torpaqların sözü azərbaycan dilində

torpaqların

Yazılış

  • torpaqların • 88.2137%
  • Torpaqların • 11.7647%
  • TORPAQLARIN • 0.0215%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Torpaqların ekologiyası
Torpaqların ekologiyası- kənd təsərrüfatı ekologiyasının bölməsi; torpaqdan istifadə şəraitini təyin edən təbii faktorları öyrənir. Torpaqların ekologiyası təbiətin mühafizəsi fəaliyyəti ilə sıx bağlıdır. Bu termini L.Q. Ramenski (1938) təklif etmişdir. == Torpaqların ekoloji mübitlik modeli == Torpaqların ekoloji münbitlik modeli torpaqların münbitlik modeli-bitki məhsuldarlığının müəyyən səviyyəsinə uyğun gələn aqronomik cəhətdən əhəmiyyətli torpağın xassələri və rejimlərinin məcmusu hesab olunur. Bu istiqamətdə olan materiallara və respublikamızda aparılan torpaq-aqroekoloji tədqiqatlara, ayrı-ayrı regionların təbii şəraitinin təhlilinə əsaslanaraq, bitkilərin (taxıl, pambıq, üzüm, çay, meyvə, otlaq, meşə) tələbatından asılı olaraq müxtəlif torpaqlar üçün münbitlik modeli işlənmişdir.
Torpaqların ekocoğrafi problemləri
Azərbaycanın torpaq örtüyü çox müxtəlif və rəngarəngdir. Torpaq növlərinin müxtəlifliyinə görə bura dünyanın ən zəngin güşələrindən biridir. Bütün əsas torpaq tipləri coğrafi yayılmasına görə şaquli zonallığa tabedir. Respublikanın torpaq xəritəsində 90-a qədər torpaq tipi və yarımtipi göstərilmişdir. Yüksək dağlıqdan Kür-Araz ovalığına və Xəzər dənizinə kimi olan ərazidə aşağıdakı torpaqlar yayılmışdır: dağ-tundra, dağ-çəmən, qonur-dağ meşə, qəhvəyi-dağ meşə, dağ-qara torpaqlar, boz-qəhvəyi (şabalıdı), sarı, boz və boz-qonur çəmən torpaqları, şoranlar, şorakət və s. torpaqlar. Azərbaycanın ümumi torpaq fondunun sahəsi 8,641 mln. ha-dan artıqdır. Bunun 4,47 mln. ha-ı kənd təsərrüfatına yararlı, o cümlədən 1,43 mln.
Torpaqların çirklənməsinin monitorinqi
Torpaqların çirklənməsinin monitorinqi — “Ətraf mühit və təbii ehtiyatların dövlət monitorinqinin aparılması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq həyata keçirilir (Nazirlər Kabinetinin 1 iyul 2004-cü il tarixli, 90 saylı qərarı ilə təsdiq edilmişdir). == Torpaq monitorinq == Torpaqların çirklənməsinin monitorinqi ölkə torpaqlarının çirklənmədən mühafizəsi, onlardan səmərəli istifadəsi üzrə layihələrin hazırlanması və çirklənməyə məruz qalmış ərazilərin rekultivasiyası üzrə müvafiq işlərin görülməsi üçün çirklənmə səviyyəsi haqqında məlumatların əldə edilməsi məqsədilə aparılır. Gübrələrin kortəbii, heç bir elmi mülahizəyə söykənmədən tətbiq olunduğu sahələrdə torpaqların ekoloji vəziyyəti pisləşməkdə davam edir. Belə ki, torpağın tərkibində olan qida maddələrinin miqdarı müəyyən olunmadan aparılan gübrələmə işi torpaq sahələrində toksiki mühit yaradır. Bu halda torpaqda olan minlərlə mikroorqanizmlər məhv olmaqla yanaşı torpağın bioloji fəallığı azalır, biokimyəvi proseslərin intensivliyi aşağı düşür, nəticədə isə torpaq “cansızlaşır”. Qeyd olunan cəhəti əkin sahələrində tətbiq olunan digər zəhərli maddələrə də aid etmək olar. Bu səbəbdən torpaqların keyfiyyətinin monitorinqi üzrə əsas istiqamətlərdən biri onların pestisid və herbisidlərlə çirklənməsi sahəsində aparılan müşahidələrdir. Belə mütəmadi müşahidələr Ağdam, Ağdaş, Ağcabədi, Şirvan, Biləsuvar, Bərdə, Göyçay, Gəncə, Cəlilabad, Yevlax, Zərdab, İmişli, Kürdəmir, Quba, Qəbələ, Masallı, Neftçala, Sabirabad, Saatlı, Salyan, Şamaxı, Şəki və Göygöl rayonlarında müxtəlif kənd təsərrüfatı bitkilərinin (pambıq, üzüm, taxıl, tərəvəz, meyvə, yem bitkiləri) əkin sahələrində aparılır. Torpaqların çirklənmə səviyyəsinə DDT, DDE, həmçinin sulfat, nitrat ionlarının qatılıqları, humusun miqdarı, elektrik keçiriciliyi və hidrogen göstəricisi üzrə nəzarət edilir. == Torpaq çirklənməsi == Torpağı çirkləndirən yalnız gübrələr deyil.
Çirklənmiş torpaqların monitorinq növləri
Çirklənmiş torpaqların monitorinq növləri- spesifik torpaq-ekoloji monitorinqin növləri == Giriş == Nəzarət edilən mühitin tipinə görə, çirkləndirici maddələrin yayılma mexanizmi və məsafəsinə görə torpaqların çirklənməsinin ekoloji monitorinq növlərini ayırırlar. Təbii mühitin spesifik xüsusiyyətləri ilə əlaqədar olaraq biotik və abiotik monitorinq fərqləndirilir (Y.A.İzrael, 1984). Çirkləndirici maddələrin yayılma qanunauyğunluğuna müvafiq olaraq monitorinq-lokal, regional və qlobal səviyyələrə ayrılır(İ.P.Qerasimov, 1975). == Lokal monitorinq == Sanitar-gigiyena və ya impakt monitorinq də adlandırılır. Torpaqların sanitar vəziyyəti dedikdə, yoluxma və gigiyena cəhətdən torpaqların keyfiyyətini və təhlükəsizlik dərəcəsini müəyyən edən fiziki-kimyəvi və bioloji xassələrinin məcmusu başa düşülür. O, konkret müəssisələrin tulladığı çirkləndirici maddələrin ətraf mühitdə miqdarına nəzarət edilməsinə yönəldilmişdir. Birinci növbədə real şəraitdə həmin çirkləndirici maddələrə daha çox həssas olan təbii mühitə nəzarət edilir. Əgər tullantılar suya atılırsa-suların nəzarəti, atmosferə atılırsa-havanın nəzarəti aparılır. Ətraf mühitin hər hansı bir çirklənmə halında torpaqlar analiz olunur. Çirkləndirici maddələrlə əlaqədar olan, istər ekoloji təhlükənin əvvəlcədən müəyyən edilməsi, istərsə də onların toplanma qanunauyğunluğunun üzə çıxarılması çox mühümdür.
Rus torpaqlarının birləşdirilməsi
Rus torpaqlarının birləşdirilməsi — XIV əsrdən başlayan parçalanmış rus knyazlıqlarının yeni siyasi mərkəzlər ətrafında birləşməsi prosesi. Bəzi knyazlıqların digərləri tərəfindən mənimsənilməsi müxtəlif formalarda - miras yolu ilə, satın alma yolu ilə, Ordada alınan yarlıq əsasında və fəth yolu ilə həyata keçirilirdi. Birləşmə prosesləri XII-XIII əsrlərdə, müstəqil knyazlıqların yaranmasından az sonra başlamış, lakin monqol istilası (1237-1241) ilə dayanmışdır. Şimal-Şərqi Rusiyada bu prosesə Tver knyazlığı və digər qonşu knyazlıqlarla sərt rəqabətdə qalib gələn və mərkəzləşdirilmiş Rusiya dövlətinin əsasına çevrilən Böyük Moskva knyazlığı rəhbərlik edirdi. Qərbi Rusiyada rus torpaqlarının toplanması Böyük Litva knyazlığı tərəfindən həyata keçirilirdi. Daha kiçik miqyasda, digər böyük knyazlıqlar da qonşuları hesabına öz mülklərini genişləndirməklə məşğul idilər: Ryazan, Smolensk, Bryansk, Tver, lakin onların hamısı sonda müstəqilliklərini itirərək Moskva və ya Litva böyük knyazlıqlarının bir hissəsi oldular. Onların arasında XIV / XV əsrlərin sonlarında ümumi bir sərhəd yarandı. == Monqollaraqədərki dövr == XIII əsrin əvvəllərində Rus dövləti onlarla knyazlıqdan və ya salnamə terminologiyasına görə "torpaqlardan" ibarət idi ki, onların əksəriyyətində daha kiçik əlavə knyazlıqların intensiv formalaşması prosesi gedirdi. Eyni zamanda, torpaqların özləri hələ də ərazi sabitliyini qoruyurdular və onların arasında bir neçə potensial birləşmə mərkəzləri yetişməkdə idi. Kiyev şəhəri Rusun nominal paytaxtı olmağa davam etdi.
Rusiya tərəfindən işğal edilmiş Ukrayna torpaqlarının ilhaqı referendumu
2022-ci il sentyabrın sonlarında Ukraynaya Rusiya tərəfindən göndərilmiş məmurlar Ukraynanın işğal olunmuş ərazilərinin Rusiya tərəfindən ilhaqı ilə bağlı referendumlar keçirmişdirlər. Keçirilmiş bu referendumlar şərhçilər tərəfindən saxta referendumlar kimi təsvir edilmiş və dünyanın müxtəlif ölkələri tərəfindən pislənmişdir. Hazırda referendumların nəticələrinin etibarlılığını Şimali Koreyadan başqa dünyanın heç bir suveren dövləti qəbul etməmişdir. Səsvermə Ukraynanın dörd regionunda - Ukraynanın Rusiya tərəfindən işğal olunmuş Donetsk və Luqansk vilayətlərində təşkil edilmiş, Rusiyanın marionet dövlətləri olan Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikası ərazilərində, həmçinin müharibənin ilk həftəsində Rusiya tərəfindən ələ keçirilmiş və Rusiya tərəfindən təyin edilmiş hərbi administrasiyaları olan Xerson vilayəti və Zaporojye vilayətində baş tutmuşdur. Rusiya Federasiyasının Silahlı Qüvvələri hərbi əməliyyatların davam etdiyi dörd regiondan heç birinə tam nəzarəti həyata keçirmir və eyni zamanda da, əhalinin böyük hissəsi 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü başlayandan sonra regionları tərk etmişdirlər. Referendumlar beynəlxalq hüquqa görə qeyri-qanuni olmuşdur və Birləşmiş Millətlər Təşkilatı tərəfindən Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin pozulması halı kimi qətiyyətlə pislənilmişdir. 2022-ci il sentyabrın 30-da Rusiya prezidenti Vladimir Putin Rusiya parlamentinin hər iki palatasına müraciətində Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin ilhaqını elan etmişdir. Birləşmiş Millətlər Təşkilatı, Ukrayna və bir çox başqa ölkələr ilhaqı pisləmişdirlər.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 28.49 dəfə / 1 mln.
2002 •••• 10.28
2003 ••••••••• 24.01
2004 ••••••••• 22.57
2005 •••••••• 21.59
2006 ••••••••• 24.10
2007 •••••••••••• 31.50
2008 ••••••••••••• 35.32
2009 ••••••••••• 30.40
2010 ••••••••••• 29.14
2011 ••••••••• 24.54
2012 •••••••••• 27.62
2013 ••••• 11.67
2014 •••••• 14.59
2015 ••••••••••••••• 39.64
2016 •••••••••••••••••••• 55.71
2017 •••••••••••••••• 41.78
2018 ••••••••••••••• 39.40
2019 ••••••• 17.39
2020 ••••••••• 22.94

"torpaqların" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#torpaqların nədir? #torpaqların sözünün mənası #torpaqların nə deməkdir? #torpaqların sözünün izahı #torpaqların sözünün yazılışı #torpaqların necə yazılır? #torpaqların sözünün düzgün yazılışı #torpaqların leksik mənası #torpaqların sözünün sinonimi #torpaqların sözünün yaxın mənalı sözlər #torpaqların sözünün əks mənası #torpaqların sözünün etimologiyası #torpaqların sözünün orfoqrafiyası #torpaqların rusca #torpaqların inglisça #torpaqların fransızca #torpaqların sözünün istifadəsi #sözlük