Məzahir Süleymanov
Məzahir Həbulla oğlu Süleymanov (28 yanvar 1944, Məmmədqasımlı, Zərdab rayonu) — Xalq Artisti
Məzahir Sülyemanov 28 yanvar 1944-cü ildə Zərdab rayonunun Məmmədqasımlı kəndində anadan olub. M. A. Əliyev adına İncəsənət institutunun "Dram və kino aktyoru" fakültəsini bitirdikdən sonra, 1972-ci ilin noyabr ayından H. Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram teatrında işləyir.
M. Süleymanov işlədiyi müddətdə 100-dən artıq müxtəlif xarakterli obrazlar oynayıb. Fransız dramaturqu C. B. Molyerin "Skapenin kələkləri" tamaşasında Oktav, Eston dramaturqu E. Rannetin "Azmış oğul" tamaşasında Lembin, gürcü dramturqu M. Beradzenin "Gecikən sərnişinlər üçün iki bilet" tamaşasında Bidzina, rus dramaturqu Qoqolun "Müfəttiş" komediyasında Podkolyosin, M. Lermantovun "Maskarad" tamaşasında Naməlum adam, Rumin dramaturqu Karacalenin "İtirilmiş məktub" tamaşasında Taraxanake, tatar dramaturqu A. Abdulinin "13-cü sədr" tamaşasında Prokuror, türk dramaturqu N. Hikmətin "Demoklisin qılıncı" tamaşasında Arxitektor, "Bayramın birinci günü" tamaşasında Vəli əfəndi və s. göstərmək olar.
C. Cabbarlının "Solğun çiçəklər" əsərinin tamaşasında Axund, "Oqtay Eloğlu" tamaşasında Aslan bəy, "Vəfalı Səriyyə" tamaşasında Rüstəm, Ü. Hacıbəyovun "Arşın mal alan" tamaşasında Soltan bəy, C. Məmmədquluzadənin "Ölülər" tamaşasında Hacı Həsən, M. F. Axundovun "Müsyo Jordan və Dərviş Məstəli şah" tamaşasında Müsyo Jordan, S. S. Axundovun "Tamahkar" tamaşasında İmran, H. Nəzərlinin "Ayıl, bax bu dünyaya" tamaşasında Abbas Səhət, H. Cavidin "Afət" tamaşasında Qaplan, A. Şaiqin "Bir saatlıq xəlifə" tamaşasında Harun Ər Rəşid, Ə. Haqverdiyevin "Kimdir müqəssir" tamaşasında Qasım bəy və s. obrazlarını canlandırıb.
Müasir dramaturgiyadan Anarın "Adamın adamı" tamaşasında Tərs Tahir, R. İbrahimbəyovun "Park" tamaşasında Dost, V. Səmədoğlunun "Bəxt üzüyü" tamaşasında Tanrıbəy, M. Sülyemanlının "Dəyirman" tamaşasında Sarı Qasım, G. Xuqayevin "Varlı ev" tamaşasında Beçir, "Qocaların məhəbbəti" tamaşasında Qadutsa, Ç. Aytmatovun "Əsrə bərabər gün" tamaşasında Tansıkbayev, S. Başbəyovun "Dəmir qadın" tamaşasında Alimcan, Şamo Arifin "Qınamayın məni" tamaşasında Həbib, T. Vəliyevanın "Mənim ağ göyərçinim" tamaşasında Əli Əmirli və s.göstərmək olar.
M. Sülyemanov G. Xuqayevin "Bir köpək vardı" və "Ailə" əsərlərinin tamaşalarında Çoban və Jorci, Ç. Aytmatovun "Ümid sahili" əsərinin tamaşasında Orqan baba, N. Hikmətin "Bayramın birinci günü" tamaşasında Vəli Əfəndi, Yudcin Onilin "Qarağaclar altında məhəbbət" tamaşasında Kebolt, A. Babayevin "Xilaskar" əsərində Filosof-deputat kimi rolları özünəməxsus sənətkarlıqla yaratmışdı.
Mənim ağ şəhərim (film, 1993)
Ağ dünya (film, 1995)
Yük (film, 1995)
Fatehlərin divanı
Bəsdir, ağlama!