tufanda sözü azərbaycan dilində

tufanda

Yazılış

  • tufanda • 90.9091%
  • Tufanda • 9.0909%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Tufandağ
Tufandağ — Qusar və Qəbələ rayonu ərazisində dağ. Baş Qafqaz silsiləsindədir. Hündürlüyü 4191 m. Yerli əhalinin məlumatına görə, bu ad dağda tez-tez şiddətli külək, çovğun, tufan qopması ilə bağlıdır. Dağ Tufan adı ilə də qeydə alınmişdır. Bu zirvə Böyük Qafqaz suayncı üzərində yerləşib konusu xatırladır. Yura şistlərindən əmələ gəlmiş bu dağın hündürlüyü 4191 metrdir. İl ərzində ən çox tufan və çovğun olduğuna görə ona Tufan adı verilmişdir. Yayılmış dini rəvayətə görə guya Nuhun gəmisindən qopmuş parçalar bu dağdakı göllərə düşmüşdür. Yağış, çovğun vaxtı həmin parçalar göllərin suyunun üzərinə çıxır, hava sakitləşəndə qeyb olur.
Tufandağ (dağ-xizək kompleksi)
"Tufan" Dağ-Xizək Kompleksi (tam adı: "Tufan" Dağ-Xizək Yay-Qış İstirahət Kompleksi) — Azərbaycanın Qəbələ rayonunda rekreasiya-turizm obyekti. Kompleks Qəbələ şəhərindən təxminən 4 kilometr aralıda yerləşir. Kanat yolunun və xizəkçilik kompleksinin 8 stansiyadan ibarət olması planlaşdırılmışdır. Birinci stansiya dəniz səviyyəsindən 950 metr, sonuncu stansiya isə 1920 metr hündürlükdədir. Kompleksinin birinci mərhələsinin açılışı 3 yanvar 2014-cü ildə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə olmuşdur. Buna qədər isə, ölkə başçısı Qəbələyə etdiyi mütəmadi səfərlər zamanı kompleksə gələrək burada aparılan tikinti işlərinin gedişi ilə tanış olmuşdur. Kompleksdə nəhəng infrastruktur yaradılmış, avtomobil yolunun çəkilməsi, torpaq sürüşmələrinin qarşısının alınması üçün mühafizə tədbirləri görülmüşdür. Kompleksin tikintisinin birinci mərhələsi çərçivəsində 4 kanat xətti tam inşa olunmuş, 10 xizək yolundan beşində inşaat işləri başa çatmışdır. İnşası nəzərdə tutulan 10 enmə zolağının ümumi uzunluğu 18 min metr təşkil edir. Burada turistlərin istirahətinin təşkili üçün hər cür şəraiti olan restoranlar da yaradılmışdır.
Tufandağda alpinistlərin itkin düşməsi
Tufandağda alpinistlərin itkin düşməsi — 2017-ci ilin 23 dekabr tarixində Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış 3 alpinistin itkin düşüməsi ilə nəticələnən hadisə. “Gilavar” İdman Klubunun üzvləri olan alpinistlər 23 dekabrda yürüşə çıxıblar. Namin Bünyatzadə, Babur Hüseynov və Fəridə Cəbrayılzadə adlı alpinistlərlə sonuncu əlaqə 24 dekabrda axşam saatlarında saxlanılıb. Axtarışları Dövlət Sərhəd Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin, Ekologiya Nazirliyinin və FAİREX-in (Azərbaycan Hava və Ekstremal İdman növləri federasiyası) üzvlərindən ibarət komanda həyata keçirib. Tufandağ dəniz səviyyəsindən 4 071 metr yüksəklikdədir. Xilasedicilər itkin düşmüş alpinistlərin 2,5 min metr yüksəklikdə olduqlarını ehtimal edirdilər. Hadisənin baş verməsindən on gün sonra alpinistlərin axtarışı üzrə davam edən əməliyyat fonunda Azərbaycan Respublikası Baş Prokurorluğu səhlənkarlıq maddəsi ilə bağlı cinayət işinin açıldığını elan edib. Axtarış-xilasetmə əməliyyatı ilə bağlı Şimal Regional Mərkəzində Qərargah yaradılıb. FHN-nin aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi və peşəkar alpinistlərdən ibarət könüllü dəstə axtarışlara cəlb olunub. 6 yanvar tarixində itkin düşmüş alpinistlərin axtarışına xarici mütəxəssislərdə cəlb edilib.

"tufanda" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#tufanda nədir? #tufanda sözünün mənası #tufanda nə deməkdir? #tufanda sözünün izahı #tufanda sözünün yazılışı #tufanda necə yazılır? #tufanda sözünün düzgün yazılışı #tufanda leksik mənası #tufanda sözünün sinonimi #tufanda sözünün yaxın mənalı sözlər #tufanda sözünün əks mənası #tufanda sözünün etimologiyası #tufanda sözünün orfoqrafiyası #tufanda rusca #tufanda inglisça #tufanda fransızca #tufanda sözünün istifadəsi #sözlük