Serbiyadakı ümumdünya irsi obyektlərinin siyahısı
Serbiyada UNESCO ümumdünya irsi obyektlərinin siyahısı
Serbiya Respublikasında YUNESKO-nun ümumdünya irsi siyahısına 5 ad daxildir (2016-cı il üçün), bu ümumi rəqəmin 0,3%-ni təşkil edir (2021-ci il üçün 1154). Bütün obyektlər mədəniyyət meyarlarına (şərtlərinə) uyğun olaraq siyahıya daxil edilib, onlardan 2-si insan dühasının şah əsəri kimi tanınır (meyar i). Bundan əlavə, 2014-cü ildən Serbiyadakı 11 obyekt ümumdünya irsi siyahısına daxil olmaq üçün namizədlər sırasındadır. Yuqoslaviya Federativ Respublikası 2001-ci il sentyabrın 11-də ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında Konvensiyanı ratifikasiya etmişdir. Bununla belə, Serbiya ərazisində yerləşən ilk obyekt hələ 1979-cu ildə YUNESKO-nun ümumdünya irsi komitəsinin 3-cü sessiyasında, ölkə YSFR-nin bir hissəsi olduğu zaman siyahıya daxil edilmişdir. Onu da qeyd etmək lazımdır ki, Kosovoda Pravoslav Monastırları mədəni obyekti 2010-cu ildən etibarən Kosovalı albanların mümkün hücumlarına görə təhlükədə olan ümumdünya irsi siyahısına daxil edilib. Bu irs obyekt ərazisindəki bütün 4 pravoslav kilsəsi KFOR tərəfindən qorunur.
== Siyahı ==
Bu cədvəldə obyektlər YUNESKO-nun ümumdünya irsi siyahısına əlavə olunmaları xronoloji ardıcıllığı ilə yerləşdirilib.
=== Obyektlərin coğrafi yeri ===
== İlkin siyahı ==
Cədvəldə obyektlər ilkin siyahıya əlavə olunduqları ardıcıllıqla düzülmüşdür. Bu siyahıda Serbiya hökumətinin ümumdünya irsi siyahısına əlavə edilmək üçün namizəd kimi təklif etdiyi obyektlər göstərilir.