səsim sözü azərbaycan dilində

səsim

Yazılış

  • səsim • 83.6364%
  • Səsim • 16.3636%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Aləmdə səsim var mənim (roman)
Aləmdə səsim var mənim — azərbaycanlı yazıçı Əzizə Cəfərzadənin 1972-ci ildə qələmə aldığı tarixi roman. == Haqqında == Roman yalnız ədibin yaradıcılığında deyil, ümumən Azərbaycan tarixi nəsrində əhəmiyyətli yer tutur. Müəllifin ilk romanı olan və ədəbi mühitdə böyük həssaslıqla qarşılanan bu əsərin adı elə məhz Seyid Əzim Şirvaninin şeirindən götürülmüşür: Yazıçı romanı əvvəlcə "Məhəbbət günahdırmı?" adlandırmağı düşünsə də, əsərin nəşri zamanı dəyişməyi münasib bilmişdir. Bu şübhəsiz ki, romanın ictimai məzmunu ilə əlaqədardır. "Aləmdə səsim var mənim" romanında Əzizə Cəfərzadə yaradıcılığına və şəxsiyyətinə böyük məhəbbət bəslədiyi Seyid Əzim Şirvaninin obrazını yaratmağı qarşısına məqsəd qoysa da bununla kifayətlənməmiş, bütövlükdə XIX əsr Şirvan tarixini, daha doğrusu Şirvan mühitini ictimai-siyasi və ədəbi-mədəni hadisələrin canlı mənzərəsi fonunda və etnoqrafik yaddaşın işığında izləmişdir. Romanda Seyid Əzimin mükəmməl obrazı yaradılmışdır. "Şamaxı yollardan başlanır" deyərək yazıçı bir həyatın, bir mühitin və bir cəfakeş mübarizin həyat romanını başlayır. Şamaxı bazarlarının da təsviri geniş verilir, eyni zamanda burada bu həyat romanının iştirakçıları ilə tanış oluruq. Onalar haqqında və XIX əsr Şamaxı mühiti haqqında geniş təsəvvür əldə edirik. Romanın ilk səhifələrində Seyid Əzim gənc bir şairdir yeni tanınmağa başlayır.
Aləmdə səsim var mənim. Seyid Əzim Şirvani (film, 2014)
Aləmdə səsim var mənim. Seyid Əzim Şirvani qısametrajlı sənədli-bədii televiziya filmi rejissor Vasif Məmmədzadə tərəfindən 2014-cü ildə ekranlaşdırılmışdır. Azərbaycan televiziyasında istehsal edilmişdir. Film XIX əsr Azərbaycan şairi və maarifçisi Seyid Əzim Şirvani haqqındadır. == Məzmun == Film XIX əsr Azərbaycan şairi və maarifçisi, öz zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinə qızıl səhifələr əlavə edən Seyid Əzim Şirvaninin həyat və yaradıcılığını əhatə edir. Filmdə şairin obrazını əməkdar artist Pərviz Bağırov canlandırır.

"səsim" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#səsim nədir? #səsim sözünün mənası #səsim nə deməkdir? #səsim sözünün izahı #səsim sözünün yazılışı #səsim necə yazılır? #səsim sözünün düzgün yazılışı #səsim leksik mənası #səsim sözünün sinonimi #səsim sözünün yaxın mənalı sözlər #səsim sözünün əks mənası #səsim sözünün etimologiyası #səsim sözünün orfoqrafiyası #səsim rusca #səsim inglisça #səsim fransızca #səsim sözünün istifadəsi #sözlük