tufanlar sözü azərbaycan dilində

tufanlar

Yazılış

  • tufanlar • 90.4762%
  • Tufanlar • 9.5238%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Tozlu tufanlar
Tozlu tufanlar-burulğanlı fırtınalar arasında çox vaxt tozlu fırtınalar (tufanlar) ayrılır. Belə fırtınalar eni 500 m-ə çatan və adi sürəti saatda 60 km-ə qədər olan geniş hava kütlələridir. Belə axınlar, adətən, quraqlıq vilayətlərdən yarımquru və rütubətli vilayətlərə toz və xırda qırıntı materialı gətirir. Bir neçə on santimetr hündürlükdə havada çınqıl və iri qum 2 metrə qədər hündürlükdə xırda qum uçur, daha çox yüksəkliklərdə isə (1,5 km-ə qədər) xırda toz hissəciklərinin tutqun buludu əmələ gəlir. Aparılan hissəciklərin tərkibindən asılı olaraq qara fırtınalar (Rusiyanın Avropa hissəsinin cənubu üçün səciyyəvidir, burada qara torpaqlar sovrulur); sarı fırtınalar - Orta Asiya üçün xarakterik olub san-qum qumluca və gillicə sovrulur; qırmızı fırtına (dəmir oksidinə boyanmış gillicə); ağ fırtına - geniş şoranlıq ərazilərdə baş verir (duz hissəcikləri sovrulur). Ağ fırtınalar qurumaqda olan Aral gölü yerləşən sahələrdə müşahidə olunub, göldən uzaq ərazilərdə də torpağın şorlaşmasına səbəb olur. Tozlu tufanların müddəti bir neçə saatdan 7 ... 70 sutkaya kimi davam edir. Küləyin sürəti, adətən, saniyədə 40 metri keçmir. Tozlu tufanlar praktiki olaraq insan həyatı üçün bilavasitə təhlükəli olmasa da, böyük maddi ziyan yetirir.

"tufanlar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#tufanlar nədir? #tufanlar sözünün mənası #tufanlar nə deməkdir? #tufanlar sözünün izahı #tufanlar sözünün yazılışı #tufanlar necə yazılır? #tufanlar sözünün düzgün yazılışı #tufanlar leksik mənası #tufanlar sözünün sinonimi #tufanlar sözünün yaxın mənalı sözlər #tufanlar sözünün əks mənası #tufanlar sözünün etimologiyası #tufanlar sözünün orfoqrafiyası #tufanlar rusca #tufanlar inglisça #tufanlar fransızca #tufanlar sözünün istifadəsi #sözlük