* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Sığınılacaq yer, daldalanmağa yarar yer; daldanacaq; sığıncaq. Partizanlar … özlərinə sığınacaq bir yer düzəltdilər. M.Hüseyn. [Ana] ətrafına baxınır, gözləri daldalanmaq üçün bir bucaq, sığınaq axtarır. Ə.Məmmədxanlı. Nəriman zirzəminin sığınacaq olduğunu görüb sevindi. Mir Cəlal. // xüs. Bombadan, mərmidən, güllədən və ya zəhərləyici maddələrdən qorunmaq üçün xüsusi surətdə düzəldilib təchiz edilmiş yer, bina və s. Bomba sığınağı.
Azərbaycan dilinin izahlı lüğəti / sığınacaq1 Bu söz sığ (sıx) kəlməsi ilə qohumdur, “sığınmaq üçün yer” anlamını verir. Sığınc mənbələrdə ruscaya “сжатие” kimi tərcümə olunub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / sığınacaq1 SIĞINACAQ [Turab:] Orada mənim bir dostum var, sənə öz yanında sığınacaq verər... (H.Abbaszadə); DALDA Mahmud: Bəy də beş-on nökərləri ilə daldaya girib camaatla atışır (Ə.Haqverdiyev); DALDALANACAQ O özünü ora-bura vuraraq daldalanacaq axtararkən sel onu sürətlə irəli apardı (Y.Şirvan); SIĞINCAQ .Sığıncaq axtarıb boz sərçələr də; Baharın nəfəsi qönçələrdədir (M.Rahim); SIĞNAQ Sığnaqlara qoşun göndərib, asıb-kəsmək əmri vermək istədi (Çəmənzəminli).
Azərbaycan dilinin sinonimlər lüğəti / sığınacaq1 сущ. 1. пристанище, прибежище (место, где можно укрыться от чего-л., отдохнуть, провести или прожить некоторое время). Burada sığınacaq tapdıq мы здесь нашли пристанище 2. приют. Sığınacaqsız qaldıq (мы) остались без приюта 3. убежище: 1) место, где можно скрыться от кого-л., чего-л. Siyasi sığınacaq политическое убежище, sığınacaq hüququ право убежища, sığınacaq vermək предоставить убежище 2) воен. специально оборудованное сооружение, укрытие для защиты личного состава войск и гражданского населения от воздействия оружия массового поражения. Atom silahı əleyhinə sığınacaq противоатомное убежище, çalatipli sığınacaq убежище котлованного типа, kipləşdirilmiş sığınacaq герметизированное убежище 4. укрытие (место или сооружение, которое укрывает, защищает от кого-л., чего-л.). Yeraltı sığınacaq подземное укрытие, müvəqqəti sığınacaq временное укрытие
Azərbaycanca-rusca lüğət / sığınacaq1 i. 1. refuge, asylum, shelter; sanctuary; ~ axtarmaq to seek* refuge / asylum; ~ vermək to grant* asylum; ~ tapmaq to take* refuge (in); gizli ~ place of concealment; hide-out; siyasi ~ political asylum; 2. hərb. shelter; (yeraltı) dug-out
Azərbaycanca-ingiliscə lüğət / sığınacaq