* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | •••••••••••••••• | 58.24 |
2003 | ••••••••••• | 38.97 |
2004 | •••••••••••• | 43.79 |
2005 | ••••••••••• | 37.79 |
2006 | ••••••••••••••• | 52.03 |
2007 | •••••••••••••••••• | 64.06 |
2008 | •••••••••••••••••••• | 74.06 |
2009 | •••••••••••••••••• | 63.67 |
2010 | •••••••••••••••••• | 66.17 |
2011 | ••••••••••••••••• | 61.77 |
2012 | •••••••••••••••• | 58.86 |
2013 | •••••••• | 26.55 |
2014 | ••••••• | 23.34 |
2015 | ••••••• | 25.18 |
2016 | ••••••••• | 31.24 |
2017 | ••••••••• | 30.24 |
2018 | ••••••••• | 33.11 |
2019 | •••••••• | 29.35 |
2020 | •••••• | 20.29 |
1 is. [fars.] 1. Baxıb seyr etmə. Siz hərəkət edən gəminin göyərtəsindən … alçaq və uca dağların tamaşasına dalmağın zövqünü dadmısınızmı? M.İbrahimov. □ Tamaşa etmək (eləmək) – 1) baxıb seyr etmək, baxmaq. Axşam vaxtları kəndin kənarında durub yaşıl çəmənlərə tamaşa eləyəndə görürsən ki, naxır üz qoyub kəndə gəlməyə. C.Məmmədquluzadə. Nahardan sonra Bahadır pəncərədə oturub, qabağındakı meşəyə tamaşa edirdi. N.Nərimanov; 2) diqqətlə nəzərdən keçirmək; bütün diqqətini toplayaraq baxmaq. Şəha, müddət cəhanı mən də gəzdim, dərbədər gördüm; Tamaşa eylədim yaxşı-yamanı, xeyrü-şər gördüm. M.V.Vidadi. Hüsaməddin bunları deyəndən sonra sakit olub, Toğrulun nə kimi bir vəziyyət aldığına tamaşa edirdi. M.S.Ordubadi. Tamaşa qılmaq klas. – bax tamaşa etmək. Dil zülfülə rüxsarüvə çün qıldı tamaşa; Avarə qalıb küfr ilə iman arasında. Heyran xanım. 2. Görməli, baxmalı, tamaşa etməli, yaxud gəzməli yer, mərasim və s. Xalı, xalça, palaz, fənər tanış evlərdən yığıb toyxananı döşərlər və lampaları yandırıb toya, tamaşaya yığışarlar. R.Əfəndiyev. Bu səhər Vahid Rübabəni Cıdır düzünə tamaşaya aparmalı idi. Mir Cəlal. // Göz qabağında açılan mənzərə; seyrəngah. Hər yamacda bir tamaşa; Könlüm uçur dağa-daşa. M.Müşfiq. 3. Teatrda, sirkdə, kinoda və s.-də tamaşaçılara göstərilən şey. Azərbaycanın qabaqcıl oğulları əsərə və tamaşaya yüksək qiymət vermişlər. M.İbrahimov. Tamaşanın ikinci pərdəsi oynanırdı. Mir Cəlal. □ Tamaşa etmək – teatr, kino, sirk tamaşasına baxmaq. “Vaqif”ə tamaşa etmək. Baletə tamaşa etmək. Tamaşa zalı (salonu) – teatr, kinoteatr, mədəniyyət sarayı və s.-də tamaşa göstərilən zal (salon). Camaat tamaşa zalına axışırdı. S.Rəhman. Gülyanaq tamaşa zalına girəndə özünü başqa aləmdə hiss etdi. Ə.Vəliyev. Tamaşaya qoymaq – səhnədə göstərmək, oynamaq. “Koroğlu” operasını bir neçə rejissor tamaşaya qoymuşdur. Tamaşaya qoyulmaq – oynanılmaq, səhnədə göstərilmək, səhnəyə qoyulmaq. 1926-cı ildə “Hamlet” Azərbaycan Dövlət Dram Teatrında tamaşaya qoyuldu. M.Arif. “Karmen” operası ilk dəfə tamaşaya qoyulurdu. İ.Əfəndiyev. ◊ Tamaşa elə – hədə, xəbərdarlıq bildirir; bax…, görərsən… [Əhməd:] Yaxşı, ata, indi mən yer deşiyindən pul çıxardım, sən də tamaşa elə! Ə.Haqverdiyev. [Balaxanım:] Hələ mən səni öz atımın dırnaqları altında tapdadanda tamaşa elə, Dadaş Lələşov! S.Rəhimov.
Azərbaycan dilinin izahlı lüğəti / tamaşa3 TAMAŞA (teatr tamaşası) Tamaşada iştirak edən “kütlə” həmişə bir nəfərdən ibarət olur (Ə.Haqverdiyev); ŞƏBİH Şəbihlər naməlum müəlliflər tərəfindən şeirlə yazılmış birpərdəli pyeslərdən ibarətdir (Ə.Haqverdiyev); ŞOU (əyləncəli tamaşa).
Azərbaycan dilinin sinonimlər lüğəti / tamaşa2 I сущ. 1. созерцание (рассмотрение, наблюдение) 2. зрелище (то, что представляется, открывается взору, является предметом наблюдения, обозрения). Tamaşanı seyr etmək наблюдать зрелище, hər dağ yamacı bir tamaşadır каждое косогорье – целое зрелище 3. забава, развлечение. Siz bura tamaşa üçün gəlməmisiniz вы сюда пришли не для развлечения 4. спектакль, постановка, представление (театральное, цирковое). Sirk tamaşası цирковое представление, teatrın yeni tamaşası новая постановка театра, səhnələşdirilmiş tamaşa театрализованное представление, tamaşa qoymaq ставить спектакль, tamaşa axşam saat 8-də başlanır спектакль начинается в 8 часов вечера II прил. 1. зрительный. Tamaşa salonu зрительный зал 2. постановочный. юрид. Tamaşa müqaviləsi постановочный договор; tamaşa etmək: 1. смотреть, посмотреть, осмотреть. Bağda oturub ətrafa tamaşa edirdik мы сидели в саду и смотрели вокруг, xatirə kompleksinə tamaşa etmək смотреть на мемориальный комплекс, sərgiyə tamaşa etmək осмотреть выставку; 2. созерцать, любоваться. Günəşin qürubuna tamaşa etmək любоваться закатом солнца, dağlara tamaşa etmək любоваться горами ◊ sən tamaşa elə (siz tamaşa eləyin)!: 1. посмотришь! (посмотрите!) как …, увидишь (увидите), как … Yaxşı, indi mən sənin yanında onu udum, sən (də) tamaşa elə! посмотришь (увидишь), как теперь я при тебе (в твоём присутствии) обыграю его! 2. смотри! Tamaşa elə, gör mən ona indi nə toy tutacağam! смотри, как теперь я с ним разделаюсь!
Azərbaycanca-rusca lüğət / tamaşa1 i. spectacle; show; performance; play; (küçə tamaşası) pageant; (gündüz tamaşası) matinee; ~ etmək to look (at), to gaze (at); (filmə, pyesə və s.) to see* (d.); (yarışa, oyuna, televiziya verilişinə) to watch (d.)
Azərbaycanca-ingiliscə lüğət / tamaşa1 is. contemplation f, spectacle m, représentation ;(gündüz tamaşası) matinée f ; ~ etmək contempler vt ; ~ zalı salle f de spectacles
Azərbaycanca-fransızca lüğət / tamaşa1 [fars.] сущ. тамаша (1. вил вегьена килигун, вил вегьин, вил экъуьрун; tamaşa etmək (eləmək) а) вил вегьин, килигун, тамашун; б) дикъетдалди килигун; tamaşa qılmaq клас. кил. tamaşa etmək; 2. иер акунар авай чка; акуник (килигуник, къекъуьник, тамашуник) квай чка, мярекат ва мс.; 3. театрда, циркина, кинода ва мс. тамашачийриз къалурзавай затӀ; tamaşa etmək тамашун, килигун (театрдин, циркинин ва мс. тамашадиз); tamaşa zalı (salonu) тамашадин зал (салон), тамаша къалурзавай зал (кинотеатрда, театрда ва мс.); tamaşaya qoymaq тамашадал эцигун, сегьнедал къалурун, къугъун); ** tamaşa elə тамаш(а), килиг(а) (хабардарвал ийидай, гьелягъардай ибара).
Azərbaycanca-ləzgicə lüğəti / tamaşaf. bax təmaşa.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğətigörməli, baxmalı; seyr etmə.
Azərbaycan qadın adlarının izahlı lüğəti.