tovhid sözü azərbaycan dilində

tovhid

Yazılış

  • tovhid • 54.5455%
  • Tovhid • 45.4545%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Tovhid
Tövhid (ərəb. توحيد‎) monoteizm anlayışının İslam terminologiyasındakı qarşılığıdır. Tövhid Allahın ad və sifətləri mövzusunda şirki rədd edir. Əraf surəsi 180-ci ayəsində "ən gözəl adlar (ƏsmaUl-Husnə) Allahındır" deyilir. Antropomorfizm və ya onu məxluqata oxşatmaq teologik olaraq rədd edilən bir hərəkətdir; yenə tövhid əhlinə görə "Allahın kamal sifətlərə sahib olduğuna və bütün nöqsan sifətlərdən və məxluqata oxşamaqdan uzaq olduğuna mütləq inanmaq gərəkdir." və "Kamal sifətlərini itirən tanrı, müdəbbir və rəbb ola bilməz. Əksinə əksikliyi səbəbi ilə özünü lağa qoyarlar. Həmd əzəldə və əbəddə cəlal və kamal sifətlərə sahib olana aiddir. Çünki həmdə layiq olan sadəcə odur." Söz ərəb dilində vəhdət "bir olmaq" kökündən yaranır. İslami terminologiyada din fəlsəfəciləri bu sözə Allah üçün istifadə edildiyində həmçinin birləşdirmə, birləşik, bitişik, əlavə, qarışıq olmaq mənaları yüklənməsinə də qarşı çıxırlar və bunları da şirk olaraq tanımlayırlar. İbrahimi dinlərin kitablarında da tanrı şəxsi bir yaradıcıdır.
Tovhid surəsi
112-ci surə əl-İxlas (Yalnız Allaha məxsus olan sifətlər) surəsi (Məkkədə nazil olmuşdur, 4 ayədir) Qur’ani-kərimin yüz on ikinci surəsi olan dörd ayədən ibarət əl-İxlas surəsi Məkkə surələrindən sayılaraq ən-Nas (Qur’ani-kərimin 114-cü) surəsindən sonra nazil olub. Əl-İxlas surəsi islamın ən vacib, onu digər dinlərdən fərqləndirən – Allahın vəhdaniyyətini – yek olduğunu açıq və aydın, eyni zamanda qəti – bəyanı ilə seçilir. Özünün bu tutumuna görə, o – qısa olmasına baxmayaraq – Qur’ani-kərimin üçdə birinə bərabərləşdirilir [3, III, 230; 9, IX, 71–74; 22, XX, 227–228]. Məhəmməd Hüseyn ət-Təbatəbai (1902 – 1981) qeyd edir ki, onun aləmində əl-İxlas surəsinin Qur’ani-kərimin üçdə birinə bərabər etdirən ən ədalətli əsas Qur’anın üç – tövhid, nübuvvət və miad – üsulundan biri olan tövhidi özündə əhatə etməsindədir [27, XX, 452]. Bu surə Qur’ani-kərimin əmrlə başlayan altı surəsindən biridir [35, I, 268]. Əl-İxlas surəsini Məkkə surəsi kimi tanıyanlar sırasında İkrimə ibn Əbi Cəhl Amr ibn Hişam əl-Quraşi əl-Məxzumi Əbu Usman (? – 634), Abdullah ibn Məs‘ud ibn əl-Haris ibn Ğafil ibn Habib ibn Şəmx ibn Far ibn Məxzum ibn Sahilə ibn Kahil ibn əl-Haris ibn Təmim ibn Sə‘d ibn Huzeyl ibn Mudrikə ibn İlyas ibn Mudar Əbu Abd ər-Rəhman əl-Huzəli əl-Məkki (? – 653), Cabir ibn Abdillah ibn Amr ibn Haram əl-Ənsari Əbu Abdillah (? – 697), Mucahid ibn Cəbr Əbu əl-Həccac əl-Məkki (642–722), əl-Həsən əl-Basri ibn Əbi əl-Həsən Yəsar Əbu Səid (642–728), İta ibn Əbi Ribah (? – 733), əz-Zəməxşəri Carullah Əbu əl-Qasim Mahmud ibn Umər (1075–1144), ər-Razi Əbu Abdillah (Əbu əl-Fadl) Fəxr əd-Din Muhamməd ibn Umər ibn Huseyn ət-Təbəristaninin (1149–1210) adlarını çəkmək olar.

tovhid sözünün leksik mənası və izahı

  • 2 \ – \ – islam dinində allahın yeganəliyi və təkliyini \ təbliğ edən dini-siyasi təlim. Tövhid islamın əsas şərtlərindən hesab olunur. Bəzən islama təkallahlı din kimi tövhid dini də deyirlər. Tövhid həm də bu dini qəbul etmənin əsasını təşkil edir, çünki onun ziddi Tanrıya şərik qoşmaqdır ki, bu da əsla qəbul olunmur və dindən çıxmış hesab olunur.

    Fəlsəfə terminlərinin izahlı lüğəti / tovhid

Oxşar sözlər

#tovhid nədir? #tovhid sözünün mənası #tovhid nə deməkdir? #tovhid sözünün izahı #tovhid sözünün yazılışı #tovhid necə yazılır? #tovhid sözünün düzgün yazılışı #tovhid leksik mənası #tovhid sözünün sinonimi #tovhid sözünün yaxın mənalı sözlər #tovhid sözünün əks mənası #tovhid sözünün etimologiyası #tovhid sözünün orfoqrafiyası #tovhid rusca #tovhid inglisça #tovhid fransızca #tovhid sözünün istifadəsi #sözlük