torpaqlarının sözü azərbaycan dilində

torpaqlarının

Yazılış

  • torpaqlarının • 99.5917%
  • Torpaqlarının • 0.4083%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Rus torpaqlarının birləşdirilməsi
Rus torpaqlarının birləşdirilməsi — XIV əsrdən başlayan parçalanmış rus knyazlıqlarının yeni siyasi mərkəzlər ətrafında birləşməsi prosesi. Bəzi knyazlıqların digərləri tərəfindən mənimsənilməsi müxtəlif formalarda - miras yolu ilə, satın alma yolu ilə, Ordada alınan yarlıq əsasında və fəth yolu ilə həyata keçirilirdi. Birləşmə prosesləri XII-XIII əsrlərdə, müstəqil knyazlıqların yaranmasından az sonra başlamış, lakin monqol istilası (1237-1241) ilə dayanmışdır. Şimal-Şərqi Rusiyada bu prosesə Tver knyazlığı və digər qonşu knyazlıqlarla sərt rəqabətdə qalib gələn və mərkəzləşdirilmiş Rusiya dövlətinin əsasına çevrilən Böyük Moskva knyazlığı rəhbərlik edirdi. Qərbi Rusiyada rus torpaqlarının toplanması Böyük Litva knyazlığı tərəfindən həyata keçirilirdi. Daha kiçik miqyasda, digər böyük knyazlıqlar da qonşuları hesabına öz mülklərini genişləndirməklə məşğul idilər: Ryazan, Smolensk, Bryansk, Tver, lakin onların hamısı sonda müstəqilliklərini itirərək Moskva və ya Litva böyük knyazlıqlarının bir hissəsi oldular. Onların arasında XIV / XV əsrlərin sonlarında ümumi bir sərhəd yarandı. XIII əsrin əvvəllərində Rus dövləti onlarla knyazlıqdan və ya salnamə terminologiyasına görə "torpaqlardan" ibarət idi ki, onların əksəriyyətində daha kiçik əlavə knyazlıqların intensiv formalaşması prosesi gedirdi. Eyni zamanda, torpaqların özləri hələ də ərazi sabitliyini qoruyurdular və onların arasında bir neçə potensial birləşmə mərkəzləri yetişməkdə idi. Kiyev şəhəri Rusun nominal paytaxtı olmağa davam etdi.
Rusiya tərəfindən işğal edilmiş Ukrayna torpaqlarının ilhaqı referendumu
2022-ci il sentyabrın sonlarında Ukraynaya Rusiya tərəfindən göndərilmiş məmurlar Ukraynanın işğal olunmuş ərazilərinin Rusiya tərəfindən ilhaqı ilə bağlı referendumlar keçirmişdirlər. Keçirilmiş bu referendumlar şərhçilər tərəfindən saxta referendumlar kimi təsvir edilmiş və dünyanın müxtəlif ölkələri tərəfindən pislənmişdir. Hazırda referendumların nəticələrinin etibarlılığını Şimali Koreyadan başqa dünyanın heç bir suveren dövləti qəbul etməmişdir. Səsvermə Ukraynanın dörd regionunda - Ukraynanın Rusiya tərəfindən işğal olunmuş Donetsk və Luqansk vilayətlərində təşkil edilmiş, Rusiyanın marionet dövlətləri olan Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikası ərazilərində, həmçinin müharibənin ilk həftəsində Rusiya tərəfindən ələ keçirilmiş və Rusiya tərəfindən təyin edilmiş hərbi administrasiyaları olan Xerson vilayəti və Zaporojye vilayətində baş tutmuşdur. Rusiya Federasiyasının Silahlı Qüvvələri hərbi əməliyyatların davam etdiyi dörd regiondan heç birinə tam nəzarəti həyata keçirmir və eyni zamanda da, əhalinin böyük hissəsi 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü başlayandan sonra regionları tərk etmişdirlər. Referendumlar beynəlxalq hüquqa görə qeyri-qanuni olmuşdur və Birləşmiş Millətlər Təşkilatı tərəfindən Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin pozulması halı kimi qətiyyətlə pislənilmişdir. 2022-ci il sentyabrın 30-da Rusiya prezidenti Vladimir Putin Rusiya parlamentinin hər iki palatasına müraciətində Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin ilhaqını elan etmişdir. Birləşmiş Millətlər Təşkilatı, Ukrayna və bir çox başqa ölkələr ilhaqı pisləmişdirlər.

Oxşar sözlər

#torpaqlarının nədir? #torpaqlarının sözünün mənası #torpaqlarının nə deməkdir? #torpaqlarının sözünün izahı #torpaqlarının sözünün yazılışı #torpaqlarının necə yazılır? #torpaqlarının sözünün düzgün yazılışı #torpaqlarının leksik mənası #torpaqlarının sözünün sinonimi #torpaqlarının sözünün yaxın mənalı sözlər #torpaqlarının sözünün əks mənası #torpaqlarının sözünün etimologiyası #torpaqlarının sözünün orfoqrafiyası #torpaqlarının rusca #torpaqlarının inglisça #torpaqlarının fransızca #torpaqlarının sözünün istifadəsi #sözlük