* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 [ər.] is. 1. Lovğalıq, təkəbbür; özünü çəkmə, iddia satma. [Nökər] ancaq təşəxxüs üçün, kim bilsin, hansı yaralının köhnə paltarını geyinibdir. S.M.Qənizadə. Ancaq gənclik təşəxxüsü, lovğalıq [Polada] mane olur. Ə.Vəliyev. □ Təşəxxüs etmək – lovğalanmaq. [Aşıq Vəli:] Qohum-əqrəbasına, yalı artanda, təşəxxüs edənə lənət! N.Vəzirov. 2. Təşəxxüslə şəklində zərf – lovğalanaraq, lovğalıqla, lovğalana-lovğalana, lovğa-lovğa. Xülasə, çox təşəxxüslə bəy paşpurtunu verdim mehmanxana nökərinə apardı. Ə.Haqverdiyev. Məni görən kimi yerindən qalxdı; Hərif təşəxxüslə baxdı, nə baxdı! S.Vurğun. ◊ Təşəxxüs satmaq – lovğalanmaq, təşəxxüslənmək. İndi qələmnən təşəxxüs satmaq vaxtı deyil! C.Məmmədquluzadə. [Əhməd] …əgər Nabat xala təşəxxüs satıb, çox iddia edərsə, nişanlısından da əl çəkə bilməsini mümkün görürdü. B.Talıblı.
Azərbaycan dilinin izahlı lüğəti / təşəxxüs2 ə. 1) təcəssüm etmə; 2) öz mənliyini, şəxsiyyətini nəzərə çarpdırma; 3) təyin olma, təyin etmə.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / təşəxxüs2 сущ. высокомерие, надменность, спесь, чванство, кичливость, заносчивость, важничание; təşəxxüs satmaq важничать, держаться высокомерно, напускать на себя важность
Azərbaycanca-rusca lüğət / təşəxxüs1 [ər.] сущ. 1. лавгъавал, такабурвал, кьуру дамах; дамах къачун, вичи-вич ялун; təşəxxüs etmək лавгъавал авун, дамах къачун, кьама ялар ттун; 2. təşəxxüslə нареч. лавгъавилелди, лавгъа-лавгъа, дамах гваз; ** təşəxxüs satmaq лавгъавал авун, лавгъавалун.
Azərbaycanca-ləzgicə lüğəti / təşəxxüs