tüməni sözü azərbaycan dilində

tüməni

Yazılış

  • tüməni • 88.2353%
  • Tüməni • 11.7647%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Arazbar tüməni
Arazbar tüməni — Elxanilər dövrünə yaranmış inzibati ərazi vardı. Arazbardan inzibati ərazi kimi bəhs edən tarixçilərdən biri də Fəzlullah Rəşidəddindir. Tarixçi oğlu Məcidəddinə yazdığı məktubunda bildirir ki, Dizmar və Arazbar vilayətləri 15 min man nar tədarük edir. XVIII əsrdən sonrakı tarixi-coğrafi əsərlərdə və dövlət fərmanlarında Arazbar adı tez-tez hallanır. XVI əsr tarixçisi Zeynəddin bin Həmdullah Qəzvini "Zeylə-tarixe-qozide" adlı əsərində 1392-ci il olaylarından bəhs edərkən yazır: "Xürrəm Muğan, Aran və Arazbar vilayətlərini zəbt etdi." Qaraqoyunlu hökmdarlarından Sultan Cahanşah bəy və oğlu Sultan Həsənəli bəyin hökmlərində "Qapanat, Aran və Arazbar tüməni" yazılması bir daha sübut edir ki, XIV əsrin ikinci yarısında Arazbar adlı inzibati ərazi vardı. Şah İsmayıl Səfəvinin hökmlərində də Arasbar adı xatırlanır. Tarixçi Şərəf xan Bitlisi "Şərəfnamə" adlı əsərində Osmanlıların Azərbaycana yürüşündən bəhs edərkən yazır: "Fərhad paşa Heydər paşanı bu vilayətin gözətçisi qoydu və müzəffər qoşunu ilə Arasbarda olan qacarların üzərinə hücumuma keçdi".
Arran tüməni
Arran tüməni — XIV əsr. İnzibati ərazi. Elxanilər dövləti Azərbaycan vilayətinin 9 tümənindən biri. 1496-cı ilin iyul-avqust aylarında (h. 901-ci ilin zilqədə ayında) Əhmədəddin Əfəndi ibn Şeyx Məhəmməd Bərdəi adlı qazının iştirakı ilə tərtib edilən və bir suvarma kanalının alqı-satqısından bəhs edən sənəddə Arran tüməni Azərbaycan ölkəsinin bir parçası kimi (“tuman-i Arran-i Azərbaycan”) göstərilmişdir. Məlumdur ki, bəzi əcnəbi müəlliflər tarixən Araz çayından şimalda yerləşən ərazilərin (Arran vilayətinin) Azərbaycana aid olmadığını və Azərbaycan adı altında yalnız Arazdan cənubdakı torpaqların başa düşüldüyünü iddia etmişlər. Daha öncə bu kimi mülahizələri ilkin qaynaqların materialları əsasında tənqid etmişdikm Bərdəli qazının imzaladığı bu mübayiənamə orta əsrlərdə Arran vilayətinin Azərbaycanın tərkib hissəsi sayıldığını bir daha bariz şəkildə nümayiş etdirir.
Marağa tüməni
Marağa tüməni — inzibati vahid. Elxanilər dövləti Azərbaycan vilayətinin tüməni. H.Qəzvininin "Nüzhət əl qülub" əsərində verilmiş məlumatların təhlili göstərir ki, Marağa Azərbaycan vilayətinin tərkibində bir tümənə çevrilmişdir. Belə ki, əsərin VIII bölümündə Azərbaycan vilayətinin tərkibindəki tümənliklər sırasında Təbriz, Ərdəbil, Pişkin, Xoy, Sərab, Marağa və Mərəndlə yanaşı Naxçıvanın da adı çəkilmişdir. Marağa tüməni öz növbəsində mahallara bölünmüşdü. Tümən əmir tərəfindən, mahal isə mahal hakimi tərəfindən idarə edilirdi.
Mərənd tüməni
Mərənd tüməni — inzibati vahid. Elxanilər dövləti Azərbaycan vilayətinin tüməni H. Qəzvininin "Nüzhət əl qülub" əsərində verilmiş məlumatların təhlili göstərir ki, Mərənd Azərbaycan vilayətinin tərkibində bir tümənə çevrilmişdir. Belə ki, əsərin VIII bölümündə Azərbaycan vilayətinin tərkibindəki tümənliklər sırasında Təbriz, Naxçıvan, Pişkin, Xoy, Sərab, Marağa və Mərəndlə yanaşı Təbriz tümənin da adı çəkilmişdir. Mərənd tüməni öz növbəsində mahallara bölünmüşdü. Tümən əmir tərəfindən, mahal isə mahal hakimi tərəfindən idarə edilirdi. == Ərazisi == Mərənd (Mərənd, Dizmar) nahiyələrinə bölünürdü.
Naxçıvan tüməni
Naxçıvan tüməni — H.Qəzvininin “Nüzhət əl qülub” əsərində verilmiş məlumatların təhlili göstərir ki, Naxçıvanın Eldənizlər dövründə mövcud olmuş vilayət statusu Hülakülərin idarəçiliyi dövründə ləğv edilmiş və Naxçıvan Azərbaycan vilayətinin tərkibində bir tümənə çevrilmişdir. Belə ki, əsərin VIII bölümündə Azərbaycan vilayətinin tərkibindəki tümənliklər sırasında Təbriz, Ərdəbil, Pişkin, Xoy, Sərab, Marağa və Mərəndlə yanaşı Naxçıvanın da adı çəkilmişdir. Naxçıvan tüməni öz növbəsində mahallara bölünmüşdü. Tümən əmir tərəfindən, mahal isə mahal hakimi tərəfindən idarə edilirdi. Naxçıvan tüməni müasir Naxçıvan MR ərazisini, o cümlədən Naxçıvan şəhərini əhatə edirdi. Azərbaycanın 27 iri şəhərindən 5 – i – Naxçıvan, Ordubad, Azad, Əncan və Maku bu tüməndə yerləşirdi. == Ərazisi == Naxçıvan tüməni Araz çayının hər iki sahilində geniş ərazini əhatə edirdi. Onun hüdudları Makudan Qafan dağlarına, Qarabağa və Göyçə gölünə qədər uzanırdı. Maku, Dvin və Qafan əraziləri Naxçıvan tüməninə daxil idi. Naxçıvanın qərb hüdudlarına Dvin (Dəbil, Dəvil) şəhərinin də daxil olduğu o dövrün tarixi mənbələrində birmənalı şəkildə əks olunmuşdur.
Pişkin tüməni
Pişkin tüməni — inzibati vahid. Elxanilər dövləti Azərbaycan vilayətinin tüməni. H.Qəzvininin “Nüzhət əl qülub” əsərində verilmiş məlumatların təhlili göstərir ki, Pişkin Azərbaycan vilayətinin tərkibində bir tümənə çevrilmişdir. Belə ki, əsərin VIII bölümündə Azərbaycan vilayətinin tərkibindəki tümənliklər sırasında Təbriz, Ərdəbil, Pişkin, Xoy, Sərab, Marağa və Mərəndlə yanaşı Naxçıvanın da adı çəkilmişdir. Pişkin tüməni öz növbəsində mahallara bölünmüşdü. Tümən əmir tərəfindən, mahal isə mahal hakimi tərəfindən idarə edilirdi. == Ərazisi == Pişkin (Pişkin, Xiyav, Anad, Ərcək, Əhər, Təkalifə, Kələnbər) nahiyələrinə bölünürdü.
Qapanat tüməni
Qapanat tüməni — Elxanilər dövrünə yaranmış inzibati ərazi vardı. Adı Qapan çayı adındandır. Sultan Cahanşah bəy və oğlu Sultan Həsənəli bəyin hökmlərində "Qapanat, Aran və Arasbar tüməni" yazılması bir daha sübut edir ki, XIV əsrin ikinci yarısında Qapanat adlı inzibati ərazi vardı Bəzi qaynaqlarda Bağabürd, Küpara, Əcənan mahalları hamısı bir yerdə Qapanat adlanır. == Səfəvilər dövründə == Həsən sultan Ördəkli Qapanat hakimi (1628) idi. == Rus imperyası dövrü == 1840 cı ildə Şuşa qəzası nın nahiyəsi olmuşdur. Qafan nahiyəsi Zəngəzur və Sisyan nahiyələri ilə həmsərhəddir. Zəngəzur qəzasının Qafan nahiyəsi qəzanın, təxminən mərkəzində yerlşmişdi. Bu nahiyənin hesabına 1930-cu ildə Ermənistan SSR-nin tərkibində ərazisi 1345 km2 olan Qafan rayonu və 1933-cü ildə Azərbaycan SSR-nin tərkibində sahəsi 802 km olan Qubadlı rayonu yaradılmışdır. Qafan (Kapan) nahiyəsi Bərguşad (Bazar çay) çayının boyunca Zəngəzur nahiyəsi, cənubdan Meğri və qərbdən Sisyan nahiyələri ilə həmsərhəddir. Bu nahiyə 6 kiçik dairəyə (okruq) bölünmüşdür: Oxçu dairəsi, Gığı dərəsi dairəsi, Əcanan türk dairəsi, Kəpəz dairəsi, Bəsitçay dairəsi və Çaundur-çay dairəsi.
Qarabağ tüməni
Qarabağ tüməni-Qarabağ xanlığı, Rusiya imperiyası, dövrlərində olmuş pul. Pənah xan Şuşada sikkəxana tikdirmiş və bu sikkəxanada «pənahabad» adı ilə bir misqal vəznində sikkə zərb olunmuşdu. Bu sikkələrin bir üzündə Pənahabad, o biri üzündə «La ilahə illəllah və Muhəmmədun rəsulullah» sözləri yazılmışdı. «Pənahabad»ın altısı bir manat, səkkizi isə bir Qarabağ tüməni adlanırdı Pənah xanın buraxdığı pul Qarabağın Rusiya tərkibinə daxil edilməsindən sonra da öz dəyərini saxlamışdır. Xanlığın 6 manat 50 qəpik pulu 1 manat Rusiya pulu dəyərində idi.
Sərab tüməni
Sərab tüməni — inzibati vahid. Elxanilər dövləti Azərbaycan vilayətinin 9 tümənindən biri H.Qəzvininin “Nüzhət əl qülub” əsərində verilmiş məlumatların təhlili göstərir ki, Sərab Azərbaycan vilayətinin tərkibində bir tümənə çevrilmişdir . Belə ki, əsərin VIII bölümündə Azərbaycan vilayətinin tərkibindəki tümənliklər sırasında Təbriz, Naxçıvan, Pişkin, Xoy, Sərab, Marağa və Mərəndlə yanaşı Sərab tümənin da adı çəkilmişdir.. Sərab tüməni öz növbəsində mahallara bölünmüşdü. Tümən əmir tərəfindən, mahal isə mahal hakimi tərəfindən idarə edilirdi .
Təbriz tüməni
Təbriz tüməni — inzibati vahid. Elxanilər dövləti Azərbaycan vilayətinin tüməni. H.Qəzvininin “Nüzhət əl qülub” əsərində verilmiş məlumatların təhlili göstərir ki, Təbriz Azərbaycan vilayətinin tərkibində bir tümənə çevrilmişdir. Belə ki, əsərin VIII bölümündə Azərbaycan vilayətinin tərkibindəki tümənliklər sırasında Təbriz, Naxçıvan, Pişkin, Xoy, Sərab, Marağa və Mərəndlə yanaşı Təbriz tümənin da adı çəkilmişdir. Təbriz tüməni öz növbəsində mahallara bölünmüşdür. Tümən əmir tərəfindən, mahal isə mahal hakimi tərəfindən idarə edilirdi.
Xoy tüməni
Xoy tüməni — inzibati vahid. Elxanilər dövləti Azərbaycan vilayətinin 9 tümənindən biri. H.Qəzvininin “Nüzhət əl qülub” əsərində verilmiş məlumatların təhlili göstərir ki, Xoy Azərbaycan vilayətinin tərkibində bir tümənə çevrilmişdir. Belə ki, əsərin VIII bölümündə Azərbaycan vilayətinin tərkibindəki tümənliklər sırasında Təbriz, Naxçıvan, Pişkin, Xoy, Sərab, Marağa və Mərəndlə yanaşı Xoy tümənin da adı çəkilmişdir. Xoy tüməni öz növbəsində mahallara bölünmüşdü. Tümən əmir tərəfindən, mahal isə mahal hakimi tərəfindən idarə edilirdi.
Çuxursəəd tüməni
Çuxursəəd tüməni - Elxanilər dövləti inzibati vahidi. Çuxursəd toponimi rəsmi sənədlərdə ilk dəfə Karbi nahiyəsinin 1428-ci ildə Üçkilsə (Valarşabad) kəndinə sahibliklə bağlı ərəbdilli sənəddə xatırlanır.
Ərdəbil tüməni
Ərdəbil tüməni — inzibati vahid. Elxanilər dövləti Azərbaycan vilayətinin tüməni. H.Qəzvininin “Nüzhət əl qülub” əsərində verilmiş məlumatların təhlili göstərir ki, Ərdəbil Azərbaycan vilayətinin tərkibində bir tümənə çevrilmişdir. Belə ki, əsərin VIII bölümündə Azərbaycan vilayətinin tərkibindəki tümənliklər sırasında Təbriz, Naxçıvan, Pişkin, Xoy, Sərab, Marağa və Mərəndlə yanaşı Ərdəbil tümənin da adı çəkilmişdir. Ərdəbil tüməni öz növbəsində mahallara bölünmüşdü. Tümən əmir tərəfindən, mahal isə mahal hakimi tərəfindən idarə edilirdi.
Əxlat tüməni
Əxlat tüməni — XIV əsr. İnzibati ərazi. Elxanilər dövləti Ərməniyyə vilayətinin tümənindən biri. Dövrün tanınmış tarixçi-coğrafiyaşünas alimi Həmdüllah Mustovfi Qəzvini (1281–1345) Ərmən vilayəti və xüsusilə də, "Böyük" və "Kiçik" Ərminiyyələr barədə maraqlı məlumat verir. Müəllif "Ərmən", "Ərminiyyə" adlandırdığı bu vilayətin 2 hissədən -"Böyük Ərminiyyə" və "Kiçik Ərminiyyə"dən ibarət olduğunu xəbər verir. Onun yazdığına görə, Kiçik Ərminiyyə İran ərazisinə daxil deyil. Böyük Ərminiyyə isə Kiçik Ərminiyyədən şərqdə yerləşməklə İrana (yəni Hülakular dövlətinin tərkibinə) daxildir və dövlətin bir tümənini (Əxlaq tümənini) təşkil edir. Böyük Ərminiyyənin hüdudları Kiçik Ərminiyyə (qərbdə), Rum, Diyarbəkr, Kürdüstan, Azərbaycan (tarixi Atropatena) və Arrana kimi çatırdı. Mərkəzi Əxlaq (İxlat) şəhəri idi. Dövlətə 39 tümən vergi ödəyirdi (hansı ki, təkcə Azərbaycan əlaləti — tarixi Atropatena ərazisi bu dövrdə 9 tümənə bölünmüşdü və dövlətə 1000 tüməndən artıq vergi verirdi).
Təbriz tüməni (pul vahidi)
Təbriz tüməni -Ağqoyunlular, Qaraqoyunlular, Əfşarlar, Səfəvilər və Zəndlər dövrlərində olmuş pul.
Şimali-Qafqaz əmirliyi tüməni
Tümən (osman. تومان‎; ərəb. تومان‎) — 1919-1920-ci illərdə dövriyyəyə buraxılmış Şimali-Qafqaz əmirliyinin pul vahidi. Əskinasların üzərində nominal həm tümənlərdə, həm də rublda göstərilmişdir (1 tümən = 10 rubl nisbətində idi). == Tarixi == 1919-cu ilin aprelində Rusiyanın Cənubunun Silahlı Qüvvələrinin qoşunları Çeçenistanı işğal etdikdən sonra Dağıstanın dini və siyasi lideri Uzun-Hacı Saltinski Rusiya ordusuna qarşı müstəqillik və dini müharibə üçün könüllülərdən ibarət dəstələr toplamağa başladı. Mayın 22-də Dağıstandakı Dağlılar Respublikası hökumətinin fəaliyyətinə xitam verildi. Hacı-Uzun ordusunu toplayaraq Çeçenistan və Dağıstan sərhədindəki dağlara getdi. May ayının sonunda Botlix kəndində böyük bir məclis topladı, burada Qağatlı kəndindən olan Alimin təklifi ilə Səid-Maqomed Uzun-Hacı Dağıstan və Çeçenistan əmiri seçildi. Vedeno dağ kəndi yeni dövlətin faktiki iqamətgahı oldu. 1919-cu ilin yayında, çeçen İnaluk Arsanukayev (o həm də Dışninski idi) Osmanlı Sultanı VI Mehmed Vahidəddindən Uzun-Hacı üçün fərman gətirdi.

"tüməni" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#tüməni nədir? #tüməni sözünün mənası #tüməni nə deməkdir? #tüməni sözünün izahı #tüməni sözünün yazılışı #tüməni necə yazılır? #tüməni sözünün düzgün yazılışı #tüməni leksik mənası #tüməni sözünün sinonimi #tüməni sözünün yaxın mənalı sözlər #tüməni sözünün əks mənası #tüməni sözünün etimologiyası #tüməni sözünün orfoqrafiyası #tüməni rusca #tüməni inglisça #tüməni fransızca #tüməni sözünün istifadəsi #sözlük