Səfiyar sözü azərbaycan dilində

Səfiyar

Yazılış

  • Səfiyar • 98.6486%
  • səfiyar • 1.3514%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Aşıq Səfiyar
Aşıq Səfiyar (tam adı. Hüseynоv Səfiyаr Pаşа оğlu; 1920, Daşkənd – sentyabr 1943) – ifaçı aşıq. == Həyatı == Hüseynоv Səfiyаr Pаşа оğlu 1920-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində dоğulmuşdur. O, gənc olmasına baxmayaraq qısa bir müddətdə nəinki Dаşkənddə və eləcə də Göyçə mahalında ustаd аşıqlаrdаn biri kimi tanınmışdır. 1938-ci ildə İrəvan Aşıqlar Qurultayında fəal iştirak etmişdir. Festivalda II yeri tutmuş, döş nişanı ilə təltif edilmişdir. 1941-ci ildə Böyük Vətən Müharibəsi başladı. Aşıq Səfiyar 20 yanvar 1942-ci il tarixdə Bаsаrkeçər RHK-dаn оrduyа çаğırılmışdır. Sıravi əsgər Hüseynоv Səfiyаr Pаşа оğlu 1943-cü ilin sentyabr ayında itkin düşmüşdür. == Ailəsi == Aşıq Səfiyar ailəli idi.
Səfiyar Behbudov
Səfiyar Behbudov (18 iyun 1967, Mollalı, Bərdə rayonu – 21 mart 1992, Ağdam) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == 1967-ci il iyunun 18-də Bərdə rayonunun Mollalı kəndində anadan olmuşdur. 1984-cü ildə 6 saylı Bərdə şəhər orta məktəbini bitirdikdən sonra Sovet ordusu sıralarına hərbi xidmətə çağırılmışdır. Ordudan tərxis olunduqdan sonra zabitlik kursunu kiçik leytenant rütbəsi ilə bitirən Səfiyar, 1988-ci il Milli Azadlıq Hərəkatının fəal iştirakçılarından olmuşdur. O, Bərdədə "Soy" Demokratik Gənclər Təşkilatını yaradaraq gəncləri öz ətrafında toplamışdır. Xocalı soyqırımından bir həftə sonra o, tərəddüd etmədən Bərdə özünümüdafiə batalyonuna daxil olmuşdur. Bölmə komandiri təyin edilən Səfiyar Tərtər bölgəsində bir neçə uğurlu əməliyyat keçirdikdən sonra, onun bölməsini Ağdam istiqamətində gedən döyüşlərdə vuruşmağa göndərmişdilər. == Hərbi fəaliyyəti == 1992-ci il mart ayının 11-ində qəflətən həyəcan siqnalı verilir. Erməni faşistləri Əsgəran yaxınlığındakı postumuza hücum edərək oranı mühasirəyə alırlar. Öz PDM-i ilə döyüşə atılan Səfiyar tapşırığı uğurla yerinə yetirərək düşmənin müqavimətini qırır və mühasirədə olan döyüşçülərimizi xilas etdikdən sonra Əsgərana doğru irəliləyir.
Səfiyar Musayev
Səfyar Səfyar Bəylər oğlu Musayev 17 iyun 1935, Nərimanlı, Basarkeçər rayonu – 6 yanvar 1999, Bakı) — Azərbaycan Respublikasının Milli Məclisi I çağırış deputatı, tarix elmləri doktoru, professor, 91-lərdən biri. == Həyatı == Səfyar Musayev 1935-ci il iyulun 17-də Basarkeçər rayonunun Nərimanlı (Hüseynqulu Ağalı) kəndində doğulub. Səfyar Musayev 1953-cü ildə orta məktəbi qızıl medalla bitirdikdən sonra Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuş və 1958-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə başa çatdırmışdır. Səfyar Musayev 1962-ci ildə Bakı Dövlət Universitetinin aspiranturasına gətirib çıxarmış, 1965-ci ildə tarix elmləri namizədi, 1980-ci ildə tarix elmləri doktoru alimlik dərəcəsinə, 1981-ci ildə isə professor adına layiq görülmüşdür. 1986-cı ildə BDU-nun Humanitar fakültələr üzrə siyasi tarix kafedrasının müdiri seçilmiş və vəfat edənədək vəzifədə çalışmışdır. Səfiyar Musayev 400-dən çox elmi əsərin, o cümlədən 6 monoqrafiya və 10 kitabın müəllifidir. 1991-ci ildə respublikada ilk dəfə olaraq ali məktəb tələbələri üçün Səfyar Musayevin müəllifi olduğu "Siyasi tarix" dərsliyi çap edilmişdir. == Siyasi fəaliyyəti == Səfyar Musayev 1992-ci il oktyabrın 16-da "Səs" qəzetində dərc etdirdiyi "Mən niyə əliyevçiyəm" məqaləsində Heydər Əliyevin hakimiyyətə gəlməsini dəstəkləmə səbəblərini açıqlamışdır. Həmin illərdə Səfyar Musayev, Murtuz Ələsgərov və Əli Əhmədovun rəhbərliyi ilə Bakı Dövlət Universitetinin Humanitar fakültələr üzrə siyasi tarix kafedrasında "Heydər Əliyevin müdafiəsi mərkəzi" yaradılmış və Heydər Əliyevin sədrliyi ilə Azərbaycanda yeni bir partiya təsis edilməsi ideyası ortaya çıxmışdı. Yeni Azərbaycan Partiyası 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində təsis edildikdən sonra Səfyar Musayevin rəhbərliyi ilə Azərbaycanda birinci olaraq çalışdığı kafedrada 17 nəfərin iştirakı ilə YAP-ın ilk təşkilatı yaradıldı.
Səfiyar Məmmədov
Səfiyar Elşən oğlu Məmmədov (1 yanvar 2002; Qızılhacılı, Goranboy rayonu, Azərbaycan — 15 sentyabr 2022; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri. 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin Kəlbəcər rayonu istiqamətində, Azərbaycan-Ermənistan sərhədində Azərbaycan Ordusuna qarşı törətdiyi təxribat nəticəsində şəhid olmuşdur. == Həyatı == Səfiyar Məmmədov 1 yanvar 2002-ci ildə Goranboy rayonunun Qızılhacılı qəsəbəsində anadan olmuşdur. 2008–2019-cu illərdə Goranboy rayon İnternat Məktəbində orta təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Səfiyar Məmmədov 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Səfiyar Məmmədov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səfiyar Məmmədov "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Səfiyar Məmmədov "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Müharibə başa çatdıqdan sonra bir müddət hərbi xidmətini davam etdirmiş, sonra isə hərbi xidmətini başa vurmuşdur.
Səfiyar Əliyev
Səfiyar Əliyev (1 may 1942, Sisian rayonu – avqust 1997, Bakı) −kimyaçı alim, AMEA−nın Ə.M. Quliyev adına Aşqarlar Kimyası İnstitutunun böyük elmi işçisi, kimya elmlər doktoru. == Həyatı == Əliyev Səfiyar 1942-ci ildə Ermənistan SSR Sisiyan rayonunun Dəstəgird kəndində anadan olmuşdur. 1949-cu ildə Dəstəgird orta məktəbə daxil olub, oranı 1959-cu ildə bitirib. Həmin il Bakı Dövlət Universitetinin kimya fakultəsinə daxil оlub.O, Universiteti bitirdikdən sonra, 1965-ci Ildə Azərbaycan SSR Aşqarlar Kimyası İnstitutunun aspiranturasına daxil olub. 1968-ci ildən EA AKİ-də mühəndis, kiçik və böyük elmi işçi vəzifələrində işləmişdir. 1987–97-ci illərdə "Antimikrob aşqarlarının sintezi" laboratoriyasına rəhbərlik etmişdir. 1969-cu ildə kimya elmləri namizədi alimlik dərəcəsini almaq üçün "Ditiofenol törəmələrinin kükürd əvəzləyicilərin sintezi və tədqiqi" mövzusunda namizədlik, 1991-ci ildə isə "Tərkibində azot və kükürdsaxlayan birləşmələrin sintezi və onların yağlara və soyuducu-yağlayıcı mayelərə əlavə kimi tədqiqi" mövzusunda doktorluq dissertasiyasını "Neft-kimyası" ixtisası üzrə müdafiə etmişdir.Onun rəhbərliyi ilə 2 elmlər namizədi yetişmişdir. S.Əliyev uzun sürən xəstəlikdən sonra 1997-ci ilin avqustunda vəfat etmişdir. == Elmi fəaliyyət == S.Əliyev üzvi və neft kimyası sahəsində ixtisaslaşmışdır. Onun əsas elmi-tədqiqat işləri tərkibində kükürd və azotsaxlayan üzvi birləşmələrin sintezi, onların sürtkü yağlarına, yanacaqlara və eləcədə soyuducu yağlayıcı mayelərə aşqar kimi tətbiqinə həsr edilmişdir.
Davud Səfiyarov
Davud Səfiyarov - Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndəsi. == Haqqında == Davud Səfiyarov 1875-ci ildə Bakı şəhərində yoxsul bir ailədə anadan olmuşdur. Atasını erkən itirən Davud anasının himayəsi altında böyümüşdür. Bakıda ağır ehtiyac içərisində yaşayan ailə 1884-cü ildə Şamaxıya köçdü. Burada mədrəsədə oxuyan Davud bir neçə il ərzində türk və fars dillərini mükəmməl öyrəndi. Davud Səfiyarov xanəndə kimi ilk dəfə Şamaxıda Mahmud ağanın məclislərində çıxış etmişdir. 1896-cı ildə Mahmud ağa vəfat etdikdən sonra Davud Bakıya köçdü. Burada Cabbar Qaryağdı oğlu ilə yaxından tanış oldu. 1905-1915-ci illər ərzində Bakıda verilən teatr tamaşalarının fasilələrində və "Şərq konsertləri"ndə Azərbaycan xanəndələri ilə birlikdə Davud Səfiyarov da çıxış etmişdi. 1912-ci ildə Davud Səfiyarov məşhur Azərbaycan müğənniləri - Keçəçi Məhəmməd, Cabbar Qaryağdı oğlu, Məşədi Məmməd Fərzəliyev ilə birlikdə səsini vala yazdırmaq üçün "Sport-Rekord" şirkəti tərəfindən Varşava şəhərinə dəvət edilir.
Fəridə Səfiyarzadə
Fəridə Səfiyarzadə (d. 7 may 2004; Bakı, Azərbaycan) — Azərbaycanlı bədii gimnast. == Həyatı == Fəridə Səfiyarzadə 2004-cü il 7 mayda anadan olub. 9 yaşından idman ilə məşğul olur. == Karyerası == Fəridə Səfiyarzadə 2012-ci ildən etibarən bədii gimnastika ilə məşğul olur. Fəridə Səfiyarzadə beynəlxalq səviyyədə birinci uğurunu 2015-ci ildə qazandı. Fəridə Səfiyarzadə, Bolqarıstanın Plovdiv şəhərində baş tutan yarışda, qızıl medala layiq görüldü. Fəridə Səfiyarzadə 2018-ci ilin 15-16 noyabrında İsrailin Ramat-Qan şəhərində baş tutan "Venera Cup" beynəlxalq turnirində mübarizə aparadı.[3] Fəridə Səfiyarzadə, Ləman Əlimuradova, Mədinə Əsədova, Milana Əsgərova, Nəzrin Cəfərzadə və Selcan Hacızadədən ibarət qrup ümumi nəticədə 16.000 balla beynəlxalq turnirin qızıl medallarına sahib olub.[3] 2019-cu il: Gənclər arasında birinci uğurlar Fəridə Səfiyarzadə, Ləman Əlimuradova, Mədinə Əsədova, Milana Əsgərova, Nəzrin Cəfərzadə və Selcan Hacızadədənibarət qrup növbəti uğuruna 2019-cu ilin 5-8 aprelində PolşanınVarşava şəhərində baş tutan "Irina Cup" beynəlxalq turnirində imza atdı. Bütün rəqiblərindən üstün olan qrup turnirin qalibi oldu. Daha sonra Fəridə Səfiyarzadə, Ləman Əlimuradova, Mədinə Əsədova, Milana Əsgərova, Nəzrin Cəfərzadə və Selcan Hacızadədən ibarət qrup 2019-cu ilin 20-22 aprelində baş tutan gənclər arasında "Azerbaijan Gymnastics Federation Trophy" beynəlxalq turnirində mübarizə apardı.
Səfiyarxan (Sayınqala)
Səfiyarxan (fars. صفيارخان‎) - İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 176 nəfər yaşayır (31 ailə).

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.27 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 3.43
2003 ••• 0.39
2004 •• 0.34
2006 ••• 0.45
2007 •• 0.21
2008 •• 0.24
2010 0.09
2011 •••• 0.51
2012 ••• 0.43
2013 0.15
2014 ••• 0.34
2016 •• 0.17
2017 0.16
2019 0.14
2020 ••••• 0.80

səfiyar sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

saf dost, təmiz dost; seçilmiş yoldaş.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"səfiyar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#səfiyar nədir? #səfiyar sözünün mənası #səfiyar nə deməkdir? #səfiyar sözünün izahı #səfiyar sözünün yazılışı #səfiyar necə yazılır? #səfiyar sözünün düzgün yazılışı #səfiyar leksik mənası #səfiyar sözünün sinonimi #səfiyar sözünün yaxın mənalı sözlər #səfiyar sözünün əks mənası #səfiyar sözünün etimologiyası #səfiyar sözünün orfoqrafiyası #səfiyar rusca #səfiyar inglisça #səfiyar fransızca #səfiyar sözünün istifadəsi #sözlük