səməni sözü azərbaycan dilində

səməni

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • səməni • 75.3783%
  • Səməni • 23.5213%
  • SƏMƏNİ • 1.1004%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Səməni
Səməni — hər il mart ayında Novruz Bayramı ərəfəsində Şərq ölkələrində və Azərbaycanda taxıl buğdasından qablarda göyərdilən etnoqrafik element. Almanlar səmənini pasxa bayramına cücərdir, adına isə "Ostergras" deyirlər. Həyat və bolluq rəmzi, baharın ilk müjdəçilərindən hesab olunur. Səməni ilk çərşənbə axşamına yaxın vaxtda göyərdilir və Novruz bayramından sonra da evlərdə, iş yerlərində və ictimai yerlərdə görünən yerlərə qoyulur. Selscc == Tərif və məna == Səməni əsasən toxumluq buğdadan qoyulmalıdır. Sini qablarda göyərdilən səməni həm də yazda səpiləcək toxumun keyfiyyətini yoxlamağa imkan verir. Əgər səməni yaxşı cücərib boy atsa, bu həmin toxumdan bol məhsul alınacağından xəbər verir. Bəzən suda isladılmış başqa toxumlardan da səməni qoyurlar. Bayram süfrəsi nemətləri arasında səməni mütləq olmalıdır. Səməni yalnız evdə hazırlanmalıdır.
Səməni (rəqs)
"Səməni" — Azərbaycanın milli rəqsi. "Səməni" ən qədim rəqslərdən biridir, daha doğrusu, rəqsdən daha çox baharın gəlməsinə həsr edilmiş ənənəvi şənlikdir. "Səməni"ni yalnız qadınlar və qızlar oynayırlar. Söz mətni ilə muşayiət olunur. "Səməni" rəqsi Azərbaycanın hər yerində oynanılır.
Səməni halvası
Səməni halvası — şirniyyat növü. Novruzla bağlı elə şirniyyatlar var ki, hazırlanması çətin olduğundan çox az adam onu bişirməyə həvəs göstərir. Onlardan biri də xalq arasında səməni halvası kimi tanınan şirniyyat növüdür. == Faydası == Səməni halvasına bəzən suhan halvası və ya İsfahan halvası da deyirlər. Səməni halvasını başqa şirniyyatlardan fərqləndirən xüsusiyyətlərdən biri onun demək olar ki, ekoloji cəhətdən tam təmiz olmasında, yalnız təbii məhsullardan hazırlanmasındadır. Dietoloqlar müasir istehsalın insan orqanizminə vurduğu ziyanı təsdiqləməyə məcburdurlar. Səməni halvası öz faydalı keyfiyyətinə görə Azərbaycan mətbəxinin bir sıra şirniyyatlarını geridə qoyur. Uşağa süd verən analara məhz səməni halvasını məsləhət görürlər, çünki tərkibindəki ədviyyələr belə qadının südünü artırır. Novruzda bişirilən səməni halvası «jenşen»dən də faydalıdır, yaxşı bişirilmiş səməni halvası qan dövranını, insanın əhval-ruhiyyəsini yaxşılaşdırır. == Hazırlanma texnologiyası == Səməni və ya İsfahan halvasının maraqlı bişirilmə texnologiyası var.
Səməni rəqsi
"Səməni" — Azərbaycanın milli rəqsi. "Səməni" ən qədim rəqslərdən biridir, daha doğrusu, rəqsdən daha çox baharın gəlməsinə həsr edilmiş ənənəvi şənlikdir. "Səməni"ni yalnız qadınlar və qızlar oynayırlar. Söz mətni ilə muşayiət olunur. "Səməni" rəqsi Azərbaycanın hər yerində oynanılır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 2.63 dəfə / 1 mln.
2005 ••• 1.35
2006 ••••• 2.25
2007 ••• 1.06
2008 •••••••••• 4.63
2009 •• 0.80
2010 •••••••• 3.54
2011 •••••••• 3.60
2012 •••••• 2.67
2013 ••••• 2.19
2014 •••••••••••••••••••• 9.27
2015 ••••••• 3.06
2016 •••• 1.56
2017 ••••• 2.28
2018 ••••• 2.10
2019 •••• 1.81
2020 ••• 0.93

səməni sözünün leksik mənası və izahı

  • 1 is. etnoqr. 1. Novruz bayramında boşqablarda göyərdilən buğda. Süfrənin ortasında ara-sıra boşqablarda yaşıl səməni qoyardılar. H.Sarabski. [Sultan və Vəli] bu bənövşə dəstələrini novruz-bayramı münasibətilə məcməyilərdə göyərdilmiş səmənilərin ortasına qoyacaqlar. Ə.Sadıq. □ Səməni qoymaq – xalq adətincə Novruz bayramı münasibətilə boşqablarda buğda göyərtmək. Səməni də qoydu gəlin bayramqabağı; Palpaltarı, qab-qacağı çəkdikcə suya. S.Vurğun. Günəş öpdü çəməni; Evdə qoyduq səməni. M.Dilbazi. 2. Göyərmiş buğda, şirəsindən bişirilən bir növ halva. Bəzi yerlərdə insana bir xəta üz verəndə nəzir elərlər və haman xəta rədd olandan sonra səməni qonşulara paylarlar. “Mol. Nəsr.”

    Azərbaycan dilinin izahlı lüğəti / səməni

səməni sözünün rus dilinə tərcüməsi

  • 1 1. солод; 2. солодковая похлебка (из пшеничного солода с мукой);

    Azərbaycanca-rusca lüğət / səməni
  • 2 сущ. 1. сэмэни: 1) пшеничные зерна, проращённые в тарелке в дни весеннего праздника Новруз. Səməni qoymaq проращивать сэмэни 2) халва, приготовленная с использованием молочного сока зёрен пшеницы 2. солод (проращённые, высушенные и крупно смолотые зёрна хлебных злаков, применяемые при изготовлении пива, спирта, кваса и т.п.) II прил. солодовый (приготовленный из солода). Səməni şəkəri солодовый сахар

    Azərbaycanca-rusca lüğət / səməni

səməni sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. этногр. 1. семена (яран сувариз даяз къапуна ттуна цӀириз тадай къуьл); 2. тӀачуникай (цӀирай къуьлуьн межедикай) авур гьалвадин са жуьре.

    Azərbaycanca-ləzgicə lüğəti / səməni

səməni sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. əsli a. 1) kərə yağı; 2) əsasən Novruz bayramında göyərdilən buğda; 3) həmin buğdanın şirəsindən bişirilən halva.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Lənkəran) arpa, buğda və qoyun kəlləsindən hazırlanan xörək. – Nənəm sabah səməni bişirəcək

Azərbaycan dilinin dialektoloji lüğəti.

Azərbaycan qadın adlarının izahlı lüğəti.

Novruz bayramında göyərdilmiş buğda; həyat, yenilik.

Azərbaycan qadın adlarının izahlı lüğəti.

"səməni" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#səməni nədir? #səməni sözünün mənası #səməni nə deməkdir? #səməni sözünün izahı #səməni sözünün yazılışı #səməni necə yazılır? #səməni sözünün düzgün yazılışı #səməni leksik mənası #səməni sözünün sinonimi #səməni sözünün yaxın mənalı sözlər #səməni sözünün əks mənası #səməni sözünün etimologiyası #səməni sözünün orfoqrafiyası #səməni rusca #səməni inglisça #səməni fransızca #səməni sözünün istifadəsi #sözlük