* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Su daşımaq üçün misdən və ya gildən qayrılmış qulplu, qarınlı, darboğaz qab; güyüm. Mis səhəng. Saxsı səhəng. – Su səhəngi suda sınar. (Məsəl). Bulaşıqlı səhəngdən bulanıq su tökülər. (Məsəl). …Əmim arvadı iri mis səhəngi çiynimə verib, səhərdən axşama qədər mənə ayaqyalın, başaçıq su daşıtdırardı. İ.Əfəndiyev.
Azərbaycan dilinin izahlı lüğəti / səhəng1 Belə güman olunur ki, ərəbcə “qab” mənasını verən səhn sözündəndir. Dilimizdə (dialektlərdə) sənək kimi də işlədilir. Səhəngin beldə oturduğu yerə el arasında sənəklik deyilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / səhəng1 сущ. квар (къуьнуьз вегьидай еке тум галай, туьд гуьтӀуь, яд ялдай къаб); mis səhəng цурун квар.
Azərbaycanca-ləzgicə lüğəti / səhəng