləri namizədi (1948), baş elmi işçi (1982), müharibə və əmək veteranı. == Həyatı == Məmmədağa Sultanov 1910-cu il yanvarın 5-də İranın Ərdəbil şəhərində dəmirçi ailəsində anadan olub. Atası Sultanməhəmmməd Məmmədtağı oğlu mədənlərdə fəhlə kimi çalışıb. Anası Səkinə Xəlil qızı isə evdar qadın olub. Məmmədağa Sultanov uşaq ikən ailə Bakıya köçüb. O, ilk təhsilini 1916-1919-cu illərdə Molla Kazımın mədrəsəsində alıb. Sovet hakimiyyəti bərqərar olduğundan Məmmədağa Sultanov yalnız bir il fasilədən sonra təhsilini davam etdirib. O, 1921-1926-cı illərdə Bakının Sabunçu qəsəbəsində "Təməddüni-İraniyan" məktəbində təhsil alıb. Alim öz tərcümeyi-halında fars dilini bu məktəbdə öyrəndiyini qeyd edib. Orta məktəb illəri 1926-1929-cu illərə təsadüf edən Məmmədağa Sultanov Balaxanıdakı "Gənc mədənçilər" fabrik-zavod məktəbində təhsil alıb.
Nurlan Sultanov
Orxan Sultanov
Arzuman Fizuli oğlu Bayramov (1995,Gürcüstan) — Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin kiçik-leytinantı (2015-ci ildən), kiçik-leytinant (2019). == Həyatı == Orxan Sedyar oğlu Sultanov 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2007–2011-ci illərdə Azərbaycanın Birləşmiş Krallıqdakı səfirliyində humanitar məsələlər üzrə birinci katibi vəzifəsində çalışmışdır. Ardınca bir müddət Xarici İşlər Nazirliyində işlədikdən sonra isə MTN-in Xarici Kəşfiyyat İdarəsinə qəbul olmuşdur. == Fəaliyyəti == Orxan Sultanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 dekabr 2015-ci il tarixli 1622 nömrəli Sərəncamına əsasən Xarici Kəşfiyyat Xidmətinin rəisi vəzifəsinə təyin edilmişdir. Orxan Sultanova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 mart 2016-cı il tarixli 1912 nömrəli Sərəncamına əsasən general-mayor ali hərbi rütbəsi verilmişdir. General-mayor Orxan Sultanova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 mart 2019-cu il tarixli 1058 nömrəli Sərəncamına əsasən general-leytenant ali hərbi rütbəsi verilmişdir. General-leytenant Orxan Sultanova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən general-polkovnik ali hərbi rütbəsi verilmişdir. == Təltif və mükafatları == General-mayor Orxan Sultanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 mart 2018-ci il tarixli 3828 nömrəli Sərəncamına əsasən 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir. Orxan Sultanov Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Zəfər" ordeni ilə təltif edilmişdir.
Qeys Sultanov
Qeys Cəmşid oğlu Sultanov (9 mart 1939, Naxçıvan – 10 yanvar 2023) — Azərbaycan alimi, fizika-riyaziyyat elmləri doktoru, AMEA Fizika İnstitutu laboratoriyasının rəhbəri. == Həyatı == Qeys Sultanov 1939-cu il martın 9-da Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub. 1957-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olub. 1960-cı ildə Xarkov Dövlət Universitetində (XDU) təhsilini davam etdirmiş və 1963-cü ildə XDU-nu bitirmişdir. 1963–1966-cı illərdə Xarkov Aşağı Temperaturlar Fizika Texnika İnstitutunun (XATFTİ) aspirantı olmuşdur. 1974-cü ildə namizdəlik dissertasiyasını müdafiə edib. Q. Sultanov 1988-ci ildə doktorluq dissertasiyasını müdfiə etmişdir. Q. Sultanov 1988-ci ildən "Bərk cisimlərdə resonans hadisələri" laboratoriyasının rəhbəridir.
Qurban Sultanov
Qurban Camal oğlu Sultanov (Soltanov) (22 mart 1919, Gəncə – 30 sentyabr 1999, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR sənaye tikintisi naziri (1969–1972). == Həyatı == Qurban Camal oğlu Sultanov 22 mart 1919-cu ildə Gəncə şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Tbilisi şəhərindəki Zaqafqaziya Dəmiryol Nəqliyyatı Mühəndisləri İnstitutunda təhsil almış, buranı 1941-ci ildə bitirmişdir. 1941–1945-ci illər Böyük Vətən müharibəsi zamanı Rostov, Taqanroq, Nikolayev, Brno, Bratislava, Praqa və başqa şəhərlərin azad edilməsində iştirak etmiş, 1945-ci ilin oktyabr ayında kapitan rütbəsində ordudan tərxis edilmişdir. Müharibədən qayıtdıqdan sonra Qurban Sultanov 1946–1948-ci illərdə Azərbaycan Dəmiryolu Həmkarlar İttifaqı komitəsində şöbə müdiri, Azərbaycan Kommunist Partiyasının Bakı Komitəsində və Mərkəzi Komitədə təlimatçı vəzifəsində işləmişdir. Daha sonra yenidən istehsalata qayıtmış, "Azərdəniznefttikinti" sistemində məsul vəzifələrdə çalışmışdır. 1961-ci ilədək Azərbaycanın tikinti təşkilatlarında rəhbər işlərdə işləyən Qurban Sultanov 1962-ci ildən Azərbaycan tikinti nazirinin müavini, həmin nazirliyin 3 nömrəli trestinin müdiri olmuşdur. 1969-cu ilədək Azərbaycan SSR Nazirlər Sovetinin Quraşdırma və Xüsusi Tikinti İşləri İdarəsinin rəisi, 1969–1972-ci illərdə Azərbaycan SSR sənaye tikintisi naziri vəzifələrində işləmişdir. 1972-ci ilin may ayından Azərbaycan energetika müəssisələri tikintisi trestinin mühəndisi olmuşdur. 1974-cü ildən uzun müddət Azərbaycan SSR Tikinti Materialları Sənayesi Nazirliyinin tabeliyindəki Bakı şifer kombinatının müdiri vəzifəsində çalışmışdır.
Rain Sultanov
Rain Sultanov — Azərbaycan musiqiçisi, Azərbaycanın əməkdar artisti (2018). [1] == Həyat və fəaliyyəti == Rain Sultanov 1965-ci ildə Bakıda dünyaya gəlib. Uşaqlıqdan musiqi sədaları altında böyümüş Rainin böyük sənətə gəlişində anasının və musqiçi qardaşları Raufla Raminin böyük rolu olub. Rəsmə böyük həvəs göstərdiyindən uşaq ikən rəsm dərnəyinə gedib. Qardaşlarının məsləhətilə 14 yaşında musiqi məktəbinin klarnet sinfinə yazılıb. İlk müəllimi Çingiz Babayev olub. Əla qiymətlərlə oxuduğu üçün ikinci sinifdən dördüncü sinfə keçirilib. Cazla hələ məktəbdə oxuduğu vaxtlardan maraqlanmağa başlayıb. Caz kompozisiyalarını ilk dəfə "Weater Report" qrupunun, Miles Davis-in ifasında dinləyib. Sonralar onun musiqi təfəkkürünün formalaşmasında Michael Brecker'in yüksək texniki və qeyri-adi anotal ifasının rolu böyük olub.
Ramiz Sultanov
Ramiz Abbas oğlu Sultanov (9 may 1934 – 18 fevral 2004) — azərbaycanlı alim, kimya üzrə elmlər doktoru, professor. == Həyatı == Ramiz Abbas oğlu Sultanov 1934-cü il mayın 9-da Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1953-cü ildə Bakı şəhəri 171 saylı orta məktəbi gümüş medalla bitirmişdir. Həmin ildə D. İ. Mendeleyev adına Moskva Kimya Texnologiya İnstitutunun kimya-texnologiyası fakültəsinə qəbul olunmuş və 1959-cu ildə oranı bitirmişdir. == Elmi fəaliyyəti == 1959-cu ildən Azərbaycan Elmlər Akademiyası Neft-Kimya Prosesləri İnstitutunda kiçik elmi işçi vəzifəsində işləmişdir. 1960–1962-ci illərdə Moskvada SSRİ EA N. Zelinski adına Ümumi Kimya İnstitutunun aspiranturasında oxumuşdur. 1962–1966-cı illərdə Azərbaycan EA Y. Məmmədəliyev adına NKPİ-də böyük mühəndis, kiçik və böyük elmi işçi vəzfələrində işləmidir. 1966-cı ildə Azərbaycan EA NKPİ-nin Sumqayıt Filialına böyük elmi işçi vəzifəsinə keçirilmişdir. 1967–1979-cu illərdə NKPİ-nin Sumqayıt Filialında, sonralar onun əsasında yaradılmış Azərbaycan EA Xlor-üzvi Sintez İnstitutunda "Silisium-üzvi birləşmələr" laboratoriyasına rəhbərlik etmişdir. 1979-cu ildən indiki Azərbaycan Sənaye İnstitutunda (Sumqayıt) əvvəlcə (1979–1986-cı illərdə) "Əsas üzvi sintezin texnologiyası" kafedrasında, 1986-cı ildən ömrünün sonuna kimi "Ümumi kimya" kafedrasında müdir vəzifəsində işləmişdir.
Rəhim Sultanov
Rəhim Sultanməmməd oğlu Sultanov (20 iyun 1912, Ərdəbil – 2000, Bakı) — şərqşünas alim, Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsi Yaxın Şərq dilləri kafedrasının müdiri, professor (1972), Azərbaycan SSR əməkdar elm xadimi (1982). "Şərəf nişanı" ordeni ilə təltif olunmuşdur. == Həyatı == Rəhim Sultanməmməd oğlu Sultanov 1912-ci il iyunun 20-də Ərdəbil yaxınlığında Kəhrəlan kəndində anadan olmuşdur. Kiçik yaşlarında ikən ailəlikcə Bakıya köçmüşlər. 1939-cu ildə ADU-nun kimya fakültəsini bitirmişdir. == İkinci dünya müharibəsi illərində İranda fəaliyyəti == Fars dilini mükəmməl bilən Rəhim Sultanov İkinci dünya müharibəsi illərində Qızıl Ordu sıralarında hərbi tərcüməçi və jurnalist işləmişdir. Həmin illərdə Təbrizdə nəşr olunan Vətən Yolunda (qəzet) Qızıl Ordu qəzetində, Məşhəddə nəşr olunan Əxbar-e taze-ye ruz qəzetində, Tehranda nəşr olunan Dust-e İran qəzeti və eyniadlı jurnalda çalışaraq, antiimperialist və antifaşist təbliğatının genişlənməsində səmərəli fəaliyyət göstərmişdir. == Pedaqoji və yaradıcılıq fəaliyyəti == 1950–60-cı illərdə Şərqşünaslıq fakültəsinin dekanı olmuşdur. 1950-ci ildən ömrünün axırına qədər Yaxın Şərq dilləri kafedrasının müdiri olmuşdur. Fars dili tarixi, müasir fars dili və onun tədris metodikası üzrə tədqiqatların, ali və orta məktəblər üçün fars dili dərsliklərinin müəllifi olmuşdur.
Rəsul Sultanov
Rəsul Sultanov Hacı oğlu (1899, İlisu, Zaqatala dairəsi – 1970) — coğrafiya elmləri doktoru. == Həyatı == R.H.Sultanov Azərbaycan Respublikası Qax rayonunun İlisu kəndində doğulmuşdur. 1924–1929-cu illərdə indiki Neft Akademiyasının tələbəsi olmuşdur. 1939-cu ildə həmin Ali təhsil müəssisəsinin aspiranturasını bitirmişdir. == Elmi fəaliyyəti == Qafqazın ön dağlıq hissəsinin tufagen-vulkanik süxurlarının yaşı" mövzusunda, namizədlik 1955-ci ildə isə "Böyük Qafqazın Cənub yamacının tektonik və geomorfoloji quruluşu (faydalı qazıntı yataqlarının aşkar edilməsi ilə əlaqədar)" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1930–1937-ci illərdə Respublika geoloji kəşfiyyat idarəsində goloji partiya rəisi, 1937–1950-ci illərdə Azərbaycan EA Geologiya institutunun böyük elmi işçisi, 1950–1952-ci illərdə Azərbaycan Pedaqoji institutunda dosent, 1952–1955-ci illərdə kafedra müdiri, 1955–1958-ci illərdə BDU-nun geologiya fakultəsində dosent vəzifəsində işləmişdir. 1958–1970-ci illərdə Azərbaycan EA Coğrafiya institutunda paleocoğrafiya şöbəsinin müdiri olmuşdur. 1946-cı ildə Azərbaycanda fosforit yatağının tapılması münasibətilə "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir. Azərbaycan ərazisində dördüncü dövr paleocoğrafi təkamülün elmi araşdırılması ilə ilk dəfə o məşğul olmuşdur. Bu sahədə bir neçə silsilə elmi əsərlərin müəllifi olmuşdur.
Sabir Sultanov
Sultanov Sabir Kərim oğlu — azərbaycanlı aktyor. == Həyatı == Sabir Sultanov 22 iyul 1946-cı ildə anadan olmuşdur. 1973-cü ildə İncəsənət İnstitutunun Musiqili Komediya fakültəsini bitirmiş, 1974-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına xor artisti vəzifəsinə qəbul edilmişdir. İşgüzarlığı və qabiliyyəti sayəsində aparıcı səhnə ustalığına qədər yüksəlmişdir. Məlahətli səsə, güclü plastikaya və məharətli aktyorluq bacarığına malikdir. Ona görədir ki, o həm rus, həm də Azərbaycan bölmələrində repertuarda olan tamaşaların əsas rollarının ifaçısı olmuşdur. O klassik və müasir bəstəkarların əsərlərində özünəməxsus bir sıra obrazlar yaratmışdır. Fərəc Qarayev, Eduarda de Flippo "Filumeno Marturano"da Alfredo, İmre Kalman "Tsiqan primyer"də Estraqon, İmre Kalman "Silva"da Ferri, Fras Leqar "Şən dul qadın"da Kramon, Mixail Qluza, Qriqori Qriqori, Şalom-Aleyxem "Pominalnaya molitva"da Stepan, Süleyman Ələsgərov, Salam Qədirzadə "Həmişə xanım"da Azər, Üzeyir Hacıbəyli "O olmasın, bu olsun"da İnteligent Həsən, Emin Sabitoğlu, Sabit Rəhman "Hicran"da Orxan, (ikinci qruluşda Mitoş) Aydın Əzimov, Vaqif Səmədoğlu "Lotareya"da Nömrə Nadir, İmre Kalman "Mariça"da Penijek, Qara Qarayev "Neistvıy qaskones"də Qraf De Qış və bu kimi rəngarəng obrazlar yaratmışdır. 2010-cu il 13 yanvar tarixində Bakı şəhərində vəfat etmişdir.
Sultan Sultanov
Sultan Sultanov (birinci katib)
Sultanbəy Sultanov
Sultan bəy Sultanov və ya Sultan bəy Əlipaşa bəy oğlu Muradov (1871, Kürdhacı, Zəngəzur qəzası – 1955, Qars, Qars ili) — Azərbaycan xalq qəhrəmanı. == Sultan bəyin soyu == Sultan bəy 1871-ci ildə Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin Qasımuşağı obasında (indiki Laçın rayonunun Kürdhacı kəndi) doğulmuşdur. Paşa bəyin oğlu olub. Bəllidir ki, Sultan bəy bir zamanlar Muradov soyadını daşıyıb. Babası Xanmurad bəyin adından götürülən bu soyadı hazırda törəmələri daşıyırlar. Sultan bəy Qarabağ general-qubernatoru Xosrov bəy Sultanovun qardaşıdır. == Fəaliyyəti == Sultan bəy doğma yurda, Qasımuşağı obasına qayıdıb əmək fəaliyyətinə başlayır. Öncə maldarlıqla məşğul olur. Yerli və xarici cinsdən çoxlu inək alıb dağlar qoynunda, çəmənlərdə bəsləyir. Bu qarışıq cins sonralar "Hacısamlı" adlanır.
Sultanov məscidi
Sultan məscidi (tatar. Солтан мәчете, rus. Султановская мечеть) — Kazanda yerləşən məscid. 1868-ci ildə tacir Ciqanşi Usmanovun vəsaiti hesabına inşa edilmişdir. 1931-ci ildə məscid sovet hakimiyyəti tərəfindən bağlanmış, 1994-cü ildə isə yenidən dindarların istifadəsinə verilmişdir. 1981-ci ildən etibarən dövlət tərəfindən memarlıq abidəsi kimi qorunur. == Arxitekturası == Məscid bir otaqdan ibarət tikilidir. Əsas həcmli hissəsi məscidin minarəsi olduğu yerdir. Minarənin forması Sennom bazarının yaxınlığında yerləşən Sobor məscidinin minarəsiniə oxşayır. Məscidin cənub tərəfində, planda bir az uzanan beş tərəfli hissəsi var.
Səlim Sultanov
Sənan Sultanov
Sənan Sultanov (rejissor) — rejissor, Qızıl dərviş mükafatı laureatı (2012) Sənan Sultanov (memar) — Azərbaycanın mühəndis-memarı.
Vüsal Sultanov
Vüsal Eynulla oğlu Sultanov (Şabran rayonu, Azərbaycan SSR) — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Azərbaycan Dövlət Sərhəd Xidməti Baş Qərərgahının Dövlət Sərhəd Mühafizəsi Baş İdarəsinin rəisi, İkinci Qarabağ müharibəsi iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Vüsal Sultanov Şabran rayonunda anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin general-mayorudur. 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsinin iştirakçısıdır. 9 dekabr 2020-ci ildə göstərdiyi şücaətə görə "Vətən Müharibəsi Qəhrəmanı" medalı, 24 dekabr 2020-ci ildə isə "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib. Vüsal Sultanov Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin ərazilərində Azərbaycan bayrağının ucaldılması barədə Prezidentə məruzə etmişdir. == Vətən müharibəsində iştirakı == Vüsal Sultanov Vətən müharibəsinin ən çətin 5 döyüşündən biri olan Əmirvarlı döyüşlərinə rəhbərlik edib. Polkovnik Sultanov oktyabr ayının 8-dən başlayaraq Əmirvarlı səddinin yarılması üçün gedən əməliyyatlarda iştirak edib. Ermənistan ordusunun müdafiə xəttinin birinci, ikinci eşalonundan geri çəkilmiş qüvvələri son ümid kimi bu səddə cəmləşdiyindən səddi yarmaq çətin olmuşdur. DSX-nin Çevik Hərəkat Bölmələri Əmirvarlıda 8 gün fasiləsiz döyüşlər aparmışdır.
Zakir Sultanov
Zaminəli Sultanov
Çapay Sultanov
Sultanov Çapay Əli oğlu — geologiya-mineralogiya elmlər doktoru, professor, Beynəlxalq Şərq Neft Akademiyasının vitse-prezidenti, Dövlət Mükafatı laureatı, Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi, Şahmat üzrə əməkdar məşqçisi, Beynəlxalq Şahmat Federasiyasının üzvü == Həyatı == Sultanov Çapay Əli oğlu 1936-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) geoloji-coğrafiya fakültəsini bitirmişdir. 1960-1989-cu illərdə Azərbaycan Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunda işləmiş və kiçik elmi işçi vəzifəsindən neft-mədən geologiyası şöbəsinin rəhbəri vəzifəsinə qədər yol keçmişdir. 1964-cü ildə Sultanov Ç.Ə. "Azərbaycanın qazkondensatneft, qazkondensat və qaz yataqlarının tükənməyə işlənməsində geoloji-mədən tədqiqatları" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1982-ci ildə Sultanov Ç.Ə. bir qrup alimlərlə birlikdə "Ehtiyatların qiymətləndirilməsinin elmi metodlar kompleksinin işlənməsi və istehsalata tətbiqi və Azərbaycanın dənizdəki qazkondensat yataqlarının işlənməsinin layihələşdirilməsi" işinə görə Azərbaycan SSR Dövlət mükafatı laureatı adına layiq görülmüşdür. 1986-cı ildə Sultanov Ç.Ə. "Neft yataqlarının ehtiyatlarının hesablanması, layihələşdirilməsində və işlənməsinin analizində geoloji-mədən deformasiyaların istifadəsinin elmi əsasları" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 4 Aprel 2018-ci ildə vəfat etmişdir. == Elmi fəaliyyəti == Ç.Ə.Sultanovun elmi tədqiqat sahəsi neft-mədən geologiyası, xüsusilə də geoloji və texnoloji faktorların təsirini nəzərə almaqla layların neftverməsini qiymətləndirmək və proqnozlaşdırmaq məqsədilə ilə statistik üsulların tətbiqidir. Çapay Sultanov Elmlər Akademiyasında işlədiyi dövrdə neft və qaz ehtiyatlarının hesablanmasının elmi əsaslarını hazırlayaraq, Azərbaycanda iri neft və qaz yataqlarının kəşfi və işlənməsində iştirak edib. 0, 150 elmi işin, o cümlədən 3 monoqrafiyanın, 1 ixtiranın və 4 səmərələşdirici təklifin müəllifidir.
Hacı bəy Sultanov
Hacı bəy Mirzə Zeynal bəy oğlu Sultanov (2 yanvar 1847, Saracıq, Şuşa qəzası – 2 dekabr 1920, Saracıq, Qaryagin qəzası) — Çar ordusunun polkovniki, Aşqabadın general-qubernatoru. == Həyatı == Hacı bəy Mirzə Zeynal bəy oğlu 1847-ci ildə Şuşa qəzasının Vərəndə sahəsinin Saracıq kəndində anadan olmuşdur. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şuşa qəza məktəbində oxumuşdu. Rus ordusunda hərbi xidmətə başlamış, polkovnik rütbəsinədək yüksəlmişdi. Son xidmət yeri Türküstan Hərbi Dairəsi olmuşdu və orada Aşqabadın general-qubernatoru vəzifəsini icra etmişdi. Hacı bəy Sultanov doğma kəndində olarkən 1920-ci ildə bolşeviklər tərəfindən öldürülmüşdü. Hacı bəyin Məhəmməd bəy adlı oğlu vardı. == Mənbə == Ənvər Çingizoğlu, Qarabağ hərbçiləri, Bakı:Təknur, 2011,-312 səh. Ənvər Çingizoğlu, Sultanovlar: Saracıq bəyləri, "Soy" elmi-kütləvi dərgi, 2011, №8, səh.25–35.
Harun bəy Sultanov
Harun bəy Sultanov — İlisu sultanlarının nəslindən olan görkəmli ziyalı Harun bəy Azərbaycan dilində ilk dərslik olan "Vətən yolu" kitabının müəllifi olmuşdur. == Həyatı == Harun bəy Qax rayonunun məşhur İlisu kəndində dünyaya gəlmişdir.Həyat və yaradıcılığı hələ indiyə qədər tam öyrənilməsədə,onun çoxsahəli yaradıcıliğının mühüm bir sahəsini məktəb dərslikləri tərtib etmək təşkil edir. == "Vətən yolu" dərsliyi == "Harun bəy İlisulu" imzası ilə 1907-ci ildə Tiflisdə "Qeyrət" mətbəəsində çap olunmuş bu dərsliyin məzmunu,qayəsi və onun müəllifinin açıqfikirli bir ziyalı olması ilk baxışdan diqqəti cəlb edir. "Vətən yolu" dərsliyi "Bir-iki kəlmə" başlıqlı kiçik müqəddimə ilə açılır. Harun bəy burda gözstərir ki, "İlisu kəndində Yusif Ramazan oğlunun xeyirxahlığı ilə tikilmiş məktəbdə dərs oxumağa bir kitab gərək idi. Və Yusif Ramazan oğlunun köməyi ilə bəndə də bu kitabçanı çıxartdı,"Vətən yolu" işıq gördü. Müqəddimədə kitabın qüsurlarından da bəhs olunur. "Vətən yolu" dərsliyinin özünəməxsus metodik məzmunu,tərtibi prinsipləri var. Dərslik 92 dərs nümunəsindən ibarətdir.Hər dərsdə əlifba təlimi və onunla əlaqədar mətinlər verilmişdir. Hər dərsin təlim materiallarını,başlıca olaraq,atalar sözü təşkil edir.
Hökumə Sultanova
Hökumə İsmayıl qızı Sultanova (dekabr 1909, Bakı – 10 noyabr 1981, Bakı) — Azərbaycan ictimai-siyasi və dövlət xadimi, Azərbaycan Qadınlar Şurasının rəhbəri, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1954–1958), Azərbaycan SSR Nazirlər Soveti yanında İncəsənət İşləri İdarəsinin rəisi (1947–1951). == Həyatı == Hökumə İsmayıl qızı Sultanova 1909-cu ildə Bakının Qara Şəhər qəsəbəsində fəhlə ailəsində anadan olmuşdur. Atası vəfat etdikdən sonra o, doqquz yaşında olarkən böyük qardaşı inqilabçı Qasım İsmayılovun himayəsində böyümüşdür. Azərbaycanın sovetləşməsindən sonra 1-ci və 2-ci dərəcəli məktəblərdə oxumuş, ictimai işlərdə çalışmış, 1924-cü ildən Lenin komsomolu sıralarına qoşulmuşdur. 1928–1932-ci illərdə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin şöbə müdiri işləmiş, sonra isə bu mərkəzi komitənin katibi olmuşdur. 1930-cu ildən ÜİK(b)P (Sov. İKP) üzvü olan Hökumə İsmayılova 1936-cı ildə Marksizm-Leninizm İnstitutunu bitirmişdir. Daha sonra o, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində mədəni-maarif şöbəsi müdirinin müavini vəzifəsinə irəli çəkilmiş, ardınca bu şöbənin müdiri olmuşdur. Azərbaycan SSR Xalq Komissarları Sovetində qrup rəhbəri olmuşdur. Hökumə Sultanova Stalin repressiyaları dövründə SSRİ Xalq Daxili İşlər Komissarlığı Xüsusi Müşavirəsinin göstərişinə əsasən 23 iyul 1938-ci ildə əks-inqilabi-millətçi təşkilatın iştirakçısı kimi təqsirli bilinərək həbs edilmişdir.
Hüseyn bəy Sultanov
Həmid Sultanov (1973)
Həmid Sultanov (film, 1973)
Həsən Sultanov (Vəkilov)
Həsən Sultanov (professor)
Həsən Abbas oğlu Sultanov (9 may 1932, Soyulan, Tərtər rayonu – 2014, Bakı) — Azərbaycan Tibb Universitetinin professoru, tibb elmləri doktoru (1986), həkim-cərrah. Azərbaycan Respublikasının əməkdar həkimi, Azərbaycan Respublikasının əməkdar elm xadimi, Azərbaycan Tibb Universitetinin I-cərrahi xəstəliklər kafedrasının müdiri (1990–2012). == Həyatı == Həsən Sultanov 1932-ci ilin may ayının 9-da Tərtər rayonunun Soyulan kəndində anadan olmuşdur. 1939–1943-cü illərdə Söylən kənd ibtidai məktəbində təhsil almış, oranın 4-cü sinfini bitirmiş, təhsilini qonşu Evoğlu kəndində davam etdirmiş və 1947-ci ildə 8-ci sinfi başa vurmuşdur. 1949-cu ildə Tərtər şəhər orta məktəbini bitirmişdir. 1949-cu ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olur. IV kursu bitirdikdən sonra Rusiya Federasiyasının Samara Dövlət Tibb Universitetinin (keçmiş Kuybışev Dövlət Tibb İnstitutu) hərbi tibb fakültəsinə köçürülür. 1955-ci ildə həmin fakültəni bitirərək hərbi həkim ixtisasına yiyələnir. 1955–1957-ci illərdə Murmansk vilayətində hərbi hospitalda hərbi həkim kimi fəaliyyət göstərir. 1957-ci ildə ordu sıralarından tərxis olunaraq Azərbaycana qayıdır.
Həsənqulu bəy Sultanov
Lütfəli bəy Sultanov
Lütfəli bəy Mirzə bəy oğlu Sultanov (1895–1937) — Azərbaycan Milli Mərkəzinin üzvü. == Həyatı == Lütfəli Sultanov 1895-ci ildə anadan olub. Lütfəli bəy Mirzə bəy oğlu Sultanov çar və ADR ordusunda zabit olmuşdu. Həbs ediləndə Bakı şəhərinin müvəqqəti komendantı vəzifəsini icra edirdi.
Lütfəli bəy Sultanov (III)
Lütfəli bəy Mirzə bəy oğlu Sultanov (1895–1937) — Azərbaycan Milli Mərkəzinin üzvü. == Həyatı == Lütfəli Sultanov 1895-ci ildə anadan olub. Lütfəli bəy Mirzə bəy oğlu Sultanov çar və ADR ordusunda zabit olmuşdu. Həbs ediləndə Bakı şəhərinin müvəqqəti komendantı vəzifəsini icra edirdi.
Mehdi bəy Sultanov
Sultanov Mehdi bəy (1880-1937) — Azərbaycanın Xalq Cümhuriyyəti ordusunun zabiti, polkovnik. == Həyatı == 1880-ci ildə Gəncədə anadan olub. Cümhuriyyət ordusunun sıralarında 1918-ci ildən xidmət edirdi. 1919-cu il yanvarın 4-də hərbi nazirin əmri ilə podpolkovnik Sultanov Ləki topçu anbarının rəisi təyin edildi. Azərbaycan Hökumətinin 1919-cu il 24 noyabr tarixli qərarı ilə ona polkovnik rütbəsi verilmişdi. Hərbi nazirin 1920-ci il 9 yanvar tarixli əmri ilə o, 6-cı Göyçay piyada alayının komandiri təyin edilmişdi. Altıncı Göyçay piyada polkunun (Bayılda yerləşirdi – Ş.N.) komandiri. 1920-ci ildə bolşevik istilasından sonra Azərbaycan diviziyasında üçüncü alayın komandiri olmuşdur. 1926-cı ildə Gəncədə gizli fəaliyyət göstərən müsavat hərbi təşkilatının üzvü olduğuna görə on il müddətinə Solovetsk həbs düşərgəsinə sürgün edilmişdir. 1937-ci il iyulun 26-da Azərbaycan Xalq Daxili İşlər Komissarlığı xüsusi üçlüyünün qərarı ilə güllələnmişdir.
Mehriban Sultanova
Mehriban Sultanova (Mehriban Paşa qızı Sultanova; d. 27 yanvar 1972-ci il, Naxçıvan) — filologiya üzrə fəlsəfə doktoru (2008), Azərbaycan Jurnalistlər Birliyinin (2002), Naxçıvan Mətbuat Şurası İdarə Heyətinin (2004) üzvü. == Həyatı == Mehriban Sultanova 27 yanvar 1972-ci ildə Naxçıvan şəhərində anadan olub. O, 1989–1994-cü illərdə Bakı Dövlət Universitetində təhsil alıb. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Mehriban Sultanova əmək fəaliyyətinə 1994-cü ildən Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasında başlayıb. O, 2001-ci ildən jurnalistlik fəaliyyəti ilə məşğuldur. 2001–2006-cı illərdə paralel olaraq Naxçıvan Şəhər İcra Hakimiyyətinin orqanı "Nuh Yurdu" qəzetində də çalışıb. 2005-ci ildən Naxçıvan Dövlət Universitetinin Jurnalistika və dünya ədəbiyyatı kafedrasında müəllimdir. Mehriban Sultanova 2006-cı ildən universitetin mətbuat xidmətində ictimai əsaslarla fəaliyyət göstərməyə başlayıb. 2008–2017-ci illərdə Naxçıvan Dövlət Universitetinin Mətbuat şöbəsinin müdiri işləyib.
Mirzə Əbülqasım Sultanov
Sultanov Əbulqasım (12 aprel 1866, Naxçıvan – 1916, Qəzvin) — ziyalı, maarif və teatr xadimi. == Həyatı == Cəlil Məmmədquluzadə ilə eyni vaxtda Naxçıvan şəhər üçsinifli ibtidai məktəbində təhsil almış, hər ikisi bir il də (1882) Zaqadqaziya (Qori) Müəllimlər Seminariyasına daxil olmuş, üç il eyni sinifdə oxumuşlar. Lakin xəstəliyi ilə əlaqədar 1885-ci ildə bir il sinifdə qalan Ə.Sultanov seminariyanı 1888-ci ildə bitirərək, Şahtaxtı məktəbinə təyinat almış və 1896-cı ilədək bu məktəbdə əvvəlcə müəllim, sonra isə nəzarətçi (müdir) vəzifəsində çalışmışdır. 1896–1908-ci illərdə indiki Cəlilkənddə zemstvo məktəbində müdirlik etmişdir. Naxçıvanda C.Məmmədquluzadənin başçılıq etdiyi maarifçilik hərəkatının fəal iştirakçılarından, Naxçıvan teatrının tamaşalarında əsas rolların, xüsusən qadın rollarının (M.F.Axundovun "Müsyö Jordan və Dərviş Məstəli şah" komediyasında Gülçöhrə, E.Sultanovun "Azərbaycan qızı" pyesində Sənəm, Ə.Haqverdiyevin "Dağılan tifaq" faciəsində Sona xanım, "Pəri-Cadu" dramında Şamama və s.) mahir ifaçılarından olmuşdur. Ü.Hacıbəyovun "Leyli və Məcnun" operasında Məcnunun atası, Z. Hacıbəyovun "Əlli yaşında cavan" musiqili komediyasında Qulu rollarınıda məharətlə yaratmışdır. Tələbəlik illərində yazdığı "Ədəbiyyatşünaslıq dəftəri" icmal formalı kiçik dərs vəsaitidir. Molla Nəsrəddinin lətifələrini rus dilinə çevirmişdir. Tərtib etdiyi "Ədəbi nümunələr müntəxəbatı"nda 19 əsr – 20 əsrin əvvəli şairlərinin əsərləri toplanmış dır. Ciddi elmi-siyasi əhəmiyyətə malik "İranda qayda-qanun yoxdur" (1912) adlı fəlsəfi-publisistik traktatı var.
Məlik bəy Sultanov
Sultanov Məlik bəy Qasım bəy oğlu (1880, Bakı – 1939, Bakı) — Azərbaycanlı həkim, professor. == Həyatı == Məlik bəy Qasım bəy oğlu 1880-ci ildə anadan olmuşdur. 1905-ci ildə Berlin Universitetində 3 semestr oxuyub. 1908-ci ildə Moskva Universitetinin tibb fakültəsini bitirib. Bakı Mixail şəhər xəstəxanasının direktoru (11.1919); ADU-nu yaradanlardan biri (5.1919); ATİ-nin professoru (1937). 1939-cu ildə vəfat etmişdir.
Natəvan Sultanova
Natəvan Sultanova (tam adı: Natəvan Rəsul qızı Sultanova; 30 iyun 1942, Bakı Azərbaycan SSR) — kimyaçı alim, Aşqarlar Kimyası İnstitutunda aparıcı elmi işçi, kimya üzrə fəlsəfə doktoru, dosent. == Həyatı == Sultanova Natəvan Rəsul qızı 1942-ci ilin iyun ayının 30-da Bakı şəhərində anadan olub. Bakı şəhərinin 174 № li məktəbinin birinci sinfinə 1950-ci ildə daxil olub, 1960-cı ildə bitirib və həmin ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olub. 1965-ci ildə Universiteti bitirib.1965-ci ildə AMEA Aşqarlar Kimyası İnstitutuna qəbul olub, kiçik elmi işçi vəzifəsində çalışmışdır. Həmin İnstitutda 1970-ci ildə aspiranturaya daxil olub və 1977-ci ildə "Синтез продуктов нуклеофильного замещения некоторых дигалогенэфиров и эфиров — монохлоргидрина глицерина и исследование их в качестве присадок к маслам и топливам и ингибиторов коррозии" mövzusunda dissertasiya müdafiə edərək "Neft kimyası" ixtisası üzrə kimya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. O, 2003-cü il tarixindən aparıcı elmi işçi vəzifəsinə təyin edilmiş və hal-hazırda həmin vəzifədə çalışır. == Elmi fəaliyyəti == Sultanova Natavan Rəsul qızı "Yanacaqlara aşqarlar" laboratoriyasında yanacaqlara aşqarların sintezinin elmi əsaslarının işlənib hazırlanmasında həmmüəllif kimi iştirak edir. O, tərkibində N- və S- saxlayan yüksək təsirli yeni birləşmələr sintez edir və onları yanacaqlara aşqar kimi tədqiq edir. Sultanova N. R. yanacaqların korroziya xasələrinin öyrənilməsinin və mühafizəedici aşqarların təsirinin qiymətləndirilməsinin dəyişən kontakt üsulu ilə hərtərəfli öyrənmişdir. O, ekoloji təhlükəsiz yüksək istismar keyfiyyətlərinə malik yeni yanacaq növü olan biodizel yanacağının alınması sahəsində tədqiqatlar aparmış və müsbət nəticələr əldə etmişdir.

"sultanov" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#sultanov nədir? #sultanov sözünün mənası #sultanov nə deməkdir? #sultanov sözünün izahı #sultanov sözünün yazılışı #sultanov necə yazılır? #sultanov sözünün düzgün yazılışı #sultanov leksik mənası #sultanov sözünün sinonimi #sultanov sözünün yaxın mənalı sözlər #sultanov sözünün əks mənası #sultanov sözünün etimologiyası #sultanov sözünün orfoqrafiyası #sultanov rusca #sultanov inglisça #sultanov fransızca #sultanov sözünün istifadəsi #sözlük