Taymır sözü azərbaycan dilində

Taymır

Yazılış

  • Taymır • 94.5946%
  • taymır • 5.4054%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Malıy Taymır
Malıy Taymır — Laptevlər dənizində Şimal Torpağı arxipelaqına daxil olan ada. Ada Rusiya Federasiyası Taymır Dolqan-Nenes rayonu Krasnoyarsk diyarı ərazisində yerləşir. Ada ilk dəfə 1913-cü ildə Boris Andreeviç Vilkinskinin rəhbərlik etdiyi Hidroqrafik Şimal Buzlu okean ekspedisiyası tərəfindən aşkarlanır. Ada Aleksey Nikolayeviçin şərəfinə adlandırılır (adanı aşkalayan) 1926-cı ildə adı dəyişdirilərək "Malıy Taymır" adlandırılır. Sahəsi 250 km² təşkil edir. Qərbdədən şərqə uzunluğu 29 km, maksimal eni 10 km-dir. Ən hündür nöqtəsi 30 m (Vısokaya Qorka, adanın cənubunda yerləşir). Əsasən gilli və qum suxurlarından ibarətdir. Üzəri Mamırlar və Şibyələrlə örtülüdür. == Coğrafi yerləşməsi == Malıy Taymır Bolşevik adası 42 km cənub-şərqdə yerləşir.
Taymır adası
Taymır adası — Kara dənizində yerləşən və yayşayışı olmaya iri ada. Taymır yarımadasından şimal-qərbində, Taymır körfəzindən qərbdə qərarlaşır. Adadan simalda [[Nordenşeld arxipelaqı yerləşir. Ada materikdən Taymır boğazı ilə ayrılır. Boğazın minimal eni 3 km təşkil edir. Ada 33 kilometr uzunluğa və 10 km enə malikdir. Adanın sahilləri olduqca girintili-çıxıntılıdlr. Yaxınlığında bir çox adalar vardır: Nansen adası, Bonev adası, Miseev adası, PilotAlekseev adası, Rozmıslov adası və Pilot Mixotkin adası. Bu adalar labirintvari bir quruluş meydana gətirir. Hündür daşlıqlara sahib olan ada, elə bütünlüklə daşlarla örtülüdür.
Taymır boğazı
Taymır boğazı — Taymır yarımadasını eyni adlı adanı ayırır. Krasnoyar vilayyətinin ərazisinə daxildir. Kara dənizinə daxil olan Palander boğazını Taymır körfəzi ilə birləşdirir. Boğaz dar və dayazdır. İl böyük hissəsi buzla örtülü olur. Uzunluğu 30 km, eni 3 km təşkil edir. Boğaz bəzi hallarda rus qütb araşdırmaçısı E.V.Tollyanın adı ilə ifadə edilir.
Taymır gölü
Taymır gölü — Rusiyanın Taymır yarımadasında göl. Bırranq dağlarında yerləşir. Gölün uzunluğu 250 km, sahəsi 4560 km², dərinliyi 16 m-ə qədərdir. Qar və yağış suları ilə qidalanır. İldə 3 ay buzdan azad olur. Gölə Yuxarı Taymıra çayı tökülür, Aşağı Taymıra çayı isə göldən axır. Göldə çılpaqça, ala balıq, muksun və s. kimi balıqlar var.
Taymır körfəzi
Taymır körfəzi — Kara dənizində, Taymır yarımadasının dəniz sahili mərkəzi hissəsində yerləşir. Taymır estuarisi körfəzin şərqində yerləşir və Taymır çayının körfəzə töküldüyü ərazidə yaranmışdır. Taymır çayı öz başlanğıcını Taymır gölündən götürür. Körfəzin qərbində çoxlu sayda adalar vardır. Onlardan ən iriləri Taymır və Pilot Maxotkin adalarıdır. Körfəzin uzunluğu 40 km, eni isə 80 km, dərinliyi 16 m təşkil edir. İlin böyük hissəsi buzla örtülü olur. Körfzin daxilində 1937 ildən 2005-ci ilə qədər Rastorquyev adlandırılan ada hazırda Kolçak adası adlsndırılır. Körfəzin şimalında Nordenşeld arxipelaqı yerləşir. Körfəzin cənub-şərqində Şturman yarımadası vardır.
Taymır rayonu
Taymır Dolqan-Nenes rayonu — Rusiya Federasiyasının Krasnoyrsk diyarının şimalında bələdiyyə rayonu və xüsusi statuslu inzibatı-ərazi vahidi. Ərazisinə görə Rusiyanın ən böyük bələdiyyə rayonu. Ərazisi — 879900 km², əhalisi — 33 861 nəfərdir. İnzibati mərkəzi — Dudinka şəhəri.
Taymır yarımadası
Taymır yarımadası — Asiyanın ən şimal yarımadası. Kara dənizinin Yenisey körfəzi və Laptevlər dənizinin Xatanqa körfəzi arasında, Taymır Muxtar Mahalı ərazisindədir. Taymır yarımadasının ucqar şimal çıxıntısı Çelyuskin burnudur (77°43' şm.e.), cənub sərhədi Orta Sibir yaylasının şimal çıxıntısından keçir. Uzunluğu təqribən 1000 km, eni 500 km-dən çoxdur. Sahəsi təqr. 400 min km²-dir. Taymır yarımadasının çox hissəsi ovalıqlardır. Bunun əsas hissəsi Şimali Sibir ovalığının payına düşür. Şimal hissədə cənub-qərbdən şimal-şərqə hündürlüyü 1146 m-dək olan Bırranqa dağları uzanır. İqlimi sərtdir, hər yerdə çoxillik donuşluq süxurları yayılmışdır.
Taymır Muxtar Dairəsi
Taymır Muxtar Dairəsi (rus. Таймырский (Долгано-Ненецкий) автономный округ) — Şərqi Sibirin şimalında yerləşən, Rusiya Federasiyasının keçmiş subyekti. 2007-ci ilə qədər mövcud olmuşdur. 1 yanvar 2007-ci ildən Krasnoyarsk diyarı ərazisinə Taymır Dolqan-Nenes rayonu olaraq adlanmağa başlamışdır. Rayon əvvəllər Krasnoyarsk ərazisinin bir hissəsi olsa da, Rusiya Federasiyasının müstəqil bir subyekti olmuşdur. İnzibati mərkəzi Dudinka şəhəridir (2007-ci ildə 24,6 min nəfər). Taymır yarımadasında yerləşir. Norilsk şəhəri Taymır (Dolgan-Nenets) Muxtar Dairəsinin ərazisi ilə əhatə olunmasına baxmayaraq, birbaşa Krasnoyarsk ərazisinə tabedir. Keçmiş dairənin ərazisi Şimal Qütb dairəsi daxilində yerləşir. Rusiyanın ən şimal kontinental nöqtəsi və Avrasiya materikinin şimal nöqtəsi olan Çelyuskin burnu dairə ərazisində olmuşdur.
Taymır Dolqan-Nenes rayonu
Taymır Dolqan-Nenes rayonu — Rusiya Federasiyasının Krasnoyrsk diyarının şimalında bələdiyyə rayonu və xüsusi statuslu inzibatı-ərazi vahidi. Ərazisinə görə Rusiyanın ən böyük bələdiyyə rayonu. Ərazisi — 879900 km², əhalisi — 33 861 nəfərdir. İnzibati mərkəzi — Dudinka şəhəri.
Taymır Dövlət Təbiət Qoruğu
Taymır Dövlət Təbiət Qoruğu - Rusiyadakı ən böyük təbiət qoruqlarından biridir. Krasnoyarsk diyarının şimalında, Taymır yarımadasında yerləşir. 23 fevral 1979-cu ildə təşkil edilmişdir. Taymır Dövlət Təbiət Qoruğu toplu xarakteri daşıyır və 4 ərazidən ibarətdir. Bikada təhlükəsizlik zonası və Arktik filial qoruğa 1994-cü ildə birləşdirilmişdir. Bundan əvvəl Bikada müşk öküzlərinin köçürülmə ərazisi olmuşdur. Arktik filial isə Böyük Arktik qoruğunun bir hissəsi kimi təşkil edilmişdir. 20 mart 2013-cü ildən etibarən Taymır Dövlət Təbiət Qoruğu müstəqil bir qurum olmağı dayandırdı və Putorana və Böyük Arktik qoruqları ilə birlikdə «Taymır Qoruqları» Federal Dövlət Büccə Qurumunun tabeliyinə verilir. 1995-ci ildə YUNESKO-nun qərarı ilə Taymır Dövlət Təbiət Qoruğu biosfer statusu alır. Burada hava ilin böyük qismi soyuq olur.

Oxşar sözlər

#taymır nədir? #taymır sözünün mənası #taymır nə deməkdir? #taymır sözünün izahı #taymır sözünün yazılışı #taymır necə yazılır? #taymır sözünün düzgün yazılışı #taymır leksik mənası #taymır sözünün sinonimi #taymır sözünün yaxın mənalı sözlər #taymır sözünün əks mənası #taymır sözünün etimologiyası #taymır sözünün orfoqrafiyası #taymır rusca #taymır inglisça #taymır fransızca #taymır sözünün istifadəsi #sözlük