Xəzər söyüdü
Xəzər söyüdü (lat. Salix caspica) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü.
== Təbii yayılması ==
Avropa, Aralıq dənizyani ölkələri, Şimali Afrika, Kiçik və Orta Asiya, Yaponiya, Çin, Qərbi Sibir, Qafqaz, İran və Monqolustanda yayılıb.
== Botaniki təsviri ==
Boyu 3 m-ə çatan, çılpaq, parlaq sarı zoğlu koldur. Yarpaqları növbəli, uzunluğu 7-12 sm, eni 4-6 mm-dir, хətvari-neştərşəkillidir. Qaidəsinə tərəf bir hissə daralıb saplaq şəklini almışdır, uc tərəfi sivri, kənarları bütöv və ya mişardişlidir. Cavan yarpaqları az tüklü, köhnə yarpaqları çılpaqdır, üst tərəfləri qonur rəngli, açıq göyümtül-yaşıl, alt tərəfləri tünd göyümtüldür. Yarpaq saplaqlarının uzunluğu 5 mm-ə qədərdir. Yarpaqaltlıqları erkən töküləndir, хətvaridir və boyca saplaqlarından uzundur. Tumurcuqlarının uzunluğu 5-6 mm-dir, zoğa tərəf sıхılmışdır, ucları sivridir.