tayfaları sözü azərbaycan dilində

tayfaları

Yazılış

  • tayfaları • 99.3939%
  • Tayfaları • 0.6061%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Azərbaycan tayfaları
Azərbaycan tayfaları — azərbaycanlı, azərbaycanlılaşmış və ya azərbaycanlıların etnogenezində rol oynamış qruplardan ibarətdir. Bu tayfaların bir hissəsi azərbaycanlıların etnoqrafik qrupu hesab edilir, dilləri isə Azərbaycan dilinin dialektlərindən sayılır. == Tarixi == === Erkən dövr === Azərbaycanlıların etnogenezində yerli xalqlar və İran tayfalarından başqa eramızın I minilliyindən etibarən hunlar, türkdilli xəzərlər, bulqarlar, II minilliyindən başlayaraq isə oğuz və peçeneq tayfaları iştirak etmişdir. Bir türk xalqı olaraq azərbaycanlıların özəyi əsas oğuz türk tayfaları olan bayat, yıva, əfşar, bəydili, həmçinin qacarlar, xələclər, qıpçaqlar və s. idi. Müasir Azərbaycan və Ermənistan ərazilərində yaxşı otlaqların olması səbəbi ilə monqollar, türklər və türkmən tayfaları monqol elxanları, teymurilər və türkmən padşahların dövründə burada yerləşmişdir. Daha sonra bu tayfalar azərbaycanlılara assimilyasiya olunmuşdur. XIII–XV əsrlərdə köhnə feodalların torpaqları tədricən köçəri tayfaların irsi başçılarının əlinə keçmişdir. İdarə etdikləri ərazilərə Qubadan cənubdakı azərbaycanlıların torpaqları da daxil olan, İran Azərbaycanında məskunlaşmış qaraqoyunlu və ağqoyunlu tayfaları azərbaycanlıların etnogenezində iz qoymuşdur. === Səfəvilərdən xanlıqlara qədərki dövr === Azərbaycanlılarda təsərrüfat, mədəniyyət və həyat tərzi baxımından fərqlənən etnoqrafik qruplar inkişaf etmişdir.
Hindistan tayfaları
Hindistan əhalisinin 8,2 %-ni (84,3 milyon nəfər) tayfalar (rəsmi terminologiyaya görə "qeydə alınmış tayfalar" adlandırılır) təşkil edir, meşələrin 70 %-də və faydalı qazıntılarla zəngin ərazinin 20 %-də tayfalar yaşayır. Yerli tayfalar Haryana, Pəncab ştatları, paytaxt Dehli və Çandiqarh və Pondişeri ittifaq ərazilərindən başqa bütün federal subyektlərdə yaşayırlar. Hindistanda tayfaların əksəriyyətinin sayı 10-100 min nəfər arasındadır. Yalnız 50-yə qədər tayfanın əhalisi 100 min nəfərdən çoxdur. Hindistan Antropoloji Xidmətinin "Hindistan xalqları" adlı layihəsinə. əsasən 461 əhali icması, o cümlədən 175 subtayfa fərqləndirilmişdir. Onların arasında bhil (7 307 973, 1990-cı illərin rəqəmləri), qond (7 449 193), santal (4 260 842), oraon (1 871 995), mina (2 087 075) tayfaları ən böyük ən kiçik isə cəmi 97 nəfər (1984) olan onqe andamanlıları olmuşdur. Tayfaların sıxlığı ən çox şimal-şərq ştatlarında qeydə alınır, Mizoram (94,5%), Naqalend (89,1%), Meqhalaya (85,9%), Arunaçal-Pradeş (64,2%) ştatlarında əhalinin xeyli hissəsi tayfalardan ibarətdir. Digər tayfalar Çhattisqarh (31,8%), Carkand (26,3%), Orissa (22,1%), Madhya-Pradeş (20,3%) ştatlarında da sıx məskunlaşmışlar. Sayca ən çox olan qond (Madhya Pradeş), santal (Bihar, Qərbi Benqal, Orissa), bhil (Racastan, Qucarat, Maharaştra, Madhya-Pradeş) tayfaları bütün tayfaların 36-40 %-ni təşkil edirlər.
Qaraqoyunlu tayfaları
Qaraqoyunlu tayfaları — XV əsrdə Azərbaycanın siyasi tarixində mühüm rol oynamış, regionda nüfuzlu bir dövlət qurmağa qadir olmuş Qaraqoyunlu tayfalarının Oğuz və ya türkmən elini təşkil edən 24 boydan hansına mənsub olması ilə bağlı mənbələrdə dəqiq məlumata rast gəlinmir. Yalnız XV əsr Osmanlı tarixçilərindən Mövlana Şükrullah Qaraqoyunlu tayfasının mənşəyini Oğuz xanın oğlu Dəniz xanla əlaqələndirmişdir. Bu qeydə əsaslanaraq Faruq Sümər onların Oğuz nəslindən Dəniz xanın oğulları olan İğdir, Büğduz, Yıvə və Qınıq boylarından birinə mənsub olduqlarını qeyd etmiş və Yıvə boyu ilə Qaraqoyunlular arasında nəsli qohumluq əlaqələrinin ola biləcəyinə dair bəzi izlər görmüşdür. Bu fikri tarixçilərdən Ə. Çay da müdafiə etmişdir. V. Minorski və C. A. Boyl da Qaraqoyunluların mənşəyini Yıvə türkləri ilə əlaqələndirmişlər. Qaraqoyunlu tayfa birliyinə daxil olan bəzi boyların V əsrdən Azərbaycanda yaşadığını nəzərə alaraq qaraqoyunluların daha erkən dövrlərdən bu ərazidə yaşadıqlarını güman etmək olar. F. Sümərin fikrincə Qaraqoyunluların ilk vətəni Şərqi Anadoludur və onlar Azərbaycana, İrana məhz bu ərazidən köç etmişlər. Z. Bünyadov və O. Əfəndiyev isə bu fikrə qarşı çıxmışlar. Çünki Azərbaycan türk tayfaların Kiçik Asiyaya köçetmə yolu üzərində yerləşir və buranın türkləşməsi də daha əvvəl baş vermişdir. Bu məsələ mübahisəli olaraq qalmaqdadır.
Slavyan tayfaları
Səqləblər ya da Slavyanlar (q.slav. словѣнє, belar. славяне, ukr. слов'яни, bolq. славяни, serb. və mak. Словени, xorv. və bosn. Slaveni, sloven. Slovani, pol.
Tasaday tayfaları
Tasaday (tɑsɑdɑj) — Filippinin Mindanao adasında yaşayan yerli bir xalqıdır. Onlar adanın digər xalqları ilə birlikdə Lumad qrupuna aid edilirlər.Tasadaylar qonşu tayfaların dilindən fərqli bir dildə danışırlar ki dilçilər tərəfindən , 200 il bundan əvvəl ehtimal ki qonşu Manobo dillərdən parçalanması təsvir edilibdir.
Qaradağ tayfaları
Qaradağ tayfaları — Arasbaran və ya digər adı ilə Qaradağda yaşayan tayfalar üçün nəzərdə tutulmuş ümumi ad. Qaradağ geniş dağlıq ərazisidir və Cənubi Azərbaycan ərazisində olan Şərqi Azərbaycan ostanın şimalında yerləşir. Burada bir çox türk tayfası məskunlaşmışdır. Bunlara misal olaraq Çələbiyanlı, Bəydili, Hacıəlili, Məhəmmədxanlı, Hüseynəkli, İlyasxanlı, Həsənbəyli, Toxmaqlı, Bayburdlu, Qaraçorlu və Qaradağlı tayfalarını göstərmək olar. Bütün bu tayfalar indi oturaq həyat yaşasalar da, onların mədəniyyətlərinin xarakterik xüsusiyyətləri köçəri həyat tərzi üzərində inşa edilmişdir və hal-hazırda da davam etməkdədir. A. Lamptona görə Qaradağ xanlığında otlaqlar xana məxsus idi və o eyni zamanda qışlaq bölgələrindəki əkinə yararlı torpaqlara da sahiblik etməkdə idi. Qaradağ bölgəsi böyük bir dağlıq ərazini əhatə etməkdədir. Bölgə Əhərin cənubundakı Qoşadağ massivindən Araz çayına qədərki bölgəni əhatə edir. 1880-1894-cü illərdə Təbrizdəki xristian missionerliyində çalışmış və Qaradağ bölgəsinə gəlmiş ilk avropalılardan olan Samuel Graham Vilson öz əsərində bölgədəki türk tayfaları barədə bunları yazmaqdadır. Bəzi köçərilər qışlarda kəndlərdə yaşayırlar.
Xəmsə tayfaları
Xəmsə (fars. ایلات خمسه‎) — İranın cənub-qərbində yerləşəm Fars ostanında tayfa konfederasiyası. Beş tayfadan ibarətdir və ona görə də "xəmsə", yəni "beş" adlanır. Tayfalar qismən köçəridir. Onlardan bəziləri farsca danışan basarilər, bəziləri ərəbdilli ərəblər, bəziləri isə qaşqay dilində danışan (İnanlı, Baharlı və Nəfər) tayfalardır. Onlar qoyunçuluqla məşğuldurlar, dəvələrə minirlər. Xəmsə tayfa konfederasiyasının tarixi 1861–1862-ci illərdə Nasirəddin şah Qacarın Xəmsə tayfa konfederasiyasını yaratması ilə başlayır. O, mövcud beş köçəri tayfanı, ərəb, nəfər, baharlı, inanlı və basiriləri birləşdirərək Qəvamülmülk ailəsinin nəzarəti altına qoymuşdur. Tayfaların zorla birləşdirilməsi nümunəsi yeni ideya deyildi, çünki Səfəvi şahları əvvəllər bu qədər güc əldə edən qaşqayların artan gücünü yumşaltmaq üçün homogen qızılbaş konfederasiyaları yaratmışdılar. Xəmsə tayfaları farslar, türklər və ərəblərin qarışığı idi.
Azərbaycanda eneolit dövrünün əkinçi-maldar tayfaları
Eneolit – latın-yunan sözlərinin birləşməsindən əmələ gələrək, mis-daş dövrü ("eneus" latın dilində – mis, "litos" yunan dilində – daş) deməkdir. Elmi ədəbiyyatda bəzən bu söz əvəzinə təmiz yunan termini xalkolit ("xalkos" -yunanca mis deməkdir) də işlədilir. Eneolit, bəşəriyyətin inkişafının bir dövrü, neolitdən (daş dövrü) tunc dövrünə keçid mərhələsidir. Termini ilk dəfə 1876-cı ildə beynəlxalq arxeoloji konqresdə macar arxeoloq Ferens Pulski Tompsenin ilkin təsnifatlandırmasının dəqiqləşdirilməsi üçün irəli sürmüşdür. Bu təsnifatlandırmada daş dövrünün ardınca birbaşa tunc dövrü gəlirdi. Eneolit daş dövrünün sonu – metal əsrinin başlanğıcı hesab edilən b.e.ə. VI—IV minillikləri əhatə edir. Bu dövr üçün aşağıdakı xüsusiyyətlər xarakterikdir: insanlar ilk dəfə metalla tanış oldular və mis emalına başladılar, ancaq mis yumşaq olduğuna və az tapıldığına görə daşı sıxışdıra bilmədi; qəbilədə qadınların mövqeyi get-gedə zəifləyir və cəmiyyətin həyatında icma ağsaqqalları şurası mühüm rol oynayır; yığıcılıqdan fərqli olaraq qəbiləni bitki qidası ilə daha yaxşı təmin edən toxa əkinçiliyi, maldarlıq və sənətkarlıq daha da inkişaf etdi, mənzillər və təsərrüfat tikililəri çay kənarında çiy kərpicdən və möhrədən dairəvi planda inşa olunurdu; === Abidələrin icmalı === Eneolit dövrü daş dövründən sonra başlamışdır. Cəmiyyətin tarixi inkişafının ən mühüm mərhələlərindən birində - Eneolit dövründə insanlar mis külçəsinin döyülmə xassəsini icad edərək ondan əşyalar hazırlamağa başladılar. Mis-daş dövrü daşdan tunca keçid mərhələsi idi.
Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları (kitab)
Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları — Filologiya elmləri doktoru, professor Əjdər Tağıoğlu tərəfindən yazılmış, Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr edilmiş elmi əsər ISBN 978-9952-8099-2-3 Əjdər İsmayılovun (Əjdər Tağıoğlunun) "Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları" adlı əsəri Azərbaycan elmində böyük hadisədir. Erməni və muzdlu ermənipərəst tarixçilərin qədim türk torpaqları ilə əlaqədar XVIII əsrin əvvəllərindən günümüzədək kilsə əfsanə və rəvayətlərinə söykənərək "Böyük Armeniya" uydurması ilə əlaqədar qaldırdıqları iddialar bu monumental əsərdə alt-üst edilir. Beləki problemlə əlaqədar zəngin tarixi faktlar əsasında geniş araşdırma aparan müəllif ilk növbədə rusdilli nəşrlərdə coğrafi ərazi adı olan "Armeniya" sözünün mənşəindən danışır. O, toponimin mənşəyini Fəratın yuxarı axarında yerləşmiş m.ö. III minillikdə zəngin mədəniyyətli bir ölkə olmuş qədim Şuprianın ikinci adı olan "Arme" ilə əlaqələndirir. Müəllif erməni saxtakarlığını açmaq və oxucunu "Böyük Armeniya" mifi ehkamından xilas etmək üçün "Arme" ölkə adının "Armeniya" formasında yazılışınadək ayrı-ayrı tarixi mənbələrdə qeydə alınmış şəklinə tarix və tarixilik kontekstində izahlar verərək aşağıdakı şəkildə izləyir: Arme\Armeini (Biaini yazılarında), Armina\Harminuia\Ura-aş-tu-ru (Boqıstan qaya mətnlərində), Armini (Ksenefontda), Arminia\Armenia (sonrakı dövrlərdə Yunan və Bizans mınbələrində), Ərməniyyə\Ərminiyyə (ərəbdilli mənbələrdə), Armenia (Roman-German dillərində), Armeniya(rusdilli nəşrlərdə). Bəs erməni tarix ədəbiyyatında "Böyük Armeniya"nın banisi kimi verilmiş guya milliyyətçə "erməni" olmuş "Artaşes" adlandırdıqları çar əslində kimdir? O, III Antioxun Suriya çarlığının sərhədlərini qonşu torpaqları hesabına genişləndirdiyi illərdə onun tərkibinə daxil edilmiş Arme (Şupria) vilayətinə tə`yin etdiyi canişindir. Artaksi etnik mənsubiyyətinə görə Azərbaycan türklərinin soykökündə iştirak etmiş ilk yerli türk tayfalarından olan Mar əhalisindəndir. O, səltənət varisi olaraq Atarpatın çar nəslindəndir.
Azərbaycan tayfalarının siyahısı
Azərbaycan tayfaları — azərbaycanlı, azərbaycanlılaşmış və ya azərbaycanlıların etnogenezində rol oynamış qruplardan ibarətdir. Bu tayfaların bir hissəsi azərbaycanlıların etnoqrafik qrupu hesab edilir, dilləri isə Azərbaycan dilinin dialektlərindən sayılır. == Tarixi == === Erkən dövr === Azərbaycanlıların etnogenezində yerli xalqlar və İran tayfalarından başqa eramızın I minilliyindən etibarən hunlar, türkdilli xəzərlər, bulqarlar, II minilliyindən başlayaraq isə oğuz və peçeneq tayfaları iştirak etmişdir. Bir türk xalqı olaraq azərbaycanlıların özəyi əsas oğuz türk tayfaları olan bayat, yıva, əfşar, bəydili, həmçinin qacarlar, xələclər, qıpçaqlar və s. idi. Müasir Azərbaycan və Ermənistan ərazilərində yaxşı otlaqların olması səbəbi ilə monqollar, türklər və türkmən tayfaları monqol elxanları, teymurilər və türkmən padşahların dövründə burada yerləşmişdir. Daha sonra bu tayfalar azərbaycanlılara assimilyasiya olunmuşdur. XIII–XV əsrlərdə köhnə feodalların torpaqları tədricən köçəri tayfaların irsi başçılarının əlinə keçmişdir. İdarə etdikləri ərazilərə Qubadan cənubdakı azərbaycanlıların torpaqları da daxil olan, İran Azərbaycanında məskunlaşmış qaraqoyunlu və ağqoyunlu tayfaları azərbaycanlıların etnogenezində iz qoymuşdur. === Səfəvilərdən xanlıqlara qədərki dövr === Azərbaycanlılarda təsərrüfat, mədəniyyət və həyat tərzi baxımından fərqlənən etnoqrafik qruplar inkişaf etmişdir.

"tayfaları" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#tayfaları nədir? #tayfaları sözünün mənası #tayfaları nə deməkdir? #tayfaları sözünün izahı #tayfaları sözünün yazılışı #tayfaları necə yazılır? #tayfaları sözünün düzgün yazılışı #tayfaları leksik mənası #tayfaları sözünün sinonimi #tayfaları sözünün yaxın mənalı sözlər #tayfaları sözünün əks mənası #tayfaları sözünün etimologiyası #tayfaları sözünün orfoqrafiyası #tayfaları rusca #tayfaları inglisça #tayfaları fransızca #tayfaları sözünün istifadəsi #sözlük