Kərbəlayi Səfixan Qarabaği
Kərbəlayı Səfixan Sultanhüseyn oğlu Qarabaği (təq. 1817, Şuşa – 25 iyun 1910, Şuşa) — Azərbaycan memarı.
== Həyatı ==
Kərbəlayı Səfixan Qarabaği 1817-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Onun doğum tarixində ziddiyətlər var. Görkəmli memar 1910-cu ildə vəfat edib. Mirzə Həsən qəbiristanlığında dəfn olunub.
Kərbəlayı Səfixanın Ələkbər (1858-?), Gülməmməd (1863-?) adlı oğulları, Xurşid adlı qızı vardı.
== Fəaliyyəti ==
Kərbəlayı Səfixanın Qarabağ memarlığının inkişafında xüsusi xidməti olub. O inşa etdiyi tikililərdə, xüsusilə məscidlərdə şərq memarlığına xas olan konstruktiv elementləri yerli ənənələrlə əlaqələndirib.
Yuxarı Gövhər ağa məscidinin bərpası (XIX əsr) Şuşa
Aşağı Gövhər ağa məscidi (1874–75) Şuşa
Saatlı məscidi (1883)
Culfalar məscidi
Hacı Ələkbər məscidi
Bərdədə İmamzadə məscidinin yenidən qurulması (1868),
Ağdamda məscid (1870),
Odessada Tatar məscidi (1870),
Aşqabadda "Qarabağlılar" məscidi (1880) Kərbəlayi Səfixan Qarabağinin ən yaxşı əsərləridir.