Süleymanlı sözü azərbaycan dilində

Süleymanlı

Yazılış

  • Süleymanlı • 99.5713%
  • SÜLEYMANLI • 0.2144%
  • süleymanlı • 0.2144%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Süleymanlı
Süleymanlı (Cəbrayıl) — Azərbaycanın Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Süleymanlı (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd.
Aydın Süleymanlı
Aydın Süleymanlı (d. 22 mart 2005, Bakı, Azərbaycan) — azərbaycanlı şahmatçı, qrosmeyster (2021). Yeniyetmələr arasında dünya və ikiqat Avropa çempionu. "Aeroflot open 2020" turnirinin qalibi. == Uşaqlığı və şahmata başlaması == Aydın Elşən oğlu Süleymanlı 2005-ci il martın 22-də Bakıda anadan olub. 6 yaşında 249 nömrəli tam orta məktəbin birinci sinfinə gedib. 5 yaşından şahmatla məşğul olmağa başlayıb. İlk vaxtlar evlərinin yaxınlığındakı Xətai Rayon Mədəniyyət Mərkəzində şahmat məşğələlərinə qatılıb. Sonra valideynlərinin arzusu ilə Aydın Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbində Xalid Atababayevdən şahmatın sirlərini dərindən öyrənməyə başlayıb. == Şahmat karyerası == Aydın 6 yaşından başlayaraq beynəlxalq yarışlara qatılıb.
Azər Süleymanlı
Azər Süleymanlı (tam adı: Azər Şərif oğlu Süleymanov; 10 dekabr 1986, İkinci Nügədi, Quba rayonu) — Azərbaycan teleaparıcısı. O, karyerası boyunca "Xəyal TV", "Regional TV", "Space TV", "Mədəniyyət" və "İctimai TV" (indiyə kimi) telekanallarında çalışmışdır. Azər Süleymanlı "Səs Azərbaycan" kimi bir çox verilişin aparıcısı, o cümlədən Avroviziya Mahnı Müsabiqəsinin şərhçisi olmuşdur. == Həyatı == Azər Şərif oğlu Süleymanov 10 dekabr 1986-cı ildə Azərbaycanın Quba rayonunda yerləşən İkinci Nügədi kəndində anadan olmuşdur. O, 1993-cü ildə İkinci Nügədi kənd Oktay Məmmədov adına 1 saylı orta məktəbinə qəbul olmuş, 2004-cü ildə həmin məktəbi başa vurmuş və növbəti il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olmuşdur. O, 2009-cu ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir. == Fəaliyyəti == Azər Süleymanlı 1999-cu ildə hələ məktəbli ikən Quba rayonu ərazisində fəaliyyət göstərən "Xəyal TV"-də (indiki Qafqaz TV) aparıcılığa başlamışdır. 2007-ci ilə qədər orada "Bizim sinif", "Dünya uşaqların gözü ilə", "Hər bazar" adlı verilişlərin aparıcısı olmuşdur. O, 2007-ci ildə təsis olunan "Regional TV"-nin (indiki ARB TV) ilk aparıcılarından biri kimi fəaliyyətinə orada davam etmişdir. 2016-cı ilə qədər həmin teleşirkətdə "Buralar", "Azərlə hər bazar", "AzərKeş", "ÖYRƏNirəm" adlı verilişlərin aparıcısı olmuşdur.
Elmir Süleymanlı
Elmir Aqil oğlu Süleymanlı (11 may 2001, Ağsu rayonu – 20 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Şəhid əsgər Süleymanlı Elmir Aqil oğlu 2001-ci il may ayının 11-də Ağsu rayonunun Gəgəli kəndində anadan olmuşdur. Elmir Süleymanlının atası Süleymanov Aqil Böyükağa oğlu daş ustası işləmiş, anası Süleymanova Ofelya Rəfael qızı isə evdar qadın olmuşdur. Elmir Süleymanlı 2007-ci ildə Sahib Mütəllimov adına Gəgəli kənd tam orta məktəbin birinci sinfinə daxil olub.2018-ci ildə həmin məktəbi bitirmişdir. Məktəbi bitirdikdən sonra Elmir Süleymanlı Azərbaycan Milli Ordusunda Beyləqan korpusunun "N" saylı hərbi hissəsinddə pulemyotçu ixtisası üzrə həqiqi hərbi xidmət keçmişdir. == Döyüş yolu == 2020-ci ilin sentyabr ayının 27-də İkinci Qarabağ müharibəsi başlayarkən Elmir Süleymanlı hərbi xidmətdə idi. Füzuli istiqamətindən döyüşlərə qatılaraq Cəbrayıl və Hadrut istiqamətində döyüşlərdə iştirak etmişdir. Elmir Süleymanlı döyüşlər zamanı çoxlu sayda qəhrəmanlıqlar göstərmişdir. Əsgər yoldaşlarının məlumatına görə o, yaralı komandir, baş gizir Elvin Ömərovu güllə yağışı altından çıxarmışdır . Elmir Süleymanlı isə Hadrutda 1621 yüksəkliyində düşmənlə üz-üzə dumanlı havada döyüşərkən snayperdən açılan güllə ilə həlak olmuşdur.
Kənan Süleymanlı
Kənan Sadıq oğlu Süleymanlı (30 yanvar 1991; Bakı, Azərbaycan — 9 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kənan Süleymanlı 30 yanvar 1991-ci ildə Bakı şəhərində anadan olmuşdur. Əslən Qərbi Azərbaycanın Zəngibasar rayonunun Rəncbər kəndindəndir. Orta təhsilini Bakı şəhər 94 saylı tam orta məktəbdə bitirmişdir. Azərbaycan Kooperasiya Universitetində ali təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Kənan Süleymanlı bir müddət Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində zabitlik kursu keçmişdir. Kursu başa vurduqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin sıralarında "leytenant" rütbəsi ilə xidmət etmişdir. Xidmətini başa vurduqdan sonra ehtiyatda olan zabit kimi ordudan tərxis olmuş, mülki fəaliyyətini davam etdirmişdir. Azərbaycan Ordusunun leytenantı olan Kənan Süleymanlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü ehtiyatda olan zabit kimi iştirak etmişdir.
Mövlud Süleymanlı
Mövlud Süleyman oğlu Balakişiyev (təxəllüsü: Mövlud Süleymanlı; 18 mart 1943, Qızıl Şəfəq, Kalinino rayonu – 21 fevral 2024, Bakı) — azərbaycanlı nasir, dramaturq, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1980), Əməkdar incəsənət xadimi (2003), Azərbaycanın xalq yazıçısı (2006). "Şöhrət" və "Şərəf" ordenlərinin laureatı. == Həyatı == Mövlud Süleymanlı 1943-cü il mart ayının 18-də Ermənistan SSR-nin Kalinino rayonunun Qızıl Şəfəq kəndində (keçmiş adı "Cücəkənd") doğulmuşdur. Atası Süleyman Məhəmməd oğlu 1942-ci ilin axırlarında İkinci Dünya müharibəsinə getmiş, 1945-ci ilin aprel ayının 23-də Berlin uğrunda döyüşlərdə həlak olmuşdur. Anası Bağdagül Mahmud qızı bədahətən şeirlər demişdir. Mövlud Süleymanlı Qızıl Şəfəq kənd 7 illik məktəbindən sonra qonşu İlməzli kənd orta məktəbinin X sinfini (1960) bitirmişdir. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub, 1967-ci ildə oranı bitirmişdir. Mövlud Süleymanlı 21 fevral 2024-cü il tarixində vəfat edib. Şamaxı rayonunun Kərkənc kəndində dəfn olunub. == Yaradıcılığı == Ədəbiyyata ötən əsrin 70-ci illərində gəlmiş Mövlud Süleymanlı yaradıcılığa lirik şeirlərlə başlamışdır.
Rəsul Süleymanlı
Rəsul Kamil oğlu Süleymanlı (19 yanvar 2002, Zaqatala – 27 sentyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rəsul Süleymanlı 2002-ci il yanvarın 19-da Zaqatala şəhərində anadan olub. 2008-2017-ci illərdə Zaqatala şəhər Humanitar Fənlər Gimnaziyasında təhsil alıb. Subay idi. == Hərbi xidməti == Rəsul Süleymanlı 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edirdi. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Rəsul Süleymanlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər rayonu istiqamətində gedən döyüşlərdə snayperçi kimi iştirak edib. Rəsul Süleymanlı sentyabrın 27-də Tərtər rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Oktyabrın 25-də Zaqatala şəhərində torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəsul Süleymanlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Süleymanlı (Cəbrayıl)
Süleymanlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati-ərazi vahidində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 9 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində azad edilmişdir. == Toponimikası == Süleymanlı Cəbrayıl rayonunun eyniadlı inzibati ərazi vahidində kənddir. Qarabağ silsiləsinin ətəyindədir. Oykonim Süleyman (antrop.) və -li (mənsub. Şək.-si) komponentlərindən düzəlib. Yaşayış məntaqəsi vaxtilə Cənubi Azarbaycandan gəlmiş Süleyman adlı şəxs tərəfindən salındığına görə onun adı ilə adlandırılmışdır. == Əhalisi == === Tanınmış şəxsləri === Şikar Aslanov-Azərbaycan Respublikasının Milli Qəhrəmanı == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Süleymanlı (Miyanə)
Süleymanlı (fars. سليمانلو‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 61 nəfər yaşayır (23 ailə).
Şamil Süleymanlı
Şamil Kamran oğlu Süleymanlı (11 may 1955, Bakı) — Azərbaycan kino aktyoru, televiziya aparıcısı, Azərbaycanın xalq artisti (2016), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən). == Həyatı == Şamil Süleymanov 1955-ci il may ayının 11-də Bakıda anadan olub. M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. "Azərbaycanfilm" kinostudiyasında işləyərək bir çox filmlərdə çəkilib. 29 iyul 2016-cı ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür. 6 may 2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür. == Filmoqrafiya == Baladadaşın ilk məhəbbəti (1974) – Baladadaş Tütək səsi (film, 1975)- Cümrü Bağçada rahat yer (1978)- Qəzənfər Diplom işi (film, 1979)- (Mahmud) Axtaran tapar (film, 1980) Anlamaq istəyirəm (film, 1980) (ikiseriyalı bədii film)-rol: işıqforu təmir edən Qızıl uçurum (film, 1980) Babamızın babasının babası (film, 1981) – Əziz Üzeyir ömrü (film, 1981) — Fərəcov Evlənmək istəyirəm (film, 1983) – Şamil 100 (film, 1985) (qısametrajlı bədii süjet — Mozalan № 100) Bəyin oğurlanması (film, 1985) – Həsən Tələ (film, 1990) 777 №-li iş (film, 1992) (tammetrajlı bədii film) Etiraf (film, 1992) – Adil Yuxu (film, 2001)- Alverçi Salur Qazanın evi talandığı boy (film, 2001) Ərazi (film, 2005) Əlvida, cənub şəhəri (film, 2006) Qızlar (film, 2007) Günaydın, mələyim!
Mübariz Süleymanlı
Mübariz Aslan oğlu Süleymanlı (15 fevral 1962, Qəzli, Sabirabad rayonu) — Azərbaycanlı alim, fəlsəfə elmləri doktoru, professor, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Sosial-mədəni fəaliyyət" kafedrasının müdiri, AAK-ın qeydiyyatında olan "Simurq" kulturoloji jurnalın baş redaktor müavini. == Həyatı == Mübariz Aslan oğlu Süleymanlı 15 fevral 1962-ci ildə Azərbaycanın Sabirabad rayonunun Qəzli kəndində dünyaya göz açmışdır. 13 dekabr 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə "Tərəqqi" medalı ilə təltif edilmişdir. == Təhsili == İbtidai təhsilə 1969-cu ildə başlamış, 1977-ci ildə Qəzli kənd səkkizillik, 1979-cu ildə Quruzma kənd tam orta məktəbini bitirmişdir. 1985-ci ildə Bakı Mədəni-Maarif məktəbini, 1989-cu ildə isə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Mədəni-maarif" fakültəsini fərqlənmə diplomları ilə başa vurmuşdur. == Elmi və pedaqoji fəaliyyəti == Əmək fəaliyyətinə Azərbaycan Dövlət İncəsənət Universitetində 1989-cu ildə laborant kimi başlayan Mübariz Süleymanlı, sonralar müəllim, baş müəllim, dosent və professor vəzifələrinə qədər ucalıb. Hazırda universitetin "Sosial-mədəni fəaliyyət" kafedrasına rəhbərlik edir. O, 2000-ci ildə "M. Ə. Rəsulzadə və Azərbaycan mədəniyyəti" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək sənətşünaslıq ixtisası üzrə elmi dərəcə almışdır. M. Süleymanlı 2001-ci ildən 2009-cu ilə qədər təsisçisi olduğu və AAK-ın qeydiyyatına saldırdığı "Mədəniyyət dünyası" jurnalının baş redaktoru olub. Hazırda AAK-ın qeydiyyatında olan "Simurq" kulturoloji jurnalın baş redaktor müavinidir.
Qəhrəman Süleymanlı

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 3.08 dəfə / 1 mln.
2003 ••••• 1.57
2004 0.34
2005 •••••• 2.02
2006 •••• 1.35
2007 •••••• 1.69
2008 •••• 1.22
2009 ••••• 1.60
2010 •••• 1.09
2011 ••••••• 2.06
2012 •••••••• 2.58
2013 •••••••• 2.48
2014 ••••• 1.37
2015 ••••••••••••••••• 5.61
2016 ••••••••••••• 4.34
2017 ••••••••••••• 4.06
2018 ••••••••••••••••• 5.69
2019 •••••••••••••••••••• 6.68
2020 •••••••••••••••••••• 6.76

Oxşar sözlər

#süleymanlı nədir? #süleymanlı sözünün mənası #süleymanlı nə deməkdir? #süleymanlı sözünün izahı #süleymanlı sözünün yazılışı #süleymanlı necə yazılır? #süleymanlı sözünün düzgün yazılışı #süleymanlı leksik mənası #süleymanlı sözünün sinonimi #süleymanlı sözünün yaxın mənalı sözlər #süleymanlı sözünün əks mənası #süleymanlı sözünün etimologiyası #süleymanlı sözünün orfoqrafiyası #süleymanlı rusca #süleymanlı inglisça #süleymanlı fransızca #süleymanlı sözünün istifadəsi #sözlük