süpürgə sözü azərbaycan dilində

süpürgə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • süpürgə • 86.8966%
  • Süpürgə • 11.7241%
  • SÜPÜRGƏ • 1.3793%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Süpürgə
Süpürgə qədim zamanlardan vardır.Onunla daha cox evi təmizləyirlər.Yalnız evi yox həyətidə təmizləmək üçün həyət süpügəsidə vardır.İndi müasir dövrdə tozsorandan istifadə olunur.
Birillik süpürgəgülü
Birillik süpürgəgülü (lat. Xeranthemum annuum) — mürəkkəbçiçəklilər fəsiləsinin süpürgəgülü cinsinə aid bitki növü.
Hisar-i Süpürgən (Urmiya)
Hisar-i Süpürgən (fars. حصارسپورغان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 141 nəfər yaşayır (45 ailə).
Qışlaq-i Süpürgəli (Miyanə)
Qışlaq-i Süpürgəli (fars. قشلاق سوپورگلي‎‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 97 nəfər yaşayır (23 ailə).
Süpürgəgülü
Süpürgəgülü (lat. Xeranthemum) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Xeranthemum annuum L. Xeranthemum cylindraceum Sm. Xeranthemum cylindricum Spreng. Xeranthemum inapertum (L.) Mill. Xeranthemum longepapposum Fisch. & C.A.Mey. Xeranthemum squarrosum Boiss.
Süpürgən (Urmiya)
Süpürgən (fars. سپورغان‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 243 nəfər yaşayır (71 ailə).
Süpürgəvari androqrafis
Süpürgəvari androqrafis (lat. Andrographis paniculata) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin akantkimilər fəsiləsinin androqrafis cinsinə aid bitki növü.
Süpürgəvari ağəsmə
Süpürgəvari ağəsmə (lat. Clematis paniculata) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü. == Təbii yayılması == Bitki Yaponiyada və Koreyada təbii halda yayılmışdır. Sankt-Peterburqda, Cənubi Pribaltikada, Kalininqrad vilayətində, Belarusiyada, Ukraynada, Qafqazda və Orta Asiyada mədəni şəraitdə becərilir. == Botaniki təsviri == Uzunluğu 10 m-dək olan, yarpağı tökülən lianadır. Uzunluğu 3-10 sm olan yarpaqları 3-5 yumurtavari yarpaqcıqlı olub, çılpaq və ya alt tərəfi tükcüklü, damarcıqlıdır. Ağ, ətirli çiçəklərinin diametri təxminən 3 sm olan çoxçiçəkli süpürgələrə yığılmışdır. Süpürgəvari ağəsmənin uzunsov kasayarpaqları üstdən çılpaqdır. Toxumcaları haşiyəli, bir az tükcüklü, uzun lələkvari tükcüklü, çıxıntılıdır. Süpürgəvari ağəsmə iyuldan oktyabradək davam edən bol və gec çiçəkləməsi ilə çox effektlidir.
Süpürgəvari hortenziya
Süpürgəvari hortenziya (lat. Hydrangea paniculata) — hortenziyakimilər fəsiləsinin hortenziya cinsinə aid bitki növü. == Təbii yayılması == Uzaq Şərq, Çin, Koreyada yayılmışdır. == Botaniki təsviri == Kolun hündürlüyü 2 m olub, sıx budaqlara malikdir. Cavan kolların qabığı qırmızımtıl, qəhvəyi, sonradan boz və ya bozumtul-qonur olub, soyulandır. Yarpaqları uzunsov-ellips formalı, 3-6 sm uzunluqda, xırda mişardişlidir. Üst tərəfdən səpələnmiş ulduzvari tüklərə malik, alt tərəfdən isə çılpaqdır. Saplaqları 2-6 mm uzunluqdadır. Çiçək qrupu seyrək, süpürgə şəklindədir. Çiçəkləri ağ, 1,5 sm diametrindədir.
Süpürgəvari çoğan
Süpürgəvari çoğan (lat. Gypsophila paniculata) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin çoğan cinsinə aid bitki növü.
Süpürgəvarı qaratərə
Süpürgəyarpaq banksiya
Süpürgəyarpaq banksiya (lat. Banksia ericifolia) – proteyakimilər fəsiləsinin banksiya cinsinə aid bitki növü. == Yarımnövləri == Banksia ericifolia subsp. ericifolia Banksia ericifolia subsp.
Zübeydə Süpürgəçi
Zübeydə Süpürgəçi (türk. Zübeyde Süpürgeci) — 100, 400 və 800 metr məsafələrə qaçışlarda çıxış edən Türkiyə paralimpiya atleti (T54 sinif - əlil arabasında). O, həmçinin T53/T54 sinfində 4x400m estafet yarışlarında yarışır. == Erkən illər == Zübeydə Süpergəçi 20 iyul 1993-cü ildə anadan olub. O, anadan olduğu gündən əlildir, 16 yaşına kimi çölə çıxmaq həvəsi belə olmayıb. Bağcılar Bələdiyyəsindəki Əlillər Sarayını ziyarət edərkən, yeni həyata başlamaq üçün motivasiya olur. Onun kiçik qardaşı Muhamməd də anadangəlmə əlil idi. == İdman karyerası == Süpürgəçi 2011-ci ildə Paralimpiya idmanlarında iştirak etməyə başlayıb. İdman karyerasına Ömər Kantainin rəhbərliyi altında başlamışdır. 2012-ci ildə İstanbulda Paralimpiya Klubuna qoşulub.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.28 dəfə / 1 mln.
2004 ••••••• 0.34
2006 ••••• 0.23
2007 ••••• 0.21
2008 ••••• 0.24
2009 ••••••••••••• 0.64
2010 ••••••••••• 0.54
2011 •••••• 0.26
2012 •••••• 0.26
2013 •••••••••••••••••••• 1.02
2014 ••••••• 0.34
2016 •••• 0.17
2017 •••• 0.16
2019 ••• 0.14

süpürgə sözünün leksik mənası və izahı

  • 1 is. Süpürmək üçün topa halında bağlanmış nazik çubuqlardan, ya budaqcıqlardan ibarət alət. Narın süpürgə. Şax süpürgə. Çubuq süpürgə. – Səfər əlində süpürgə daxil olur. C.Cabbarlı. Dalandar əlindəki süpürgəni divara söykədi. M.Hüseyn. ◊ Süpürgə çəkmək – yığıb-yığışdırmaq, aparmaq, hər nə var götürüb aparmaq. Oğrular evə süpürgə çəkdilər. – [Əminə Allahquluya:] O gördüyün zirzəmiyə elə bil süpürgə çəkilib. Ə.Əbülhəsən.

    Azərbaycan dilinin izahlı lüğəti / süpürgə

süpürgə sözünün etimologiyası

  • 1 Bəzi türk dillərində (məsələn, qaqauz dilində) sıbıdılma (отбросы), sıbıt­ma (выбрасывать) sözləri var. Süpürgə onların zəminində əmələ gəlib, tullantıları silmək, atmaq, kənarlaşdırmaq vasitəsidir. Silmək, sıyırmaq və süpürmək kökdaş sözlərdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / süpürgə

süpürgə sözünün sinonimləri (yaxın mənalı sözlər)

süpürgə sözünün rus dilinə tərcüməsi

  • 1 веник, метелка, метла

    Azərbaycanca-rusca lüğət / süpürgə
  • 2 I сущ. 1. метла (предмет хозяйственного обихода для подметания чего-л. в виде связки прутьев на длинной ручке). Süpürgə ilə süpürmək подметать метлой 2. веник (связка прутьев или веток с листьями для подметания полов). Qamış süpürgə тростниковый веник 3. бот. метёлка (соцветие у некоторых растений, по форме напоминающее метлу). Qarğıdalı süpürgəsi кукурузная метёлка (кукурузный султан) II прил. метёлочный, метельный. Süpürgə çubuqları метельные прутья ◊ süpürgə bağlamaq kimə представить, показать кого-л. в невыгодном (ложном) свете; пустить о к ом позорную сплетню; süpürgə çəkmək обчистить, обокрасть, обобрать (отнять всё имущество, деньги и т.п.), ограбить дочиста; забрать, взять всё без остатка, ничего не оставив; выгрести под метёлку. Taxıla süpürgə çəkiblər выгребли всё зерно под метёлку, oğrular evə süpürgə çəkiblər воры обчистили дом

    Azərbaycanca-rusca lüğət / süpürgə

süpürgə sözünün inglis dilinə tərcüməsi

  • 1 i. broom; Təzə süpürgə təmiz süpürür at. söz.A new broom sweeps clean; ~ çəkmək bax 1) süpürmək; 2) məc. to take* / to rob everything; to eat* everything up

    Azərbaycanca-ingiliscə lüğət / süpürgə

süpürgə sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. ккул; narın (yumşaq) süpürgə псид ккул; çubuq süpürgə тӀваларин (къакарин) ккул; ** süpürgə çəkmək ккул элягъун, ккул алтадун, авай-авачир вири кӀватӀна тухун, са затӀни тун тавун (мес. угърийри).

    Azərbaycanca-ləzgicə lüğəti / süpürgə

süpürgə sözünün türk dilinə tərcüməsi

süpürgə sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Zəngibasar) kötücədən sonrakı övlad. – Kötücəyi görüfsən, inşallah, süpürgəyi də görəcəx’sən

Azərbaycan dilinin dialektoloji lüğəti.

"süpürgə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#süpürgə nədir? #süpürgə sözünün mənası #süpürgə nə deməkdir? #süpürgə sözünün izahı #süpürgə sözünün yazılışı #süpürgə necə yazılır? #süpürgə sözünün düzgün yazılışı #süpürgə leksik mənası #süpürgə sözünün sinonimi #süpürgə sözünün yaxın mənalı sözlər #süpürgə sözünün əks mənası #süpürgə sözünün etimologiyası #süpürgə sözünün orfoqrafiyası #süpürgə rusca #süpürgə inglisça #süpürgə fransızca #süpürgə sözünün istifadəsi #sözlük