tibbi-bioloji sözü azərbaycan dilində

tibbi-bioloji

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • tibbi-bioloji • 84.4444%
  • Tibbi-Bioloji • 13.3333%
  • Tibbi-bioloji • 2.2222%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Aviasiya tibbi
Aviasiya tibbi — tibb elminin bir sahəsi. Təyyarədə uçuşun tibbi cəhətdən təhlükəsizliyini, uçuş heyətinin sağlamlığını və onun müasir təyyarədə iş qabiliyyətinin mühafizə edilib yüksək səviyyədə saxlanılmasını təmin edən tədbirləri öyrənir. Aviasiya tibbi uçuş heyətinin əmək, istirahət, yuxu və qida rejimini müəyyən edir, onun sağlamlığına xüsusi funksional diaqnostika üsulları ilə tibbi nəzarət edir, təyarrəçinin fərdi xüsusiyyətlərindən asılı olan qəzasız uçuşun elmi əsaslarını və s. öyrənir. Aviasiya tibbinin problem və üsullarının çoxu kosmik tibbin problem və üsullarına yaxındır. Aviasiya tibbinə aviasiyada tibb xidmətinin təşkili və taktikası, radiobiologiya, aviasiya fiziologiyası və gigiyenası, aviasiya psixologiyası və s. daxildir. == İstinadlar == == Əlavə ədəbiyyat == Zadik, Y; Chapnik, L; Goldstein, L. "In-Flight Barodontalgia: Analysis of 29 Cases in Military Aircrew". Aviation, Space, and Environmental Medicine. 78 (6).
Bioloji akustika
Bioloji akustika heyvanlar tərəfindən yaradılır. Buna misal olaraq yarasa misal göstərmək olar. Yarasaların gözü gormür, ancaq o özündən səs dalğaları buraxaraq öz öz yolunu davam edir.O səs dalğalarını göndərdikdən sonra həmən səs hər hansı maneə və yaxud cismə dəyib özünə qayıdır.Ancaq biz bunu eşidə bilmirik, çünki insan qulağı ancaq 16 Hs və 20 000Hs tezlikli səs dalğalarını eşidə bilir.Bu səslər isə 16Hs-dən aşağı səslərdir.
Bioloji analiz
Bioloji analiz – sututarın üzvi çirklənmə dərəcəsinin təyinidir. Bu müayinə suyun keyfiyyətinin biogöstərici orqanizmlərin çirklənmənin səviyyəsinə verdikləri cavab reaksiyasına əsasən qiymətləndirilməsini nəzərdə tutur və su ekosistemlərininin qorunmasına xidmət edir. Suyun sanitar-bakterioloji göstəriciləri, onun içmək üçün yararlığı xüsusi mütəxəssislər, əsasən həkimlər tərəfindən müəyyən edilir. == Ədəbiyyat == 1. Axundov M.A., Mehrəliyev Ə.Ə., Əliyev A.R., Muradova E.Ə. Bioloji terminlər lüğəti. Bakı, 2005, 260 s.
Bioloji axım
Bioloji axım – çaylarda diri və ölü orqanizmlərin, çirkləndirici maddələrin aşağıya, dənizlərə və okeanlara doğru yerdəyişməsidir. == Ədəbiyyat == 1. Axundov M.A., Mehrəliyev Ə.Ə., Əliyev A.R., Muradova E.Ə. Bioloji terminlər lüğəti. Bakı, 2005, 260 s.
Bioloji monitorinq
Bioloji monitorinq – antropogen təsirlər nəticəsində bioloji sistemdə baş verən dəyişikliklərin aşkar edilməsinə və qiymətləndirilməsinə xidmət edən informasiya toplama sistemidir. Monitorinqin əsas məqsədi əslində insanların sağlamlığı, heyvanların normal yaşayışı üçün yaranacaq təhlükəli şərait haqqında xəbərdarlığın öncədən edilməsidir.
Bioloji mühit
Bioloji mühit — biosenozun yaratdığı ətraf mühit. == Ədəbiyyat == R. Ə. Əliyeva, Q. T. Mustafayev, S. R. Hacıyeva. "Ekologiyanın əsasları" (Ali məktəblər üçün dərslik). Bakı, "Bakı Universiteti" nəşriyyatı, 2006, s. 478 – 528.
Bioloji müxtəliflik
Bioloji müxtəliflik — yer üzərində bütün canlıların — mikroorqanizm, bitki və heyvanların müxtəlifliyi deməkdir. == Azərbaycanda bioloji müxtəliflik == Azərbaycan Respublikası Qafqaz regionunda ən zəngin təbii sərvətlərə malik ölkədir. Azərbaycan Respublikasının ərazisində 9 iqlim zonası üzrə 4500 növə kimi ali bitkilər qeydə alınmışdır ki, bu da Qafqazın növ tərkibinin 64%-ni, keçmiş ittifaqın bütün florasının 24%-ni təşkil edir. Respublikada rast gələn 600 növ endemik bitkilərdən 168-i Azərbaycan, 432 növü isə Qafqaz florasına aiddir. Azərbaycan Respublikasının "Qırmızı kitabı"na 140 nadir və nəsli kəsilmək təhlükəsi olan bitki növü daxil edilmişdir. Növlərin bu kitaba düşmək ehtimalı böyükdür. Çünki, insan təbiətdən istifadədə ehtiyatsızdır. Azərbaycan ərazisində faunanın 18 min növü qeydə alınmışdır. Müasir Azərbaycan faunası məməlilərin 97 növünü, quşların 357, balıqların 100-ə yaxın, amfibiya və reptiliyaların 67 növ və yarımnövü, həşaratların 15 minə yaxın növünü əhatə edir. Azərbaycan Respublikasının "Qırmızı kitabı"na məməlilərin 14 (ceyran, bəbir, bezoar keçisi, dağ qoyunu və s.), quşların 36 (turac, dovdaq, ütəlği, bəzgək, ərsindimdik və s.), balıqların 5 (ilanbalığı, qızılxallı, poru və s.) amfibiya və reptiliyaların 13 (adi triton, Suriya sarımsaqiyli qurbağa, eskulap ilanı), həşaratların 40 növ və yarımnövləri (Talış kökyeyəni, Apollon, Xrizip, Talış brameyası və s.) daxil edilmişdir.
Bioloji məhsuldarlıq
Bioloji məhsuldarlıq – su tutarların müəyyən zaman kəsiyində təkrar olaraq əmələ gətirdiyi bütün fitoplankton, bitki və canlı orqanizmlərin kütləsinin məcmusudur. == Ədəbiyyat == 1. Axundov M. A., Mehrəliyev Ə. Ə., Əliyev A. R., Muradova E. Ə. Bioloji terminlər lüğəti. Bakı, 2005, 260 s.
Tibbi coğrafiya
Tibbi coğrafiya- coğrafiya və tibb elmlərinin şöbəsidir. Ərazinin təbii və ictimai-iqtisadi şəraitinin əhalinin sağlamlığına necə təsir göstərdiyini, insan xəstəliklərinin əmələ gəlməsini və Yer kürəsində yayılmasını öyrənən elm. Müharibə zamanı hərbi əməliyyat meydanı olan ərazinin sanitar-səhiyyə şəraitini öyrənən hərbi-tibbi coğrafiya tibbi coğrafiyanın mühüm bir şöbəsidir. Tibbi-coğrafi xəritə coğrafi mühitin insan sağlamlığına təsirinin ərazi xüsusiyyətlərinin xaratkerini işarələrlə əks etdirən xəritədir. Tibbi iqlimşünaslıq coğrafiya və tibb elmi qovuşuğunda olan elm sahəsi; iqlim şəraitinin əhalinin sağlamlığına təsirini, adi iqlim parametrlərinin dəyişilməsilə insan xəstəliklərinin etiologiya və yayılmasını öyrənir.
Tibbi diplomatiya
Tibbi diplomatiya (ing. medical diplomacy), ictimai sağlamlıq diplomatiyası (ing. public health diplomacy), və həmçinin COVID-19 pandemiyası vaxtı yayımlamış maska diplomastiyası (ing. mask diplomacy) və ya üz maskası diplomastiyası adları altında tanımağa başlayıb — milli məqsədləri üçün xarici dövlətlərə tibbi yardımın təmini. O, adətən yumşaq gücünün nümunəsini olaraq sayılır, amma onun bərk gücə aid olan cəhətləri də var. Fəlakət diplomatiyasının bir növü. 1851-ci ildə birinci Beynəlxalq Sanitar Konfransı keçirilib. Beləliklə, sərhədarası çağırış olan sağlamlıq məsələsi diplomatiyanın yeni mexanizmi olan çoxtərəfli konfransı cəlb edən ilk məsələlərdən biri idi. On illər ərzində Beynəlxalq Sanitar Kofransları üçün əsas mövzu vəba idi. Tibbi diplomatiya Kubanın xarici siyasətinin vacib hissəsidir.
Tibbi etika
Tibbi etika — tibb işçilərinin öz peşə vəzifələrini yerinə yetirən zaman riayət etməli olduqları mənəvi‐etik normalar toplusudur.
Tibbi genetika
Tibbi genetika — irsi xəstəliklərin diaqnostikası və müalicəsini əhatə edən tibb sahəsi. Tibbi genetika insan genetikasından onunla fərqlənir ki, insan genetikası təbabətə aid edilə bilən və ya tətbiq olunmayan elmi tədqiqat sahəsidir, tibbi genetika isə genetikanın tibbə tətbiqinə aiddir. Tibbi genetikanın vəzifəsi irsi xəstəliklərin müəyyən edilməsi, öyrənilməsi, qarşısının alınması və müalicəsi, ətraf mühitin mənfi amillərinin insan irsiyyətinə təsirinin qarşısının alınması yollarını hazırlamaqdır. Tibbi genetikada böyük irəliləyiş fərdin genomunu ardıcıllıqla sıralamaq bacarığıdır. Bu, yüksək ardıcıllığın sıralamaq inkişafı sayəsində mümkün olmuşdur. Genetika XIX-cu əsrdə Bohem rahibi Qreqor Mendelin və digər alimlərin işi ilə yaransa da, insan genetikası daha sonra XX-ci əsrin birinci yarısında inkişaf etməyə başlamışdır. Mendelian (tək gen) irsi albinizm, braxidaktiliya (qısa əl və ayaq barmaqları) və hemofiliya kimi bir sıra mühüm xəstəliklərdə tədqiq edilmişdir. Riyazi yanaşmalar da həmçinin insan genetikasına tətbiq olundu və tətbiq edildi. Populyasiya genetikası yaradıldı. Tibbi genetika əsasən II Dünya Müharibəsinin bitməsindən sonra (1945 il) inkişaf etməyə başladı.
Tibbi jurnal
Tibbi jurnal — tibbi məlumatlarını həkimlərə və digər səhiyyə işçilərinə çatdıran və nəzərdən keçirən elmi jurnal. Bir çox tibbi ixtisasları əhatə edən jurnallar bəzən ümumi tibbi jurnallar adlanır. İlk tibbi jurnallar ümumi tibbi jurnallar idi və 18-ci əsrin sonlarında yaradılmışdır; xüsusi tibb jurnalları ilk dəfə 20-ci əsrin əvvəllərində təqdim edilmişdir. Birləşmiş Krallıqda nəşr olunan ilk tibbi jurnal 1731-ci ildə təsis edilən və Edinburqda nəşr olunan Medical Essays and Observations idi. ABŞ-da nəşr olunan ilk jurnal 1797-ci ildə təsis edilən The Medical Repository idi. The BMJ tibb jurnalının keçmiş redaktoru Riçard Smit müasir tibb jurnalının nəşrinin bir çox aspektlərini tənqid etmişdir.
Tibbi jurnalistika
Tibbi jurnalistika — tibbi xəbərlər və məqalələr barədə xəbərlər hesabatıdır. Tibbi jurnalistika rəngarəngdir. Tibbi jurnalistikaya daxil olan əsas bölmələr ümumi cəmiyyət üçün yazılan yazılar və həkimlər və peşəkarlar üçün yazılan məqalələrdən ibarətdir. Tibbi jurnalistikada dəqiqlik anlayışı çox dəyişkəndir. Kütləvi informasiya vasitələrinin rəylərində bir çox insanların məqalələrdən razı qalma nümunələri olsa da, əksər məqalələr qeyri-kafi qiymətləndirilir. Digər ön izləmələr kütləvi informasiya vasitələrində yayımlanan səhvlərin əksəriyyətinin orijinal jurnal məqalələrində və ya qurumun mətbuat orqanının yayımladığı yazılarda təkrarlanan səhvlərin nəticəsi olduğunu müəyyən etdi. Kolumbia Jurnalistika İcmalı və Hippokrat Med Review kimi bəzi veb saytlar tibbi jurnalistika sahəsinə aid yazılar dərc dərc edir və bu sahədə araşdırmalar aparır. Tibbi jurnalistika müxtəlif vasitələrlə yayımlana/nəşr oluna bilər: Televiziya xəbərləri Qəzetlər İnternet veb-səhifələri Elmi jurnallar (sağlamlıq haqda və tibbi xəbərlər yayımlayan növlərində) Xəbərlərin yayılmasında əksər səhvlər və fərziyyələr elmi icma və ümumi cəmiyyət arasındakı bir neçə maneə ilə əlaqələndirilə bilər ki, bu da müxbirlərin biliklərinin kifayət qədər olmaması, müvafiq hesabat hazırlamaq üçün vaxtın olmaması və nəşrdə kifayət qədər yer olmaması səbəbilə qeyri — dəqiq yazılan məqalələr nəticəsində yarana bilər. Əksər xəbər məqalələri sübutların keyfiyyəti, xərclər və fayda ilə risklər kimi vacib məsələlərin müzakirəsində uğursuz olurlar. Necə olsa da, tibbi jurnalistika təkcə kommersiya məqsədli sahə deyil.
Tibbi kitabxana
Tibbi kitabxana — həkimlərə, səhiyyə işçilərinə, tələbələrə, xəstələrə, tibbi tədqiqatçılara və informasiya mütəxəssislərinə səhiyyə xidmətini təkmilləşdirmək və elmi məlumatların tapılmasında kömək etmək üçün nəzərdə tutulmuşdur. Tibbi kitabxanalar adətən xəstəxanalar, tibb məktəbləri, özəl sənaye və tibb sahələrinin nəzdində olur. Tibb kitabxanası MEDLINE verilənlər bazası vasitəsilə bir sıra elektron resurslara, çap və rəqəmsal jurnal kolleksiyalarına və çap istinad kitablarına çıxış əldə edir. Google və PubMED tibbi kitabxanaların fəaliyyətinə böyük təsir göstərir. ABŞ Milli Tibb Kitabxanası dünyanın ən böyük biotibbi kitabxanasıdır və dünyanın ən yaxşı sağlamlıq məlumatlarını təmin edir. Milli Tibb Kitabxanası, MEDLINE və OMIM daxil olmaqla, Entrez axtarış sistemi vasitəsilə axtarıla bilən çoxsaylı tibbi və genomik məlumat bazalarında özünü əks etdirir. Avropada isə en geniş kitabxana Almaniya Milli Tibb Kitabxanasıdır (ZB MED). Akkreditasiyadan keçmək üçün hər bir Amerika və Kanada tibb, tibb bacısı, stomatologiya, əczaçılıq və ya baytarlıq kolleclərində ehtiyaclarına uyğun sağlamlıq və ya tibb kitabxanası olmalıdır. Bəzi akademik tibb kitabxanaları ümumi kitabxana ilə eyni binada yerləşir, lakin əksəriyyəti tibb kollecinin yaxınlığında yerləşir. Tibb kitabxanaçıları tibb peşələrində tədqiqatlarla kömək edən təcrübəli mütəxəssislərdir.
Tibbi mühəndislik
Biologiya və tibbdə istifadə edilən cihazların, materialların, diaqnoz və müalicə sxemlərinin, süni orqanların və digər vasitələrin inkişafında mühəndislik texnikalarının və fikirlərin istifadəsi; Bu sahədəki işlər diaqnostik, terapevtik və protez cihazların layihələndirilməsini və həyata keçirilməsini nəzərdə tutur. Bu sahədəki işlərə aşağıdakı nümunələr verilə bilər: -Kimya laboratoriyalarında istifadə edilən qan və sidik analizatorları kimi diaqnoz cihazlarının günün ən irəli elektron texnologiya və dizayn üsulları istifadə edilərək reallaşdırılması; -Bioloji siqnalların xəstələrdən alınması və izlənməsi ilə əlaqədar mikroelektronik həyat və monitor sistemlərinin reallaşdırılması; -Daxili orqanların X şüaları ilə müşahidə edilməsi; -Radioaktiv və ultrasəs müşahidə cihazlarının reallaşdırılması; - Ürək-ağciyər maşını kimi müalicə cihazlarının reallaşdırılması; -Respiratorlar, stimulyatorlar, defibrilyatorlar, radiasiya terapiyası qurğularının reallaşdırılması; -Putting (süni) orqanları, "pacemakers" (ürək ritminin manipulyasiya cihazları), süni ürək klapanları, süni omba və oynaqların, süni böyrəyin və s reallaşdırılması. - Kor və kar olan insanlar üçün aşkarlama sistemlərinin həyata keçirilməsi.
Tibbi mərəvcə
Tibbi personal
Tibbi personal — tibb müəssisələrində xidmət edən tibb işçiləridir. Ali — ali və aspirantura tibbi və əczaçılıq təhsili olan bir həkim və digər mütəxəssislər. . Orta – feldşer , sanitar feldşer, feldşer-laborant, hərbi feldşer, tibb bacısı, feldşer-akuşer, diş həkimi, diş texniki, Epidemioloq həkim köməkçisi(parazitoloq), sanitar köməkçisi, dezinfeksiya təlimçisi , sanitar təlimçisi , entomoloq köməkçisi, əczaçı, Rentgen laboratoriyasının köməkçisi, fiziki terapiya təlimçisi, süd mətbəxinin rəhbəri, tibbi statistika rəhbəri, optometriya, eləcə də bir sıra ölkələrdə paramedik, laboratoriya işçisi, fizioterapevt, rentgenoloq, dietoloq və s. . Kiçik – tibb bacısı, kiçik tibb bacısı, tibbi qeydiyatçı (poliklinikada), sanitar, baxıcı, dayə, dezinfeksiyaçı və s.
Tibbi sığorta
Tibbi sığorta — sığorta siyasətində və ya qanunda göstərilən tibbi xidmətlərin hamısını və ya bir hissəsini ödəmək üçün ümumi bir fonda ödənilən töhfələr və ya vergilər hesabına tibbi xərclərin maliyyələşdirilməsi sistemidir. Tibbi sığortası gündəlik sağlamlıq müayinələri, mütəxəssis müraciətləri, stasionar və ambulator cərrahiyyə, xəstəlik və ya xəsarət kimi gözlənilməz hadisələr və dərman resept ilə əlaqəli, lakin bununla məhdudlaşmayan sağlamlıq xərclərini əvəz edir. Tibbi sığorta siyasəti fərdi şəxs tərəfindən ödənilən, Sosial Təminat vasitəsilə bir xidmət olaraq təqdim edilən və ya bir şirkət tərəfindən işçi müavinət paketinin bir hissəsi olaraq ticari olaraq təsnif edilir. Tibbi sığortanın bəzi növləri xəstəliyə (yəni, əlillik məzuniyyətinə) və ya valideyn məzuniyyətinə görə itirilmiş iş vaxtı üçün gəlir müavinətlərini də əhatə edə bilər. "Sığortalı" tibbi sığorta siyasətinin sahibi və ya tibbi sığortası olan şəxsdir. Tibbi sığortanın növündən asılı olaraq ya sığortalı xərcləri cibdən ödəyir və kompensasiya alır, ya da sığortaçı birbaşa provayderə ödəniş edir. Amerika Birləşmiş Ştatları kimi universal səhiyyə əhatəsi olmayan ölkələrdə tibbi sığorta ümumiyyətlə işəgötürənlərin müavinət paketlərinə daxil edilir. Amerikanın Tibbi Sığorta Assosiasiyasına görə, tibbi sığorta "xəstəlik və ya yaralanma nəticəsində verilən müavinətlərin ödənilməsini təmin edən əhatəetmə kimi təyin olunur. Buraya qəza, tibbi xərclər, əlillik və ya təsadüfən ölüm və s. sığorta daxildir" Tibbi sığorta icbari və könüllü formada həyata keçirilir.
Tibbi turizm
Tibbi turizm — yaşayış bölgəsindən kənarda planlaşdırılan tibbi xidmətlərin göstərilməsini, xaricdə tətilin yüksək ixtisaslı tibbi yardımla birləşdirilməsini ifadə edən bir termin. Tibbi turizm mütləq tibbi xidmətin başqa bir dövlətdə alınmasını nəzərdə tutmur. Məsələn, ABŞ-də xəstələr xərcləri azaltmaq üçün digər dövlətlərə müraciət edə bilər. Tibbi turizm üç qrupa bölünür: daxili, xarici və gələn. Daxili tibbi turizm adətən bir ölkənin vətəndaşlarının tibbi xidmətlər almaq üçün bölgələri arasında hərəkəti adlanır. Xarici tibbi turizm xəstənin öz tibbi ehtiyaclarını ödəmək üçün xaricə getməsi halında tibbi xidmətlərin idxalı hesab olunur. Gələn tibbi turizm tibbi xidmətlərin ixracı, yəni xarici xəstələrə tibbi xidmət göstərilməsi üçün cəlb edilməsidir. Tibbi turizm ABŞ, Kanada və Qərbi Avropa sakinləri arasında çox populyardır. ABŞ-də sığortası ciddi xroniki xəstəliklərin müalicəsini əhatə etməyən insanların sayı 110 milyona yaxınlaşır. Buna görə, bir çox amerikalı xaricdə müalicə almağa üstünlük verir, çünki kardioloji, ortopedik və digər bir çox xəstəliklərin müalicəsi, məsələn, Hindistanda və ya Taylandda, ABŞ-də bənzər müalicənin dəyərinin dörddə biri, bəzən isə onda biri olur.
Tibbi ədəbiyyat
Tibbi ədəbiyyat — tibbin elmi kütləvi ədəbiyyatıdır: tibb sahəsinə həsr olunmuş jurnallarda məqalələr və kitablardakı mətnlər. Tibbi ədəbiyyata istinadlar ümumiyyətlə səhiyyə ədəbiyyatını, eyni zamanda stomatologiya, baytarlıq, əczaçılıq, tibb bacısı və müttəfiq səhiyyə peşələrini əhatə edir. Tibbi vəziyyətlərin diaqnozu, proqnozu və müalicəsi ilə bağlı müasir və tarixi baxışlar min illər boyu sənədləşdirilmişdir. Edvin Simit Papirusu ilk tibbi traktatdır. Tarix boyu insanlar xəstəliklər, insanların onlara necə yoluxa bilcəyi və onu aradan qaldırmaq üçün nə edilə biləcəyi haqqında qeydlər aparmışlar. Tibb folklordan tutmuş cadugərliyə kimi müasir sübuta əsaslanan təbabətə qədər uzanırdı. Ən diqqət çəkən təsvirlər arasında Misir (İmhotep, Edvin Smit Papirus, Ebers Papirus, Kahun Ginekoloji Papirus), Mesopotamiya (Diaqnostika kitabça, Əl-kindi), Hindistan (Ayurveda, Şuşruta Samita, Çaraka Samita), Çin (Sarı imperator, Huanqdi Neycinq), Yunanıstan (İliada və Odisseya Yunan tibbi praktikanın ilkin göstəriciləridir; Hippokrat), İran (əl-Razi, İbn Sina, Əl-qanun fit-tibb, Kitab-i Şəfa), İspaniya (Əbülqasım əz-Zəhravi, Kitab əl-Təsrif), Suriya (İbn ən-Nəfis, Kitab əş-Şamıı fi’t-Tıb) qeyd oluna bilər. Andreas Vezali, Vilyam Harvey, İqnats Zemmelveys, Lui Paster və başqalarından sonra tibb cəmiyyəti tədqiqat aparma üsulunu dəyişdirdi. Qeyd olunanlar tibb ictimaiyyətinin məlumat paylaşdığı nəşrlərdir. Əsas məqalələr orijinal məqalələr, rəylər və iş hesabatlarıdır.
Bioloji silah
Bioloji silah kütləvi qırğın silahlarının bir növü olub bakteriya, virus və ya kif kimi mikroorqanizmlərdən əldə olunan vasitələrə və onları tətbiq etmək üçün istifadə edilən döyüş sursatına, cihaz və tərtibatlara deyilir. Bioloji silahın əsasını xəstəlik törədən mikroorqanizmlər və onlardan alınan toksinlər, viruslar, prionlar təşkil edir. Bioloji silahlar insanların, heyvanların və bitkilərin məhv edilməsi, eyni zamanda ərzaq ehtiyatlarının və içməli suyun zəhərlənməsi üçün istifadə edilir. Bioloji vasitələrə, xarici mühitin təsirinə çox davamlı olan, əhali arasında kütləvi xəstəlik törədən, profilaktikası və müalicəsi çətin olan mikroorqanizmlər aid edilir. Onların insanlara, heyvanlara və bitkilərə zədələyici təsiri bir sıra fərdi xüsusiyyətlərlə xarakterizə edilir. Xəstəlik törədən mikroblar ən kiçik dozalarla belə yoluxucu xəstəlik törədə bilir və onların toksinləri müəyyən müddət xarici mühitdə və ya yoluxmuş həşərat, gənə və gəmiricilərdə qala bilir. Bioloji vasitələrin zədələyici xassələrindən biri də onlarda inkubasiya və ya gizli təsir dövrünün olmasıdır. Bioloji silahlarda, əsasən taunun, vəbanın, Sibir yarasının, tulyaremiyanın, bruselyozun, melioidozanın sarı və başqa isitmə növlərinin, təbii çiçəyin, psitmakozanın (ornitlozanın), səpmə və qarın yatalağının, qripin, malyariyanın dizentiriyanın və b. törədiciləri olan müvafiq mikroorqanizmlərdən, viruslardan, bakteriyalardan, göbələklərdən və s. istifadə olunur.
Bioloji sistem
. Bioloji sistem — bir neçə bioloji əlaqəli varlığı birləşdirən mürəkkəb şəbəkə. Bioloji təşkilat bir neçə miqyasda olur və sistemin nə olmasından asılı olaraq müxtəlif strukturlar əsasında müəyyən edilir. Məməlilərdə və digər heyvanlarda orqan və toxuma miqyasında qan dövranı sistemini, tənəffüs sistemini və sinir sistemini misal göstərmək olar. Mikro və nanoskopik səviyyədə bioloji sistemlərin nümunələri hüceyrələr, orqanellər, makromolekulyar komplekslər və tənzimləyicilərdir. Bioloji sistemi canlı orqanizm kimi canlı sistemlə qarışdırmaq olmaz. == Orqan və toxuma sistemləri == Orqan sistemi və insan orqanizminin sistemlərinin siyahısı Bu xüsusi sistemlər insan anatomiyasında geniş şəkildə öyrənilir və bir çox başqa heyvanlarda da mövcuddur. Tənəffüs sistemi — tənəffüs üçün istifadə olunan orqanlar: udlaq, qırtlaq, bronxlar, ağciyərlər və sinə diafraqması. Həzm sistemi — tüpürcək vəziləri, yemək borusu, mədə, qaraciyər, öd kisəsi, mədəaltı vəzi, bağırsaqlar, düz bağırsaq və anus tərəfindən qidanın həzm edilməsi. Ürək-damar sistemi (ürək və qan dövranı sistemi) — qanı ürək, qan və qan damarları vasitəsilə bədənə və ağciyərlərə vurur və yönəldir. Sidik-ifrazat sistemi — böyrəklər, sidik kanalı, sidik kisəsi maye balansında, elektrolit balansında və sidik ifrazında iştirak edir.
Tibbi antropologiya
Tibbi antropologiya (tətbiqi) antropologiyanın alt sahəsidir. Fərdləri və cəmiyyəti tibbi nöqteyi-nəzərdən araşdıran tibbi antropologiya nisbətən yeni elm sahəsidir. O, sağlamlıq, xəstəlik və müalicə kimi hadisələrin mədəni, sosial və bioloji proqnozlarını araşdırır. Bundan başqa, bir çox müxtəlif mövzuları araşdıran tibbi antropologiyanın inkişafı əksər antropoloqlar tərəfindən 4 mərhələdə müəyyən edilir. 1870-ci illərdə ortaya çıxan mədəni antropologiya bu gün tibbi antropologiyada araşdırılan mövzuların, anlayışların və problemlərin əksəriyyətini əhatə etmişdir. Tibbi antropologiya termini 1963-cü ildən antropoloqlar üçün sağlamlıq, xəstəlik və əlaqəli tibb bacısı/qulluq təcrübələrinin sosial prosesləri və mədəni təqdimatı ilə bağlı empirik tədqiqat və nəzəriyyələr inkişaf etdirmək üçün bir etiket kimi istifadə edilmişdir. 1970-ci illərdə tibbi antropologiya öz yerini dəyişdi, yerli tibb anlayışlarına diqqət yetirərək, daha çox öz cəmiyyətlərində yer almış və onları biotibbi institutlara və bu qurumlarla əlaqəli anlayışlara çevirmişlər. Son zamanlar tibbi antropoloqlar tibbdə tədqiqatla bağlı məsələləri araşdırırmağa başlayıblar. Tibbi antropologiya antropologiya və tibblə yanaşı, anlayış və metodologiya baxımından sosiologiya, epidemiologiya, etiologiya, ekologiya və iqtisadiyyat kimi müxtəlif elmlərdən də faydalanır. Bu gün bir çox universitetlərdə şöbələri olan tibbi antropologiya tibbin sosial elmlərlə birlikdə araşdırılmasında mühüm elm sahəsidir.
Tibbi reabilitasiya
Tibbi reabilitasiya (rehabilitatio, bərpa) — xəstəlik və ya zədə nəticəsində pozulmuş və ya tamamilə itirilən insan orqanizminin normal psixi və fizioloji funksiyalarının (ehtiyaclarının) maksimum mümkün bərpasına və ya kompensasiyasına yönəlmiş tibbi, pedaqoji, psixoloji və digər növ tədbirlər kompleksi. Ehtiyac nümunələri: sağlam olmaq, fiziki fəaliyyət, hərəkət azadlığı, fəaliyyət müstəqilliyi, insanlarla ünsiyyət, lazımi məlumatları əldə etmək, iş və digər fəaliyyətlər vasitəsilə özünü həyata keçirmək.

Oxşar sözlər

#tibbi-bioloji nədir? #tibbi-bioloji sözünün mənası #tibbi-bioloji nə deməkdir? #tibbi-bioloji sözünün izahı #tibbi-bioloji sözünün yazılışı #tibbi-bioloji necə yazılır? #tibbi-bioloji sözünün düzgün yazılışı #tibbi-bioloji leksik mənası #tibbi-bioloji sözünün sinonimi #tibbi-bioloji sözünün yaxın mənalı sözlər #tibbi-bioloji sözünün əks mənası #tibbi-bioloji sözünün etimologiyası #tibbi-bioloji sözünün orfoqrafiyası #tibbi-bioloji rusca #tibbi-bioloji inglisça #tibbi-bioloji fransızca #tibbi-bioloji sözünün istifadəsi #sözlük