Tohid sözü azərbaycan dilində

Tohid

Yazılış

  • Tohid • 95.3125%
  • tohid • 4.6875%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Rəvan Tohidoğlu
Rəvan Tohid oğlu Səmədov (13 dekabr 1983, Bakı) — azərbaycanlı yazıçı, hüquqşünas, dövlət qulluqçusu, hüquq üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin (2004) və Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü (2008); Dünya Gənc Türk Yazarlar Birliyinin sədri (2013–2014). Rəvan Tohidoğlu 1983-cü il dekabrın 13-də Bakı şəhərində anadan olub. Orta məktəbi, həmçinin uşaq musiqi məktəbini 2001-ci ildə bitirib. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini 2005-ci ildə bakalavriat, 2007-ci ildə magistratura səviyyəsi üzrə fərqlənmə diplomları ilə bitirib, 2007–2011-ci illərdə həmin fakültənin aspiranturasında (doktoranturasında) təhsil alıb. 2011–2012-ci illərdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Çivninq təqaüdçüsü olub və Lids Universitetinin Hüquq fakültəsinin magistraturasını fərqlənmə diplomu ilə bitirib. Daha sonra "2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın təqaüdçüsü olub və 2013–2018-ci illərdə Birləşmiş Krallığın Bristol Universitetinin Hüquq fakültəsinin doktoranturasında təhsil alıb, elmi-tədqiqat işini uğurla müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 2003-cü ildə "Hüquq+Gənclik" elmi-kütləvi hüquq jurnalını təsis edib və 2008-ci ilədək jurnalın redaktoru kimi fəaliyyət göstərib. 2005–2006-cı illərdə "Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi" İctimai Birliyinin hüquqşünası, 2006–2008-ci illərdə həmin təşkilatın icraçı direktoru olub. 2005–2008-ci illərdə həmçinin həmin təşkilatın nəşr etdirdiyi "Məhkum və cəmiyyət" qəzetinin redaktoru olub. 2008–2012-ci illərdə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) aparatında böyük məsləhətçi, 2012–2014-cü illərdə və 2018-ci ildə sektor müdiri vəzifəsində çalışıb.
Solmaz Rüstəmova-Tohidi
Solmaz Əli qızı Rüstəmova-Tohidi (20 fevral 1953, Bakı, Azərbaycan SSR) — Azərbaycan alimi, tarix elmləri doktoru, professor, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı, İranın tarixi və iqtisadiyyatı şöbəsinin aparıcı elmi işçisi. Azərbaycan Respublikasının əməkdar elm xadimi (2018). Solmaz Rüstəmova-Tohidi 1953-cü ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini bitirmişdir. 1985-ci ildə farsca "İran kommunist mətbuatı mühacirətdə" (fars. مطبوعات کمونیست ایران در مهاجرت‎) mövzusunda namizədlik, 2001-ci ildə "Kominternin Şərq siyasəti və İran" mövzusunda doktorluq dissertasiyaları müdafiə edib. 1995-ci ildən Niderlandın Sosial Tarix İnstitutunun Qafqaz üzrə, 2010-cu ildən Qafqaz və Orta Asiya üzrə nümayəndəsidir. Elmi tədqiqat istiqamətləri: XX əsrin birinci yarısında Qafqazın, Azərbaycanın, İranın və Türkiyənin siyasi tarixi, bu ölkələrdə nəşr tarixi, ideologiya tarixi, Komintern tarixi, milli-azadlıq hərəkatlarının tarixi, Qafqazda repressiya, deportasiya tarixi və onun nəzəri aspektləri, miqrasiya tarixi, İran cəmiyyəti tarixi. Elmi işləri Azərbaycanda, Rusiyada, İranda, Türkiyədə, İngiltərədə, Niderlandda, Avstriyada, Gürcüstanda, Özbəkistanda, Qazaxıstanda müxtəlif dillərdə: Azərbaycan, rus, ingilis, türk, fars dillərində nəşr edilmişdir. Son 10 ildə 21 beynəlxalq konfransda iştirak etmişdir.

tohid sözünün leksik mənası və izahı

"tohid" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#tohid nədir? #tohid sözünün mənası #tohid nə deməkdir? #tohid sözünün izahı #tohid sözünün yazılışı #tohid necə yazılır? #tohid sözünün düzgün yazılışı #tohid leksik mənası #tohid sözünün sinonimi #tohid sözünün yaxın mənalı sözlər #tohid sözünün əks mənası #tohid sözünün etimologiyası #tohid sözünün orfoqrafiyası #tohid rusca #tohid inglisça #tohid fransızca #tohid sözünün istifadəsi #sözlük