toksin sözü azərbaycan dilində

toksin

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • toksin • 96.9231%
  • Toksin • 3.0769%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Toksin
Toksin (q.yun. τοξικός, toxikos - zəhərli) – adətən bioloji mənşəli, yəni canlı orqanizmlər tərəfindən istehsal olunan zəhərli maddələri ifadə edir. Bununla insan əli ilə yaradılmış sintetik zəhərli maddələr bu sinfə daxil sayılmır. Fizioloji funksiyaları süstləşdirən, hədəf orqanizmlərin xəstələnməsinə və ya ölümünə səbəb olan bakteriya, bitki, yaxud heyvan mənşəli maddələrdir. Kimyəvi tərkibinə görə toksinlər zülal, polipeptid yaxud kiçik molekul ola bilir. Başqa üzvi və qeyri-üzvi zəhərlərdən fərqli olaraq toksin orqanizmə düşdükdə orada anticisim yaradır. Toksin ilan, əqrəb və hörümçək zəhərinin, habelə bir sıra zəhərli bitkilərin tərkibinə daxildir. Bakteriya mənşəli toksin daha geniş yayılmışdır. Toksinlər ağız, dəri və ya tənəffüz yolu ilə qəbul edildikdə müəyyən bir dozada və müəyyən bir zaman anında bioloji sistemlərə zərər verən maddələrdir.
Bitki mənşəli toksinlər
Fitotoksinlər — bitki mənşəli toksinlər. Fitotoksikologiya bitkilərin bioloji sitemlərdə zərərli təsirlərə səbəb olan toksik birləşmələrini öyrənən elm sahəsidir. İnsanlar və heyvanların bitkilərlə zəhərlənməsi müxtəlif səbəblərdən baş verə bilər. Zəhərli bitkilərin təsadüfən qəbul edilməsi Digər zəhərli orqanizmlərlə ,məs:zəhərli göbələklərlə qarışdırılması Bitkinin tərkibindəki az miqdarda toksiki birləşmələrin müəyyən həssas insanlarda təsirliliyi Mikotoksinlərlə kirlənmiç ərzaqların qəbulu. Bitkinin coğrafi yayılması səbəbi ilə torpağın tərkinbindəki toksiki birləşmələri udması.
Botulizm toksini
Botulizm toksini — hazırda məlum olan bütün zəhərlərdən ən güclüsüdür. Onu çoxlu miqdarda həm maye, həm də quru halında istehsal etmək mümkündür. Botulizm toksini istiyə davamlıdır. Quru halda özünün zəhərliliyini uzun müddət saxlaya bilir ki, buda toksin ehtiyatı yaratmağa imkan verir. Toksinin dadı və iyi olmadığı üçün onu hiss etmək çətindir. Botulizm toksini çox güclü zəhərləmə xüsusiyyətinə malikdir. İnsanların və heyvanların zəhərlənməsi əksər hallarda (90–100%) ölümlə nəticələnir. Ona görə də botulizm toksini düşmənin tətbiq edəcəyi bakterioloji silahın ən çox ehtimal edilən növlərindən biri hesab edilir.
Göbələk mənşəli toksinlər
Mikotoksinlər (yun. μύκης, mykes, mukos — "göbələk"; τοξικόν, toxikon — "zəhər") — kiflər (kif göbələkləri) tərəfindən sintez olunan və zərərli təsirlərə malik olan ikincili metabolitlər. Mikotoksinlərin təsiri ilə yaranan zəhərlənmələrə mikotoksikozislər deyilir. Mikotoksinlər bir çox əlamətlərinə görə antibiotiklərə oxşayırlar. Bu baxımdan onları ayırd etmək çox çətindir. Məs: bəzi mikotoksinlər də antibiotiklər kimi mikroorqanizmlərin inkişafının qarşısını alır. Ümumi götürdükdə isə mikroorqanizmlərə qarşı təsirli olanlar antibiotiklər, yüksək orqanizmlərə qarşı təsirli olanlar isə mikotoksinlər adlanırlar. Mikotoksinləri sintez edən göbələkləri növlərinə və cinslərinə görə ayırd etmək çox çətindir. Beləki, bir mikotoksin müxtəlif göbələk növləri tərəfindən sintez oluna bilər. Eyni zamanda bir göbələk növü də müxtəlif mikotoksinlər sintez edə bilər.
Toksinlər
Toksin (q.yun. τοξικός, toxikos - zəhərli) – adətən bioloji mənşəli, yəni canlı orqanizmlər tərəfindən istehsal olunan zəhərli maddələri ifadə edir. Bununla insan əli ilə yaradılmış sintetik zəhərli maddələr bu sinfə daxil sayılmır. Fizioloji funksiyaları süstləşdirən, hədəf orqanizmlərin xəstələnməsinə və ya ölümünə səbəb olan bakteriya, bitki, yaxud heyvan mənşəli maddələrdir. Kimyəvi tərkibinə görə toksinlər zülal, polipeptid yaxud kiçik molekul ola bilir. Başqa üzvi və qeyri-üzvi zəhərlərdən fərqli olaraq toksin orqanizmə düşdükdə orada anticisim yaradır. Toksin ilan, əqrəb və hörümçək zəhərinin, habelə bir sıra zəhərli bitkilərin tərkibinə daxildir. Bakteriya mənşəli toksin daha geniş yayılmışdır. Toksinlər ağız, dəri və ya tənəffüz yolu ilə qəbul edildikdə müəyyən bir dozada və müəyyən bir zaman anında bioloji sistemlərə zərər verən maddələrdir.

toksin sözünün leksik mənası və izahı

toksin sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. биол. токсин (ядовитое вещество, вырабатываемое некоторыми микроорганизмами, а также некоторыми животными и растениями). Toksinin kiçik dozası малая доза токсина

    Azərbaycanca-rusca lüğət / toksin

toksin sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [yun. toxikon-dan] биол., мед. токсин (бязи микроорганизмра, гьакӀни бязи гьайванра ва набататра арадал къведай зегьерлу затӀар).

    Azərbaycanca-ləzgicə lüğəti / toksin

"toksin" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#toksin nədir? #toksin sözünün mənası #toksin nə deməkdir? #toksin sözünün izahı #toksin sözünün yazılışı #toksin necə yazılır? #toksin sözünün düzgün yazılışı #toksin leksik mənası #toksin sözünün sinonimi #toksin sözünün yaxın mənalı sözlər #toksin sözünün əks mənası #toksin sözünün etimologiyası #toksin sözünün orfoqrafiyası #toksin rusca #toksin inglisça #toksin fransızca #toksin sözünün istifadəsi #sözlük