Ağbil türbələri
Ağbil türbələri, Şeyx Məziyyəd türbəsi və ya Ağbil pirləri — Qubanın Ağbil kəndindəki köhnə qəbiristanda yerləşən tarix-memarlıq abidələri.
Ağbil kəndində üç türbə olmuşdur ki, onlardan biri tamamilə dağılmışdır. Həmin türbə planda kvadrat formalı olmaqla, qabağa çıxan antları ilə kiçik portal yeri formalaşdırırdı. Daxildən tübə 2.7x2.7 metr ölçüyə malik olmuş, giriş üzərindəki 1.43x48 sm ölçülü kitabədə isə hicri tarix ilə 940-cı il (miladi 1533), o cümlədən türbədə dəfn edilən şəxsin adı — Şah-Murad — göstərilmişdir.
== Səkkizbucaqlı türbə ==
Dövrümüzə çatmış türbələrdən birincisi xaricdən səkkizguşəli formaya malikdir. Bu türbə, bir tərəfdən tarix-memarlıq abidələri ilə kasıb olan dövrə — XVI əsrə aid olması baxımından, digər tərəfdən isə, şimal və cənub türbələrinin xüsusiyyətlərini birləşdirən tipoloji xarakteristikasına görə böyük maraq kəsb edir.
Sovet işğalından sonra türbələrdən ikisi dağıdılıb.
Türbənin kərpicdən hörülmüş divarları daş kürsülük üzərində ucaldılmış, divar və təməl hissənin hörgüsü eyni ölçüdə aparılmışdır. Buna görə də, kürsülük və tikilinin əsas həcmi halnız hörgü materialının fakturası ilə fərqlənir. Kürsülüyün yalnız faktura xarakteristikası baxımından fərqləndirilməsinə, Cənubi Azərbaycanın bəzi kərpic türbələrində də rast gəlinir.