Suriyada sözü azərbaycan dilində

Suriyada

Yazılış

  • Suriyada • 99.9438%
  • suriyada • 0.0375%
  • SURİYADA • 0.0187%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Suriyada (1970)
== Məzmun == 1970-ci ildə Yalçın Əfəndiyev və Zaur Məhərrəmov Azərbaycan nümayəndə heyətinin tərkibində Suriyanın şəhərlərində olmuş, bu ölkənin görməli yerlərini lentə almışlar. Çəkilmiş sənədli materiallar əsasında onlar bu filmi yaratmışlar. Film Azərbaycan nümayəndə heyətinin Suriyaya dostluq səfərinə həsr olunmuşdur. Kinolent tamaşaçıları Suriya Ərəb Respublikasının Dəməşq, Bəsrə və başqa şəhərlərinin qədim tarixi və gözəl memarlıq abidələri, maarif və mədəniyyəti ilə, ərəb xalqının həyatı ilə tanış edir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Yalçın Əfəndiyev, Zaur Məhərrəmov Ssenari müəllifi: Yalçın Əfəndiyev, Zaur Məhərrəmov Operator: Zaur Məhərrəmov Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Suriyada "Müsəlman Qardaşlığı"
Suriyada "Müsəlman Qardaşlığı" (ərəb. الإخوان المسلمون في سوريا‎) — "Müsəlman Qardaşlığı" təşkilatının Suriya qolu. "Müsəlman Qardaşlığı"nın Suriya qolu təşkilatın Misirdən kənarda qurulan ilk qoludur. == Fəaliyyəti == 1950-ci illərdə hərəkatın nümayəndələri Suriya hakimiyyətinə müxalifət olaraq qalaraq parlamentdə yer də qazanmışdılar. "Müsəlman Qardaşlığı"nın Suriya qolu 1970-ci illərin ortalarından əhəmiyyətli dərəcədə radikallaşmışdır. Hərəkatın 1970-ci illərin sonu və 1980-ci illərin əvvəllərində hökumət qüvvələrinə və təşkilatlarına qarşı bir sıra hücumlara görə məsuliyyət daşıdığı qeyd edilmişdir. == Həmada qiyam == 1982-ci ilin fevralında "Müsəlman Qardaşlığı" Həmada böyük qiyam təşkil etmişdir. Üsyan prezident Əsədin qardaşı Rifatın komandanlığı altında 8 minlik ordu tərəfindən hava qüvvələri və tank bölmələrinin dəstəyi ilə yatırılmışdır. Bu hadisə Həma qırğını olaraq bilinir. Müxtəlif mənbələrə görə silahlı toqquşmalar zamanı 3 mindən 20 minə qədər insan həlak olmuşdur.Qiyamın hökumət qoşunları tərəfindən yatırılmasından sonra terrorçuların fəaliyyəti puça çıxmışdır.
Suriyada (film, 1970)
== Məzmun == 1970-ci ildə Yalçın Əfəndiyev və Zaur Məhərrəmov Azərbaycan nümayəndə heyətinin tərkibində Suriyanın şəhərlərində olmuş, bu ölkənin görməli yerlərini lentə almışlar. Çəkilmiş sənədli materiallar əsasında onlar bu filmi yaratmışlar. Film Azərbaycan nümayəndə heyətinin Suriyaya dostluq səfərinə həsr olunmuşdur. Kinolent tamaşaçıları Suriya Ərəb Respublikasının Dəməşq, Bəsrə və başqa şəhərlərinin qədim tarixi və gözəl memarlıq abidələri, maarif və mədəniyyəti ilə, ərəb xalqının həyatı ilə tanış edir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Yalçın Əfəndiyev, Zaur Məhərrəmov Ssenari müəllifi: Yalçın Əfəndiyev, Zaur Məhərrəmov Operator: Zaur Məhərrəmov Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Suriyada danışılan dilllər
== Mənbə ==
Suriyada islamçıların üsyanı
Suriyada islamçıların üsyanı (ərəb. تمرد الإخوان المسلمين‎; "Müsəlman Qardaşlığı" üsyanı) — 1976–1982-ci illərdə Suriyada baş vermiş, əsasən "Müsəlman Qardaşlığı" təşkilatının üzvləri olan islamçı sünnilər tərəfindən bir sıra silahlı etirazlar. İslamçıların hücumları əsasən hakim Bəəs Partiyasına, eləcə də nüseyri müsəlmanlarına qarşı yönəlmişdir. Ölkə prezidenti və dövlətin bir çox məsul şəxsləri, o cümlədən Bəəs Partiyası, Suriya təhlükəsizlik xidmətlərində vəzifəli şəxslər bu icmanın nümayəndələri idi. Üsyanın ən tanınan epizodu hökumət qoşunlarının Həma şəhərinə basqın etməsi idi. Hadisə nəticəsində müxtəlif hesablamalara görə 2 mindən 40 minə qədər insan həlak olmuşdur. "Müsəlman Qardaşlığı" ilə Bəəs arasında ilk toqquşmalar sonuncunun 1963-cü il dövlət çevrilişi nəticəsində hakimiyyətə gəlməsindən az sonra başlamışdır. 1964-cü ildə ölkədə "Müsəlman Qardaşlığı"nın fəaliyyəti qadağan edilmişdir. 1976-cı ildə Suriyanın Livanı işğal etməsindən qısa müddət sonra yüksək rütbəli nüseyri suriyalılara qarşı bir sıra sui-qəsdlər baş vermişdir. Hökumət qətllərdə "Müsəlman Qardaşlığı"nı günahlandırmışdır.
Suriyada neft sənayesi
Suriyada neft sənayesi — Suriyada XX əsrin əvvəllərində başlayaraq inkişaf edən və Suriya Ərəb Respublikasının iqtisadiyyatında əhəmiyyətli rolu olan sahə. Beynəlxalq Valyuta Fondunun verdiyi məlumata görə Suriyada vətəndaş müharibəsi başlamazdan əvvəl – 2010-cu ildə Suriya hökuməti neft satışları 3.200.000.000 ABŞ dolları əldə etmişdir, bu isə ölkənin ümumi gəlirinin 25.1%-ni təşkil edirdi.Suriya neft istehsalatında bir qədər zəifdir. 2010-cu ildə Suriya ümumdünya neft istehsalatının 0.5%-ni təşkil edir. Bu ədəd 2016-cı ildə 0.05%-ə qədər enmişdir. Suriyanın Orta Şərq standartlarına görə mühüm bir neft ixracatçısı olmamasına baxmayaraq, neft Suriya iqtisadiyyatının əhəmiyyətli bir parçasıdır. Ölkənin neft sənayesi vətəndaş müharibəsinə və Suriyaya qoyulan sanksiyalara görə kəskin şəkildə zəifləmişdir. Suriyanın ən böyük iki neft şirkətləri – Suriya Ərəb Respublikası Neft və Mineral Ehtiyatlar Nazirliyinin sahibləndiyi Syrian Petroleum Company (SPC) və səhmlərinin 50%-i SPC-nın, digər 50%-i xarici qurumların olan Al-Furat Petroleum Company. Şirkətin səhmlərinin 32%-i Anglo-Dutch Shell, China National Petroleum Company şirkətinin korsorsiumu olan Himalaya Energy Syria və Hindistanın Oil and Natural Gas Corporation şirkətlərinə aiddir. 2011-ci ilin dekabr ayında əldə edilən məlumatlara görə Shell Avropa İttifaqının Suriyaya qoyduğu sanksiyalara görə ölkədəki fəaliyyətini təxirə salmışdır. Digər önəmli korsorsiuma SPC və Fransanın Total şirkətlərinin sahibləndiyi Deir Ez Zor Petroleum Company daxildir.
Suriyada vətəndaş müharibəsi
Suriyada vətəndaş müharibəsi – Suriyada 2011-ci ilin mart ayından bəri davam edən, hökumət qüvvələri və ABŞ, Avropa Birliyi ölkələri, Səudiyyə Ərəbistanı və Qətər tərəfindən dəstəklənən silahlı terrorçu qruplar arasında gedən silahlı qarşıdurmadır. Suriyada hökumət əleyhinə etiraz aksiyaları 2011-ci il martın 15-də başlayıb. Ən geniş aksiyalar ölkənin cənubunda, Deraa şəhərində keçirilib. İlk öncə nümayişlər dinc xarakterli olsa da, daha sonradan nümayişçilər arasında peyda olan təxribatçılar tərəfindən polisə və nümayişçilərə atəş açılıb. Burada polis və etiraz aksiyası iştirakçıları arasında baş vermiş toqquşmalar zamanı rəsmi 43 nəfər, qeyri rəsmi isə 100 nəfər həlak olub. Artıq 9 ilə yaxındır ki, davam edən toqquşmalarda milyonlarca insanın həlak olduğu qeyd edilir. Hal hazırda Suriyada əsas qüvvələr müxalif qüvvvələrin dəstəkçisi Türkiyə ilə Rejim qüvvələrinin dəstəkçisi Rusiyadır. Fevral ayının 29-da İdlibdə Rusiya Hərbi Hava Qüvvələri tərəfindən Türk Silahlı Qüvvələri mövqeyinə açılan raket zərbələri nəticəsində rəsmi 33, qeyri-rəsmi isə 100dən çox Mehmetçik şəhid olmuşdur. Hal hazırda Türk Silahlı Qüvvələrinin dəstəyi ilə Müxalif Qüvvələr Saraqib yaxınlığında Rejim qüvvələriylə şiddətli atışmalara girmişdir. == Etiraz nümayişləri == Suriyanın Dəraa şəhərində polis və hərbçilərə küçələrə çıxmış nümayişçilər arasındakı təxribatçılar tərəfindən atəş açılıb.
Suriyada Rusiyanın Su-24 təyyarəsinin vurulması
Suriyada Rusiyanın Su-24 təyyarəsinin vurulması — 24 noyabr 2015-ci il tarixində Türkiyə ilə Suriya sərhədinin yaxınlığlnda Türkiyə hərbi hava qüvvələrinin F-16 qırıcı təyyarəsi tərəfindən Rusiyanın Su-24 bombardmançı təyyarəsinin vurulması. == Hadisənin məzmunu == Türkiyə Silahlı Qüvvələrinin açıqladığı radar analizinə görə, Rusiyaya məxsus təyyarə Türkiyə hava sərhədini pozaraq Türkiyə üçün təhlükə yaradıb. Türkiyə silahlı qüvvələri Su-24 təyyarəsi tərəfindən hava sərhədinin pozulduğu vaxt 5 dəqiqə ərzində 10 dəfə xəbərdarlıq edildiyini bildirib. Rusiya Müdafiə Nazirliyi isə Su-24 təyyarəsinin Suriya hava sərhədi daxilində uçduğunu bildirib. Pilotlar paraşütlə tullanaraq təyyarədən evakuasiya olunsalar da, onlardan biri – Su-24 təyyarəsinin pilotu polkovnik-leytenant Oleq Peşkov yerli türkmanların yerdən açdıqları atəşlə havada öldürülüb. Kapitan Konstantin Muraxtin isə sağ tapılaraq Suriyadakı Rusiya hərbi bazasına aparılıb. Rusiya prezidenti Vladimir Putin Oleq Peşkova ölümündən sonra Rusiya Qəhrəmanı adını verib. Ertəsi gün Rusiyanın Su-24 təyyarəsinin vurulması ilə bağlı Türkiyənin Moskvadakı diplomatik missiyasının qarşısına toplaşan yüzlərlə aksiya iştirakçısı səfirlik binasına yumurta, daş, butulka və boya qutuları atıblar. Səfirliyin bir neçə pəncərəsi sındırılıb. Polis aksiyaya müdaxilə etməyib və iştirakçılar arasında saxlanılan olmayıb.
Rusiyanın Suriyadakı hərbi əməliyyatı
Rusiyanın Suriyaya hərbi müdaxiləsi və ya Rusiyanın Suriyadakı hərbi əməliyyatı, rəsmi olaraq Suriya Ərəb Respublikası ərazisində xüsusi tapşırıqlar (rus. специа́льные зада́чи на террито́рии Сири́йской Ара́бской Респу́блики) — Rusiya Federasiyası Silahlı Qüvvələrinin 30 sentyabr 2015-ci ildən bu günə qədər Suriyada vətəndaş müharibəsinə hökumət qüvvələrinin və hökumətyönlü milislərin tərəfində müdaxiləsi, həmçinin "Əl-Qaidə", "İslam Dövləti" və "Nusra Cəbhəsi" qruplaşmalarına qarşı döyüş əməliyyatlarında iştirakı. Bu müddət ərzində Rusiya üç dəfə Suriyadakı hərbi əməliyyatın və onun kontingentinin ixtisar edildiyini açıqlamış, lakin bundan sonra da hərbi əməliyyatlarda iştirakını davam etdirmişdir.Suriyadakı hərbi əməliyyat Rusiya hərbçilərinin postsovet məkanı hüdudlarından kənarda keçirdikləri ilk hərbi əməliyyat idi. Suriya Rusiya ordusu tərəfindən yeni döyüş platformaları və silah sistemləri üçün sınaq meydançası kimi istifadə edilmişdir. Tez-tez icra olunan rotasiyalar sayəsində Suriyadakı hərbi əməliyyat şəxsi heyətin təcrübəsinin artırılmasına böyük təsir göstərmişdir. == İstinadlar == == Xarici keçidlər == Сергей Шойгу. "Решимость на передовой борьбы с мировым злом". Красная звезда. 2020-09-30. İstifadə tarixi: 2020-09-29.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 41.87 dəfə / 1 mln.
2003 2.36
2004 3.03
2005 2.02
2006 1.80
2007 2.96
2008 1.71
2009 3.20
2010 6.54
2011 ••••••••• 58.68
2012 •••••••••••••• 90.61
2013 •••••••••••••••••••• 136.83
2014 •••••••••••••••••••• 135.74
2015 ••••• 27.39
2016 ••••••• 45.99
2017 ••••• 32.03
2018 •••••• 36.11
2019 •••• 26.15
2020 •• 9.81

"suriyada" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#suriyada nədir? #suriyada sözünün mənası #suriyada nə deməkdir? #suriyada sözünün izahı #suriyada sözünün yazılışı #suriyada necə yazılır? #suriyada sözünün düzgün yazılışı #suriyada leksik mənası #suriyada sözünün sinonimi #suriyada sözünün yaxın mənalı sözlər #suriyada sözünün əks mənası #suriyada sözünün etimologiyası #suriyada sözünün orfoqrafiyası #suriyada rusca #suriyada inglisça #suriyada fransızca #suriyada sözünün istifadəsi #sözlük