Tomiris
Tomris (İran dilləriden Tahmirih, Cesur, Türkcə: Temir — "Dəmir"; e. ə. VI əsr, Mərkəzi Asiya, Massagetlər – e. ə. VI əsr, Mərkəzi Asiya, Massagetlər) — Massagetlərdən və saklardan olan məşhur peçeneq qadın sərkərdə, skif dövlət xanı. Sakların şahzadəsi olan Tomris/Tomarisin adı Azərbaycanda günümüzə qədər istifadə olunan qadın adıdır.
== Herodot Tomris barədə ==
Tomris haqqında əsas məlumat Herodotun Tarix əsərində qorunmuşdur. Onun doqquz hissədən ibarət "Tarix" əsəri yunan-fars müharibələrinə və bu müharibələrin ətrafında baş verən hadisələrə həsr olunmuşdur. Burada qələmə alınan hadisələr dövrünün tarixçilik ənənələrinə uyğun olaraq, miflə gerçək tarixi rəvayətçilik hüdudlarında yazılsa da, Heredot haqlı olaraq, dünyanın ən tarixçilərindən sayılır. Heredotun kitabında yer alan hadisələrdən biri də Əhəməni hökmdarı Kirin e.