Suriyanı sözü azərbaycan dilində

Suriyanı

Yazılış

  • Suriyanı • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Suriyanın bombalanması (Sentyabr 2018)
Suriyanın 2018-ci il 17 sentyabrda bombalanması - İsrail Hava Qüvvələri tərəfindən Suriyadakı bir neçə obyektə endirilmiş raket və bomba zərbələridir. Suriyanın Latakiya şəhərinə dəniz istiqamətindən İsrail HHQ-nin F-16 qırıcıları raket hücumu həyata keçirib. Suriya rəsmiləri zərbə nəticəsində Sakubadakı məişət kimya istehsalı müəssisəsinə, alminium zavoduna və elektrik stansiyalarına zərər verildiyini açıqlayıb. Bu zərbələr nəticəsində Sakubanın elektrik təchizatı tamamilə dayanıb. Lakin, Londondakı "Syrian Observatory for Human Rights" (Suriya İnsan Hüquqları Təşkilatı) raket zərbəsi nəticəsində Suriyanın hərbi dəniz qüvvələrinə məxsus bazanın ərazisində iki silah anbarının məhv edildiyini bildirir. Sentyabr 17-də gecə saat 23:00 radələrində Suriyanın Hmeymim aviabazasına qayıdan Rusiya Hərbi Kosmik Qüvvələrinə (HKQ) məxsus İL-20 təyyarəsi ilə əlaqə itib. Hərbi təyyarənin Aralıq dənizi üzərində dəniz sahilindən 35 kilometr aralıda uçuş həyata keçirərkən radarlardan itdiyi məlum olub.Aparılan araşdırmalar nəticəsində məlum olub ki, təyyarəni Suriyanın S-200 hava hücumundan müdafiə sisteminin raketləri vurub. İsrailin F-16 qırıcılarının manevrləri nəticəsində Suriya raketləri Rusiya təyyarəsini vurub. Təyyarədə olan 15 hərbçi həlak olub. Rusiya müdafiə nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov İl-20 təyyarəsinin Suriyanın S-200 ZRK tərəfindən vurulmasını təsdiqləyərək İsrail aviasiyasının fəaliyyətini təxribat olaraq dəyərləndirdi və onu düşmənçilik adlandırdı.
Suriyanın dövlət quruluşu
Suriyanın dövlət quruluşu - 1973-ci ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sistemi. == Dövlət quruluşu == Suriya dualist formada idarəetmə üsuluna malik respublikadır. Suriyanın bütün siyasi partiyaları islahatçı sosializm kursuna sadiqliyini bəyan etməlidirlər. Milli bayram günü olan müstəqillik günü (1946) 17 apreldə qeyd olunur. Suriya Ərəb Respublikasının 13 mart 1973-cü il tarixində qəbul edilmiş Konstitusiyasında Ərəb Sosialist İntibah Partiyasının (BƏƏS) aparıcı rolu təsbit edilmişdir. == İnzibati bölgüsü == Başçıları Nazirlər Şurasının təsdiqindən sonra daxili işlər naziri tərəfindən təyin olunan və hər birinin yerli Parlamenti seçilən 14 muhafazlığa (Dəməşq, Rif Dəməşq, Deyr-əz-Zur, Dəra, İdlib, Lazkiyə, Ər-Rəqqə, Tərtus, Hələb, Həma, Əl-Həsəkə, Hims, Qüneydrə və Əs-Suveydə) bölünür == Dövlət başçısı == Prezidentin namizədliyi Ərəb Sosialist İntibah Partiyasının (BƏƏS) zəmanəti ilə Xalq Şurası (Parlament) tərəfindən irəli sürülür və ümumxalq referendumunun təsdiqinə təqdim olunur. Bir qayda olaraq dövlət başçısı BƏƏS partiyasının Baş katibi olur. Respublika Prezidenti vəzifəsinin boşaldıldığı və vitse-prezidentin (Konstitusiyaya əsasən Prezident bir və ya iki vitse-prezident təyin edir) olmadığı təqdirdə, Prezidentin səlahiyyətlərini yeni Prezidentin seçilməsi ilə əlaqədar referendumun çağırılmasına qədər Nazirlər Şurasının sədri icra edir. Mövcud Konstitusiyaya görə, referendum 90 gün ərzində çağırılmalıdır. Prezident səlahiyyətlərinin müddəti, məhdudiyyətsiz sayda seçilmək şərti ilə 7 ildir.
Suriyanın şimalının Türkiyə tərəfindən işğalı
Suriyanın şimalının Türkiyə tərəfindən işğalı — Suriya vətəndaş müharibəsi zamanı Suriyanın şimalındakı ərazilərin Türkiyə Silahlı Qüvvələri və onun müttəfiqi Suriya Milli Ordusu tərəfindən işğal edilməsi. Bu proses 2016-cı ilin avqustundan başlamışdır. Bu ərazilər nominal olaraq Suriya müxalifəti ilə əlaqəli bir hökuməti tanısalar da, praktikada mərkəzləşdirilməmiş yerli şuraların və Türkiyənin hərbi administrasiyasının ikili səlahiyyəti altında ayrıca kvazidövlət təşkil edirlər.Suriyanın Türkiyənin nəzarətində olan əraziləri əl-Bab, Əzaz, Cərablus, Racu, Təl-Əbyəz və Rəsulayn kimi şəhərlər də daxil olmaqla 1,000-dən çox yaşayış məntəqəsindən ibarət 8,835 kvadrat kilometr ərazini əhatə edir. Bu yaşayış məntəqələrinin əksəriyyəti Türkiyə hökuməti tərəfindən terror təşkilatı kimi tanınan İslam Dövləti (İŞİD) və Suriya Demokratik Qüvvələrindən (SDQ) ələ keçirilmişdir. Buna baxmayaraq, bəzi şəhərlər, o cümlədən Əzaz Türkiyənin müdaxiləsindən əvvəl Suriya müxalifətinin nəzarəti altında idi. Suriya Müvəqqəti Hökuməti Türkiyənin nəzarətində olan ərazilərə köçmüşdür. Hökumət burada qismən səlahiyyətlərini genişləndirməyə başlamış, Suriya vətəndaşlarına sənədlərin verilməsi ilə məşğul olmuşdur. Bu ərazilər Türkiyə rəsmiləri tərəfindən "təhlükəsiz zonalar" adlandırılır. İşğalın bəzi ərazilərdə insan haqlarının pozulmasına, o cümlədən etnik təmizləməyə səbəb olduğu iddia edilir. == Əhalisi == Şimali Suriya, o cümlədən Türkiyənin nəzarətində olan ərazilər tarixən etnik cəhətdən çox qarışıq olmuşdur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 2.03 dəfə / 1 mln.
2003 ••• 1.18
2005 •••• 2.02
2006 •• 0.68
2007 •• 0.85
2009 0.32
2010 0.18
2011 ••••••• 3.35
2012 ••••••• 3.70
2013 •••••••••••••••••••• 11.09
2014 •••••••• 4.12
2015 •• 0.68
2016 0.17
2017 •• 0.81
2018 ••• 1.35
2019 •• 0.97
2020 0.53

"suriyanı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#suriyanı nədir? #suriyanı sözünün mənası #suriyanı nə deməkdir? #suriyanı sözünün izahı #suriyanı sözünün yazılışı #suriyanı necə yazılır? #suriyanı sözünün düzgün yazılışı #suriyanı leksik mənası #suriyanı sözünün sinonimi #suriyanı sözünün yaxın mənalı sözlər #suriyanı sözünün əks mənası #suriyanı sözünün etimologiyası #suriyanı sözünün orfoqrafiyası #suriyanı rusca #suriyanı inglisça #suriyanı fransızca #suriyanı sözünün istifadəsi #sözlük