Süveyş sözü azərbaycan dilində

Süveyş

Yazılış

  • Süveyş • 99.4286%
  • süveyş • 0.5714%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Süveyş
Süveyş (ərəb. السويس‎) — Misirdə şəhər, eyniadlı mühafəzənin inzibati mərkəzi. Əhalisi təxminən 485.342 nəfərdir (2006).
Süveyş Kanalı
Süveyş kanalı (ərəb. قناة السويس‎) — Misirdə, Süveyş bərzəxi vasitəsilə Aralıq dənizi ilə Qırmızı dənizi bir-birinə bağlayan və Asiyanı Afrikadan ayıran süni su kanalı. 1858-ci ildə Ferdinand de Lesseps tərəfindən qurulan Suez Canal Company tərəfindən 1859-1869-cu illər arasında inşa edilmişdir. Kanalın açılışı 17 noyabr 1869-cu ildə olmuşdur. Uzunluğu 193,30 km (120,11 mil) olan kanal Avropa ilə Asiya arasında əsas ticarət yoludur.
Süveyş böhranı
Süveyş böhranı (Süveyş muharibəsi, Sinay muharibəsi, ikinci İsrail-ərəb muharibəsi; ivr. ‏מבצע קדש‏‎) — 1956-cı il oktyabrından 1957-ci ilin martınadək baş verən beynəlxalq münaqişə. Səbəb Süveyş kanalının adminstrasiyasının səlahiyyətlərinin ilə bağlı fikir ayrılığı idi. Ziddiyyətlərin kəskinləşməsi Böyük Britaniya, Fransa və İsrailin Misir əleyhinə hərbi əməliyyatlarının başlanması ilə nəticələndi. Münaqişə SSRİ, ABŞ və BMT-nin səyləri nəricəsində dayandı. Tərəflər öz əvvəlki mövqelərinə qayıtsalar da, hərbi məğlubiyyətə uğrayan tərəf Misir oldu. Arnstein, Walter L. Britain Yesterday and Today: 1830 to the Present. Boston: Houghton Mifflin. 2001. ISBN 978-061800-104-0.
Süveyş bərzəxi
Süveyş bərxəxi Asiya qitəsinin ərazisinə daxil olan Sinay yarımadasını Afrika qitəsi ilə birləşdirir. Öz növbəsində şimaldan Aralıq dənizini, cənubdan Qırmızı dənizdən ayırır. İki dəniz arasında ən qısa məsafə 116 km təşkil edir. Bərzəx əsasən qumlu və daşlı səhradan ibarət olduğundan demək olar ki, bitki örtüyündən məhrumdur. Ərazi əsasən duzlu sulara və Misirin ən böyük göllərindən olan Böyük Qor gölü onun ərazisində yerləşir. Bu da onunla əlaqədardır ki, bərzəx ərazisində çay formalaşa bilmir. Bərzəx üzərində 1869-cu ildə Böyük Britaniya İmperiyasının maliyyə dəstəyi sayəsində Süveyş kanalı tikilmişdir. Kanalın əhəmiyyəti ondadırki, 1000 km-lərlə məsafəni qısaldaraq, üstəlik vaxt itkisinə yol vermədən Hind okeanınında olan yükləri Aralıq dənizinə catdırmağa imkan verir. İran körfəzi ölkələrinin tankerlərlə ixrac etdiyi neft ərazidən daşınsada Supertankerlər kanalın dayazlığı səbəbindən ərazidən keçə bilmir. Bu səbəbdən kanalın dərinləşdirilməsi planlaşdırılır.
Süveyş körfəzi
Süveyş körfəzi- (ərəb. خليج السويس‎; formerly بحر القلزم, baḥar al-qulzum,) Qırmızı dənizin şimal hissəsində Sinay yarımadasının qərb hissəsində yerləşir. Körfəz 26 milyon il əvvəl meydana gəlib. Körfəz Afrika və Asiya qitələri arasında yerləşir və Misir dövlətinə aiddir. Cənubdan şimala doğru 280 km uzanır.
Süveyş kanalı stadionu
Süveyş kanalı stadionu (ərəb. ملعب قناة السويس‎) — Misirin İsmailiyə şəhərində stadion. Tamaşaçı tutumu 10,000 nəfərdir. "Olimpik əl-Qanah" komandası ev oyunlarını burada keçirir.
Yeni Süveyş kanalı
Yeni Süveyş kanalı (ərəb. قناة السويس الجديدة‎‎) — Süveyş kanalının yeni xətti. Yeni kanal əvvəlki xəttin yüklənməsi səbəbindən inşa edilib. Onun uzunluğu 72 kilometr, eni 24 metr təşkil edəcək. Yeni Süveyş kanalının Misir büdcəsinə ildə 13 milyard dollar gətirəcəyi planlaşdırılır. Süveyş kanalının yeni xəttinin açılış mərasiminin keçirilməsi 2015-ci il avqustun 6-na planlaşdırılır.
2021 Süveyş kanalının tıxanması
Süveyş kanalı 2021 il mart ayında 6 gün müddətində bağlanmışdır. Buna səbəb Ever Given gəmisinin təsadüfən saya oturması olmuşdur. İlkin səbəb kimi güclü küləyin olması göstərilmişdir. Burun tərəfi kanalın şərq sahilinə ilişmiş, davam edən inersiya ilə də gəminin arxa tərəfi kanalın qərb sahilinə tərəf hərəkət edərək, kanalı tamamilə bağlamışdır. Misir hökuməti səbəb olaraq həmçinin bəzi texniki səhvlərin və heyət tərəfindən səhvlərin buraxılmasını da istisna etmirdi. Qəzanın aradan qaldılırması üçün, Süveyş kanalının rəhbərliyi tərəfindən Boskalis şirkəti cəlb olunmuşdur. == Zəmin == 1869 ildə açılan Süveyş kanalı Aralıq dənizi ilə Qırmızı dənizi birləşdirən vacib ticarət yollarında biridir və 2021 il üçün oradan gündə 50 yaxın gəmi keçir ki, bu da dünya ticarətinin ümumi həcminin 12% təşkil edir. Getdikcə artan gəmilərin sayı və bunun müqabilində kifayət qədər geniş olmayan kanal, artıq uzun müddət idi ki gəmilərin bəzi yerlərindən hətta növbə ilə keçməsini şərtləndirmişdir. Kanalın genişləndirmə layihəsi realizasiya mərhələsində olmasına baxmayaraq, kanalın böyük bir hissəsi hələ də birtərəfli olaraq qalır. İrlandiya Milli dəniz kollecinin müəllimi və keçmiş kapitanı Bil Kavana, Süveyş kanalında üzməni «yüksək riskli çox mürəkkəb əməliyyat» kimi təsvir etmişdi.
Süveyş kanalı üzərində elektrik xətti
Süveyş kanalı üzərində elektrik xətti — 1998-ci ildə Misirin Süveyş şəhərində tikilmiş və Süveyş kanalının üstündən keçən elektrik xətti. İki 500 kilovoltluq xətdən ibarətdir. Naviqasiya üçün təhlükəsizlik tələblərinə görə, naqillər 150 metr yüksəklikdə yerləşdirilməli olduğundan, xətt kanalın sahilində yerləşən 221 metr yüksəklikdəki iki dirəyə asılıb. Dirəklərin hər birində dörd asqı var: 3-ü keçiricilər üçün, biri isə izolyatorların məhv olması halında keçiriciləri saxlamaq üçün. Elektrik xətti Əhməd Həmdi tuneli (1981-ci ildə tamamlanıb), Əl-Fərdan dəmiryol körpüsü və avtomobil körpüsü (2001-ci ildə tamamlanıb) ilə birlikdə Süveyş kanalının ətrafındakı ərazilərin inkişafına mühüm töhfə verən layihələrdən biridir. Qovşaq STFA Enerkom-Siemens Konsorsiumu tərəfindən inşa edilmişdir.

Oxşar sözlər

#süveyş nədir? #süveyş sözünün mənası #süveyş nə deməkdir? #süveyş sözünün izahı #süveyş sözünün yazılışı #süveyş necə yazılır? #süveyş sözünün düzgün yazılışı #süveyş leksik mənası #süveyş sözünün sinonimi #süveyş sözünün yaxın mənalı sözlər #süveyş sözünün əks mənası #süveyş sözünün etimologiyası #süveyş sözünün orfoqrafiyası #süveyş rusca #süveyş inglisça #süveyş fransızca #süveyş sözünün istifadəsi #sözlük